Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə29/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   25   26   27   28   29   30   31   32   ...   110

İsa göydəki Ata Allahın adından danışaraq, qeyd edir ki, bütün
insanlar Allahın övladlarıdır, odur ki, insanlar Allaha oxşamalıdırlar.
İnsanlar Allahın sevdiyi kimi sevməli, danışdığı kimi danışmalı, dav-
randığı kimi davranmalı, kamil olduğu kimi kamil olmağa bütün var-
lıqları ilə çalışmalıdırlar.
Əgər, yəhudilik nicat tapmaq üçün “Öldürmə” deyirdisə, İsa
“Qəzəblənmə”  deyirdi. Yəhudilik “Öz qonşunu sev və öz düşməninə
nifrət et” deyirdisə, İsa öyrədirdi ki, “Bir-birinizi sevin” (İncil –
Yəhyaya görə, 13:34). “Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara
xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib
təqib edənlər üçün dua edin”. (İncil – Mattaya görə, 5:44). Yəhudilik
– Gözə-göz – dişə diş” tövsiyyəsini rəhbər tutaraq intiqamın
zəruriliyini əsaslandırırdısa, İsa “Kim sənin sağ yanağına vurarsa,
ona o birisini də çevir” (İncil – Mattaya görə, 5:39) tövsiyyə edirdi.
Əlbəttə, İsanın dedikləri təslimçiliyə çağırış deyildi, mənəvi kamilliyə
dəvət əlaməti idi. Pisliyə  pisliklə cavab  verilməməlidir, pisliyə yax-
şılıqla cavab vermək insanı alçaltmır, əksinə, daha da şərəfləndirir,
daha da yüksəldir. Təbii ki, bunu ancaq kamil insanlar bacarırlar.
İsanın insanlara dediyi ən böyük fikir – “Rəbbin Allahı bütün
ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev”. Yaxud  – “Qonşunu
özün kimi sev” (İncil – Mattaya görə, 22:37-39). Əslində, dinin bütün
hökmləri və bütün peyğəmbərlər bu söylənilən iki əmrə, iki fikrə bağ-
lıdırlar.
İsa və onun ardıcılları təxminən 300 il təqib olunmuşlar. Lakin,
I əsrin 2-ci yarısında İsanın şagirdi həvari Pavelin fəaliyyəti
nəticəsində xristianlığın təlimi formalaşır və yəhudiliyin milli
məhdudluğundan canlarını qurtara bilirlər. Xristianlığa görə, nə
yəhudi var, nə ellin, bütün insanlar Allaha xoşdur. Amma, Məsihə
iman gətirmək, salehlik yolunu tutmaq, tövbə edib Allaha sitayiş
etmək yetərlidir. Deməli, xristianlıq fövqəlmilli, bəşəri din kimi
təşəkkül tapdı, təlimini işləyib tamamladı, müqəddəs kitablarını ya-
zıya aldı. Bundan sonra xristianlıq sürətlə yayıldı və beləliklə xristian
icması yəhudilər arasında kiçik bir icma olmaqdan çıxdı, ardıcılları-
91
Ziyadxan NƏBİBƏYLİ


nın sayı artdı, çox yəhudi xristianlığı qəbul etdi və beləliklə, iki əsr
müddətində xristianlıq bütün Roma imperiyasının ərazisində və Me-
sopotomiyada yayıldı. Onun ardınca tədricən kilsə iyerarxiyası
təşəkkül tapdı, kilsə Allahla insan arasında vasitəçiliyə çevrildi. İkinci
əsrdən etibarən yepiskoplar mürəkkəb əqidə və ayinçilik məsələlərini
şərh edir – bidətçi sektalara qarşı mübarizə ilə məşğul olurlar.
IV əsrin əvvəllərində Konstantin imperiyanın taxt-tacına sahib
olanda xristianlıq rəsmi din olaraq elan edildi. Kilsə insanları öz
bildiklərini Böyük Kilsə toplantılarında tədricən möhkəmləndirdilər.
325-ci ildə Nikeydə, 381-ci ildə isə Konstantinopolda çağırılmış
Böyük Kilsə toplantılarında xristianlığın İman Rəmzinin şəhadət
kəlməsinin tərtibi sona çatdırıldı və Konstontinopol xristianlığın
mərkəzi oldu. Onun ardınca Antioxiya, İsgəndəriyyə və Yerusəlim
patriarxlıqları ona tabe oldular. V əsrin sonlarında Roma imperiyası-
nın bütün ərazilərində əhalinin əksəriyyəti xristianlığı qəbul etmişdi.
Bunun ardınca tədricən İsanın təbiəti məsələsi ilə bağlı əqidə ixtilaf-
ları ortaya çıxdı. Monofizitlər İsanın yalnız ilahi təbiətini qəbul
etməyə istiqamət götürdülər. Diofizitlər isə İsanın həm ilahi və həm
də insan kimi iki təbiətə malik olduğuna inanır, etiqad edirdilər.
İkili inanca bölünən xristianlıq IV əsrin sonu, V əsrin
əvvəllərində Roma imperiyasının Qərbi və Şərqi imperiyalara parça-
lanması səbəbindən kilsənin də parçalanmasına səbəb oldu. Qərbi im-
periyada imperatorun hakimiyyəti zəiflədikcə kilsənin mövqeləri
möhkəmlənirdi və VI əsrdə güclü Roma yepiskopu papa elan olundu
və Roma – katolik sərhədləri üzərində hakimiyyət onun əlində
cəmləşdi. Qeyd edilməlidir ki, Papa hər cür günahdan məsum sayıl-
mağa başlandı. Dinlə dövlət birləşdi  və əlbəttə Papanın məsum sa-
yılmağı doğru deyildi. Sadəcə Papa günah işlədən şəxs olmamışdır.
O, Allah qarşısında bütün insanlara nümunə olmalıdır. İstənilən
dövlət başçısı isə belə bir nümunə ola bilməz.
Şərqi imperiyada isə pravoslavlıq intişar tapdı və pravoslavlıq
üç üqnum məsələsini katolizmdən fərqli şərh edir. Hesab edilirdi ki,
Müqəddəs Ruh yalnız Allah – Atadan doğur, cənnətlə cəhənnəm ara-
92
Əxlaqa aparan yol


sında günahlardan təmizlənmə yeri yoxdur, kilsənin pulla günahları
bağışlamaq fikri düzgün sayıla bilməz.
1054-cü ildə Xristian kilsəsi Qərb katolik və Şərq – pravoslavlıq
kilsələrinə parçalandı, katolik kilsəsinin mərkəzi Roma, pravoslav
kilsəsinin mərkəzi isə Konstantinopol elan edildi.
Xeyli keçdikdən sonra – yəni XVI əsrdə Avropada Reformasiya
hərəkatı geniş vüsət aldı. Kilsə strukturu və ayinçilik sadələşdirildi.
Lüter, Kalvin və Müntser papanın məsumluğu əqidəsinə, günahların
bağışlanması haqqında pulla papa adından fərman verilməsi
təcrübəsinə, kilsənin insanla Allah arasında vasitəçilik rolunun
şişirdilməsinə qarşı çıxdılar. Bunun nəticəsi olaraq protestantlıq
cərəyanı yarandı.
Protestantlıq da vahid məzhəb olaraq indiyə kimi qalmışdır. Onun
içində bartistlər – XVII əsrdə, metodistlər – 1739-cu ildə, Yeddinci
gün adventistləri – 1780-ci ildə, mormonlar – 1830-cu ildə, Ye-
hova şahidləri – 1880-c ildə, mennonitlər – 1895-ci ildə, İncil xris-
tian batistləri – 1944-cü ildə adlı dini qardaşlıqlar və digər
sektalar yarandı.
3. AZƏRBAYCAN XRİSTİAN 
3. AZƏRBAYCAN XRİSTİAN 
ALBANİYASI
ALBANİYASI
Azərbaycanda xristianlıq Qafqaz Albaniyası dövləti vasitəsi ilə
yayılmışdır. Azərbaycan dövləti olan Albaniyada xristianlıq qonşu-
luqda olan xristian dövlətlərinin təsiri, yaxud ölkəyə birbaşa həmlə
edilərək məcburi qəbul etdirilmişdir. Bir çox dinlərin daşıyıcıları olan
Azərbaycan türklərində ən çox qədim türkün Tanrıçılığı, Atəşpərəstlik
özünə möhkəm kök salmışdı. Xristianlıq dini-mənəvi dəyəri
Azərbaycanda qəbul etdirilərkən atəşpərəstlər çox böyük məhrumiy -
yətlərə məruz qalmışlar, məhv olmuşlar, ölkə hüdudlarından
kənarlara getməyə məhkum olunmuşlar, atəşpərəstliyin məbədləri və
mədəni, dini, tarixi abidələri məhv edilmişdir. Xristianlığın
93
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə