Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə30/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   26   27   28   29   30   31   32   33   ...   110

Azərbaycana gəlməsi ilə ölkə bir neçə dəfə ayrı-ayrı bölgələrə ayrıl-
mış, qardaşlar arasında qanlı döyüşlər getmiş və ruslar tərəfindən
ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi sayəsində
Azərbaycan türkləri günümüzdə də öz doğma ata-baba torpaqlarında
dinc-firavan ömür sürə bilmirlər, əsrlər boyudur ki, tez-tez
müharibələrlə üzləşirlər.
Qeyd edək ki, xristian tarixi ilə 313-cü ildə başda Azərbaycan
Alban hökmdarı Urnayr olmaqla insanlar tədricən xristianlığı qəbul
etmişlər. Akademik Z. Bünyadova görə Urnayr, II Vaçe və III Vaça-
qan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar və onların
səylərinin, xarici səylərin təsiri nəticəsində xristianlıq Albaniyanın
hakim ideologiyasına çevrilmişdir. Suriya və Yunan dillərindən Bib-
liya və digər dini ədəbiyyat Albaniyanın  dövlət dili olan türk dilinə
tərcümə edilmişdir. Bibliyanın belə tərcümələrindən birinin V əsrdə
mövcud olması məlum olsa da, o, bizə gəlib çatmamışdır.
1836-cı ildə ermənilərin müraciəti əsasında Rus imperatorunun
göstərişi ilə Peterburq Sinodi tərəfindən Alban katalikosluğu
ermənilərə verilməklə ləğv edilmişdir. Azərbaycan Alban dini-mənəvi
dəyərləri, onun insanları və dövləti böyük itkilərə məruz qalmışdır.
Günümüzdə də ermənilər Rusiyanın bu siyasətindən bəhrələnərək
Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuş və torpaqlarımızı
işğal etməkdə davam edirlər.
Bütün bunlara baxmayaraq Alban-Udi Xristian kilsəsi indiyə -
dək öz mövcudluğunu qoruyub saxlaya bilmişdir. Şəkidəki Kiş
kilsəsi isə hazırda “Alban Xristian Kilsəsinin anası” sayıla bilər.
Qeyd etməliyik ki, Azərbaycan Alban dövlətində 26 tayfanın ya-
şadığı və onlardan 24-nün türk tayfaları olması elmi surətdə öz
təsdiqini tapmışdır.
Hazırda Azərbaycanda xristianlıq Alban-Udi Xristian Kilsəsi ilə
yanaşı, rus və gürcü pravoslav kilsələri də vardır. Azərbaycandakı rus
pravoslav kilsələri 2000-ci ildə bizim zəifliyimiz ucbatından təsis
edilmiş Bakı və Xəzəryanı ərazilər yeparxiyasında birləşir. Qeydiy-
yatda beş erməni-qriqorian icması və 14 molokan icması vardır. Axır
94
Əxlaqa aparan yol


vaxtlar Azərbaycanda batist, adventist, protestant, Alman-lüteran,
Roma-katolik, Yeni həvari, Nehemiya missiyası, Məhəbbət kilsəsi ic-
maları da fəaliyyətə başlamışlar. XXI əsrdə belə bir dövlət tapmaq,
həqiqətən, çətindir. Amma, yaddan çıxarmaq lazım deyil ki, inkişaf
arxaya yox, gələcəyə doğru istiqamətləndirilməlidir.
Bizə xristianlığın baş ayini kilsə ibadəti sayıqlığı məlumdur.
Xristian olan insan dua etməyi bacarmalıdır. Lakin reallıq, əlbəttə
bunu təsdiq etmir.
Xristianlığın pravoslavlıq qolunda ikonalara pərəstiş çox mühüm
yer tutur. Digər tərəfdən ümumilikdə xaç bu dinin simvolu hesab edi-
lir. Xaçsız heç bir ibadət icra edilmir. Xaç xristiana İsa Məsihin onun
yolunda xaçda çarmıxa çəkilərək əzabkeşliklə ölməsini xatırladır.
Xaça pərəstiş etdiklərinə görə xristianlıq həm də xaçpərəstlik adlan-
dırılır. Katoliklər dörduclu, pravoslavlar altı və səkkizuclu xaçlara
pərəstiş edirlər.
Xristianlıqda İsa Məsihə, Müqəddəs Məryəmə, həvarilərə və
müqəddəslərə xaç əşyalara, ölmüş müqəddəslərin sümüklərinə
pərəstiş  hələ də mövcuddur.
Kilsə və xalq qarşısında müəyyən xidmətləri olmuş münəvvər
şəxslər kilsə tərəfindən müqəddəslər sırasına daxil edilir, onlara
pərəstiş edilir ki, bunun da nə dini və nə də ki, elmi əsası yoxdur.
4. XRİSTİAN BAYRAMLARI
4. XRİSTİAN BAYRAMLARI
Xristian bayramları – Pasxa, Allahdoğanın (Müqəddəs
Məryəmin) doğumu, Allahdoğana müjdə verilməsi, Məsihin doğumu,
Rəbbin (Məsihin) xaç suyuna çəkilməsi, Rəbbin göyə çəkilməsi,
Müqəddəs Ruhun həvarilərə nazil olması bayramları və digər bay-
ramlar təntənəli şəkildə icra edilir. Burada Pasxa “bayramlar bay-
ramı” kimi qeyd edilir. Bu bayram xaçda çarmıxa çəkilmiş Allah oğlu
İsa Məsihin dirilməsi münasibəti ilə keçirilir. Kilsənin göstərişi ilə
pasxa yazda gecə ilə gündüzün bərabərləşdiyi gündən sonra birinci
bazar günü qeyd edilir. 
95
Ziyadxan NƏBİBƏYLİ


VI FƏSİL 
Bu tarixi hamılıqla
bilməliyik
1. İSLAMIN MÜQƏDDƏS KİTABI 
1. İSLAMIN MÜQƏDDƏS KİTABI 
QURANİ-KƏRİM
QURANİ-KƏRİM
M
M
üasir insana məlumdur ki, hər hansı yazını yazarkən
və müəyyən müddət keçdikdən sonra yaddaşlarda
dəyişikliklər olur, fikir yaddan çıxır və ya yeni-yeni
fikirlər bu və ya digər səbəblərdən əmələ gəlir. O da məlumdur ki,
dünyadakı bəlli dinlər ilahi vəhylərlə istiqamətləndirilən bəzi
müqəddəs kitablara söykənir. Hər hansı bir fəlakət nəticəsində əldəki
əsl vəhy edilmiş mətn itmiş olsa, bu, sözün həqiqi mənasında faciədir.
Səbəbi isə, sonradan ağıllarda qaldığı şəkli ilə bərpa edilən mətn iti-
rilmiş mətnlə tamamilə eyni olması mümkün deyildir. Bu səbəbdən
ilahi vəhyləri qorumaq İslam insanının borcudur.
Böyük dinlərin ortaya çıxdığı dövrlərdə insan yalnız hafizəsinə
sahib deyildi, düşüncələri mühafizə etmək üçün yazını çoxdan icad
etmişdi. Yazı şəxsi hafizədən daha davamlı və qalıcıdır. Təcrübə
göstərir ki, bir şeyi yazıb, sonra onu gözdən keçirərkən, nəyinsə
yerində olmadığını görürük. Bu və digər səbəblərdən mövcud mətni
zamanında dəqiq yazmaq və ona heç bir dəyişiklik etmədən
əzbərləmək daha yaxşı nəticə verir. Deyilən qayda, bütünlüyü
96
Əxlaqa aparan yol


gücləndirmə və səhv etmə ehtimalını ən aza endirmiş olur. 
Müsəlmanların qulluq etdikləri İslamın təlimi əsasən Hz.Məhəm -
mədin (s) sözlərinə və eyni zamanda davranışlarına əsaslanır.
“Quran” sözünün ərəbcədən lüğəti mənası – “oxuma” və ya “əzbər -
dən oxuma” mənasına gəlir. On üç il Məkkədə, on il də Mədinədə
Hz.Məhəmmədin (s) bütün peyğəmbərlik həyatı boyunca vəhylər
davam etmişdir.  
Hz.Peyğəmbər (s) hər il Orucluq ayında Quranın ayə surələrini
qaydaya salmaq və yerlərini təyin etmək üçün gözdən keçirməyi adət
halına gətirmişdi.
Hz. Peyğəmbər (s) həyatının son illərində Quran vəhyini yazdır-
maq üçün Hz. Zeyd ibn Sabiti katib olaraq istifadə etmişdir. Hz.Zeyd
ibn Sabitin katibliyi ilə bir araya gətirilmiş surələr mushaf adlandı-
rılmışdı. Tam şəklində formalaşmış bu nüsxə xəlifə Hz.Əbu Bəkr
tərəfindən himayə altına alınmışdı. Ondan sonra xəlifə olan Hz.Ömər
zamanında Quran təlimi İslam dövlətinin hər bir yerində təşviq edildi.
Xəlifə Hz.Ömər hər cür yanlışın qarşısını almaq üçün Quranın əsl
nüsxələrini seçilmiş mərkəzlərə göndərmək ehtiyacını hiss etdi.
Amma bu iş onun yerinə keçən Hz.Osmana nəsib oldu. Hz.Osman
Hz.Zeyd ibn Sabitin rəhbərliyi ilə fəaliyyət göstərən insanlardan ya-
radılmış əsl nüsxədən yeddi nüsxə yazılmasını və yazılanların bir
daha gözdən keçirilməsini əmr etdi. Daha sonra xəlifə Hz.Osman bu
yeni nüsxələri baş şəhər Mədinədə, Hz. Peyğəmbərin əshabələrindən
olan Quran alimlərinin hüzurunda oxutdu, ardınca da bu nüsxələri
böyük imperatorluğun müxtəlif mərkəzlərinə göndərdi və hər zaman
bu əsl mətnin ələ alınmasını əmr etdi. Digər tərəfdən rəsmən tərtib
olunmuş bu mətnə zidd olan nüsxələr varsa, onların hamısının ləğv
edilməsini tələb etdi.
Hz.Osman tərəfindən digər şəhər mərkəzlərinə göndərilmiş olan
Quran nüsxələri sonrakı yüzillərdə yox edilməyə çalışmışdır. Hazırda
bunlardan biri İstanbuldakı Topqapı Sarayında, biri də bir neçə səhifə
əksikliyi ilə Daşkənddə mühafizə olunur. Çar dövründə rus hökuməti
bu nüsxənin eynisini nəşr etdirmişdir. Müqəddəs Kitabımızın bu
97
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə