Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə53/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   49   50   51   52   53   54   55   56   ...   110

dırıldıqda görünən budur: – İman və ibadət əsaslarındakı məqsəd in-
sanı əxlaqi bir insan halına çatdırmaqdır. Ona görə ibadətlər kortəbii
qayə deyil, insanı kamil insan halında yetkinləşmiş bir insan etmək
üçün ayrı-ayrı vasitə kimi mövcuddur. 
İnsanın ibadətlərinin kortəbii qayə olmayıb, ayrı-ayrı bir vasitə
olması, namaz, oruc, zəkat və həcc üçün eynən keçərlidir. İman və
ibadət əsasları ilə əxlaqi fəzilətlər ayrılmaz bir şəkildə bir-birinə bağ-
lıdırlar.
Qeyd etdiyimiz əxlaqi yanlışda isə əxlaqi yaşayışa əhəmiyyət ve-
rilmir. Orada müəyyən iman qaydalarının qəbul olunmasını, bir qrup
ibadətləri şəkil olaraq etmənin müsəlman  olmaq  üçün kafi olduğuna
inanılır. Bu yanlışlıqlar içərisindəki insan, bütün ibadətlərini bir
tərəfdən şəkil olaraq edir, digər tərəfdən də qeybət etməyə, yalan da-
nışmağa, saxtakarlıq etməyə davam edir və etdiklərindən bir nara-
hatlıq hissi keçirmir. Bu zaman insan etdiyi ibadətlərdən qazandığı
savabın özünü qurtaracağına inanır. Odur ki, İslam bu ibadətləri
kortəbii bir qayə olaraq görür, dəyərləndirir və əxlaqi yanlışlıq adını
verir.
Dediyimiz yanlışlığa hakim düşüncə isə belədir: – İnsan ibadət
etdikdən sonra əxlaqi pisliklərdən qaçıb-qaçmamaq o qədər də vacib
deyildir. Əslində isə əxlaqi fəzilətlərlə iman və ibadətlər arasında son
dərəcə yaxın bir əlaqə həmişə mövcuddur. Deyilən əlaqənin hansı
səviyyədə olduğu əxlaqi fəzilətlər üzərində bir-bir dayanarkən daha
müfəssəl görünəcəkdir. Bütün deyilən və mövcud olan fəzilətlərin
başında duran ədalətdir.
Ədalətli insan həmişə sevilən insandır. Uca Allah da ədalətli in-
sanın havadarıdır. Bir çoxları özünə “sərf” etmədiyi üçün ədalətli in-
sanları sevməz, ona başqa gözlə baxar və hətta şəbəkə də qoşaraq
günaha qurşanarlar. Lakin, vaxt ötür, ədalət öz yerini tapır, bayraq
kimi hündür yerlərə qaldırılır, onun müəllifi Uca Allah tərəfindən
şöhrətləndirilir. Odur ki, bütün fəzilətlərin önündə ədaəlt dayanır.
İslam isə ədalət carçısıdır, bütün insanları ədalətli olmağa dəvət edir.
İslamda da cəmiyyət insanlarından tələb budur. 
167
Ziyadxan NƏBİBƏYLİ


2
2
. İSLAMIN TƏBİƏT VARLIQLARI İLƏ 
. İSLAMIN TƏBİƏT VARLIQLARI İLƏ 
MÜNASİBƏTLƏRİNDƏ  İNSANDAN İSTƏYİ
MÜNASİBƏTLƏRİNDƏ  İNSANDAN İSTƏYİ
Bəri başdan qəbul edək ki, təbiət, içərisində yaşadığımız aləmin
başqa bir adıdır və insan əli ilə meydana gəlməmiş, Uca Allah
tərəfindən yaradılmışlardan biridir. İnsanın ətrafında olan hər bir
mövcudluq Ulu Tanrının yaratdığı təbiətin bir inçisidir. Bu inçilər
canlı ola bildiyi kimi, cansız da ola bilirlər. Ümumilikdə – qısacası,
hava, su, torpaq, meşələr, çaylar, dağlar, daşlar, quşlar, çiçəklər və
təbiətin yetişdirdiyi bir çox mövcudluqların hamısını birlikdə ümumi
olaraq təbiət adlandırmışıq.
Dərk olunmalıdır ki, insan həyatının qayda-qanun çərçivəsində
və rahatlıqla keçməsi böyük ölçüdə onun təbiətlə ahəngdar olmasına
bağlıdır. Bu səbəbdəndir ki, təbiəti qorumaq Uca Allah qarşısında in-
sanın borclarından biridir. Təbiətlə ahəngdar ola bilmək isə Uca Al-
lahın ona qoymuş olduğu qayda-qanunun qorunması ilə mümkün ola
bilər. Bu isə öz növbəsində təbiəti sevməklə, Uca Allaha hörmətlə
həyata keçə biləcək bir həqiqətdir. Təbiəti sevmənin hansı mənaya
gəldiyini və bu Allah sevgisinin həyata keçmədiyi təqdirdə nə kimi
nəticələrin ortaya çıxacağını anlaya bilmək üçün insanla təbiət ara-
sındakı əlaqəni lazımınca dəyərləndirmək çox vacibdir.
Uca Allahın yaratdığı hər bir canlı yaşaya bilmək üçün, Onun
bəxş etdiyi təbiətdən yetərincə faydalanmaq ixtiyarındadır. Bütün
canlılarda olduğu kimi, insan da  öz həyatını təbiətdən qidalandırır.
Lakin insanlar digər canlılardan fərqli olaraq ətrafını korlamağa və
onu məhv etmə imkanına qadirdir.
Artıq hamıya bəllidir ki, insanın təbiəti pisləndirmə qabiliyyətinə
sahib olduğuna görədir ki, bu gün onun toxunmadığı hər yer çox
gözəl və cazibədar bir şəkildə olduğu halda, adamların korladığı
yerlərin böyük bir hissəsi məhv olmuş, hətta istifadəyə yararsız hala
salınmışdır. Dəniz və çaylar çirklənmiş, böyük yaşayış sahələrinin
havası, suyu, torpağı çirklənmiş və hətta, səmanın ozon təbəqəsi (qatı)
168
Əxlaqa aparan yol


deşilmiş bir vəziyyətə düşmüşdür.
Bütün bunlar təbiətdən pis istifadə edən insanın onu həm doğru
qiymətləndirməməsi, həm də kifayət qədər sevə bilməməsinin bir
nəticəsidir. Heyf ki, insanlar öz həyatları üçün təbiətin nə qədər
əhəmiyyətli olduğunu çox gec anlamışlar. İnsanlar təbiətin
gözəlliklərini sevib qoruyacaqları əvəzinə, onları dağıtmış, viranə ha-
lına gətirmişlər. Nəticədə yamyaşıl ərazilər çılpaqlaşmış, çox önəmli
dənizlər çirklənmiş, yararsız hala düşmüşlər.
Əslində isə gözəl təbiət Uca Allahın insanlara bir əmanəti, onlara
qida mənbəyi, sağlamlıq mənbəyi, uzun ömür verənidir. Bu əmanətin
qorunması isə həm insanlığın bir vəzifəsi, həm də onun mənfəəti
üçündür. İnsanlar yadda saxlamalıdırlar ki, bəşəriyyətin həyatını
sürdürə bilməsi üçün digər planetlərə köçmə imkanı yoxdur. Dərin
fikirləşdikdə, elə yaşadığımız Yer kürəsi də Ulu Tanrının bizə həm
əmanətidir, həm də peşkəşidir. İstər bu, istərsə də digər planeti Allah
Təala bəxş etdiyi kimi, insanların qoruması da Tanrı qarşısında bor-
cumuz və özümüzü müdafiədir. 
Təbiətin yaşaması onun heyvanları, ağacları, gülü-çiçəyi, çay-
ları-gölləri daxil olmaqla, bütün gözəlliklərinin sevilməsi və qorun-
ması ilə mümkündür.
Müqəddəs Kitabımız Qurani-Kərimdə belə buyurulur: “Çardaqlı
və çardaqsız bağları, dadları müxtəlif olan xurma və bitkiləri, zey-
tunları, narları, bir-birinə bənzəyən və bənzəməyən halda yaradan
Odur. Onların hər birinin meyvəsindən yeyin və yığım zamanı haq-
qını verin, ancaq israf etməyin. Çünki Allah israf edənləri sevmir.
(Ənam surəsi, 141).
Bilin ki, hər bir mövzuda olduğu kimi, mühit mövzusunda da
israf etməməyi öyrəndiyi zaman insanlıq daha da xoşbəxt olacaqdır.
Meşə insanlara meşə məhsulları ilə bərabər daha bir çox xidmətlər
verən bir sərvətdir. Meşələrin insan və cəmiyyət həyatı üçün
əhəmiyyəti olduqca böyükdür. Meşələr odun, xam maddə ilə digər
bir çox meşə məhsulları verir.
– yağış və küləyin təsiri ilə torpaq eroziyaya uğramaqdan qorunur
169
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə