Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə59/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   55   56   57   58   59   60   61   62   ...   110

(xəbərçi), Nəzir (xəbərdar edən) və sairə, bunlar ilk baxışda sinonim
sözlərdir.
Peyğəmbərlər tam olaraq dindar, maddi, mənəvi və sosial davra-
nışları baxımından ən dürüst adamlardırlar. Möcüzələr göstərmək
onlar üçün məcburi deyil Amma, onlar möcüzələr göstərmişlər. On-
ların doğru olduqlarını hamı təsdiqləmişdir.
İslamın müqəddəs Kitabı Qurani-Kərimə görə, ilahi kitablar bəlli
sayda peyğəmbərlərə vəhy edilmişdir.
Hər bir peyğəmbərin öz vəzifəsi olmuşdur. Bəziləri bir irqin, bir
coğrafi məkanın, bəziləri isə bütün insanlığı qucaqlayan və əbədi
davam edəcək olan vəzifələrə gəlmişdilər. Sonuncu vəzifə, son
peyğəmbərin özünəməxsusluğudur.
Qurani-Kərim Hz.Adəm, Nuh, İbrahim, Yəqub, Davud, Musa,
Saleh, Hud, İsa, Yəhya və Məhəmməd kimi bəzi peyğəmbərləri isim-
isim yada salmışdır. Bununla birlikdə Qurani-Kərim
Hz.Məhəmməddən (s) öncə bir çox peyğəmbərlərin gəlmiş olduğunu
və Hz.Məhəmmədin (s) Allah elçilərinin sonuncusu və möhrü oldu-
ğunu qəti şəkildə elan etmişdir.
Hz.Məhəmməd (s) ona bağlı olanlardan axirət gününə iman
etmələrini də istəmişdir. İnsan öldükdən sonra dirildiləcək və dünya
həyatındakı hərəkətlərinə görə yaxşı hərəkətlərini mükafatlandırmaq,
pis hərəkətlərini isə cəzalandırmaq üçün Uca Allah Öz hökmünü
verəcəkdir. Bir gün Uca Allahın əmri ilə dünyamız məhv olacaq və
onu ilk dəfə yaratmış olan Rəbbimiz bir müddət sonra bizi təkrar
həyata qaytaracaqdır.
Qurani-Kərimdə deyilir: “Etdiklərinin mükafatı olaraq onlar üçün
hansı müjdənin (sevincin) gizlədildiyini heç kəs bilməz.” (Səcdə
surəsi, 17). “Allah mömin kişilərə və mömin qadınlara altından çaylar
axan (cənnət) bağları və Ədn (cənnət) bağlarında gözəl məskənlər
vəd etmişdir. Onlar orada əbədi qalıcıdırlar. Allahın razılığı isə hər
şeydən üstündür. Bax o böyük qurtuluş da budur!” (Tövbə surəsi, 72).
“Xeyir iş görənlərə daha xeyirlisi, bir də artığı vardır...” (Yunus
surəsi, 26).
185
Ziyadxan NƏBİBƏYLİ


Uca Allah məsləhət bilir ki, hər kəs qavrama qabiliyyəti və
zəkasının gücü dərəcəsində danışsın. Hz.Məhəmməd imanla əlaqəli
açıqlamalarında taleyə, yaxşının və pisin, hər bir şeyin Uca Allahdan
gəldiyinə inanmağı istəmişdir.
İnsan taleyə inanmaqla yanaşı cüzi də olsa iradə ortaya qoyma-
lıdır. 
9.  İSLAMDA DİNİ İBADƏTLƏRİN
9.  İSLAMDA DİNİ İBADƏTLƏRİN
HƏYATA KEÇİRİLMƏSİ
HƏYATA KEÇİRİLMƏSİ
İslam bütün həyatı əhatə edir və bəşəri fəaliyyət sahələrindən heç
birinə maraqsız qalmaq istəməz. Bununla yanaşı İslam bütün
sahələrin bir mərkəzə bağlı olmalarına tərəf çıxır. Onu da qeyd edək
ki, yalnız dini deyil, dünyəvi davranış qaydaları da eyni mənbədən,
yəni Uca Allahın kəlamı Qurani-Kərimdən irəli gəlir.
Hz.Məhəmməd (s) dinin tətbiqi haqqında qısaca olaraq belə
söyləmişdir: “Namaz, oruc, həcc və zəkat”.
Hz.Məhəmməd (s) demişdir: “Namaz dinin dirəyidir”. Qurani-
Kərim namazdan 100 dəfədən çox bəhs edir və onu müxtəlif cür ad-
landırır. Salat (meyl, rəğbət), dua (yalvarış), zikr (anmaq, xatırlamaq),
təsbeh (böyütmə, öymə), inabe (itaət) və s.
İslam Yer üzündə Uca Allahın hökmranlıq şəraitini yarada bilmək
qayğısı ilə hər gün beş dəfə namaz əmr etmişdir. Namaz səhər çağı
günəş doğmazdan öncə, günorta çağı və gecə yatmazdan öncə qılın-
malıdır. Bu, yaradanımıza boyun əydiyimizin və minnətdarlıq hissi-
mizin bir dəlili olaraq, hər zaman üçün bütün maddi mənfəətimizdən
bir neçə dəqiqəliyinə vaz keçməyimizi lazım bilir. Bu məcburiyyət
qadın, kişi, hər bir həddi-buluğa çatmış olanları maraqlandırır.
Hər həftə cümə günü günorta namazı eyni vaxtda, mütləq cama-
atla qılınır və daha möhtəşəm və diqqətçəkici bir namaza çevrilir.
Cümə namazı olaraq bilinən bu namazdan əvvəl o bölgənin
imamı bir xütbə oxuyur.
Namaz üç hissədən ibarətdir. Əvvəlcə Allahın uca hüzurunda
186
Əxlaqa aparan yol


özünün heçliyini hiss etmək lazımdır, sonra uyğun sözlərlə ilahi uca-
lığı və bəşəri heçliyi qəbul etmək və son olaraq da hörmət və ehtiram
duruşunu vücud ilə təsdiq etməkdir.
Qurani-Kərimdə deyilir: “Məgər sən göylərdə və yerdə olanların
– günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insan-
lardan bir çoxunun Allaha səcdə etdiklərini görmürsənmi? (Həcc
surəsi, 18). “Yeddi göy, Yer və onlarda olanlar Onun şəninə təriflər
deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona təriflər deməsin, lakin siz
onların təriflərini anlamazsınız.” (İsra surəsi, 44).
İslamın namaz ibadəti bütün məxluqların dua növlərini bir
yerə toplayır.
Namazda yer alan “ibadət” kəlməsinin “abd” (qul) kəlməsi ilə
eyni kökdən gəldiyini unutmamaq lazımdır.
Bədəncə təmiz olmaq üçün alınan abdəst və ya dini təmizlik
namazın əsas şərtlərindəndir. Təbii ehtiyaclarını gördükdən
sonra bədən üzvlərini təmizləmək, ardından da əlləri yumaq,
ağzı, burunu, üzü, qolları, başı, qulaqları və ayaqları yumaq la-
zımdır.
Məlum olduğu kimi, gündə beş dəfə namaz qılmaq
müsəlmanlarda Hz.Peyğəmbərin Allah qatına yüksəlişi – yəni Merac
sırasında fərz qılınmışdır. Bu, namazın mənəvi tərəfidir.
Bundan əlavə, dünyanın dörd bir tərəfindəki müsəlmanların ha-
mısı namazlarında tək bir mərkəzi nöqtəyə – Məkkədəki Allahın
Evinə – Kəbəyə doğru yönələrlər. Bu isə sinif, irq, bölgə fərqi
bilməyən bütün dünyadakı İslam cəmiyyətinin birlik və bütünlüyünü
yada salır.
Allah hər bir müsəlmanın, hər bir insanın xeyri üçün kainata
boyun əydirmişdir. Hər bir insan bu faydalara görə  minnətdar və
itaətkar olmalıdır, Uca Allaha qarşı üsyan, digər varlıqlara və
məxluqlara qarşı zülm etməməlidir.
İslam hər hansı səbəbdən namazı gündə beş dəfə icra edə
biməyənlərə imkan yaradır ki, bacardığı qədər etsin. Yəni, dörd, üç,
iki və hətta bir dəfə qılsın. Əsl olan maddi və ya dünyəvi
187
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə