Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə12/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   8   9   10   11   12   13   14   15   ...   110

Mazdaya sitayiş edənlərin yaşadıqları 16 ölkənin təsviri verilir və
əxlaqi, mülki, dini hökmlər şərh edilir, murdarlıqdan təmizlənməyin
yolları göstərilir.
Növbəti – ikinci kitab Yasna adlandırılıb. Bu cilddə
Zərdüştlüyün oda sitayiş duaları və qurbankəsmə mərasimləri açıq-
lanır. Zərdüştin məbədlərində tanrıların təsvirləri olmur, möminlər
atəşə sitayiş edirlər və başqa dinə xidmət edənlərin od məbədinə
girməsi haram buyurulmuşdur.
Zərdüştiliyin üçüncü kitabı – Vispered adlanan dualar kita-
bıdır. 
Dördüncü kitab – Yaştalardır. Burada Zərdüştiliyin ən mühüm
dini prinsip və ayinləri özünə yer almışdır.
Pəhləvi dilində yazılmış beşinci kitab Bundehiş adlanır. Ki-
tabda şeylərin təbiəti, dünyanın sonu və sorğu-sual haqqında qaydalar
öz əksini tapmışdır.
3. ZƏRDÜŞTİLİKDƏ  
3. ZƏRDÜŞTİLİKDƏ  
HÖRMÜZD VƏ ƏHRİMƏN
HÖRMÜZD VƏ ƏHRİMƏN
Zərdüştlüyə görə, Avestaya görə Ahura Mazda, yaxud Hörmüzd
vahid, əbədi, yaradılmamış tanrıdır, hər cür xeyir işləri o yarada bilir.
O, hər şeyi bilir, hikmət və salehlik sahibidir, ədalətlidir. 
Ahura Mazda bir qayda olaraq  quş qanadlarına oxşar nəhəng qa-
nadları olan insan surətində təsvir olunur və kişi cinsindəndir, həyat
və həqiqət sahibidir, sevgiyə layiqdir, bir əlində hakimiyyət rəmzi
olan halqa tutur, digər əli ilə xeyir-dua verir.
Ahura Mazdanın düşməni Anhra Manyu yaxud Əhriməndir. Hör-
müzdün hikməti, salehliyi və xeyirxahlığına qarşı Əhrimənin bilik-
sizliyi, yalanı və şəri durur.
Hörmüzdlə  Əhrimən iki başlanğıc ruhdur, əkizdirlər, bir-
birlərinə əks dayanan qüvvələrdir. Zərdüştə görə, Ahura Mazda
məxluqatı iki mərhələdə yaratmışdır. İlk mərhələdə məxluqat ruhani,
qeyri-maddidir. Sonra Ahura Mazda  onu  maddiləşdirib. Lakin, o,
38
Əxlaqa aparan yol


ruhani varlıqdan fərqli olaraq şər qüvvələrin həsəd yerinə çevrildi.
Əhrimən dərhal onun üstünə atıldı. O, daş göylərin aşağı tərəfindən
dünyaya girib onun kamilliyini pozdu, suyun üstünə qalxıb, onun çox
hissəsini şor etdi, torpağın üstünə şığıyaraq keçdiyi yerləri səhralara
çevirdi, bitkiləri qurutdu, inəyi və ilk insanı məhv etdi, oda hücum
edib onu tüstü ilə korladı və beləliklə Əhrimən xeyir məxluqata ziyan
vurdu. 
Hörmüzd Əhrimənlə mübarizəyə qalxdı, mübarizənin gedişində
varlıq və yoxluq yaradıldı. Əslində Hörmüzd bütün bunların hamısını
əvvəlcədən bilirdi. O, əmin idi ki, dünyanı o yaratmışsa, Şər Ruh
dünyanı korlamalıdır və dünya iki qüvvənin – xeyir və şər qüvvələrin
mübarizə meydanına çevrilməlidir. Xeyir tərəfdarları xeyir görəcək,
şər tərəfdarları şərlə üz-üzə olacaqlar. Son nəticədə Ahura Mazda bu
mübarizədə qalib gələcək və Şəri məhv edəcək, dünya həmişəlik
xeyir dünyası olacaqdır.
4. YEDDİ  TANRI
4. YEDDİ  TANRI
Zərdüştə görə, Ahura Mazda Müqəddəs Ruhun yardımı ilə
altı, nisbətən kiçik tanrını yaratmış və bu görüntülər Zərdüştün ilk
görüntüsündə “işıqsaçan varlıqlar”dır. Ahura Mazda ilə birlikdə on-
ların sayı yeddidir və onlar əlbir olub aləmi təşkil edən yeddi məxluqu
yaratməşlar. Ahura Mazda Baş Tanrı, qalan tanrılar isə onun işıq-
saçanlarıdır. Onlar Amaşa-Spenta-Ölümsüz Müqəddəslər sayılır,
özləri də nisbətən kiçik xeyir tanrılarına – yazatlara həyat verə
bilirlər.
Ölümsüz Müqəddəslər Ahura Mazdanın sifətlərini təcəssüm
etdirdiklərinə görə bu keyfiyyətləri onlara düzgün pərəstiş edən in-
sanlara da xas edə bilirlər. İnsanlara daha yaxın Ölümsüz Müqəddəs
– Yohu- Manadır. Onun da ən yaxını həqiqət qanununu – aşanı
təcəssüm etdirən Aşa-Vahişta-“Xeyirsalehlik”dir.
Daha sonra gələn Spenta-Armayti (“Müqəddəs möminlik”),
Hşatra-Vairya (“Arzu edilən hakimiyyət”), Haurvatat (“Bütöv-
lük”) və Ameretat (“Ölməzlik”) də Ahura Mazdadan aldıqları həyat
39
Ziyadxan NƏBİBƏYLİ


qabiliyyətini və gözəl əxlaqi keyfiyyətləri insanlara ötürürlər, onlarla
paylaşırlar.
Adları çəkilən tanrılardan hər biri  müvafiq məxluqla bağlıdır –
Hşatra-Vairya göylərin sahibi, Spenta – Armayti Yerin sahibidir.
Suyu Haurvatat xəlq etmişdir, bitkilər Amertata mənsubdur,
Vohu-Mana yaradıcı xeyir simvolu olan inəyin sahibidir. (Hindis-
tanda günümüzdə də inək  müqəddəsdir, ona toxunmaq olmaz), Aşa-
Vahişta isə  bütün qalan məxluqata nüfuz edə bilən Odu idarə
edir, onun sahibidir. İnsan öz ağlı ilə seçim haqqı ilə Ahura Maz-
daya mənsubdur.
Zərdüşt öyrədirdi ki, insan öz fiziki və mənəvi sağlamlğına
diqqətlə yanaşmalı, öz tayı insana qayğı göstərməlidir, çünki insanı
Tanrı yaratmışdır. Tanrının yaratdıqlarını isə qorumaq gərəklidir,
insan  məxluqatın başıdır, onu qalan altı məxluqatla birləşdirən odur
ki, bütün Xeyir məxluqat Şər üzərində qələbə məqsədinə xidmətdədir.
Əgər, insan bu məqsədə şüurlu şəkildə çatmağa çalışarsa, digər
məxluqat bunu öz təbii meylləri sayəsində edir. İnsan xeyir niyyət,
xeyir söz və xeyir əməllə yaşamalıdır. Zəngəzurlu Zərdüşt
peyğəmbərin əxlaq qanunları belə idi, onun qanunları insanda böyük
məsuliyyət hissi aşılayır və oyadır.
5. İNSAN ÖZ NƏFSİNİ  
5. İNSAN ÖZ NƏFSİNİ  
BASSA, TALEYİNƏ  MƏSULDUR
BASSA, TALEYİNƏ  MƏSULDUR
Zərdüştə görə, insan öləndən sonra onun ruhu maddi aləmi tərk
edir. Ruh bədəni tərk edəndə insan qadın və ya kişiliyindən, varlı və
ya yoxsulluğundan, ağa və ya qulluğundan asılı olmayaraq, həyatı
boyu etdiyi əməllər, dediyi  sözlər və düşündüyü fikirlər üçün
məhkəməyə çəkilməlidir. Məhkəməyə isə Mitra sədrlik edir, onun
bir tərəfində Sraoşa, digər tərəfində Raşpi əyləşir. Fikirlər, sözlər və
əməllər bir gözü xeyir, bir gözü şər üçün nəzərdə tutulmuş tərəzidə
çəkilir, xeyir işləri ağır gələn ruh cənnətə layiq sayılır, hər kəsin vic-
danını təcəssüm etdirən gözəl hurinin müşaiyəti ilə geniş körpünü
40
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə