Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə65/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   61   62   63   64   65   66   67   68   ...   110

bir qəbahət olmadan gəzə biləcəyi anda bitmiş olur”.
Əbu Hüreyrə buyurur: “Mömin kişi və ya qadının öz nəfsi, övladı
və malı ilə sınağı, o, Allah ilə qəbahəti olmadan görüşənədək davam
edir.” (Əhməd və ət-Tirmizi mötəbər istinadən rəvayət etmişlər).
Aişə demişdir: Rəsulullah buyurur: “Qadınlardan sınağa çəkilən
şəxs dözərsə, bu dözüm od arasında bir pərdə olacaqdır.” (əl-
Əlbaninin tədqiqi).
Əli deyir: “Mən Allaha şikayət edirdim. Peyğəmbər mənim ya-
nıma gələndə deyirdim: “Allahiummə, əgər əcəlim çatıbsa məni ra-
hatlandır, əgər gecikibsə məni qurtar. Əgər bu, sınaqdırsa, mənə səbr
ver!”. Rəsulullah soruşur: “Necə dedin?” Mən dediklərimi bir daha
təkrar etdim: “Allahiummə, əgər əcəlim çatıbsa, məni rahatlandır,
əgər gecikibsə, məni qurtar. Əgər sınaqdırsa, mənə səbr ver!”
Peyğəmbər dedi: “Allahiummə, şəkkin mənbəyini kənar et, onu açıb
göstər”, Mən dedim: “Mən heç vaxt öz ağrımdan şikayət
etməmişəm.” (Ət-Tirmizi).
Əbdürrəhman bin Auf demişdir: “Rəsulullah ilə birlikdə qara
günlərin sınağına çəkildik, dözdük, amma xoş günlərin sınağına isə
dözmürük.” (ət-Tirmizi). 
203
Ziyadxan NƏBİBƏYLİ


IX FƏSİL
İslamda hüquqa və haqqa
münasibət
1. HZ.ƏLİ  ƏLEYHİSSALAM 
1. HZ.ƏLİ  ƏLEYHİSSALAM 
HAQQINDA
HAQQINDA
M
M
əlum olduğu kimi, son müqəddəs Kitab olan Qurani-
Kərim son peyğəmbər olan Hz.Məhəmmədə (ə) nazil
olmuşdur. Hz.Məhəmmədin (ə) yaydığı İslamiyyət
özündən əvvəlki dinləri tamamlayan son ilahi dindir.
İslamın yayılmasında, təbliğində bir çox insan öz canı, mal-dövləti
və bütün fədakarlığı ilə Hz.Məhəmmədə (ə) yardımçı olmuşdur.
İslam tarixindən aydın görünür ki, Qurani-Kərimi ilk dəfə təfsir
və şərh edən Hz.Əli olmuş, ən böyük mədəni-mənəvi miras da
Hz.Əlidən qalmışdır. Digər tərəfdən Hz.Əli Peyğəmbərimizə çox
yaxın, çox doğma və çox etibarlı olmuşdur. Hz.Əlinin savaşları,
qəhrəmanlıqları çox olmuş, onun haqqında yüzlərlə kitablar yazılmış
və bu iş zaman-zaman davam etməkdədir.
Hz.Əli Hz.Məhəmmədə (ə) peyğəmbərlik verilməsindən on il əvvəl
27 sentyabr yeni eranın 600-cü ilində Məkkədə doğulmuşdur. Hz.Əlinin
həm atası, həm də anası Haşimilər nəslindəndirlər. O, on yaşında ikən
Hz.Məhəmməd peyğəmbərə iman gətirən ilk müsəlman kişidir.
Hz.Əli Hz.Məhəmmədin qızı Hz.Fatimə ilə evlənmiş və İslam-
204
Əxlaqa aparan yol


dan öncə ərəblərin işlətmədiyi Həsən, Hüseyn və Möhsün, Harun
peyğəmbərin övladları Şəbbərin, Şəbirin (Şübeyr) və Müşəbbərin ad-
larını öz övladlarına vermişdir. Zülfüqar adlı qılıncı Ühüd savaşında
Hz.Məhəmməd (ə) tərəfindən ona hədiyyə edilmişdir. İslamiyyətin
inkişafı və yayılması yolunda  Hz.Əli Hz.Məhəmmədlə (ə) birlikdə
26 savaşda iştirak etmişdir.
Zülfüqar adlı qılınc – Bədr savaşında Hz.Məhəmmədə (ə) göydən
endirildiyinə inanılan ikihaçalı qılıncdır. Xristianlar xaç emblemini
müqəddəs sayıb boyunlarından asdığı kimi, Şiə və Ələvilər də bu qı-
lıncı müqəddəs saydıqları üçün onun şəklini əks etdirən medalyonu
boyunlarından asırlar. Hazırda Hz.Əlinin Zülfüqar qılıncı İstanbul-
dakı Topqapı Sarayı muzeyində saxlanılır. 
Hz.Əli xəlifə olmaq imkanına malik olduğu halda, İslamiyyətin
bölünüb parçalanmaması üçün özündən əvvəlki ilk üç xəlifəyə beyət
etmişdir. Bu həm İslamın güclənməsini təmin etmiş, həm də
müsəlmanlığın abidəsi Qurani-Kərimin öz dövründə ortaya çıxma-
sına imkan yaratmışdır.
Hz.Əli 25 il Xilafət idarəçiliyindən kənar qalmış, bu dövrdə Qu-
rani-Kərimi şərh etmiş və gələcəyə istiqamətlənmiş çox ciddi işlər
üzərində çalışmışdır.
Hz.Əli dörd il doqquz ay xəlifəlik etmişdir. Bu müddətdə Cəmal,
Siffin və Nəhrəvan savaşlarını aparmışdır. O, Əbdürrəhman ibn
Mülcəm adlı bir xarici tərəfindən şəhid edilmiş, 26 və ya 28 yanvar
661-ci ildə vəfat etmişdir.
Hz.Əlinin cənazəsi İmam Həsən və başqa övladları tərəfindən
qaldırılmış, bugünkü İraqın Nəcəf şəhərində torpağa tapşırılmışdır. 
İslam tarixindən məlum olduğu kimi, Hz.Əli Hz.Məhəmmədin
(ə) əmisi oğludur, atasının adı İmran, künyəsi Əbu Talib, anasının adı
isə Əsəd qızı Fatimədir, Kəbədə dünyaya göz açmışdır.
Hz.Məhəmməd (ə) əmisi Əbu Talibin razılığını alaraq Əlini öz
ailəsinə qəbul etmişdir. Hz.Əli bisətə qədər Hz.Məhəmmədin (ə)
evində qalmış, onun peyğəmbərliyini ilk təsdiq edən və onun haqq
yolunu ilk gedən insanlardan biri olmuşdur.
205
Ziyadxan NƏBİBƏYLİ


Həyatının ikinci hissəsini (22 avqust 610 – 24 sentyabr 622-ci il)
və Hz.Məhəmmədin (ə) bisətindən hicrətinə qədərki 13 ili Hz.Əli
peyğəmbərin yanında, onun nəzarəti altında böyümüşdür.
Hz.Məhəmmədi (ə) öldürmək üçün 622-ci ilin 9 sentyabr gecəsi
Qüreyşilər sui-qəsd hazırlayanda, Hz.Əli onun yatağında uzanmış,
onların diqqətini yayındırmış, Peyğəmbərin Yəsribə, oradan da 24
sentyabr 622-ci ildə Mədinəyə yetişməsinə şərait yaratmışdır.
Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti ilə İslam tarixində yeni bir
dövr başlamışdır.
Hz.Əlinin xanımı Hz.Fatimə Hz.Məhəmmədin (ə) qızıdır, bütün
dünyanın mömin qadınlarının əfəndisidir, anasının adı Xədicədir.
Peyğəmbərin uşaqlarının ən kiçiyi olan Fatimə onun nəslini davam
etdirən yeganə övladıdır. Hz.Fatimə – Zəhra, Bətül, Raziyə,
Mərziyyə, Siddiqə, Mübarəkə və Tahirə təxəllüsləri ilə anılır.
Hz.Əli Fatimə ilə evlənmək istədiyini bildirəndə Peyğəmbər qı-
zının fikrini öyrənmiş, onların evlənməsini uyğun saymış və 624-cü
il səfər ayının 2-də Məscidi-Nəbəvidə (Peyğəmbər məscidi) onlara
kəbin kəsilmişdir.
Hz.Məhəmmədin (ə) vəfatı Hz.Fatiməni çox sarsıtmış, bu itkiyə
dözməyən qız dünyasını dəyişmişdir. Onun öz vəsiyyətinə uyğun ola-
raq Hz.Əli onun dəfn yerini dəqiq  deməmişdir. İslam tarixinin bir
çox məlumatlarına görə, Hz.Fatimə 28 yaşında atasının ölümündən
6 ay sonra işıqlı dünyanı tərk etmişdir.
Hz.Məhəmmədin (ə) cənazəsinin yuyulması və dəfn işləri
Hz.Əli və Peyğəmbərin digər qohumları tərəfindən icra edilmişdir.
Hz.Əli dəfn mərasimi ilə məşğul olduğu zaman Ömər ibn Xəttabın
təklifi ilə Hz.Əbu Bəkr xəlifə seçilmişdir. 632-ci ildə xəlifəlik
vəzifəsinə başlayan Əbu Bəkr vəfatına qədər bu vəzifəni aparmışdır.
Əbu Bəkrin vəsiyyətinə görə, ölümündən sonra 634-cü ildə Ömər
ibn Xəttab xəlifəliyə gətirilmişdir. Ömər ibn Xəttab 644-cü ildə
öldürüldükdən sonra Osman ibn Əffan xəlifəliyə gətirilmiş və 656-
cı ildən öldürülənə qədər 12 il bu vəzifəni aparmışdır. 
Osman öz dövründə xalası oğlu Mərvanı özünə katib təyin edib.
206
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə