Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə15/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   11   12   13   14   15   16   17   18   ...   110

və onun fonunda yaranaraq dünyaya işıq saçan “Avesta”mızı
dəyərincə qiymətləndirmək, bu günkü vətəndaş ziyalılarımızın ümdə
müraciət yeri olmalıdır.
9. HİNDUİZM NƏDİR
9. HİNDUİZM NƏDİR
Məlum olduğu kimi, Hindistan yarımadası dəfələrlə türk döv -
lətləri, türk tayfaları, o cümlədən, Azərbaycan dövlətləri tərəfindən
tutulmuş, bu xalq dövlət səviyyəsində türk dilindən istifadə etmişdir.
Lakin, türklər heç bir ölkədə olmadığı kimi Hindistanda da əhalinin
dini-mənəvi dəyərlərinə toxunmamışlar. Odur ki, Hindistan yarıma-
dasında bir çox dinlər inkişaf tapmışdır. Eradan əvvəl II-I əsrlərdə
burada hinduizm yayılmağa başlamışdır.
Hinduizm dedikdə - Vedalar adlanan  qədim müqəddəs yazılar
xatırlanır. Mömin hindlilərə görə, Vedalar insan zehninin məhsulu
deyil, müdriklərin – rişələrin əbədiyyət aləmindən eşitdikləri
həqiqətlərdir. Əslində hinduizm vahid din deyil, hin insanları siste-
midir. Hinduizm hər birinin öz ehkamları, ayinləri, ilahiyyat
mühakimələri olan yerli dini təlimlərlə yanaşı, özündə animizm, to-
temizm və fetişizm təsəvvürlərini də özündə cəmləşdirib. Onlar həm
Vedalara etiqad, həm də yerli dinlərin bəzi ünsürləri, məsələn, suya-
Qanq çayına, ilan, meymun, fil, inək kimi heyvanlara və əcdadlarının
ruhlarına pərəstiş edirlər. Lakin, bu din çoxallahlılıq dinidir. Onlara
görə, hazırda Hindistanda 3 milyon tanrı var. Əsas tanrıları Brəhmə,
Vişni və Şivadır. Hinduizmdə iki əsas istiqamət – vişnizm və şivaizm
mövcuddur. Hinduizm insanın mənəvi aləminə yönəlmişdir. Orada
fərdi axtarışlara, şərdən qoruya biləcək ruhani təmrinlərə xüsusi yer
ayrılır, əsas qayəsi isə - hər kəsin səadəti öz əlindədir ideyasına
söykənməkdir.
Vedalar dini olan Hinduizm  qədim hind dilində “Biliklər top-
lusu” mənasını verir. Və burada müqəddəs nəğmələr, qurbanvermə
duaları, təntənəli himnlər toplanmışdır. Hinduizmdə dörd veda vardır
– Riqveda, Samaveda, Yacurveda və Atharvaveda. Vedaların sa-
47
Ziyadxan NƏBİBƏYLİ


yının dörd olması – qurbanvermə ayinini  ayrı-ayrı vəzifələr daşıyan
dörd kahinin idarə etməsi ilə əlaqəlidir.
Riqveda bilicisi Hotar tanrıları çağırır, Samaveda bilicisi Udha-
tar ayini lazımi nəğmələrlə müşaiyət edir, Yacurveda bilicisi Adh-
varyu ayin üçün zəruri ovsunları oxuyur, Atharvaveda isə - nəzarətçi
brəhmən bütövlükdə mərasimə nəzarət edir. Ən qədim veda Riqve-
dadır. Burada Kainatı idarə edən tanrılara himn və dualar toplanmış-
dır.  Dyaus və onun arvadı – Yer ilahəsi Prithivi tanrıların ulu
əcdadlarıdır. Onların əzəlini istilik, işıq, yağış tanrısı, müdrik bilici
və döyüşçü, Kainatın hökmdarı İndradır. Aqni od tanrısıdır, ailəni
və evi o himayə edir. O, gəncdir. Hamıya xeyir gətirir, odur ki, hamı
onu sevir, ona pərəstiş edir. Soma həm qurbankəsmə ayini üçün lazım
olan məstedici içkinin, həm də bu içki tanrısının adıdır.
Riqvedanın ayrı-ayrı fəsillərində  Vişninin Yer üzündən keçərkən
atdığı “üç addım”dan, dünyanın yaradılmasından, İndranın göyü
Yerdən ayırmasından, göylə Yer arasındakı məkanı hava və insanlarla
doldurmasından bəhs edilr.
Samaveda atəşə qurbanvermə ayinini icra edərkən oxunan
nəğmələr toplusudur.
Üçüncü veda Yacurveda adlanır və bir neçə deyimdədir.
Müxtəlif dini məktəblərə mənsub dörd  “Qara Yacurveda” və iki
“Ağ Yacurveda” vardır.  Hər bir kitabda qurbanvermə duaları və on-
ların şərhləri vardır.
Dördüncü veda – Atharvaveda adını kahin atharvanların adın-
dan götürüb. Bu kitabda zahidlik dünyanı xilas edəcək bir qüvvə kimi
izah edilir. Yüksək zahidlik məqamına yetişmiş insan tanrılardan güc-
lüdür.
Atharvaveda artıq yeni, mücərrəd xarakter daşıyan tanrılardan
söhbət açılır. Vena elə tanrıdır ki, hər şey ona qərq olur və ondan
əmələ gəlir, Kala zaman, Kama məhəbbət, Skambha həyat tanrı-
larıdır. Bu tanrıların arasında Brəhmə daha çox fərqlənir və birincidir.
Vedaların dinini brəhmənizm əvəz edir.
Hazırda Hindistanın bütün bölgələrində Vedalar dini yerlilər ara-
48
Əxlaqa aparan yol


sında  “Sanatana Dhərmə” (“Əbədi din”) adı altında tanınır. Sana-
tana Drəhmə müxtəlif dini etiqadları özündə birləşdirir.
Vedaların hər biri dörd hissədən ibarət olub, sonuncu hissə Upa-
nişadlar adlanır. “Upa-nişad” – “yanında oturmaq” mənasında
işlənir. Yəni şagirdin öz müəlliminin yanında oturub onu
dinləməsidir. 200-dən artıq Upanişaddan 10-u ən mötəbər sayılır.
Upanişadlar illərlə meşələrdə, dağlarda tərki-dünya həyat tərzi sürüb
saleh düşüncələrə dalan zahidlərin – rişilərin mistik kəşflərini ehtiva
edir.
Upanişadlar həyat və ölüm, göyün və Yerin yaradılması, insanla
kosmos, insanla tanrılar arasında qarşılıqlı əlaqə məsələlərinə həsr
olunmuşdur. Bu müqəddəs yazılar bilik sahibləri olan həqiqət axta-
ranlar üçün nəzərdə tutulmuşdur. Upanişadlarda fikir fəlsəfi
müstəvidə gedir. Bu mənada rişilər vəcd halında Brəhməni –
Dərkedilməzi kəşf etdilər. Çeşidli formalar, o cümlədən, insan da
Brəhmədən törəyir. Rişilərin açdıqları yeniliyin sevindirici cəhəti
onda idi ki, onlar Brəhməni özlərindən İncə vücud (Atman) kimi
kəşf etmişdilər. Brəhmə özündən Kainatı yaradır, sonra hər bir vücuda
nüfuz edir. Bütün mövcudlar ancaq onun özündən ibarətdir.
Upanişadlarda ruhların köçməsi ideyası da özünə geniş yer tapıb.
Yəni “insan öləndən sonra nə baş verəcək?”
Upanişadlara görə, ruh bədəni tərk edir, yeni bədənə köçür. Ruh-
ların köçməsi ideyası öz davamını karma ideyasında  tapır.
Karma əməllərə görə əvəz – mükafat və cəza ideyasıdır. İnsanın
hər bir əməli, niyyəti, fikri, istəyi onun gələcək mövcudluğunu for-
malaşdırır. Yəni, hər bir insanın xeyir və şər əməllərinin məcmusu
onun sonrakı yenidən doğuluşunu müəyyənləşdirir. Kimin karması
yaxşıdırsa, o, yenidən həyata gələndə hörmətli insan kimi gələcək.
Karman  pisdirsə, ruhun rəzil bədənə, kölə bədənə, xəstə bədənə
köçəcək. Bu qanun dünyadan əl çəkib özlərini tanrıya xidmətə həsr
edən tərki-dünya zahidlərindən başqa hamıya aidiyyatı var.
Hinduizmdə - dini-fəlsəfi baxışlar sistemi kimi brəhmənizm Ve-
dalar dininin  birbaşa varisidir. Vedalar dini təkmilləşdikcə kahin
49
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə