Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə39/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   35   36   37   38   39   40   41   42   ...   110

müsəlmanların Mədinədəki icmasına qarşı mübarizəyə başçılıq edən
məkkəlilərdən birinin  – çox nüfuzlu Əbu Süfyanın faktik surətdə
Məhəmmədin tərəfinə keçməsi xüsusilə əlamətdar və vacib hadisə
idi.
630-cu ildə Məkkə vuruşmasız Məhəmmədə təslim oldu.
Məhəmməd şəhərə zəfərlə daxil olsa da, əvvəllər məkkəlilərə verdiyi
bütün başlıca vədləri yerinə yetirdi. Məkkə həqiqətən sürətlə yayıl-
maqda olan İslam dininin mərkəzinə çevrildi. Kəbə isə oradakı bütün
çoxallahlılıq bütləri və rəmzləri (“qara daş” istisna olmaqla)
nümayişkaranə dağıdıldıqdan sonra yeni dinin baş ziyarətgahına çev-
rildi, onun ziyarət edilməsi (həcc) yeni dinin “beş dayağından” biri
elan edildi. Məkkəlilərin özləri Məhəmmədin icmasına sadəcə olaraq
müsəlmanlar kimi, yəni özlərini itaətkarcasına Allaha və onun
elçisinə təslim edən adamlar kimi deyil, möminlər kimi, yəni Allaha
və onun elçisinə ürəkdən və etibarlı surətdə iman gətirənlər kimi
qəbul edildilər. Beləliklə, öz dini statuslarına görə məkkəlilər faktik
surətdə mühacirlərə və ənsarlara bərabər tutuldular ki, bu da onlara
müsəlman icmasının bütün işlərində tam ixtiyar sahibi kimi fəal işti-
rak etmək üçün geniş imkan açırdı.
Məkkəlilərin bu icmaya daxil olmaları onun Bədəvi tayfalarına
təsirinin möhkəmlənməsində və həmin tayfalar arasında İslam dininin
daha da yayılmasında, şübhəsiz, mühüm rol oynadı.
Məkkənin təslim olmasından sonrakı il, hicrətin doqquzuncu ili
ərəb-müsəlman tarixinə “elçiliklər ili” kimi daxil olmuşdur. Rəvayətə
görə, bütün Ərəbistanın Bədəvi tayfaları həmin il Məhəmmədə tabe
olduqlarını və onun dinini qəbul etməyə hazır olduqlarını bildirmək
üçün bir-birinin ardınca Mədinəyə səlahiyyətli nümayəndələr
göndərməyə başlamışdılar. Lakin, həmin rəvayətdən belə aydın olur
ki, bu proses əslində heç də sadə və rəvan getmirdi. Məsələn, Taifdəki
Səqif qəbiləsi Həvazin tayfası ilə ittifaqa girib, hətta Məhəmmədin
tərəfdarlarının birləşmiş Mədinə-Məkkə icmasına qarşı açıq silahlı
mübarizəyə qalxmağa cəhd göstərmiş, lakin Hüneyn vadisində
müsəlmanlar və onlarla müttəfiq olan Bədəvi tayfaları tərəfindən
tamamilə darmadağın edilmişdi. Bu qələbədən sonra müsəlmanlar
122
Əxlaqa aparan yol


çətinlik çəkmədən Taif şəhərini ələ keçirdilər və orada ilk növbədə
yerli ilahə əl-Latın ziyarətgahını dağıtdılar.
Hüneyn vuruşması və onun ardınca Taif üzərinə yürüş
Məhəmmədin ömrünün axırıncı iki ilində baş vermiş ən iri hərbi
əməliyyatlar olmuşdur. Əsasən Ərəbistanın şimalında bəzi digər
ərazilərin itaət altına alınması daha kiçik yürüşlərin köməyi ilə təmin
edilmişdi.
Hicrətin onuncu ilində, müqəddəs zülhiccə ayının 8-də (632-ci
ilin mart ayında) Məhəmməd bütün ailəsinin müşaiyəti ilə Məkkənin
müqəddəs yerlərinə özünün ilk və yeganə tam ziyarətinə yollandı. Bu
“böyük həcc” (əl-Həcc əl-Əkbər) tarixə “hiccət əl-vida” (vidalaşma
həcci) adı ilə daxil olmuşdur. Bu tədbir İslam dininin mərkəzi kimi
Məkkənin rolunu qəti surətdə təsdiq etdi. Həmin vaxtdan sonra
Məkkə bütün “kafirlər” üçün  haram sayılan müqəddəs şəhərə,
müsəlmanların həcc mərasimi yerinə çevrildi. Bütün sonrakı əsrlər
ərzində həcc mərasiminə sözsüz və ciddi əməl edilmişdir və indi də
bu mərasim zülhiccə ayının 8-dən 12-nə kimi vaxtilə Məhəmmədin
öz “vidalaşma həccinə” yollandığı şəkildə təkrar edilir. 
Vidalaşma həccindən  üç ay sonra Məhəmməd vəfat etdi. Onun
ən yaxın silahdaşı Əbu Bəkr müsəlman icmasının başçısı elan edildi
və beləliklə, Allahın elçisinin xəlifəsi oldu. 
Bütün söylənilənlərdən sonra Hz.Məhəmmədin yaşadığı, daha
doğrusu rəhbərlikdə olduğu illərin ən mühüm tarixi məqamlarını da
ayrıca sadalamağı  özümüzə mənəvi borclardan biri saydıq.
Hz.Peyğəmbərin Mədinəyə hicrətinin birinci ilində baş verən
əsas hadisələr:
Məscidül-Nəbəvi tikilmişdir;
Əzan  qanuni olmuşdur;
İlk cümə namazı qılınmışdır;
Mühacirlərlə ənsar arasında qardaşlıq yaranmışdır;
Yəhudilərlə müqavilə imzalanmışdır;
Hz.Peyğəmbər Hz.Aişə ilə evlənmişdir.
123
Ziyadxan NƏBİBƏYLİ


Hicrətin ikinci ilində baş verən hadisələr:
Qiblə Qüdsdən Kəbəyə çevrilmişdir;
Bədr müharibəsi baş vermişdir;
Hz.Peyğəmbərin qatı düşməni Əbu Cəhl öldürülmüşdür;
Ramazan orucu fərz qılınmışdır;
Fitrə sədəqəsi vacib qılınmışdır;
İlk bayram namazı qılınmışdır;
Zəkat fərz qılınmışdır;
Hz.Peyğəmbərin qızı Hz.Ruqiyyə vəfat etmişdir;
Hz.Əli ilə Hz.Fatimə evlənmişlər.
Hicrətin üçüncü ilində baş verən hadisələr:
Yəhudi şair Kəb ibn Əşrəf öldürülmüşdür;
Hz.Peyğəmbər Hz.Hafisə və Hz.Zeynəb ilə evlənmişdir;
Hz.Osman ilə Ümmü Gülsüm evlənmişlər;
Ühüd müharibəsi baş vermişdir;
Hz.Peyğəmbərin əmisi Hz.Həmzə şəhid olmuşdur;
Mirasa aid ehkam nazil olmuşdur;
Hz.Peyğəmbərin nəvəsi Hz.Həsən dünyaya göz açmışdır.
Hicrətin dördüncü ilində baş verən hadisələr:
İkinci Bədr səfəri baş vermişdir;
Hz.Peyğəmbərin zövcəsi Hz.Zeynəb vəfat etmişdir;
Hz.Peyğəmbər Hz.Ümmü Sələmə ilə evlənmişdir;
Hz.Əlinin anası Hz.Fatimə vəfat etmişdir;
Hz.Peyğəmbərin nəvəsi Hüseyn dünyaya gəlmişdir;
İçki və qumar haram qılınmışdır.
Hicrətin beşinci ilində baş verən hadisələr:
Müreysi döyüşü baş vermişdir;
Xəndək müharibəsi baş vermişdir;
124
Əxlaqa aparan yol


Səd ibn Muaz vəfat etmişdir.
Hz.Peyğəmbər Cüveeyriyyə və Cahş qızı Zeynəb ilə evlənmişdir;
Təyəmmüm qanuni qılınmışdır.
Hicrətin altıncı ilində baş verən hadisələr:
Ümrə səfəri baş vermişdir;
Rıdvan beyəti baş vermişdir;
Hüdeybiyyə sülh müqaviləsi bağlanmışdır;
Hz.Peyğəmbər Hz.Ümmü Həbibə ilə evlənmişdir.
Hicrətin yeddinci ilində baş verən hadisələr:
Qonşu ölkələrə İslama dəvət məktubları göndərilmişdir;
Xeybər fəth edilmişdir; 
Yəhudi təhlükəsi aradan qaldırılmışdır;
Ümrə ziyarəti həyata keçirilmişdir;
Hz.Peyğəmbər Hz.Səfiyyə və Hz.Meymunə ilə evlənmişdir.
Hicrətin səkkizinci ilində baş verən hadisələr:
Mütə müharibəsi və Zatus-Səbasil döyüşü baş vermişdir;
Məkkə fəth edilmişdir;
Hüneyn müharibəsi və Evtas döyüşü baş vermişdir;
Taifin mühasirəsi baş vermişdir;
Hz.Peyğəmbərin qızı Hz.Zeynəb vəfat etmişdir;
Xalid ibn Vəlid və Əmr ibn As müsəlman olmuşlar.
Hicrətin doqquzuncu ilində baş verən hadisələr:
Şair Kəb ibn Züheyr müsəlman olmuşdur;
Həbəşistan Nəcaşisi Əshamə vəfat etmişdir;
Təbuk səfəri baş tutmuşdur;
Məscidi-Dirar (Zərər məscidi) yandırılmışdır;
Həcc fərz qılınmışdır;
Abdullah ibn Übey vəfat etmişdir.
125
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə