Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə63/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   59   60   61   62   63   64   65   66   ...   110

bir insan onunla savaşarsa və ya onu söyərsə, o, iki dəfə “mən oru-
cam” desin”... (a. e, s. 247, H. N-837). Ramazan orucu ilə namaz in-
sanın bədəni ilə yerinə yetirdiyi ibadət növlərindəndir.
İslam dini insanın digər insanlarla olan münasibətlərini nizam-
layan maddi ibadətlər də qoymuşdur ki, bunun da öndə olanı zəkatdır.
İnsanların yaxşılığını istəmək, şübhəsiz, əxlaqi cəhətdən çox vacibdir.
Gözəl əxlaq sahibi olan insan sadəcə yaxşılığı istəyən deyil, eyni za-
manda onu həyata keçirəndir.
Zəkat, insanın özündən daha artıq ehtiyac içərisində olan başqa
bir insana sahib olduğu qarşılığında o insandan heç bir fayda
gözləmədən verməkdir.
İslam dini zəkatı fərz qılaraq, insanın xasiyyətini başqa insanlar
üçün fədakarlıq edəcək bir şəkildə əmələ gətirməyi hədəf kimi qəbul
etmişdir. Qurani-Kərimdə buyurulur: “Siz özünüz sevdiyiniz
şeylərdən (Allah yolunda) xərcləmədikcə xeyrə nail ola bilməzsiniz.”
(Ali İmran surəsi, 92).
Başqa bir ayədə buyurulur: “Namaz qılın, zəkat verin və Allaha
sarılın. Odur sizin mövlanız. O nə gözəl mövladır, nə gözəl yardım-
çıdır!” (Həcc surəsi, 78).
İslam tarixində zəkat haqqında çox gözəl hədislər vardır. İbn
Abbas nəql edir. Hz.Peyğəmbər (s) Muazi Yəmənə göndərərkən ona
bunları söyləmişdir: “Yəmənliləri  Allahdan başqa bir Tanrının ol-
madığına və mənim Onun rəsulu olduğuma şahidlik  etməyə çağır.
Əgər, onlar bu təklifini qəbul etsələr, onda Allahın gecə və gündüz
beş dəfə namaz qılmağı fərz qıldığını onlara bildir. Bunu da qəbul
etsələr, onlara Allahın mallarından zəkat vermələrini fərz qıldığını
bildir. Zəkat onların zənginlərindən alınıb kasıblarına veriləcəkdir.”
(“Tecrid”. C. V, s. 3. H. N-686).
İslamın təməl ibadətlərindən biri də həccdir. İnsanın həm
Allah, həm də insanlarla olan münasibətlərini qaydaya salmaqda
təsiri olan həcc ibadəti fiziki olduğu qədər maddi xüsusiyyət də da-
şıyır. Uca Allah üçün yerinə yetirilən həcc ibadəti insana dəyər ver-
diyi fəzilətlər uğrunda maddi olduğu qədər vücud baxımından da
197
Ziyadxan NƏBİBƏYLİ


sıxıntılara qatlanmağı və lazım olduqda əzab çəkməyi öyrədir.
Qurani-Kərimin həcc ilə əlaqəli ayələrinin ikisi belədir: Bu bir
həqiqətdir ki, insanlar üçün qurulan ilk məbəd Məkkədəki o mübarək
və bütün aləmlərə doğru yol göstəricisi olan Evdir (Kəbədir)”. “...
Oraya sığınan əmin-amanlıqda olar. Yoluna gücü çatanın o Evi
(Kəbəni) ziyarət etməsi insanlar üzərində Allahın haqqıdır...” (Ali
İmran surəsi, 96,97).
Hz.Peyğəmbərimiz isə belə buyuryr: “Allah yolunda həcc edib
heç bir pis əməl etməyən və pis söz söyləməyən insan, anasının onu
doğduğu gün kimi tər-təmiz bir həyata dönər.” (“Tecrid”. C. VI, s.
60. H. N-756).
Həcc – rənglərinə, dillərinə, mal və mövqelərinə görə insanlar
arasında xüsusi ayrılıq etməməyi qəbul edir. Həcc sayəsində adam
insan cinsinin birliyi fikrində olur, ona yetişir.
Digər tərəfdən həcc cəmiyyətdə bərabərlik və ədalət kimi
fəzilətlərin kök salmasında çox önəmlidir. İslam dini insanlardan bir
neçə mənasız şeyləri ibadət adı altında etməsini istəmir. İslamda iman
və ibadət əsaslarının məqsədi insanı əxlaqi olana yönəltmək, hərfi
mənada insana insanlığını həyata keçirməsində yardımçı olmaqdır.
Allah bütün dualarımızı və o cümlədən həccinizi qəbul etsin!..
11. İSLAMDA NAMAZ
11. İSLAMDA NAMAZ
Islamin vacib bildiyi insan boynuna düşən əməllərdən biri də
namazdır. Hər bir müsəlman hər gün beş vaxt üzünü Kəbəyə tərəf
tutub namaz qılmalıdır. Namazı təmiz və pak halda qılmaq vacibdir.
Bunun üçün niyyət edib dəstəmaz almaq, yaxud təyəmmün etmək –
yəni əlləri təmiz torpağa sürtüb, üzü və qolları məsh etmək gərəkdir.
Namazın əməlləri aşağıdakılardır: – niyyət etmək, təkbir demək
– “Allahu-əkbər” – deyə Allahı uca titmaq, qiyam etmək – Quran
oxumaq üçün namaz xalçasının üzərində ayaq üstə durmaq, qiraət
etmək – Quranın əl-Fatihə surəsini və qısa surələrindən nə isə oxu-
maq, rüku etmək – əlləri dizlərin üstünə qoymaqla Allah qarşısında
198
Əxlaqa aparan yol


baş əymək, səcdə etmək – dizləri üstə çöküb alını iki dəfə yerə qoy-
maq, təşəhhüd demək – Allahın bir olduğuna və Məhəmmədin Onun
peyğəmbəri olduğuna şəhadət gətirmək, salamları demək.
Müsəlmanın namazı salamla bitir, namaz müsəlmanın öz Allahı
ilə ən yaxın təmasıdır, Ona yaxınlaşmasıdır. Bu mənada namaz
“qürbətən iləllah” – “Allaha yaxınlıq” niyyəti ilə qılınır. Hər bir
müsəlman namazını bitirərkən “Salam” deməklə özünün xəlqetmə
nizamı ilə qarşılıqlı əlaqə dairəsini başa vurur. Çünki o, namaza baş-
layanda öz Allahı qarşısında durmuş olur və belə də “Allahu-əkbər”
deyir, namazı bitirəndə isə yenidən insanlarla təmasa girir və onun
başqa insanlar qarşısında “salam” – “sülh” olur. Odur ki, müsəlmanın
“əssəlamu əleykum” deyə başqalarını salamlaması zəruri və vacib-
dir.
Bütün müsəlmanların eyni vaxtlarda üzü Kəbəyə, çiyin-çiyinə,
səf-səf durub, aralarında heç bir fərq qoymadan namaz qılmaları on-
larda vahid bir ailəyə mənsubluq hissi tərbiyə edir. Məsciddə kişilər
və qadınlar ayrılıqda namaz qılırlar. Namaza imam-pişnamaz başçılıq
edir. Cümə günü məsciddə cümə namazı qılınır. Cümə namazı gü-
norta namazı vaxtı camaatla birgə qılınır.
Namazını vaxtında qılan müsəlman daxilən arxayınlıq, ra-
hatlıq hiss edir. Namaz insanda işlərində təmizlik, vədində
dəqiqlik, sözündə dürüstlük tərbiyə edir. Namazda Allahı uca
tutan, Allaha bir növ hesabat verən insan öz tayı insana
münasibətlərini də ədalət və insafla qurmağa çalışır. Çalışın, na-
mazdan qalmayın!
12. İSLAMDA ZƏKAT DA, NAMAZ VƏ
12. İSLAMDA ZƏKAT DA, NAMAZ VƏ
ORUC KİMİ İBADƏT SAYILIR
ORUC KİMİ İBADƏT SAYILIR
İslama görə hər bir müsəlman öz halal malından ehtiyacı olanlar
üçün bir hissə çıxararaq paylamalıdır. Zəkat ilk növbədə qohumda,
qonşuda ehtiyacı olanlara paylanmalıdır. Sonra bu çevrəni böyütmək
199
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə