Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə20/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

buddistlərə mənəvi kamillik yolunu göstərir. Bu, hər şeydən əvvəl
maddi həyata bağlılıq amillərindən imtina etməkdən ibarətdir.
Buddizmə görə, insan hələ həyatda ikən düqhədən nicat tapa
bilər. Onun üçün özünü cəmiyyətdən ayırmalı, sanqhaya  - rahiblər
icmasına daxil olmalıdır. Buddizmdə insanlar  könüllü şəkildə
sövməələrə - monastrlara girir, ailələrindən, mülkiyyətlərindən imtina
edir, sarı əba geyir, özlərini rahib həyatı sürməyə məhkum edirlər.
Onlar 253 qadağaya riayət etməli olurlar. Monastrlar buddizmin
mərkəzləri, bu dinin təlimini yayan ocaqlar olub. Buddizmin
müqəddəs kitabları monastrlarda yazılmışdır. Sıravi buddistlər
rahiblərə fövqəladə keyfiyyətlərə malik insanlar kimi baxır, onlara
xüsusi ehtiram göstərirlər.
Mənbələrdən məlumdur ki, Buddizm heç vaxt vahid təlim olma-
mışdır. Buddizmdə iki məktəb daha çox inkişaflı və fərqli olmuşdur.
Bunlar Hinayana və Manayana buddizmidir. Hinayana buddizmi
– dar qurtuluş yolu seçib və daha çox rahiblərin təlimi kimi tanınıb.
Bu təlim ən çox Şri-Lanka, Myanma (keçmiş Birma), Laos, Tailand
kimi ölkələrdə yayılmışdı, mühafizəkarlığı ilə seçilir.
Mahayama buddizmi – geniş qurtuluş yolu kimi təşəkkül  tapıb,
dünya ilə yaxınlığı xoşlayır, sadə insanlar üçün anlaşıqlı formada
təbliğ edilir. Çin, Tibet və Yaponiyada yayılmışdır. Şri-Lanka, Tai-
land, Myanma və Kambocada Buddanın qayalarda yonulmuş
heykəllərinə hələ də təsadüf etmək olar.
3 .   B U D D A İ Z M   B U   G Ü N
3 .   B U D D A İ Z M   B U   G Ü N
Yaşadığımız  XXI əsrdə Yaponiya, Çin, Hindistan, Şri-Lanka,
Laos, Tailand, Myanma, Kamboca buddizmin yayıldığı ölkələr hesab
edilir. Kasta sistemini qəbul etmədiyinə görə buddizm Hindistanda
çox geniş yayılmışdır. Amna, Myanma, Kamboca, Vyetnam, Laos və
Tailandda rahiblərin hörməti hələ də qalmaqdadır. Onların fikirləri
möminlər üçün əsasdır. Rahiblər isə siyasi həyatda iştirak etməsələr
də, ona ciddi təsir göstərə bilirlər.
63
Ziyadxan NƏBİBƏYLİ


ABŞ-da buddizm mərkəzi fəaliyyətdədir. Mahayana buddizminin
bir qolu sayılan dzenbuddizm həm ABŞ-da və həm də Almaniyada
uğurlu fəaliyyətdədir. Etiraf etmək gərəkdir ki, dövrümüzün  ekoloji
çətinlikləri də buddizmə sığınmağa şərait yaradır. Bununla yanaşı
buddizm ideyalarının təbiətlə, bitki aləmi ilə təbliğ edilən
məramların Türkün Tanrıçılığı ilə bağlılığını nədənsə heç kəs dilə
gətirmir. Canlı və cansızın qorunması, onlara qayğı ilə yanaşıl-
ması mübaliğəsiz bütün dinlərdə Tanrıçılıqdan bəhrələnmişdir.
Bu məsələ eyni ilə digər dinlərdə də öz bəhrəsini vermişdir. Bir
çox ölkələrdə Tanrıçılığı öz dillərinə tərcümə etməklə, bəzən də
üzərində “müasirləşmə” işləri aparmaqla da özününkü 
ləş 
-
dirmişlər. Türk dünyası isə həmişə olduğu kimi bu məsələlərə
fikir vermir, yaradır, qurur, tikir və qoyub gedir – yiyəlik etmir.
4 .   S İ Q N İ Z M   N Ə D İ R
4 .   S İ Q N İ Z M   N Ə D İ R
Siqnizmin tarixi çox da qədim deyil. O, Hindistanın şimalında
XV əsrdə meydana çıxmışdır. Siqnizm İslamla hinduizmin element -
lərini özündə birləşdirir. “Siqh” sözü “şagird”, “mürid”,  – “həqi -
qət axtaran” mənalarını özündə kəsb etdirir. “Mürid” sözü
Azərbaycan türkcəsində çoxdan işlənir və həm də hazırkı vaxtda
“əsgər”, “döyüşçü” mənalarında da başa düşülür. Məsələn: Şah İs-
mayıl Xətainin müridləri, döyüşçüləri, əsgəri və s. mənalarında.
Siqhlər Allahın birliyini, vahidliyini qəbul edir, bütlərə sitayişi
rədd edir, insanların Tanrı qarşısında, Allah qarşısında  bərabər -
hüquqlu olduqlarını etiraf edirlər.
Dini tarixi məlumatlara görə, Siqnizmin banisi Huru Nanak
(1469-1539) olmuşdur. O, 30 yaşında bir dəfə paklanmaq üçün çaya
girmiş və guya üç gün suyun altında salamat qalmışdır. O, Allahın
dərgahına aparılmış, Allah ona duakarlığını, ürəyindəki Allah sevgi-
sini, həqiqət şövqünü və razılığını artıran bir qab süd içirmiş və əmr
etmişdir ki, Kaliyuqanın – Qaranlıq zəmanənin günahlarını yumaq
üçün işıqlı dünyaya qayıtsın.
64
Əxlaqa aparan yol


Deyilən hadisədən sonra Nanak diyarbadiyar gəzib-dolaşır, öz
təlimini təbliğ edirdi. Təlimdə həm islamın və həm də hinduizmin
təsiri özünü açıq-aydın göstərir. Nanak nə İslam, nə də hinduizm yolu
ilə getmədiyini söyləyir. Onun yolu Allah yoludur. Nanaka görə, in-
sanın məscidi - mərhəmət, namaz xalçası – sədaqət, Quranı salehlik
və orucu – yaxşılıq olmalıdır. Nanak öz tərəfdarlarına söyləyirdi ki,
yaxşı əməlləriniz elə Kəbədir, düzgün şəhadətləriniz isə elə Şəfqətdir.
Nanakın zahiri möminliyə o qədər də tələbkarlığı yox idi. Ona
görə, insanın  daxili aləmi, daxili dünyası birinci mömin olmalıdır və
ona diqqətli, tələbkar idi.
Nanakın siqhizmi insanda iki başlıca  fəziləti – itaətkarlığı  və
ibadətkarlığı mühüm kimi qəbul edirdi.
Siqhizm daşıyıcılarına Nanakdan sonra onun şagirdi olmuş
Anhad Deva başçılığa başlamışdır. Onun əsas xidməti Nanakdan
sonra Siqhizmi yazıya köçürməsi olmuşdur. Mənbələrə görə, siqhiz-
min on hurisi olmuş və onlardan hər biri din üçün böyük bir iş gör-
müşdür. Onlardan birisi Amritsar şəhərini salmış və bu şəhərdə ən
böyük siqh məbədini tikdirmişdir. Digər birisi isə Nanakın
moizələrini toplamış və onun əsasında siqhlərin müqəddəs kitabını
tərtib edərək, dindaşlarına töhfə etmişdir.
İslamda olduğu kimi, Siqhlərə görə də, Allah birdir, bütün dünya
ayrı-ayrı adlar altında bir olan Allaha ibadət edir, Allahı sevməyi, Ona
qəlbən sədaqətli olmağı hamı üçün vacib  hesab edir. Siqhlər Allahı
“Sat” (“Haqq”)  adlandırırlar, yeganə həqiqətin, yeganə gerçək -
liyin Allahda olduğunu qəbul edirlər. Onlara görə “Allah  zaman və
məkan xaricindədir”  - söyləyirlər və Nuru siqhizmin peyğəmbəri
kimi qəbul etmişlər. 
Siqhlərə görə Allah Nur peyğəmbər vasitəsi ilə nur saçır. Onlara
görə Allah gözəgörünməzdir, Onu yalnız və yalnız xəlq etdiklərində
müşahidə etmək olar.
Siqhlərə görə, İnsan öz Yaradanı Allaha zəhməti, yaxşılıqları,
ibadəti, itaətkarlığı və s. ilə qulluq göstərə bilər. Onlara görə Siqh
qaydalarına əməl edən insan mərhəmətli olar. İnsan bir neçə həyat
65
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə