Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə57/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   53   54   55   56   57   58   59   60   ...   110

artıq sevməyi, onun yolunda şəhid olmağı tövsiyyə edir. İslamın bu
qəbildən olan kəlamları bu günümüz, gələcəyimiz üçün çox
həmahəngdir. Vətəndaşlarımız İslamın bu prinsipini əsas tutaraq,
gənclərimizə vətən sevgisini hər zaman aşılamalı, onları vətənin
müdafiəsinə səsləməlidirlər. Mütəfəkkirlərimiz demiçkən, “Vətəni
sevməyəndə vicdan olmaz”, əqidə olmaz, iman olmaz. İmanı olan
şəxsin vətəni də olar, çörəyi də olar, başqa dinə mənsub olanlar da
onunla hesablaşar. Amin!..
7. İSLAMDA ÖLÇÜLÜ İNSAN 
7. İSLAMDA ÖLÇÜLÜ İNSAN 
OLMAĞA MÜNASİBƏT
OLMAĞA MÜNASİBƏT
Uca Allahın şah əsəri olan insandan bütün məsələlərdə ölçülü ol-
mağı tələb olunur. İnsanların ölçülü hərəkəti və davranışı onun
ətrafına, qohum-əqrəbasına, onun yaşadığı cəmiyyətə yaxşı təsir
göstərər və bu insan özü də hörmət-izzət sahibi olar.
Ölçülü olmaq, insanın istər duyğularında, istərsə də
hərəkətlərində həddi aşmaması deməkdir. Buna görə də ölçülü-
lük əxlaqi fəlsəfənin əsası sayılır. İnsanın əxlaqi cəhətdən pis
olmaq həddindən artıqlıq və ya əksiklik, həm duyğulu yaşayış ilə,
həm də davranışlarla əlaqəlidir.
İnsanın sərvətini xərcləməsi hərəkətlərində əxlaqi bir qayda
olan səxavətliliyin həddən artıqlığı “israf”, əksikliyi isə
“xəsislik”dir. İsraf  kimi  xəsislik də əxlaqən pisdir. İnsanın əxlaqı
bir fəzilət olan cəsarətin həddindən artıqlığı “cəsurluq”, əskikliyi
isə “tənbəllikdir”. Odur ki, ölçülü olmaq,  hərəkət və duyğula-
rında əlaqəli əxlaqi fəzilətləri təyin edən əsas bir ölçü meyarıdır.
İşlərində və duyğularında hədsizliyə gedən insanlar əlaqə qurul-
ması çətin olan, başqalarına etibar təlqin etməyən kəslərdir. İstənilən
insanın səhv edə biləcəyini düşünərək insanlara nə tamahı ilə inan-
malı, nə də onlarla əlaqələri tam kəsiləcək səviyyəyə gətirilməlidir.
Hz.Peyğəmbər (s) insanın hissi yaşamda həddindən artıq ol-
179
Ziyadxan NƏBİBƏYLİ


maqdan qaçmasının doğru olduğunu bu hədisləri ilə vurğulayır:
“Sevdiyin kəsə qarşı duyduğun sevgidə hədsizliyə qaçma, bəlkə
də bir gün o adam sənin düşmənin olar.” (Tirmizi,28. “Kitabul-
Birr ves-Sile”. Bab, 60, H. N-1997). Daha sonrası: “Düşmən ol-
duğun kəsə qarşı göstərdiyin düşmənçilikdə hədsiz dərəcədə irəli
getmə, bəlkə də bir gün o adam sənin dostun olar.” (Tirmizi, 28.
“Kitabul-Birr ves-Sile”. Bab. 60. H. N-1997). Yaxud: “Uca Alla-
hın istəmədiyi insan düşmənçilikdə həddi aşandır.” (“Tecrid”. C.
VII, s. 387, H. N-1094). 
Nəticə, insan bəşəri əlaqələrini  sağlam bir şəkildə sürdürə
bilmək üçün digər insanlara qarşı duyduğu sevgi və nifrətdə
hədsizliyə getməməli, ölçünü aşmamalıdır.  Ölçülü insan həm də
hörmət sahibi olur, ətrafındakı insanlara müsbət təsir göstərir.
İslama görə insanın ölçülü olması, onun hədlərini, sərhədlərini
düzgün qiymətləndirməsi özü-özlüyündə bir elmdir. İslam hər
bir insanın ölçülü olması fikrindədir. 
8. İSLAMDA İNSAN VƏ 
8. İSLAMDA İNSAN VƏ 
İNAMLARA MÜNASİBƏT
İNAMLARA MÜNASİBƏT
Dinlər tarixindən məlumdur ki, insanların inamları hazırda da
müxtəlifdir. O da məlumdur ki, qavram olmaqla bərabər həqiqətlər,
batil etiqadlar, bəzən də yanlışlıqlar bu inamların daxilində yer alır.
Lakin, cəmiyyətlərin şərikli paylaşdıqları inamları da vardır. Əslində
isə ən əhəmiyyətli məqam insanın özü haqqında əldə edəcəyi bilgidir.
Belə bilgilərə insanın haradan gəlməsi, haraya gedir, onu kim yaratdı,
yaradılışının məqsədi nədir və digər fikirlər aiddir. Bu baxımdan
deyilən  mövzular dinin araşdırdığı sahəyə daxildir. Bununla yanaşı
insanlıq tarixi bu inamlar səbəbindən bir çox qardaş qanının
töküldüyünə və dəhşətlərin yaşanmasına şahid olmuşdur. Bu barədə
İslamın müqəddəs Kitabı Qurani-Kərimdə deyilir: “Dində zorlama
yoxdur. Doğru yol yanlış yoldan açıq bir şəkildə fərqlənir. Kim Ta-
180
Əxlaqa aparan yol


ğuta küfr edib Allaha iman edərsə, o, qopub qırılması olmayan
möhkəm bir qulpdan yapışmışdır. Allah eşidəndir, biləndir.” (Bəqərə
surəsi, 256).
İstənilən insanı hər hansı bir dinə inandırmaq üçün təzyiq
etmədən onlara yol göstərmək və onların mənsub olduqları cəhaləti
aradan qaldırmaq üçün mübarizə etmək bir yaxşılıqdır, fədakarlıqdır.
İslamın bu xüsusdakı anlayışı budur. Günümüz insanının bilgisi və
zəkası sürətli inkişaf yolundadır. Artıq insan o insan deyil. Dini inam-
lar sahəsində də belədir. Keçmişdəki insanların ibadət etmək üçün
lazım olan bir simvol, eskiz və ya Uca Allah haqqında lazımi bilgiləri
yox dərəcəsində idi.
Müsəlmanlar isə dini imanlarına görə Uca Allahın elçisi
Hz.Məhəmmədə (s) borcludurlar. Vaxtı çatmış bir zamanda
Hz.Məhəmməd (s) “İman nədir?” sualına belə cavab vermişdir: “Al-
lahın vahid olduğuna, mələklərinə, vəhy edilmiş kitablarına,
peyğəmbərlərinə, axirət gününə, xeyirin və şərin Allahdan gəldiyinə
inanmaqdır”.
Müsəlmanların nə çox tanrıçılıq, nə də Uca Allaha başqa ilahları
ortaq edənlərlə heç bir ortaq tərəfləri yoxdur. Keçmiş və sadə bir
insan da insanın yaradıcısının özü olmayacağını, bizim hamımızın və
bütün kainatın bir yaradanı olmasını tam dərk edir. Çoxallahlılığa
inanmaq fərqli tanrılar arasında daxili bir müharibə yaratmasa da,
aralarında səlahiyyətlərin paylaşması məcburiyyətini əmələ gətirir.
Bilindiyi kimi, kainatda hər bir şey qarşılıqlı olaraq bir-birinə bağlıdır.
Yəni, insanın, bitkilərin, maddələrin, heyvanların və hətta planetlərin,
ulduzların, eynilə bunlardan hər birinin bu və ya digər şəkildə bir-bi-
rinin köməyinə möhtacdırlar. Odur ki, ilahi səlahiyyətlərin paylaş-
ması həyata keçirilə bilməz bir xüsusiyyət yaranır. Ona görə də yalnız
təmiz və əlavəsiz olan təkallahlılıq ağlı təmin edə bilər. Allah birdir
və hər şeyi həyata keçirmək gücünə sahibdir. Allah yalnız yaradan
deyil, O, hər kəsin və hər şeyin sahibidir. Göylərə də hökm edər, Yerə
də. Hz.Məhəmməd (s) Uca Allahın doxsan doqquz ismi olduğunu bil-
dirir. Bu ən gözəl isimlər Onun bəlli-başlı doxsan doqquz sifətinin
181
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə