Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə13/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   9   10   11   12   13   14   15   16   ...   110

açıb yuxarı qaldırılır. Şər işləri ağır gələn ruhun qarşısında körpü da-
ralır və qılıncın ağzı kimi iti olur, kaftar bir qarı körpünü keçən ruhu
qarşılayıb aşağıya – cəhənnəmə sürükləyir və Cəhənnəmə Ahura
Manyu nəzarət edir.
Lakin bununla yanaşı Zərdüştilikdə “əbədi cəhənnəm” anlayışı
yoxdur, çünki Xeyir təqdirdə qələbə çalacaqdır. Şəri tərk edib Xeyirə
üstünlük verən insanların köməyi ilə dünya tədricən kamilləşəcək və
o zaman bütün – həm ölü, həm də diri ruhlar həmişəlik şərdən qurtu-
lacaqdır. Zərdüştə görə, bundan sonra dünya yeniləşəcək, bütün
məxluqat diriləcək və əbədi kamillik halını yaşayacaqdır, insan qo-
calmayacaq, ölməyəcək, öz istəklərinin sahibi olacaqdır. Bu mənada
dünyanın yeniləşəcəyi zaman fraşokereti adlanır. Belə bir zamanın
yetişməsi üçün təkcə Tanrının istəyi kifayət olmayıb, bütün insanlar
bu işdə fəal olmalıdırlar. Yəni Zərdüştlük hər bir insanın mənəvi
məsuliyyəti məsələsinə çox böyük diqqət ayırır.
6. ZƏRDÜŞTİLİYİN  AYİNLƏRİ
6. ZƏRDÜŞTİLİYİN  AYİNLƏRİ
Ümumilikdə Zərdüştilikdə ayinlər yetərincədir, bəlkə də lazımi
sahələrin hamısını dövrümüzdə də əhatə edə bilir. Onlardan lazım
bildiklərimizin xeylisini oxucularımızın diqqətinə çəkək. 
Zərdüşt peyğəmbərə görə, hər bir kişi və ya Zərdüşti on beş ya-
şına çatanda dini qəbul etdiyini bildirmək üçün üçqat sarılmış, qabaq
ya arxa tərəfdən bağ vurulmuş belbağı (qusti) gəzdirməli, belbağı
ağ alt paltarı sudranın üstündən bağlanmalıdır.
Qeyd edək ki, bu tələb bir çox meyarlara, xüsusiyyətlərə malik
olmaqla yanaşı günümüzdə də gərəklidir, İslam dininə  heç bir xələl
gətirməməklə onun qəbul etdiyi geyimlərə uyğundur və tibbi-nöqteyi
nəzərdən də gərəklidir.
Zərdüştiliyi qəbul edən hər kəs gündə beş vaxt dua etməlidir (İs-
lamda namaz qaydasında olduğu kimi). Bunun üçün o, əvvəlcə
üzünü, əlini və ayaqlarını yuyur, sonra belbağısını açaraq  iki  əlini
qarşısında tutub nəzərlərini salehlik rəmzi olan atəşə dikir. O, Anhra
41
Ziyadxan NƏBİBƏYLİ


Manyunu lənətləyir (İslamda Şeytanı lənətləyən sayağı). Sonra
yenidən belbağısını bağlayır və duasını davam etdirirAhura Maz-
daya dua edir. 
Haşiyə olaraq onu da deyək ki, Azərbaycan qədim yaşayış
məskənlərindən biri olduğu kimi, dinin, dini ayinlərin yaranması, on-
ların inkişafı məskənlərindən biri olmuşdur. Türkün Tanrıçılığı çox
qədim tarixli olduğu kimi, həm də təkcə Azərbaycanla bağlı deyildir.
Atəşpərəstlik – Zərdüştlük, onun  müqəddəs kitabı “Avesta”, vəhy
dinlərinin ən qədimi birbaşa Azərbaycanla, azərbaycanlı türk tayfaları
ilə birbaşa bağlıdır və özündən sonrakı dinlər bu mənəvi dəyərlərdən
çox bəhrələnmişlər. Onun tədqiqinə isə həmişə ehtiyac var.
Zərdüştlüyün şəhadət kəlməsi belədir: “Etiraf edirəm ki, Maz-
danın pərəstişkarı, Zərdüştün ardıcılıyam. Şər qüvvələrdən üz
döndərirəm, Ahuranın dinini  qəbul edirəm. Ameşa-Spentaya si-
tayiş edirəm, Ameşa-Spentaya dua edirəm. Hər cür xeyir
xoşniyyət,  xoştəbiət Ahura Mazdaya mənsubdur”.
Bu şəhadət kəlməsi fravarane adlanmaqla hər gün oxunmalıdır.
7.ZƏRDÜŞTİLİYİN BAYRAMLARI 
7.ZƏRDÜŞTİLİYİN BAYRAMLARI 
VƏ  GÜNÜMÜZÜN ZƏRDÜŞTİLİYİ
VƏ  GÜNÜMÜZÜN ZƏRDÜŞTİLİYİ
Vəhy dinlərinin ən qədimi hesab olunan Zərdüştiliyin bayramları
çox olmuşdur. Onlardan daha böyük bayramlardan sayılanlardan
günümüzə qədər özünü təsdiqləmişlər də az deyildir. Bu bayramların
xeyli hissəsi ilin bütün fəsillərinə, əkin-biçinə, ruziyə, yazın gəlişinə,
mal-qaranın yaylalara aparılmasına və qaytarılmasına, insanın bütün
ruzi-bərəkətinə, bitkilərə, gül-çiçəyə, ağaca, meşəyə və hətta çöl hey-
vanlarına həssaslıqla yanaşmaya aiddir. Bütün dinlərdə olduğu kimi,
Zərdüştiliyin özü də bir çox bayramları, el sınağından çıxmış qayda-
ları özündən əvvəlki  dinlərdən, xüsusən də türkün Tanrıçılığından
bəhrələnmişdir. Zərdüştilikdə üstünlüyü od, alov, Günəş, Ay, Şüa, işıq
və insan qidaları, onların mənbələri və ilin fəsilləri ilə bağlı ayin və
bayramların olması ilə xarakterikdir.
42
Əxlaqa aparan yol


İlin bütün fəsillərinə aid böyük hesab edilən bayramlardan Ma-
idyoy-Zaremaya yazın ortasında, Maidyoy-Şema yayın orta-
sında, Paitişahya taxıl yığımı vaxtı, Ayatrima mal-qaranın
yaylaqdan qayıtdığı vaxt, Maidyairya qışın ortasında, Xamas-
patmaldaya qışın sonunda – gecə ilə gündüzün bərabərləşdiyi
(Bahar bayramı) günün axşamı təntənəli qeyd olunurdu.
Adətə və tələbə görə, bayram günləri səhər tezdən Ahura Maz-
daya həsr olunmuş bayram ibadəti icra edilir, sonra bayram süfrəsi
açılır, hamı – yoxsul da, varlı da bir yerdə yeyib-içir, küsülülər barışır,
şənliklər edilirdi.
Təbii ki, öz inancına uyğun olaraq ən böyük, böyüyün-böyüyü
bayram Atəşə həsr edilmiş bayram olardı və xüsusi təntənə ilə qeyd
edilərdi. Bu bayram “Yeni gün”, “Yeni il”, “Bahar” və “Novruz”
(farsca) adı ilə günümüzdə də məşhurdur. Əslində “Bahar” bayramı
bütün türk dünyasında, hətta bəzi digər millətlər də çox qədimdən
qeyd olunan türk dünyasının bayramıdır. Zərdüştilik zamanlarında
isə bu bayramda da Atəş, od, alov elementləri güclü olduğundan, daha
da təmtəraqla qeyd etmişlər. Zərdüşt bu bayramı yazda gecə ilə gün-
düzün bərabərləşdiyi günə salmışdır. Yəni, bu bayram dünyanın so-
nuncu gününü, Aşanın – Salehliyin qəti qələbəsi günü kimi tarixə
salmışdır.
Zərdüştilik – böyük və dünyəvi dindir, onun insanlara bəxş et-
diyi bir çox kəlamlar özündən sonrakı dinlərdə də öz əksini tapmış
və bir çox qaydaları da el qaydası kimi Azərbaycanda, onun insanlara
bəxş etdiyi bir çox kəlamlar özündən sonrakı dinlərdə də öz əksini
tapmış və bir çox qaydaları da el qaydası kimi Azərbaycanda, xüsusən
də dağ yerlərində özünü daha qabarıq göstərməkdədir. Sadəcə bir çox
insanlar tarixi qaynaqları hazırda yaxşı bilmirlər. Bunun bariz
nümunəsi Bakı şəhərinin Suraxanı qəsəbəsindəki Atəşpərəstlərin
məbədlərinin XX əsrin əvvəllərinə qədərki fəaliyyəti ola bilər. Digər
tərəfdən bu məbəd indi də fəaliyyətdədir. Buraya gələnlər onun həqiqi
tarixi mövcudluğu ilə bağlı bütün məlumatları ala bilirlər.
Atəşpərəstliyi hazırda da yaşadan hindlilər və digər bu dinə xidmət
43
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə