Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə10/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   6   7   8   9   10   11   12   13   ...   110

dağa qalxmaq istəyən kəs ondan icazə istəməlidir. Ağacı kəsməzdən
qabaq ondan üzr istənilməlidir, meşə ruhlarına süd, düyü və başqa
şeylərdən ibarət qurban verilməlidir. Aministlər etiqad edirlər ki, quş
insanlara ruhlar aləmindən xəbər gətirir. Ağacdan torpağa bağlılıq,
otlardan həyatsevərlik və mətinlik, qarışqadan dostluq və
əməksevərlik öyrənilməlidir. Qeyd edək ki, bu məqamlardan bir
çoxu, xüsusən də ağac, bitki, səma cisimləri və sairlə bağlı məqamlar
türkün Tanrıçılığında daha da güclü olmuşdur. İnsanlar təbiətə, onun
bitki və ağac örtüyünə, suyuna münasibətdə çox mühafizəkar xarak-
terli olmuşlar. Dövrümüzün şüuru ilə müqayisədə həmin psixologiya
insanın özünüyaşam xüsusiyyəti baxımından çox faydalı olmuşdur.
Müasir insanlar təbiəti məhv etdikləri halda, animizimçilər onu bütün
varlıqları ilə müdafiə etməklə, sağlam həyat tərzini və insanın qida
mənbəyini yüksək səviyyədə qorumuşlar. 
Türkün Tanrıçılığı çox qədim dini-mənəvi dəyər olsa da, bu
məqam arzuolunan səviyyədə öyrənilməmişdir.
Animizmə görə ağacdan torpağa bağlılıq, otlardan həyatsevərlik
və mətinlik, qarışqadan dostluq və əməksevərlik əxz olunmalıdır. On-
lara görə ruh müstəqil şəkildə də mövcud ola bilər, müvəqqəti olaraq
kiminsə bədəninə, hansısa bir cismə də keçə bilər. Bu etiqad
genişlənərək canlı-cansız hər bir varlıqda ruhun olmasına inanmaq
və ruhlara sitayiş etmək məzmununu kəsb etmişdir.
Animistlərə görə insan ayrıca bir varlıq, fərd deyildir. Onlar bir
çox ruhların – yəni valideynlərinin, əcdadlarının ruhlarının
məcmusudur. Bu səbəbdən də insan kömək üçün keçmişlərinin ruh-
larına dua etməlidirlər. Onda, onların xeyir-duası insan üçün kömək
olar.
Aministlər təzə ölənlərin yanına yemək-içmək qoyurlar və hesab
edirlər ki, onlar sağdırlar, əcdadlara belə münasibət olmasa, bəla baş
verər, ailəyə xətər toxunar.
Afrikanın Qərb hissəsində yaşayan animist “yoruba” qəbiləsinə
görə ölüm və dəyişiklik tanrısı Oya ildırım çaxanda, qasırğa və alov
olanda kömək olur. Bu qəbilələrin min yeddi yüz Tanrısı vardır. 
31
Ziyadxan NƏBİBƏYLİ


Olokun adlı Tanrı gizli niyyətlərdən xəbərdardır. Əvvəllər qəbilə
başçısı olmuş Şango hazırda elektrik və düha Tanrısıdır. İfa isə müd-
riklik Tanrısıdır. Obatala yaradıcılıq, hərarət və maarifçilik simvolu-
dur. Ruhlar onlara sitayiş edənlərə təbiət hadisələri arasında
əlaqələndirici, vasitəçidir. Ruhları çağıra bilən adamlar şəfaçı olurlar.
Aministlər müqəddəsləşdirdikləri təbiət hadisələrinə və cisimlərə
ehtiramla yanaşır, müxtəlif mərasimlər keçirir, onlara qurbanlar
gətirir, onların şərəfinə sitayiş ayinləri icra edirlər.
b) Magiya - ən qədim ibtidai dinlərdən sayılır. Fərziyyələrə görə,
onun 20-30 min il yaranış tarixi var. Magiyanı ovsunçuluq, sehrbaz-
lıq, cadugərlik kimi də izah edənlər var. Magiya əsasən dua yazmaq
və oxumaqla, müəyyən oyunlar (rəqslər) etməklə təbiət hadisələrinə,
yaxud insana təsir etməyi nəzərdə tutur. Əgər, yağışa ehtiyac varsa,
ovsunçu su çuxurunun ətrafında aidiyyatı rəqslər edir, su quşlarının
səsinə bənzər səslər çıxarırlar. Onlara görə heyvanın hər hansı bir
hissəsini xatırladan daş və ya ağac parçası ona sehrli təsir vasitəsidir.
Magiya daşıyıcılarına görə, heyvanlarla bağlı xüsusi tilsimlər və
daşlarda güc vardır. Canavar və ayı dərisindən hazırlanmış geyim on-
ların ruhi enerjisinin insana keçməsinə yardımçı olur.
c) Totemizm ən qədim dinlərdən hesab edilir – ona sitayiş edən
tayfanın əcdadı, sitayiş etdiyi şey mənasını kəsb edən “totem”
sözündəndir. Bir soya, tayfaya mənsub adamlarla bir heyvan və ya
bitki növü, bəzən də hər hansı bir təbiət hadisəsi, yaxud təbiət əşyası
arasında fövqəltəbii əlaqə, ümumi mənşə və qan qohumluğu olduğuna
inancdır. Onlara görə totemistlərin əcdadları özlərində insan, həm də
tayfa toteminin əlamətlərini birləşdirən adam-heyvan, adam-bitki kimi
varlıqlar olmuşdur. Soy isə öz toteminin adı ilə tanınır. Odur ki, totemə
etiqadla bağlı davranış qaydalarına və adətlərə həmin soyun hər üzvü
əməl etmək məcburiyyətindədir. Onlarda sosial münasibətlər də bu
təməl üzərində qurulmuşdur. Onların ən hörmətli insanları öldükdən
sonra tədricən totemə çevrilə bilir və ona etiqad yaranır.
d) Fetişizm – cisimlərə, qeyri-adi formalı daşlara, qayalara, ağac-
lara, gildən düzəldilmiş bütlərə, insanabənzər  təsvirlərə sitayişdir.
32
Əxlaqa aparan yol


İnsanlar hər hansı bir cismi fetişləşdirir, bütə çevirir, geyindirir,
bəzəyir, ona hədiyyələr gətirir, şərəfinə qurbanlar kəsirlər.
İslamdan əvvəl ərəblər gümüşdən, misdən və ya ağacdan
düzəldilmiş bütlərə sitayiş edirdilər. Onlarda Hüvəl, Vədd, Süva,
Yəğus, Yəuq, Nəsr, Zül-Xalasa adlı bütlərə etiqad güclü olmuşdur.
Fetiş hər bir əşyadan ola bilər. Lakin, fetiş kimi istifadə edilən
şeylərin müəyyən keyfiyyətləri də olmalıdır. Hazırda Qvineyada bir
şəxsi fetiş muzeyində 20 min fetiş qorunmaqdadır.
Qədim Azərbaycan ərazilərində qayalara, ağaclara pərəstiş kimi
fetişizm formaları da olmuşdur. Lakin, bu ən çox türkün Tanrıçılığı
ilə əlaqəlidir.
e) Şamanın – vəcd halında cuşa gələrək ruhlarla əlaqəyə
girməsinə edilən etiqad Şamanlıq adlanır.
Şamanlığa görə, insanlara üz verən xəstəliklərin, uğursuzluqların
səbəbi, baiskarı ruhlardır. Şaman vəcd halında olanda ruhlar aləminə
girə bilir. Xeyir ruhlarının yardımı ilə şər ruhlarını qovur və xəstə sa-
ğalır, uğursuzlar uğur əldə edə bilirlər. Onlara görə, xeyir ruh
fövqəltəbii qüvvəyə malik tilsimlərin qoruyucusu, şaman isə həmin
tilsimləri ruhdan rica edib alan şəxsdir. Belə demək mümkünsə,
Şaman insanlar aləmi ilə ruhlar aləmi arasında vasitəçidir. Şamançılar
cisimlərə deyil, bu cisimlərə köçmüş ruhlara sitayiş edirlər. Şaman
şəfa vermir, gücünü xarici aləmdən alır, görüntüləri və icra etdiyi
ayinlər ona həmin gücü insanlara ötürməyə yardımçı olur. Şamanlıq
varislik yolu ilə keçir, ancaq xüsusi vergi kimi də gələ bilər. Şaman
olmaq üçün daxilən pak olmaq, dözümlü olmaq gərəkdir ki, ruhlar
aləmi ilə əlaqəyə tab gətirə biləsən.
Şamanlar xüsusi təlim keçirlər, ruhların adlarını, daşıdıqları
vəzifələri, tayfanın sirlərini və əsatirlərini bilməlidirlər.
Bu inanc İslamdan əvvəl bir çox türk qəbilələri arasında geniş
mövcudluğa malik idi. 
ə) Sabiilik – göy cisimlərinə tapınmaqla bağlı olan etiqaddır. İn-
sanlar Yer üzündə baş verən hadisələrə Günəş, Ay və ulduzlar kimi
göy cisimlərinin təsiri olduğunu düşünərək onlara tapınmış, onları
33
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə