Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə47/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   43   44   45   46   47   48   49   50   ...   110

islami güc və qabiliyyətinə görə yaşaya biləcəyi bildirilirdi. Heç kimə
gücünün çatmayacağı bir yük yüklənməyəcəkdi. Beləliklə, çeşidli
zəka və qabiliyyət dərəcəsində olan hər bir müsəlman öz gücünə görə
islami yaşama imkanı əldə etmiş olurdu.
Merac İslamın yüksəlişinin, maneələri mütləq aşaraq irəliləmə
və yayılma sürətinin, İslamın müvəffəqiyyəti üçün davamlı ümid
içərisində olmağın, lazımi qaydada çalışdığı təqdirdə ilahi dəstəklə
zəfərə qovuşa biləcəyinin rəmzi olmaqdadır.
Meracın verdiyini tam anlayan Hz.Peyğəmbərimiz (s) İslamın
müvəffəqiyyətinə olan ümidini daha da artırmış, çalışmalarına bir
coşqu da gətirmişdir. Hz.Peyğəmbərimiz (s) bir yerdə dayanmamış,
insanların gur olduğu yerlərə, alış-veriş olan yerlərə heç nədən
çəkinmədən ürəklə getmiş, xüsusən Bəni Əmir, Kinde, Qassan,
Müzzə, Fərazə və Süleym qəbilələri ilə görüşüb onları İslama inan-
dıra bilmişdir. Bu səmimi və ciddi çalışmalar xeyirli bəhrələr vermiş,
insanlar Qurani-Kərim müddəaları ətrafında daha sıx-sıx toplaşmağa
başlamışlar.
9 .   İ S L A M I N   Q İ B L Ə N İ   D Ə Y İ Ş M Ə S İ
9 .   İ S L A M I N   Q İ B L Ə N İ   D Ə Y İ Ş M Ə S İ
Hz.Peyğəmbərimiz (s) hələ hicrətdən əvvəl namaz qılırdı və
namaz qılarkən Qüdsə tərəf üz tuturdu. Təxminən hicri tarixinin 2-ci
ilinin ortalarında (hicrətdən 16 ay sonra) endirilən ayə ilə qiblənin
Kəbə olduğu bildirildi: “...(Ey Məhəmməd!) Artıq üzünü Məscidül-
Hərama (Kəbəyə) tərəf çevir. Siz də (ey möminlər), harada olursu-
nuzsa-olun, üzünüzü ona tərəf çevirin...” (Bəqərə surəsi, 144, yaxud
Bəqərə surəsi, 148-149). Bu ayə endirilərkən Hz.Peyğəmbərimiz (s)
Bəni Sələmə Məscidində günorta namazı qılırdı.
Hicrinin ikinci ilinin ən əhəmiyyətli iki hadisəsi – qiblənin
dəyişməsi və cihada izn verilməsidir.
Qiblə ilə əlaqəli bu ayənin enməsi yəhudiləri çox narahat edirdi.
Bəlli olduğu kimi, qiblə bir şöhrət idi. Daha əvvəl Qüdsə tərəf
dönülməsi onlara təsəlli verirdi.
148
Əxlaqa aparan yol


Hz.Məhəmməd (s) ümmətinin hər gün yeni bir simvolla qüvvət
qazandığını görən yəhudilər fitnələri  artırırdılar və bu mövzuda
mühakiməsi zəif olanların başlarını qarışdıraraq, dedi-qodu yaradır-
dılar. (Bəqərə surəsi, 142). Uca Allah müsəlmanlar üçün əhəmiyyətli
bir yenilik olan qibləni, haqq yolunda möhkəm olanlarla bu yoldan
sapanlara müəyyən bir ölçü olaraq verdi. (Bəqərə surəsi, 143). Həmin
dövrdə irəli sürülən fitnə və dedi-qodulara cavab olaraq fikirlər en-
dirildi: “Xeyrə qovuşmaq heç də üzünüzün Şərqə və Qərbə doğru
çevrilməsində deyildir. (Xeyrə) qovuşanlar o kəslərdir ki, onlar Al-
laha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə inanır, öz
malından əqrəbalara, yetimlərə, yoxsullara, yolda qalmışlara,
dilənçilərə və kölələrə verir, namazı qılır, zəkatı verir, söz
verdiklərində sözlərinə sadiq olurlar, ehtiyacda, çətinlikdə və cihad
zamanında səbr edirlər. Bax, sadiq olanlar bunlardır, müttəqilər də
bunlardır. (Bəqərə surəsi, 177).
İslam cəmiyyətinin böyüməsi, daxildə yəhudi və münafiqləri,
xaricdə isə Məkkəli müşrikləri narahat edirdi.
Mədinə müsəlmanları qorxu və təhlükə ilə üz-üzə idilər. Bu
əsnada cihada izn verən ayələr nazil oldu: “O özlərilə müharibə
edilənlərə (möminlərə) izn verildi, çünki onlara zülm olundu...”
(Həcc surəsi, 39). “Sizə qarşı vuruşanlarla Allah yolunda siz də vu-
ruşun...” (Bəqərə surəsi, 190). 
Deyilən ayələr nazil olduqdan sonra Hz.Peyğəmbərimiz (s) bir
sıra tədbirlər görə  bildi.  Əsasən də çox vacib olan Mədinə yaxınlı-
ğındakı qəbilələrlə sülh-hücum etməmək haqqında müqavilə imza-
lanması oldu. Digər tərəfdən Məkkə-Şam ticarət yoluna nəzarət
etmək mümkün oldu.
10. İSLAMIN İLK MÜSƏLMANLARI
10. İSLAMIN İLK MÜSƏLMANLARI
Tarixi mənbələrə görə, Hz.Peyğəmbərimizə (s) ilk vəhy gəldiyi
zaman Hz.Xədicə, Hz.Əli, Hz.Əbu Bəkr və Hz.Zeyd İslamı qəbul
etməklə ilk müsəlman olanlardır. Buna görə qadınlardan Hz.Xədicə,
149
Ziyadxan NƏBİBƏYLİ


uşaqlardan Hz.Əli, böyüklərdən Hz.Əbu Bəkr, azad qullardan
Hz.Zeyd ilk müsəlman olmaq şərəfini əldə etmişlər. Bu insanlardan
Hz.Xədicə tərəddüd etmədən İslamı qəbul edib Hz.Peyğəmbərimizi
(s) müjdələmiş və son nəfəsinə qədər onun dayağı olub təsəlli etmiş-
dir. İslam mənbələrinə görə beş yaşından Hz.Peyğəmbərimizin (s)
himayəsi altında yaşayan Hz.Əli hələ səkkiz yaşında ikən İslam dinini
qəbul edib müsəlman olmuşdur.
Heç şübhəsiz, vəhyin təkrar gəlməyə başlamasından sonra bun-
ların sırasına yeniləri əlavə olunurdu. Yazılanlara görə, beşinci
müsəlman olan Zat Qifar qəbiləsindən Əbu Zər Qifaridir. Daha sonra
Səd ibn Əbu Vaqqaş, Zübeyr ibn Əbu-Avvam, Əbdürrəhman ibn Əfv,
Talxa ibn Ubeydullah və Osman ibn Affan həzrətləri Hz.Əbu Bəkrin
tövsiyyəsi ilə İslamı qəbul etmişlər.
615-ci ilin əvvəli, peyğəmbərliyin beşinci ili cəmiyyətdə hörmət
sahibi olan iki şəxs – Həmzə ibn Əbdül Müttəlib və Ömər ibn əl-
Xəttab İslamı qəbul etməklə, ətraflarındakı insanları bu yola sövq
etdilər.
İslamın yayılmasından təşvişə düşənlər Əbu Talibin yanına gəlib
Hz.Peyğəmbəri (s) himayə etməkdən əl çəkməsini istədilər. Əbu Talib
yaranmış vəziyyəti qardaşı oğluna söylədikdə Hz.Məhəmməd (s):
“Ey əmim! Bu işdən vaz keçməm üçün Günəşi sağ əlimə, Ayı sol
əlimə versələr belə, Allah Təala bu dini üstün qılınca və ya mən bu
yolda ölüncəyə qədər davam edəcəyəm” – dedi. Bu cavabdan sonra
Əbu Talib qardaşı oğlunu himayə edəcəyinə davam edəcəyini söylədi.
İslamın böyük vüsətlə yayıldığını görən bütpərəstlər sakit otur-
mur, müsəlmanlara qarşı hər cür eybəcərliklərə əl atırdılar. Hətta, ata-
analar övladlarına qarşı düşmənçilik edirdilər. 
Vəziyyət elə həddə çatmışdır ki,  Hz.Peyğəmbərin (s) keçdiyi
yollara tikanlar düzülmüş, evi daşlanmış, namaz qılarkən səcdə za-
manı boğulmaq  istənmişdir. Onun əmisi Əbu Ləhəb ilə Əbu Süfyanın
bacısı olan arvadı Ümmü Cəmil Hz.Məhəmmədə (s) çox sıxıntı
çəkdirmişlər. Hətta Ümmü Cəmil öz oğlanlarına təzyiq etmiş və
Hz.Peyğəmbərin (s) qızlarını boşatdırmışdı. İslama düşmənçilikdə
bu qədər əziyyətlər törədən bu ailə haqqında bir surə nazil olmuşdur:
150
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə