Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə55/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   51   52   53   54   55   56   57   58   ...   110

larını bağışladı. Buna görə əshabələr Hz.Peyğəmbərdən (s), “Hey-
vanları sulamaqda bizə də savab vardırmı?” – deyə sorduqda
Rəsulallah belə cavab verdi: “Yaşamaqda olan hər canlını sulamaqda
böyük bir savab vardır.” (“Tecrid”. C. VII, s. 223. H. N-1066).
Din xadimləri güclü təhsilli olduqda, onlar ətrafda olan insanları
birinci növbədə təbiətə həssas olmağın vacibliyini, onun səbəblərini
anladırlar. Müasir dünyada İslamın təxminən 1400 il zəmanəmizdən
öncə insanlara etdiyi tövsiyə, tələb ekologiya sözü kimi səslənir. Eko-
logiya, təbiətin hər bir guşəsinin təmiz, Ulu Tanrının yaratdığı
vəziyyətdə saxlanmasını istəyir. Əgər, təbiətin bitkiləri, meşələri, tor-
paqları, havası və suyu təmiz saxlanılarsa biz insanlar sağlam həyat
tərzi  keçirərik, uzun ömürlü olarıq, təbii qidalarımızın miqdarı daha
çox olar, kimyəvi dərmanlara, həkimlərə ehtiyacımız olmaz və s.
Təəssüflə deməliyik ki, bütün bunlar insanlığa məlum olduğu
halda, insanlar, bir çox dövlətlər tamahlarını saxlaya bilmir, çox qa-
zanc arxasınca qaçırlar ki, nəticə etibarı ilə bütün Yer kürəsini Uca
Allahın yaratdığının əksinə yönəldirlər. Nəticə etibarı ilə insanlar İs-
lamın uzun illər bizlərə göstərdiyi yolun əksinə getməklə, Uca Allah
qarşısında günah işlər görmüş oluruq və əziyyətini də biz insanlar
özümüz çəkirik.
Ümid edək ki, hər birimiz islami dəyərləri öyrənəcək, dəyər -
ləndirəcək və təbiəti, onun fauna və florasını qorumaqla sağlam həyat
tərzinə dönəcəyik. 
5. İSLAMDA MÜSƏLMAN 
5. İSLAMDA MÜSƏLMAN 
OLMAYANLARA MÜNASİBƏT
OLMAYANLARA MÜNASİBƏT
Bu mövzunun ən bariz nümunəsi Azərbaycan diyarı və digər türk
dövlətləridir. Tarixən türk soylu insanların yaşadıqları torpaqlarda on-
ların dininə mənsub olmayanlara toxunulmamış, əksinə, bu qrup in-
sanlara çox həssaslıqla yanaşılmışdır. XIX-XX və XXI əsrin əvvəli
üçün Azərbaycan qədər ikinci bir tolerant ölkə tapmaq çətindir. Bu
173
Ziyadxan NƏBİBƏYLİ


gün yəhudi, xristian və islam inanclarının mənsub olduqları dini-
mənəvi cərəyanın hansı qoluna xidmət etmələrindən asılı olmayaraq
Azərbaycanda azaddırlar, heç bir sıxıntıya məruz qalmırlar.
Azərbaycanda bu insanlara özlərindən də artıq isti münasibət möv-
cuddur, onlar istənilən sahədə sərbəst fəaliyyət göstərə bilirlər. Pro-
fessor Məhəmməd Həmidullahın dediyi kimi, islam hüququ
qeyri-müslümlərə qarşı adil davranışın və bəzi qaydalara nəzarət edil-
sin deyə əmr etdiyi zaman qeyri-müslümlərin qaldıqları ölkədəki si-
yasi münaqişələrdən və millət vəkili seçkilərindən qorxacaq heç bir
halları yoxdur. Bunun əsas səbəbi dini və ya  din xaricində heç bir
müsəlman rəhbəri qeyri-müslüm olan sakinlərə qarşı İslam tərəfindən
müəyyən edilmiş ilahi qanunları dəyişdirə bilməməsidir.
İslamda hər bir insan arasında bərabərlik işarəsi vardır. İnanca
gəldikdə isə hər kəs əməllərinə görə Uca Allah qarşısında cavab
verəcəkdir.
Qurani-Kərim (Bəqərə surəsi, 256) dində heç bir təzyiqin olma-
dığını hökm etmişdir. Bununla yanaşı bir çox İslam ölkələrində,
xüsusən də Azərbaycanda qonaqpərvərlik və pənah gətirmə
məsələləri də vardır ki, bunlar min illərlə formalaşan bir qaydadır.
Qurani-Kərimdə belə buyurulur: “Əgər müşriklərdən biri sənə
sığınarsa, onu  təhlükəsizlik altına al... Sonra onu güvən içərisində
olacağı bir yerə çatdır.” ((Tövbə surəsi, 6). İrqi, dini, siyasi və digər
təzyiqlərə məruz qalanlar İslam qaydalarında hər zaman bir sığınacaq
və gizlənmək üçün yer tapmışlar. Buna digər bir nümunə
Hz.Peyğəmbərin (s) Mədinəyə gəldikdən sonra orada olan qarışıqlıq
müqabilində qısa bir müddətdə müsəlman, yəhudi, müşrik və xristi-
anlar arasında gözəl bir ab-hava yaratdı, bir şəhər dövləti qurdu. Bu
şəhər-dövlətin quruluşundan bir neçə ay sonra Hz.Məhəmmədin (s)
Mədinə ətrafındakı müşrik ərəblərlə bir müdafiə və yardımlaşma it-
tifaqı qurduğunu görürük. Onlardan bəziləri İslamı ancaq on il sonra
qəbul etmişlər. Hz.Peyğəmbər buyurmuşdur: “Tərəfimdən qeyri-müs-
lüm vətəndaşlarına verilmiş olan himayəyə tələbkarcasına riayət
edin.” (Bx. Maverdi). 
174
Əxlaqa aparan yol


Xəlifələr dövründən günümüzə qədər qeyri-müslümlərin İslam
dövlətlərində, xüsusən də Türkiyə, Azərbaycan, Qazaxıstan, Tatarıs-
tan, Özbəkistan və s. türk dövlətlərində nazir vəzifəsi səviyyəsinə
qədər yüksəlməsi tarixi bir həqiqətdir (hərçənd ki, bu dövlətlərin ha-
mısı həmin xristian nazirlərin əməllərindən xeyli əziyyətlər
çəkmişlər). Lakin müsəlman bir vətəndaşın yaşadığı xristian, yəhudi,
qriqorian xristian ölkələrində vətəndaş olaraq bu səviyyəyə buraxıl-
mamışlar. Hətta sosialist quruluşlu, dinə qarşı etiraz edən SSRİ
məkanında Heydər Əliyevi müsəlman dini etiqadlı olması səbəbindən
Mərkəzi Komitə katibliyinə buraxılmamış və tutduğu vəzifədən də
uzaqlaşdırılaraq ev dustağına çevirmişlər. İslamın qeyri-müslümlərə
qarşı yaxşı xüsusiyyətlərindən biri də onların sosial və hüquqi
müstəqilliyinə izn verilməsidir. Qurani-Kərimdə buyurulur: “Əgər
(yəhudilər) sənin yanına gəlsələr, onların arasında hökm ver və ya
onlardan üz döndər. Əgər onlardan üz döndərsən, onlar sənə heç bir
zərər verə bilməzlər, yox, əgər aralarında hökm versən, o zaman
ədalətlə hökm ver. Çünki Uca Allah ədalətli olanları sevir. İçərisində
Uca Allahın hökmü olan Tövrat yanlarında ola-ola necə olur ki, onlar
sənin hakimliyinə müraciət edirlər, sonrada verilən hökmdən üz
döndərirlər? Xeyr, onlar inanan deyildilər. Tövratı biz endirdik. Onda
hidayət və nur var. Uca Allaha təslim olan peyğəmbərlər onunla
yəhudilər arasında hökm edərdilər. Din alimləri də, fəqihlər də Alla-
hın Kitabından qoruyub saxladıqları ilə hökm edərdilər və onlar ha-
mısı buna şahiddirlər. Artıq insanlardan qorxmayın, Məndən qorxun
və Mənim ayələrimi ucuza satmayın! Allahın endirdiyi ilə hökm
etməyənlər – onlar kafirdirlər. O Kitabda Biz onların üzərlərinə belə
yazmışıq: “Cana-can, gözə-göz, buruna-burun, qulağa-qulaq, dişə-
diş və yaralar da qisasdır. Hər kim bunu (qisas haqqını) bağışlarsa,
bu, onun üçün bir kəffarə olar. Allahın endirdiyi ilə hökm etməyənlər
– onlar zalımdırlar. Sonra o peyğəmbərin ardınca özündən öncə gələn
Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik, Biz ona
içərisində hidayət və nur olan, özündən öncə gələn Tövratı təsdiq
edən və müttəfiqlər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan
175
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə