Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə56/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   52   53   54   55   56   57   58   59   ...   110

İncili verdik. Qoy İncil əhli də Allahın onda endirdiyi ilə hökm etsin.
Allahın endirdiyi  ilə hökm etməyənlər – onlar azğınlardır. Sənə də
haqq olan Kitabı (Quranı), özündən öncə gələn Kitabı təsdiqləyici və
onu qoruyucu olaraq endirdik. Artıq sən onların arasında Allahın en-
dirdiyi ilə hökm et. Sənə gələn haqdan uzalqşıb onların həva-
həvəslərinin ardınca getmə. Biz sizin hər biriniz üçün bir şəriət və bir
yol müəyyən etdik. Allah istəsəydi, sizi tək bir ümmət qılardı. Lakin,
O, sizin hər birinizə verdiyi şeydə sizi imtahan edəcəkdir. Elə isə
xeyir işlərdə bir-birinizlə yarışın. Sizin hamınızın dönüşü Allahdır.
O zaman O, ixtilafda olduğunuz şeyləri sizə xəbər verəcəkdir.”
(Maidə surəsi, 42-48).
Deyilən buyruğu əsas tutaraq Hz.Peyğəmbər (s) və xəlifələri
İslam dövlətinin vətəndaşları arasındakı hər qeyri-müslüm insanlara
yalnız şəxsi hüquqularını deyil, əksinə, həyatın bütün sahələrində hü-
quqi bir sərbəstlik vermişlər. İlk dörd xəlifə zamanında o zamandan
qalma xristian sənədlər müsəlman hökumətinin keşişlərə böyük
ölçüdə dünyəvi və hüquqi səlahiyyətlər vermiş olduğu sənədlərdə öz
əksini tapmışdır. Abbasi xəlifələri zamanında yüksək mövqe sahibi
olan dövlət rəhbərləri arasında xəlifəyə bağlı xristian keşişlər və
yəhudi ravvinləri var idi. Hz.Peyğəmbər (s) dövründə yəhudilərin
Mədinədə Beytul-Midrası (Təhsil İnstitutu) var idi. Nercan (Yəmən)
xristianları ilə bağlanan müqavilədə Hz.Peyğəmbər (s) orada yaşa-
yanların özlərinə və mallarına təminat verməklə yanaşı, eyni zamanda
yepiskop və keşişlərin təyinini də xristianların öz ixtiyarına burax-
mışdı.
İslam hər bir mədəniyyətin qorunmasının da tərəfdarı olmuşdur.
İstər yerli olsun, istər əcnəbi, hər bir fərdin şəxsi malları və şərəfi
islam torpaqlarında tam mənası ilə qorunmaqdadır. Bu məsələ
Azərbaycanda da tarixən yüksək səviyyədə olmuşdur. Elə bu
məqamdan da ermənilər eninə-boyuna bizim əksimizə istifadə
etmişlər, hətta günümüzdə özlərinə haqq da qazandırmaq istəyirlər.
İslam, ancaq vahid Allaha inanan və dinlərin qurucularına vəhy edil-
miş olan ilahi qanunları izləyən kəslərlə digərləri, yəni bütpərəstlər,
176
Əxlaqa aparan yol


atələr, paçqanlar, animistlər və s. arasında bir fərqi nəzərə alır. Daha
sonra, bir müsəlman qadın, qeyri-müslümlə evlənə bilməz. Onun
üçün həmin şəxs İslamı qəbul etməlidir.
İslam qanunu qeyri-müslümlərin inanclarını mühafizə etmə işini
rəsmən qəbul etməsinə və İslama dönmələri üçün onlara qarşı hər cür
təzyiqi qadağan etsə də, özününküləri ciddi bir intizam çərçivəsində
görmək istəyir. Yəni, müslümün əsası dindir. İrq, dil və ya bölgəyə
dayanması yoxdur. Bu səbəbdən dindən dönmə (irtidat) siyasi bir
xəyanət, yaxud mənəvi bir xəyanət kimi dəyərləndirilir. 
6. İSLAMDA MİLLƏTİN 
6. İSLAMDA MİLLƏTİN 
ÖZÜNƏ SEVGİSİ
ÖZÜNƏ SEVGİSİ
Millətin özünə sevgisi dedikdə, ən çox öz dilinə, vətəninə, dininə
və s. münasibəti başa düşülür. İslamda da dilə hörmət və dəyər qail
olunmuşdur. Müqəddəs Kitabımız Qurani-Kərimdə deyilir: “Biz heç
peyğəmbəri öz elinin dilindən başqa bir dildə görmədik.” (İbrahim
surəsi).
Şərqdə, xüsusən İslam dünyasında tarix təməddün və mədəniyyət
vəhdəti coğrafi vahidlər yox, əqidə təməli üzərində qurulub. Ərəb,
türk, pakistan, hind və s. müsəlmanların bir-birləri ilə ünsiyyətdə
olarkən irq və dil ayrılığı heç vaxt yada da düşməmişdir. Bu və ya
digər irqləri İslam çox həmahəng birləşdirmişdir.
İslam bütün xalqlara Allah məxluqu kimi baxır. Bəzən isə bir
adam müəyyən bir ölkədə başqa millətdən olduğu üçün dəlilsiz,
məntiqsiz başqalarına düşmən hesab olunur. Məsələn, ermənilərin
bütün türkləri və müsəlmanları öz düşmənləri hesab edərək
Ermənistandan qovmalarını, öldürmələrini, yaxud özlərini bu xalq-
lardan üstün tutmalarını göstərə bilərik. Həqiqət isə tam əksinədir.
Yaxud alman millətçiləri Eynşteyni yəhudi olduğundan özlərinə
düşmən bilirdilər. Təbiidir ki, hər iki halda məqsəd torpaqlar zəbt
edib müstəmləkələr yaratmaqdır. Bu cür irqçilik zəif millətləri ud-
177
Ziyadxan NƏBİBƏYLİ


maqdan başqa bir şey deyildir. İslam dini baxımından vətənə, millətə
məhəbbət tövsiyyə olunmaqla, digər insanlara ikrah hissi təbliğ etmir.
Peyğəmbər həzrətləri buyurur: “Vətəni sevmək imandandır”.
Müasir dünyada aktual və dinamik dindən uzaq saxlanmış
müsəlmanlar üçün əsl İslamın bəhs etdiyi məsələlər və prinsiplər bir
qədər anlaşılmaz, qəribə ola bilər. İslamda ilahi əqidə və məfkurəvi
əsasların altında əlbəttə, müəyyən dərəcədə millət eşqi tapşırılmışdır.
Bu çərçivədə türkləşmə hər sahədən artıq düzgün mənalanır. Bu gün
lüğətlərdə “türk” sözünün mənasını bəzən “müsəlman” yazmışlar.
Qoy belə olsun. Türk dünyası müsəlman dünyasının böyük bir par-
çasıdır, 01.200.000 000-luq bər-bədənin sağalması ilə türklükdə sağ-
lam, möhtəşəm və əsl zirvə nöqtəsinə çatar. Türk milləti üçün Qərb,
okeanın o tayı, sionizm ağ gün və xoşbəxtlik arzu edə bilməzlər,
etmirlər də. 
İslam buddizm, xristianlıq və s. dinlər kimi yalnız dini mərasim,
ibadət və metafizik inamlarla məhdudlaşan din olsaydı, millətçiliklə
mübarizəyə girişməzdi. İslam ictimai nizam, fəlsəfə, iqtisadi-siyasi
üsul və aparata malik olan bir məsələ kimi ayrıca bir ideoloji təməl
ilə hər yerə sığışa bilmir. İslam millətin özünə sevgisində əqidəni kök
və vəhdət rəmzi kimi göstərir. İslama iman gətirənlər, İslamda çox
xoş qarşılanırlar. Bu mənada İslam dünyası bizə çox yaxın qəbul
edilməlidir. Gəlin mənbələrə müraciət edək Allah Təala Ali İmran
surəsinin 115-ci ayəsində buyurur: “Ey iman gətirənlər, başqalarını
özünüzə sirdaş bilməyin, onlar sizinlə fəsad etməkdə heç bir şeydən
əsirgəməzlər”. Onlar sizi ictimai sevərlər. Doğrudan da onların
düşmənliyi ağızlarında gizlətdiyi sirləri sinələrindən böyükdür.
Burada Qarabağ xanı İbrahim xanın öz övladları, övrətləri, qo-
humları və qulluqçuları ilə birlikdə erməni xristianın yalan sözü ilə
adi bir rus mayoru Lisaneviç tərəfindən öldürdükləri yada düşür,
hansı ki, Lisaneviç uzun müddət Qarabağa 47 il xanlıq etmiş İbrahim
xanın gözəl nemətlərini, çörəyini yemiş, süfrəsinin əziz  qonağı ol-
muşdu.
İslam millətçiliyi rədd edib, İslam millətin öz vətənini canından
178
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə