Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə11/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   7   8   9   10   11   12   13   14   ...   110

Tanrı bilmişlər. Bunları özlərinə yaxınlaşdırmaq üçün, onları
təcəssüm etdirən bütlər düzəltmiş və onlara sitayiş etmişlər.
34
Əxlaqa aparan yol


II FƏSİL
II FƏSİL
Ən qədim dinlər 
və Zərdüştilik,
Atəşpərəstlik, “Avesta”
1.  ZƏRDÜŞTİLİK  VƏHY DİNLƏRİNİN  
1.  ZƏRDÜŞTİLİK  VƏHY DİNLƏRİNİN  
ƏN  QƏDİMİDİR
ƏN  QƏDİMİDİR
B
B
u dinin əsaslarını Atəşpərəstlik
təşkil edir.
Atəşpərəstlik – odun, atəşin müqəddəsliyinə etiqaddır,
inamdır, inancdır. Zamanında insan cəmiyyəti üçün bi-
rinci dərəcəli əhəmiyyət kəsb edən od Allahın bir dəlili, əlaməti hesab
olunurdu. İnsanlar odu müqəddəsləşdirmiş, ona sitayiş etmişlər, onun
sönmədən daim yanması üçün müəyyən yerlər, şəraitlər yaradırdılar,
od məbədlərinə sitayiş edər, ona pənah gətirərdilər. Oda, atəşə inanc
öz dövründə indiki Şimali və Cənubi Azərbaycanda, indiki İranda,
Orta Asiyada və Hindistanda güclü olmuşdur. 
Atəşpərəstlik Azərbaycan torpağında, Zəngəzurda yaranmışdır.
Bu barədə, bu sətirlərin müəllifi “Zəngəzurun qısa tarixi və coğrafi-
yası” kitabında elmi əsaslara söykənən müəyyən məlumatlar
verdiyindən, burada sırf dini-mənəvi baxımdan məlum olan fikirlərə
əsaslanmışdır. 
Zərdüştlük də adlanan vəhy dinlərinin ən qədimi olan bu din öz
35
Ziyadxan NƏBİBƏYLİ


adını peyğəmbəri Zərdüştün adından qaynaqlandırır. Elmdə
zərdüştilik həm də sitayişinə çağırdığı Baş Tanrı Ahura Mazdanın adı
ilə məzdəilik, od məbədinin məcusi qəbilələrindən çıxmış kahinlərin
– dəsturların və mobidanların adı ilə məcusilik, ayinçiliyində əsas yer
tutan atəşlə bağlı olaraq atəşpərəstlik, əsas müqəddəs kitabı olan
Avestanın adı Avesta dini kimi də dini tarixdə tanınır. 
Onlar oda sitayiş edir, ölmüş adamların cəsədlərini murdar hesab
etdikləri üçün torpağa tapşırmır, dağ yerlərində (Zəngəzurda) hazır-
ladıqları xüsusi yerlərə qoyur, qurd-quş yedikdən sonra sümükləri
gətirərək əvvəlcədən bu məqsədlə hazırladıqları yerin təkində sax-
lardılar.
2. ZƏRDÜŞT KİMDİR VƏ
2. ZƏRDÜŞT KİMDİR VƏ
ONUN TƏLİMİ NƏDƏN İBARƏTDİR
ONUN TƏLİMİ NƏDƏN İBARƏTDİR
Tarixi və dini-tarixi mənbələrə görə, Zərdüşt Pouruşaspın oğludur
və təqribən yeni eradan (Xristian dininin yaranmasından) əvvəl I-II
əsrlər arasında (1500-1200-ci illər) Cənubi Azərbaycanda, son
məlumatlara görə isə Zəngəzurda anadan olmuşdur. Zərdüşt, müəllifi
olduğu on yeddi himn-qatla böyük şöhrət tapmış və peyğəmbər kimi
qəbul edilmişdir. Tanrı ona vəhy göndərmiş və bu vəhyi insanlara özü
bildiyi anlaşıqlı dildə  çatdırmışdır. Zərdüşt peyğəmbər çox cəfalı
yollar keçmiş, zəhmətsevərlik etmiş, qabaqcıl insanlardan dərs almış,
həqiqət, paklıq axtarışlarına uzun ömür sərf etmiş, çox böyük biliklər
əldə etmiş və bu münasibətlə onu valdamna – yəni Tanrının ilham-
landırdığı müdrik şəxs adlandırmışlar. Zərdüşt bütün insanları ədalətli
olmağa çağırır, güclünün də, zəifin də bərabər qaydada ədalətli rəftara
haqqı olduğunu təbliğ edirdi. Zərdüşt özündən əvvəlki dinlər haq-
qında da məlumatlı idi və türkün Tanrıçılığına həssas olmaqla, onu
yaxşı bilirdi.
Dini-mənəvi dəyərlər mənbələrinə görə Zərdüşt otuz yaşında
olarkən bir yaz bayramında (Bahar bayramında) ibadət üçün su
36
Əxlaqa aparan yol


götürmək məqsədilə çaya girmiş və sahilə çıxanda bir görüntü gözünə
görünmüşdür. Bu, işıqsaçan Yohu-Mana-Xoş Niyyət idi. O, Zərdüştü
Ahura Mazdanın – Hörmüzdün yanına dəvət etmişdir.
Hörmüzdün yanında daha beş işıqsaçan tanrı vardı. İşıq saçan bu
altı tanrı Ahura Mazdanın altı sifətini təcəssüm etdirirdi. Onlar elə
parlaq işıq saçırdılar ki, Zərdüşt öz kölgəsini görmürdü. Bu görüşdə
Zərdüşt həmin yeddi tanrıdan vəhy aldı. Aldığı vəhyi Zərdüşt bundan
sonra təbliğ etməyə başladı. Lakin, bu təbliğat ilk vaxtlar özünə o
qədər də tərəfdaş toplaya bilmirdi. Yaşadığı yerdən başqa vilayətlərə
üz tutan Zərdüşt, bu yerlərin birində məlik Viştapanı özünə həmkar
edə bildi. Saray kahinləri Zərdüştü sehrbaz, cadugər kimi hamıya ta-
nıtmaq istəyənlər, öz istəklərinə nail ola bilmədilər. Zərdüşt saray
məmurlarının iştirak etdiyi məclisdə möcüzəli şəkildə məlikin xəstə
atına Tanrının köməyi ilə şəfa verdikdən sonra məlik Vistapa
Zərdüştün tərəfinə keçdi, Zərdüştlüyü qəbul etdi və onu dövlət dini
səviyyəsinə qaldırdı.
Rəvayətə görə, Zərdüşt öz təlimini ömrünün sonuna qədər, yəni
əlli il təbliğ etdikdən sonra, yetmiş yeddi yaşında Od məbədində öl-
dürülmüşdür. Zərdüştlüyün ilk Vəhy dini kəlamlarının müasir
dövrümüzə gəlib çıxmasında  Qatların Avestada, yaxud Zənd-Aves-
tada öz əksini tapmasındadır. Qatlar – Zərdüştün bizə qədər gəlib
çatan himnləri onun həyatı və təlimi haqqında başlıca mənbədir. Bun-
lar  Zərdüştün  Tanrıya – Hörmüzdə müraciətlə dediyi kəlamlardır.
Əlbəttə, Avestaya ayinçiliklə bağlı başqa müqəddəs mətnlər də da-
xildir.
Yuxarıda deyilən Qatlardan sonra tərtib edilən bütün mətnlər ha-
mılıqla Kiçik Avesta kimi qəbul edilmişdir. Ayrı-ayrı tanrılara həsr
edilmiş himnlər və ya yaştılar, vəcd halında söylənilən kəlamlar –
mantralar Kiçik Avestada mühüm əhəmiyyət kəsb edir.
Günümüzə gəlib çatan Avesta beş kitabdan ibarətdir. Onun dördü
qədim fars dilində, biri iasə Sasanilərin dili olan pəhləvi dili
şivəsində qələmə alınmışdır. İlk kitab – Videvdat dünyanın Ahura
Mazda tərəfindən necə yaradılmasından bəhs edir. Kitabda Ahura
37
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə