Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə25/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   21   22   23   24   25   26   27   28   ...   110

xəlq etdiyi aləmi məhv etməyəcəkdir.
Hazırda elmin sübut etdiyi kimi Nuhun gəmisi Müqəddəs
Azərbaycan torpaqlarından olan Naxçıvana gəlib çıxmış, Allahın
buyruğu ilə salamat qalmış, canlılar yenidən çoxalaraq Yer üzünə ya-
yılmış və Nuh peyğəmbər də bu Müqəddəs torpağa tapşırılmışdır.
Günümüzdə onun məzarını Ziyarət etmək üçün dünyanın hər
yerindən bu torpağa gələnlərin sayı get-gedə çoxalmaqdadır.
Deyilən dövrdə insanlar yenə də zülmdən əl çəkmirlər. Allah İb-
rahimi peyğəmbər seçib göndərir ki, insanları doğru yola çağırsın.
Peyğəmbər İbrahimin iki oğlu olur – İsmayıl və İshaq. İshaqın anası
Sara kəniz Hacərdən doğulmuş İsmayılı anası ilə birlikdə evdən
qovur. İshaq evdə qalır. İshaqın oğlu Yəqubdur ki, İsrail adlandırılır.
Yəqub öz böyük ailəsi ilə Misirə köçür və orada onun nəsli əsarətə
düşür.
Allah Yəqubun nəslindən Musanı peyğəmbər seçir ki, yəhudiləri
Fironun əsarətindən azad edib Kənan torpağına gətirsin. Musa e. ə.
XII əsrdə yaşamışdır. Allah ona Tövrat adlanan saleh həyat 
qaydaları kitabı nazil edir. Çox uzun macəralardan, müsibət və
möcüzələrdən sonra Musa yəhudiləri Misirdən çıxarıb Sinay dağının
ətəklərinə gətirir. Musa  dağa qalxır və Allah onunla danışır. Allah
onlara tapşırır ki, üç gün ərzində özlərini pak etsinlər, paltarlarını yu-
sunlar, özlərini səliqə-sahmana salsınlar. Musa yenidən Sinay dağına
qalxır. Burada Allah ona On Nəsihət vəhy edir. Həmin On Nəsihət
yaxud Əhdin On sözü yəhudi əxlaqının məhək daşıdır. Daha sonra
İsrail oğulları daha 40 il səhrada sərgərdan gəzib-dolaşır və ancaq
bundan sonra Kənan torpağına daxil olurlar.
On Nəsihətin birincisində deyilir: - “Məndən başqa sənin özgə
tanrıların olmasın: yəni insan gərək nə başqa insanı, nə mal-dövləti,
nə hakimiyyəti özünə Allah bilməsin, bütün qəlbi ilə, bütün canı ilə,
var qüvvəsi ilə  Allahı sevsin.
İkinci – “Özünə büt götürmə” – yəni nə öz əlinlə düzəltdiyin
şeylərə, nə də Allahın yaratdıqlarına pərəstiş etmə. Pərəstiş ancaq  hər
şeyin yaradanı Allaha olmalıdır.
79
Ziyadxan NƏBİBƏYLİ


Üçüncü nəsihət – “Rəbbin Allahın adını boş yerə çəkmə, zira
Rəbb Onun adını boş yerə çəkəni cəzasız qoymaz”. Bu nəsihətin
mənası odur ki, Allaha boş yerə and içmə, yeri gəldi-gəlmədi yalanını
Allahın adı ilə doğru kimi qələmə vermə.
Dördüncü nəsihət – “Şənbə gününü yadda saxla. Altı gün işlə,
yeddinci gün isə heç bir iş görmə - şənbə günü Rəbbin Allah
üçündür”. Şənbə gününü yəhudilər Şəbat adlandırırlar. Onların
əqidəsinə görə, Allah bütün kainatı altı gün ərzində yaratdıqdan sonra
şənbə günü dincəlmişdir. Şəbat həm də yəhudilərin əsarətdən qurtar-
dıqları gündür – o gün ailə bayramı, dua günüdür. Şəbat cümə günü,
Gün batanda başlanır. Bu vaxt  ana Şənbə Şamını yandırır, ailəsinə
xeyir-dua verir, ata isə oğlanları ilə sinaqoqa-həvraya gedir.
Beşinci nəsihət – “Atanın və ananın hörmətini saxla”.
Böyüyə, valideynə hörmət əməlisalehliyin göstəricisidir, ailə
möhkəmliyinin göstəricisidir və bu həm də cəmiyyətin birliyinin
əsasıdır.
Altıncı nəsihət – “öldürmə”. Yəni həyat Allahın insana bəxş et-
diyi ən gözəl nemətdir. Odur ki, bu nemətə qıymaq, insanı öldürmək
Allahla allahlıq etmək iddiasıdır, hansı ki, sənin öz canın da sənin
əlində deyil, Allahın əlindədir.
Yeddinci nəsihət – “Zinakarlıq etmə”. Zinakarlıq ailəyə
xəyanətdir, ailəni sarsıtdığı kimi cəmiyyəti də sarsıdır. Ər-arvad
münasibətləri təbii, həm də müqəddəs münasibətlərdir. Zinakarlıq Al-
lahın müəyyən etdiyi qaydalara zidd olduğu üçün Allaha qarşı
cinayətdir.
Səkkizinci nəsihət – “Oğurluq etmə”. Onun mahiyyəti
özgəsinin malını gizlicə götürmək, qəsb etmək, aldığın borcu qaytar-
mamaq, fırıldaq işlətmək pis əməldir, onlardan çəkinmək lazımdır.
Əgər, cəmiyyətin üzvləri oğurluğa qarşı qanuna əməl etsələr, qapıları
bağlamağa ehtiyac qalmaz.
Doqquzuncu nəsihət – “Öz yaxın adamlarına qarşı yalan şa-
hidlik etmə”. Yalan, böhtan, xəbərçilik ən pis qəbahətlərdir, insanlar
arasındakı münasibətləri pozur, etibarsızlıq doğurur. Yalan şahidlik
80
Əxlaqa aparan yol


ədalətsizliyə səbəb olduğu üçün ondan çəkinmək lazımdır.
Onuncu nəsihət – “Öz yaxın adamının evini istəmə, öz yaxın
adamının arvadını, köləsini, kənizini, qatırını, ulağını istəmə, öz
yaxın adamında olan bir şeyi istəmə”. Yəni insan öz niyyətlərini
təmiz saxlamalı, başqasına həsəd aparmamalı, başqasının malında
gözü olmamalıdır.
İsrail insanları tarix boyu müxtəlif dövlətlərin əsarətinə məruz
qalmış, farsların, romalıların, parfiyalıların, suriyalıların hakimiyyəti
altında yaşamalı olmuşlar. Mədəniyyətlər və dinlərarası təsirlər
yəhudilərin ehkamlarının izahında da özünü göstərmişdir. Nəticədə
əhali üç əsas qrupa – sədduqilər, fariseylər və esseylər qruplarına
bölünmüşdür.
Sədduqilər – dinin hökmlərini mühafizə etməyə çalışan
ruhanilər, mülkədarlar və tacirlərdən ibarət idi.
Fariseylər – nisbətən liberal meylli vətəndaşlar idilər. Onlar
Tövratın prinsiplərini ortaya çıxan bütün gündəlik məsələlərə tətbiq
etməyə üstünlük verirdilər.
Esseylər – heç bir barışığa getmək istəmir, cəmiyyəti tərk edərək
səhralara çəkilir, qardaşlıqlarda – təriqətlərdə birləşirdilər.
Yəhudi dini tarixində elə dövrlər olmuşdur ki, ardıcılları ayrı-
ayrı ölkələrə dağıldıqları üçün din aradan qalxmaq təhlükısinə məruz
qalmışdır. O zaman fariseylərin arasından çıxan ravvinlər dini qoru-
yub saxlamaq üçün çox böyük işlər görmüşlər. Ravvinlər dinin
əsaslarını tədris edir, müxtəlif mübahisəli məsələlər üzrə dini hökmlər
çıxarır, ayin duaları tərtib edirdilər. İnsanlar sinaqoqlara yığışıb Töv-
ratı oxuyur, birgə dua edirdilər. Yəhudilərin ən böyük bayramı pas-
xadır. “Pasxa” - qədim yəhudi dilində “yaz bayramı” mənasını
daşıyan  “pesax” sözündən əmələ gəlmişdir. Pasxa bayramı
yəhudilərin Misir əsarətindən qurtarmaları münasibəti ilə hər il mart-
aprel aylarında keçirilir. Pasxa bayramı günlərində yəhudilər matsu-
mayasız – duzsuz kökə bişirib yeyirlər və bayramı evdə keçirirlər.
Pasxa ilə yanaşı payızda – sentyabr-oktyabr aylarında itaətkarlıq,
tövbə və günahlardan təmizlənmə günü kimi yəum-kipur deyilən
81
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə