Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə18/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   14   15   16   17   18   19   20   21   ...   110

təhqirlərə məruz qalır, döyülür, söyülür. Fərziyyəyə görə 43 yaşında
Mahavira mütləq biliyə yetişir və öz istəklərinə (cina) qalib gəlmiş
olur, yəni cina olur. Bundan sonra Mahavira dini təlimini yayır,
müqəddəsləşir, özünə çoxlu ardıcıl tapır. O vaxtlar təlim şifahi idi.
Eradan əvvəl  IV- III əsrlərdə ehkamlar, onların şərhləri yazıya alı-
nanda (Hindistanda) və mötəbər mətnlər kimi qəbul ediləndə
caynistlər parçalandılar. Mətnlərin mötəbərliyini qəbul edənlər şve-
tamburlar, qəbul etməyənlər və Mahavira Cina dövrü zahidlərinin
sərt davranış tərzini saxlayanlar isə dihambarplar (havaya bü -
rünənlər, çılpaq gəzənlər) adını qazandılar.
Çaynizmə görə, Kainatın nə əvvəli və nə də axırı var. Sadəcə o
uzun yüksəliş və tənəzzül dövrləri keçirir. Tənəzzül dövrlərində in-
sanlar rəhbərliyə ehtiyac duyurlar, din zühur edir ki, insanları dünya
şərindən xilas etsin. 
Bu əqidəyə görə, hazırda insanlar tənəzzül dövriyyəsinin beşinci
mərhələsindədirlər. Bu, Mahaviranın ölümündən üç il sonra başla-
mışdır və 21 min il çəkəcəkdir. Bu müddət ərzində din tədricən ara-
dan qalxacaq, əxlaqi kasadlıq hökm sürəcəkdir. Sonra daha məsum
bir mərhələ başlayacaq ki, bu da 21 min il çəkəcəkdir. Sivilizasiya
məhv olacaq, tufanlar hər şeyi Yer üzündən silib aparacaqdır. Çox az
adam qurtulacaq və  yeni yüksəliş dövriyyəsi başlayacaqdır.
Çaynizmin əsas prinsiplərindən biri  makşadır. Çaynizmə görə,
qurtuluş üçün makşa halına nail olmaq – karmadan azad olmaq, ruhu
materiyadan azad etmək gərəkdir. Bunun üçün üç şey (triratna) la-
zımdır:
həqiqi iman;
kamil bilik;
saleh həyat.
Onu da əlavə edək ki, bu “nəzəriyyəyə” görə, həqiqi iman və
kamil bilik qaydalarına əməl edən caynistlər saleh həyat sürməlidirlər.
Saleh həyat sürmək üçün beş əhd edilməli və bu əhdlərə riayət olun-
malıdır. Bunlar zor işlətməmək, canlı məxluqa zərər yetirməmək
(ahimsa), oğurluq etməmək (astya), zina etməmək (brahmaqarya),
56
Əxlaqa aparan yol


tamahkarlıq etməmək (apariqraha) sözlərində səmimi olmaq
(satya).
Söylənilən əhdlərə əməl edən caynist saleh həyat sürməyə alışır,
yaralı və xəstə heyvanlara  qayğı göstərir, bitkilərə ziyan vurmamağa
çalışır, təknigahlılığa ciddi riayət edir, şərab içmir, ət yemir. Qeyd
edək ki, caynistlərin beş əhd qayda və vərdişləri  qədim türklərin Tan-
rıçılıq dini-mənəvi dəyərlərindən bəhrələnmişdir.
Günümüzdə Hindistanda caynizmə etiqad  edənlərin sayı 10 mil-
yona yaxındır. Orada olan caynizm icmaları varlı-hallı icmalardır,
tacirlər və sələmçilər (İslama görə sələmçilik haramdır, günahdır),
müxtəlif  peşə sahibləri arasında caynistlər daha çoxdur.
XX əsrin sonlarından caynizm Hindistan sərhədlərindən çıxaraq
ABŞ, Braziliya, Kanada, Keniya və İngiltərədə caynizm mərkəzləri
çərçivəsində fəaliyyətdədir.
57
Ziyadxan NƏBİBƏYLİ


III FƏSİL 
Uzaq Şərq və Cənub-Şərqi 
Asiyada din
1. BUDDAİZM  VƏ ONUN ƏSASLARI
1. BUDDAİZM  VƏ ONUN ƏSASLARI
Q
Q
ədim Hindistanda Mahavira caynizmi yayan zaman
Budda da öz təlimini təbliğ edirdi. Buddaizmdə kifayət
qədər çox müqəddəs mətnlər mövcuddur. Lakin, bu-
nunla yanaşı buddaizmin mahiyyətini əsasən Buddanın həyat yolunun
təsviri və moizələri təşkil edir. 
Tarixi məlumatlara görə, Budda eradan əvvəl 563-cü ilin ma-
yında Nepalda, Lumbini bağında dünyaya göz açmışdır. Budda məlik
oğlu idi, soyadı Hautama, ulu babası hind müdriklərindən olmuşdur.
Onun əsl adı Siddharthadır. O, zənginlik içərisində yaşayır, at  sürür,
fil minir, ikitəkərli gərdinəni - döyüş arabasını məharətlə idarə edir
və hətta orduya başçılıq edirdi. Budda çox erkən, 16 yaşına çatanda
evlənmişdi və Rəhalə adlı bir oğlu da olmuşdu. Onun həyatı zəngin
və qayğısız keçsə də, o, bu həyatın dəyərləri ilə heç də barışa bilmirdi.
Tanrılar da bu xüsusiyyətdən bəhrələnərək onu zahid etmək
istəyirdilər. Günlərin birində Budda (Hautama) saçları ağarmış, beli
bükülmüş bir qocaya təsadüfən rast gəlir. Qoca sağalmaz bir xəstəliyə
tutulmuşdu. Sonra o, dəfn mərasimində olmalı olur və eyni zamanda
zahidlər icmasının başçısı ilə rastlaşır. Bununla da Budda – qocalıq,
58
Əxlaqa aparan yol


xəstəlik, ölüm və zahidlik insan mövcudluğunun faciəli olduğunu,
ağrı və ölümün nə olduğunu anlayır və cismani həzz onun üçün
əhəmiyyətini itirir. Budda bundan sonra çox təsirlənərək hər şeyi atır,
saçlarını qırxdırır, cod parçadan paltar geyib tərki-dünya həyat tərzinə
keçir.
Budda altı il Hindistanın ən bilikli, ən müdrik müəllimlərindən
dərs alır, yoqa təcrübəsini keçir, dünya ləzzətindən əl çəkir və çəkdiyi
iztirablardan xilas yolları axtarışına başlayır. O, məbədlərə üz tutur.
Lakin orada kahinlərin heyvanları necə qurban verdiklərini qəbul edə
bilmir, meşələrə çəkilir, oruc tutur, istidə də, soyuqda da çılpaq gəzir,
nəfəsini idarə etməyə alışır, cod həsir üstündə yatır. Amma nə
istədiyini hələlik özü də ayırd edə bilmir. Uzun müddətdən sonra o,
“orta yol” qaydasını özü-özünə təlqin edir. Orta yolun mahiyyəti
“insan gərək nə ifrat dərəcədə tərki-dünya olsun, nə də dünya
ləzzətlərinə həddən artıq aludə olsun”.
Nəhayət, Hautama (Budda) dərin düşüncələrə və müşahidələrə
qərq olmaq yolu ilə ölmə və yenidən doğulmanın, yeni simada
təcəllinin sirrini dərk edir. Ona fikir aydınlığı gəlir. O, başa düşür ki,
insanın bütün müsibətləri  istək, nifrət, illüziya, təkəbbür, şəkk-şübhə,
tənbəllik, həyasızlıq, əxlaqsızlıq kimi qodarma dəyərlərin doğurduğu
yalan təsəvvürlərin nəticəsidir, yekunudur. Yəni, iztirabın mahiyyəti
də, mənbəyi də  burada axtarılmalıdır. Bundan sonra onun nəfsi
kamilləşir, o, nurlanır və doğrudan da nur saçır. Anlaya bildiyi şüurun
yeni halına girməklə o, Budda olur və bunları başa düşən onun atası,
arvadı və oğlu oun şagirdi olur. Hətta tanınmış brəhmənlərin bir çoxu
öz yollarından imtina edib, onun yolunu tuturlar. Bütün bunlardan
sonra  Budda varlıq qanunlarını bəyan edir, onları fiziki ölümünə
qədər 45 il insanlara təbliğ edir və 80 yaşında dünyasını dəyişir. Bud-
danın öz ardıcıllarına əsas sözü “özünüzə çıraq olun, yolunuza özü-
nüz işıq salın” kəlamı olmuşdur.
59
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə