Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə17/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   13   14   15   16   17   18   19   20   ...   110

olan fövqəlhissi şüur tərbiyə etsin. Yoqa sistemində hazırlıq və
təmrinlər səkkiz mərhələdən ibarətdir:
çəkinmə (yama) - yoq özünü saxlamağı, yeməkdə-içməkdə,
istək və şəhvətlərdə özünü məhdudlaşdırmağı bacarmalıdır;
əmr və qadağalara əməl etmək (piyama) - yoq özünü zor
işlətməməyə, heç bir canlını öldürməməyə, heç kəsi sözlə belə
incitməməyə öyrətməli, davranış, fikir və danışıqda tam özünüidarəni
aşılamalıdır;
-  bədən təmrinləri  (asana) – yoq fikirlərini cəmləşdirmək,
bədənini möhkəmlətmək, onu xəstələndirməmək və tez qocaltma-
maq, istədiyi kimi idarə etmək üçün zəruri olan təmrinləri etməlidir;
nəfəsalma intizamı (pranayama) – yoq nəfəsini istədiyi kimi
idarə etməyi öyrənməlidir;
hisslərin intizamı (pratyahaqa) – yoq hisslərini xarici qıcıq-
landırıcılara reaksiya verməməyə alışdırmalıdır;
ağılın intizamı (dharana) – yoq ağlını intizama öyrətməli, şüu-
runu idarə etməyə, fikirlərini səmərələşdirməyə öyrətməlidir;
müşahidə  (dhiana) – yoq özündə güclü müşahidə qabiliyyəti
tərbiyə etməlidir. Fikir toplandıqda daha dərin, daha mücərrəd, daha
irrasional olur, bu isə ilkin təməli dərk etməyə imkan verir;
-  şüurun tutulması və ekstaz (samadha) – bu sonuncu
mərhələdə yoqun ruhani “mən”i – puruşası azad olur, mokşa halı
gəlir. 
Vedanta qaydalarına görə, bütün mövcudatın mənbəyi Mütləq
Reallıq olan Brəhmədir. Brəhmə birdir, bölünməzdir. Belə isə hər bir
fərdin ruhani “mən”i – Atamanı Brəhmənlə eyniyyət təşkil edir.
Çünki, hər şey Brəhmənin işıqsaçmasının nəticəsidir. Həqiqi müdrik
insan xəyalı, fani dünya arxasında onun real mahiyyətini – Brəhməni
görür və onun ruhani “mən”i Brəhmənlə eyniyyət təşkil etdiyi üçün
Ona qovuşmağa can atır.
Hinduizmin də bayramları çoxdur. Rəsmən onun on altı dini
bayramı keçirilir. Bayramlar Ay təqviminə görə keçirildiyi üçün ilbəil
ayrı-ayrı vaxtlara təsadüf edir. Onlardan Xoli – Krişnanın qış padşa-
53
Ziyadxan NƏBİBƏYLİ


hına xidmət edən əjdahanı öldürməsi münasibəti ilə qeyd edilir.
Naqapançami hindlilərin çox sitayiş etdikləri ilanlara – naqalara
həsr olunub. Krişnanın doğum günü, Ay təqviminin 1-ci ayının ilk on
günündə Durqa puça və ya Daşehr bayramı, daha 20 gün sonra
odlar bayramı Divali qeyd olunur. Şivaya həsr olunmuş Mahaşiva-
rati bayramı xüsusi təntənə ilə keçirilir.
Həmin gün möminlər oruc tutur, gecəni isə ibadətdə keçirirlər.
Hər 12 ildən bir dünyada ən əzəmətli bayram olan Kumhamela
qeyd edilir. Hinduizmin ardıcılları Qanq və Camna çaylarının qovuş-
duğu yerə yığışır, müqəddəs sularda paklanırlar.
Müasir dünyada hinduizmçilərin 95%-i Hindistanda yaşayır-
lar. Müasir hinduizmdə yeniləşmə işləri gedir. Ramakrişna (1836-
1896), Vivekananda (1863-1902), Mahatma Qandi (1869-1948)
hinduizmə bir çox yeniliklər gətirmişlər və onun həyatiliyini artır-
mışlar, “ölməyə”  imkan  verməmişlər.
Hinduizm Hindistandan kənarda da vardır. Azərbaycan da belə
ölkələrdəndir. Qərbdə “Beynəlxalq Krişna Şüuru Cəmiyyəti” fəaliy -
yətdədir. Azərbaycanda Krişna Şüuru Cəmiyyəti 18 ildən çoxdur
fəaliyyət göstərir, qeydiyyatdan keçmişdir, ümumi sayı 250-300
nəfərdir, Azərbaycan vətəndaşlarıdır və Bakı şəhərində fəaliyyət
göstərirlər. Nyu-Yorkda da Krişnaya çox cüzi də olsa sitayiş edənlər
qeydə alınıb.
1 0 .     Ç AY N İ Z M
1 0 .     Ç AY N İ Z M
Çaynizmi hinduizmdən fərqləndirən əsaslı bir məsələnin olub-
olmamasına baxaq. Belə ki, qədim Hindistanda mövcud olmuş dinlər
kastalar sistemi adlanan sistemlə əlaqəlidir. Kasta təbəqə, peşə, qrup,
silk imtiyazları ilə bağlı idi, imtiyaz güdən sosial qurum idi. Kasta-
ların sayı-hesabı yox idi. Bu sistemdə brəhmənlər – kahinlər kastası
mühüm yer tutanlardan idi. Brəhmənlər qeyrilərini öz dini-fəlsəfi ax-
tarışları dairəsinə  buraxmır və hesab edirdilər ki, dini məsələlərin
dərin təhlili, Gözəgörünməz Reallığı dərk etmək üçün özünü 
-
54
Əxlaqa aparan yol


kamilləşdirmə yalnız onlara məxsusdur. Qeyri-brəhmənlər – katiblər,
dövlət qulluqçuları, ordu başçıları, məliklər bu mövqe ilə razılaşmır-
lar. Kainatın, dünyanın yaranması, həyat və ölüm, ruhların köçməsi
kimi əsas dini məsələlərin həllində iştirak etməyə onların da haqqı
olduğunu bəyan edirdilər. Onlar brəhmənlərin dini-mənəvi təlim -
lərindən bəhrələnərək öz dini ayinlərini işləyib hazırlayırdılar. For-
malaşan belə sistemlərdən biri Çaynizm adını almışdı.
Çaynizmin əsas fərqli xüsusiyyəti kasta brəhmənlərinə qarşı çıx-
ması və kastaları qəbul etmək istəməmələri idi.
Digər fərqli cəhət isə Çaynizmin Vedalara söykənmək istəmə -
mələri idi. Çaynizmə görə, tirhankara peyğəmbərdir və Karma qa-
nununun qüvvədə olduğu bütün yerlərdə çərxi-fələyin yarımdövrəsi
(avasarpini) ərzində 24 tirthankara zühur edir. Axırıncı tirtankara Ma-
haviradan başqa bütün tirthankaralar həyatları boyu beş xoş an yaşa-
yırlar. Yəni analarının boyuna düşür, doğulur, tərki-dünya olur,
mütləq bilik qazanır və nəhayət azad olurlar. Bütün bu anlar bir Ay
bürcü (nakşatra) altında baş verir. Tirthankaraların anaları onlara
hamilə olanda 14 (Şetambaralara görə), yaxud 16 (dihambalara görə)
röya görürlər. Tanrılar yenicə doğulmuş hər bir tithankaranın anasını
bərk yuxuya verir, yanına balasına oxşar bir uşaq qoyub tirthankaranı
Mandara dağına aparırlar. Orada tirthankaraya peyğəmbərlik verilmə
mərasimi təşkil edir və keçirirlər.
Çaynizmin əsas, 1-ci təbliğatçısı Mahavira olmaqla, o,
peyğəmbərdir, 24 tirthankaralardan sonuncusudur. Çaynizmə görə
Mahavira Buddanın müasiri olmuş və təqribən eradan əvvəl 526-cı
ildə vəfat etmişdir. Mahavira öz əvvəlki təcəllilərində 1-ci tirthankar
Rişabhadattanın nəvəsi və caynizmin birinci çakravatini olmuş Bha-
ratanın oğlu Mariçi olanda babasından eşitmişdi ki, onun alnına 24-
cü tirthankara doğulmaq yazılmışdır. Dünyaya gələn oğlan bacarığına
və gücünə görə hamıdan üstün olur. Onun igidliyini sınamaq üçün
Yerə enmiş tanrılardan biri üzərində qələbə çaldıqdan sonra ona Ma-
havira – yəni Böyük Qəhrəman adı verilir. Mahavira 30 yaşında za-
hidlik etməyə başlayır, 12 il tərki-dünya həyat sürür, alçaldılır,
55
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə