Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə67/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   63   64   65   66   67   68   69   70   ...   110

Sənə kobudluq edənə qarşı mülayim ol, bəlkə, o da mülayimləşər. İn-
sanın möhtac olanda təvazökar davranması, zəngin olanda isə zülm
etməsi çox pis xasiyyətdir. Ağıllı insan ədəblə, heyvanlar isə kötəklə
nəsihət alar. Əsl dost sən olmayanda da sənə dostluq edəndir. Arzu
və həvəs insanı kar edər. Bəzi yadlar qohumlardan daha doğma, bəzi
qohumlar da özgələrdən daha yaddır. Kim ki, zamana arxayındır,
zaman ona  xəyanət edər”.
Hicrətin 4-cü ilində Şaban ayının 2-də (10 yanvar 626-cı il)
Mədinədə doğulan İmam Hüseyn Hz.Məhəmmədin (ə) nəvəsi,
Hz.Əlinin və Hz.Fatimənin kiçik oğludur. İmam Hüseynin adını da
Hz.Əli Harun peyğəmbərin oğlu Şəbir (Şübeyir) adından təsirlənərək
götürmüşdür.
Hz.Əli xəlifə olduqdan sonra ona beyət etməyən Aişə və
Müaviyə ilə etdiyi Cəməl və Siffin döyüşlərində atasının yanında olan
İmam Hüseyn böyük qardaşı İmam Həsənlə birlikdə böyük fədakarlıq
və qəhrəmanlıqlar göstərmişdir.
İmam Həsənin şəhidliyindən sonra İmam Hüseynin Yəzidə beyət
etməyib Məkkəyə getdiyini eşidən kufəlilər onu xilafətə gətirmək
üçün Kufəyə çağırırlar.
Müslim ibn Əqilin kufəlilərdən beyət aldığından məktubla
xəbərdar olan İmam Hüseyn ailəsi və yaxınları ilə birgə Kufəyə tərəf
yola çıxır. Bundan xəbər tutan Yəzid Kufə valisi Numan ibn Bəşir
əl-Ənsarini vəzifədən çıxararaq, onun yerinə Bəsrə valisi Übeydulla
ibn Ziyadı təyin edir və Müslim ibn Əqili öldürməsini əmr edir. Yeni
vali Yəzidin əmrlərini yerinə yetirir. Vəziyyətdən xəbərsiz olan İmam
Hüseyn Kufəyə yaxınlaşınca valinin əmri ilə susuz və daldalanacaq-
sız bir yerdə dayanmağa məcbur edilir. İmam Hüseyn yenə də Yəzidə
beyət etmir. İmam Hüseyn və ailəsi Kərbəlada günlərlə susuz qal-
mağa məhkum edilir. Daha sonra Ömər ibn Səd Əhli-beytə hücum
edərək İmam Hüseynin başını kəsir. Bu qanlı faciə hicri tarixi ilə
Məhərrəm ayının 10-da (miladi 10 oktyabr 680-ci il) baş vermişdir.
Kərbəla şəhidlərinin cəsədlərini Bəni Əsəd qəbiləsi Qadiriyyə
kəndində dəfn etdilər. Ailə üzvləri isə Şama – Yəzidin hüzuruna
210
Əxlaqa aparan yol


göndərilir.
İmam Hüseynin Əli Əkbər, Cəfər, Abdulla, Əli Zeynəlabdin, Əli
Əsgər adlı oğlanları və Fatimə, Səkinə adlı iki qızı var idi. Əli Əkbər
və Əli Əsgər ataları ilə birlikdə Kərbəlada şəhid olmuşlar.
İmam Hüseynin Əli Zeynəlabdin adlı oğlundan olan nəslindən
gələnlərə “Seyyid” (əfəndi, cənab, ağa) rütbəsi verilmişdir. Həm atası,
həm anası seyyid olan şəxslərə Musəvi adı verilir. 
Dövrümüzdə Məhərrəm ayının 10-cu günü İmam Hüseyn şəhid
olduğuna görə şiələrin hamısı sünni müsəlmanlarının bir çoxu “aşura”
adı ilə dini mərasimlər keçirirlər.
İmam Hüseynin Kərbəladakı türbəsi hər gün müsəlmanlar
tərəfindən ziyarət edilir. Onun sarığı və cübbəsi Topqapı (Türkiyə)
sarayı muzeyində indi də saxlanılır.
Hz.Əlinin oğlu İmam Hüseynə vəsiyyətindən: “Ey oğlum!
Zəngin və kasıb olanda  ilahi təqvaya sahib olmağını, keyfin yaxşı
və pis olanda haqqı söyləməyini, rifah vaxtı və yoxsulluq zamanı orta
həddə olmağını, dosta da, düşmənə də ədalətli olmağını, dara düşəndə
də, şad olanda, olmayanda əməl sahibi olmağını, rahat vaxtında da
Allahdan razı olmağını sənə tövsiyyə edirəm. Cənnətdən başqa, hər
nemət kiçikdir. Cəhənnəmdən başqa, hər bir bəla yaxşıdır. Öz eybini
görən başqalarının eybi ilə məşğul olmaz. Allahın verdiyi paya razı
olan əlindən çıxana məyus olmaz. Zülm qılıncını qınından çıxaran o
qılıncla da öldürülür. Qardaşına quyu qazan qazdığı quyuya özü
düşər. Başqalarının eybini açanın öz ailəsinin də eybi açılar. Öz
xətasını unudan başqalarının xətasını böyük görər. Öz fikrini bəyənən
yanlış yola düşər. Alimlərlə oturub-duran hörmət görər. Sözü çox ola-
nın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar. Abır-həyası aza-
lanın utanması azalar. Az çəkinib utanması azalanın qəlbi ölər. Qəlbi
ölən adam oda-atəşə düşər. Qənaət tükənməyən bir maldır. Başqala-
rından öyüd alan şəxs xoşbəxtdir. Ədəb ən yaxşı mirasdır. Gözəl
əxlaq ən yaxşı dostdur. Müsibətlərə dözüb səbr etmək iman
xəzinələrindəndir. Əxlaq saflığı yoxsulluğun, şükür etmək isə
zənginliyin zinətidir. İnsanın özünü bəyənməyi onun ağlının azlığına
211
Ziyadxan NƏBİBƏYLİ


dəlalət edir. Başqalarında olub sənin sevmədiyin xüsusiyyətlər öyüd
almağın üçün yetərlidir. Nəticəsini düşünmədən bir işə girişən, özünü
fəlakətlərə atmış olur. Bir işi görməzdən əvvəl düşünmək insanı pe-
şimançılıqdan qoruyur. Səbr yoxsulluğa qarşı sipərdir. İfrat istək yox-
sulluq əlamətidir. Şəfqətli yoxsul şəfqətsiz varlıdan daha yaxşıdır.
Hər keçən saat insanın ömrünü qısaldır. Bir nemət əldən çıxmayınca,
başqa bir neməti əldə etmək olmaz.
Rahatlıq çətinliyə, kasıblıq nemətə, ölüm həyata, xəstəlik isə sağ-
lamlığa nə qədər yaxındır!
Təqva sahibi olun.
Dünya sizin ardınızca gəlsə də, siz dünyanın ardınca getməyin.
Əlinizdən çıxan dünya malına görə dərdlənməyin. Sözünüzdə və
işinizdə haqqa bağlı qalın. Zülmə qarşı çıxın və zalımın qarşısında
məzluma kömək edin. Kini daxilinizdən silib atın. Müxaliflərinizi
sülh ilə yola gətirin. Sevgiyə və dostluğa söykənən bir cəmiyyət ya-
radın. Yetimləri nəzərinizdən qaçırmayın, onların haqlarını qoruyun,
onlarla yaxınlıq edərək ehtiyaclarını yerinə yetirin. Qonşularınızla
yaxşı rəftar edin və onlara bacardıqca kömək göstərin. 
Qurani-Kərimin hökmlərinə riayət edin. Namazlarınızı vaxtında
və ən gözəl şəkildə qılın.
Məscidləri elm və ibadət yolu ilə, Uca Allahı zikr edərək qoruyun
və yaşadın. Canınızı və malınızı Uca Allahın yolunda fəda edin. Bir-
liyi pozan hər şeydən uzaq durun. Müsəlmanlar arasında sevgi və
dostluq körpüsü qurun. Yaxşılığa əmr edib, pislikdən əl çəkin. Bu-
nunla da ədalətin hakim olduğu bir cəmiyyət yaratmış olarsınız.
Hz.Əlinin Hz.Fatimədən olan qızı Hz.Zeynəb tarixin şahid olduğu ən
mərd, bilikli və cəsur qadınlarından biridir. O, yaddaşlara Zeynəbi-
Kübra  adı ilə yazılıb. İmam Hüseyn şəhid olduqdan sonra o, Əhli-
beytin öndərliyini boynuna çəkmiş və o zamanlar xəstə olan İmam
Zeynəlabdinin vilayət vəzifəsini qorumağı öhdəsinə götürmüşdür.
Hz.Zeynəb Abdullah ibn Cəfər ibn Əbu Taliblə evlənmişdir. Qardaşı
İmam Hüseyn İraqa yollananda, Abdullahın izni və razılığı ilə onunla
bərabər getmişdir. Abdullahdan Əli, Ovn, Məhəmməd, Abbas və
212
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə