Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə61/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   57   58   59   60   61   62   63   64   ...   110

ibadət edilməz, ona yönələrək səcdə edilməz. Bütün binanın hər hansı
bir nöqtəsinə əyilərək qılınacaq namaz keçəli olduğuna görə,
müsəlman istər Məkkədə, istərsə də Yer kürəsinin hər hansı bir
yerində namaz qılarkən Kəbənin qara daşın (Həcərül-Əsvəd) olduğu
nöqtəsindən başqa bir nöqtəsi ilə qarşı-qarşıya qalır. Pozğun
Kazmatilər H. 318, M. 930-da Məkkəni talan etdikləri zaman bu qara
daşı ölkələri Ommana aparmışlar və onu ancaq 21 il sonra geri qay-
tarmışlar. Deyildiyi kimi, qara daşın təcrübi faydası təvafın başlaya-
cağı və bitəcəyi nöqtəni işarət etməsidir. Hz.Peyğəmbər (s) belə
demişdir: “Qara daş Yer üzündə Allahın sağ əlini (Yeminullah) təmsil
edər”. Burada şübhə yoxdur. Həqiqətən də, hacı bağlılıq andı içmək
üçün əllərini onun üstünə qoyar. Baş şəhər olaraq Məkkənin qədim
adı Ümmülkura – “Şəhərlərin anası” adını daşımışdır. Odur ki, bun-
dan ötrü Görünməzin əli görünür kimi olmalıdır və bu, bəhs etdiyimiz
o qara daşdır.
Səfa və Mərva təpələri arasında yeddi dəfə gedib-gəlmə məsələsi
isə, rəvayətə görə, Hz.İbrahimin həyat yoldaşı Hz.Həcərin oğlu Hz.İs-
mayıl ilə birlikdə Məkkənin o zamanlar səhra olan o bölgəsinə bura-
xıb getdiyi və çox keçmədən onların əllərindəki su qurtardığı zaman
Hz.Həcər susuz uşağına su tapmaq üçün analıq sevgisi ilə sağa-sola
qaçmış, Zəm-zəm bulağı o vaxt uzə çıxmışdı. Bu analıq sevgisinə
hörmət hissi duymaq  və Allahın mərhəmətinə şükür etmək üçün
həmin hərəkətlər yeddi dəfə gedib-gəlmək Hz.Həcərin qaçmış olduğu
eyni yerlərdə təkrarlanır.
Həccin digər tərəfi də,dünya müsəlmanlarının qardaşlığı burada
çox parlaq bir şəkildə özünü göstərir. İrq, dil, bölgə, hətta sinif ayrılığı
olmadan ziyarətçilər oraya gedərlər. Onlar ən nöqsansız qardaşlıq
bərabərliyi içərisində bir-birlərinə qarışar, çöldə bərabər yaşayar və
dini-mənəvi  vəzifələrini şərikli olaraq  həyata keçirərlər. Bütün bun-
lar gündəlik beş dəfə qılınan namazdan da artıq olaraq insanı Uca Al-
lahın yaratdıqlarının intizamlı həyatına  alışdırır.
Hz.Məhəmməd (s) “Vida xütbəsi” zamanı Ərəbistanın və qonşu
ölkələrin bütün nöqtələrindən gələn 140 min müsəlmanla görüşdü və
191
Ziyadxan NƏBİBƏYLİ


onlara İslamın ümumi əsaslarını anlatdı. İkona və digər əşyalardan
istifadə etmədən vahid Allaha iman, irq və sinif ayrılığı bilməyən,
təqvaya (qüsursuz dindarlığa) əsaslanan üstünlükdən başqa heç bir
şəxsi üstünlük tanımayan insanların bərabərliyi, malının və şərəfinin
qorunması, faizlərin qadağan edilməsi, qisas almanın və özünü hakim
yerinə qoyub şəxsən haqq almanın ləğv olunması, qadınlarla ən gözəl
şəkildə davranılması, az sayda insanın əlində sərvətlərin toplanmasına
əngəl olmaq üçün sərvətlərin dağıdılması və davamlı dövriyyəsi və
s., həyatın bütün sahələrində və hər kəs üçün yalnız Allah iradəsinin
mötəbər olduğunun elanı. Hər il Zülhiccə ayının 9-da Ərafatda top-
lanan müsəlman hacıların önündə bu xütbə möhtəşəm bir şəkildə
təkrarlanır.
Hz.Məhəmmədin (s) bu nitqindən üç ay sonra O, dünyasını
dəyişmişdir.
Müqəddəs Kitabımız Qurani-Kərim müsəlmanın dördüncü
vəzifəsi kimi zəkatı vacib saymışdır. Maddi imkanı olanların zəkat
verməsini insanlığın başlıca əlamətlərindən biri sayılandır.
Hökumətə zəkat vermənin Hz.Peyğəmbər (s) tərəfindən dinin
dörd əsas ibadətlərindən biri halına gətirilməsinə əsla heyrət
etməməliyik. İslamda dövlət rəhbərinin şan-şöhrəti üçün ona cah-
cəlal və “xərac” ödənməz. Ehtiyaclar göz qabağında tutularaq
cəmiyyətin haqları dövlətə ödənər və bu ödəmə hər zaman Uca Alla-
hın lütfünün artması naminə edilər.
Hz.Məhəmməd (s): “Bir xalqın rəhbəri, həqiqətdə, onun
xidmətçisidir” – demişdir. O, bu sözün doğruluğunu və xalqının
idarəsini istər mənəvi bələdçi, istərsə də bir dövlət rəhbəri olaraq, heç
bir mənfəət gözləmədən həyata keçirdiyini sübut etmək üçün İslam
dövlətinin müsəlmanlardan gələn gəlirləri özünə və bütün ailəsinə
qadağan etmiş olduğunu elan etmişdir. Əgər, dövlət rəhbəri
ictimaiyyətin etibarını pisliyə tərəf istifadə etməzsə, onun
vətəndaşları öz vəzifələrini yerinə yetirməkdə çox ciddi  davranacaq-
lar.
Qurani-Kərimdə zəkat ilə eyni mənada istifadə olunan digər
192
Əxlaqa aparan yol


ifadələr bunlardır: haqq (Ənam surəsi, 141), nəsib (Nəhl surəsi,
56), infaq (Bəqərə surəsi, 167), sədəqə və sədaqət (Tövbə surəsi,
60). Bu vergilər zamanında kənd təsərrüfatı məhsullarından, yeraltı
işlətmələrdən, ticarət sərmayəsindən, ümumi otlaqlarda otlayan ev
heyvanı sürülərindən, qızıl və gümüş əmanətlərindən və s. alınırdı.
Əvvəllər bu vergilər hökumətə ödənirdi, sonralar isə Hz.Ömərin
dövründə hökumətin əmanətlərdən alınan verginin vergi sahibinin
özü tərəfindən Qurani-Kərimdə bildirilən (Tövbə surəsi, 60) siyahıda
yer alan kəslərə verilə biləcəyi qərara alındı. 
Hz.Peyğəmbər (s) və ilk dörd xəlifə dövründə İslam dövlətlərində
müsəlmanlardan zəkatdan başqa alınan vergi yox idi. Yalnız sədəqə
almaqdan başqa, ödəmə zamanı və miqdarı sabit olan zəkatı
ödəməyənlərə qarşı cəza hüquqi bir borc idi. Bu ödəmələrin
əhəmiyyətini möminlərin ağıllarına yaxşıca yerləşdirmək üçün
Hz.Peyğəmbər (s) bunların da Uca Allahın birliyinə iman, namaz,
oruc və həcc kimi ibadətlərlə bərabər dəyərdə dini bir vəzifə və ilahi
bir əmr olduğunu bildirdi. İnanmaq ruhi bir vəzifə, namaz, oruc və
həcc bədəncə bir borcdursa, zəkat da maddi bir vəzifədir.
Beləliklə, təsərrüfat məhsulları, ticarət, otlaqlarda otlayan heyvan
sürüləri, mədənlər, dəniz məhsulları və s. zəkata tabedir. Bunlardan
alınan zəkat nisbətləri dəyişir. Lakin bunlar eyni mənanı ifadə edən
haqq və ya sədəqə kimi adlar alırlar.
Buna qarşılıq olaraq Qurani-Kərim ictimai xərclərin dövlət
büdcəsindən sərf ediləcək yerlərinin istiqamətini vermişdir. “Zəkat
(müsəlmanlardan gələn dövlət gəlirləri) Uca Allahdan bir fərz olaraq
ancaq kasıblara, miskinlərə, zəkatı toplayan məmurlara, ürəkləri İs-
lama doğru olanlara, kölələrə, borclulara, Uca Allah yolunda cihad
edənlərə və yolda qalanlara verilir. Şübhəsiz, Allah hər şeyi çox yaxşı
biləndir, hökm və hikmət sahibidir” (Tövbə surəsi, 60).
Ayənin ərəbcəsində göstərilən “sədaqət” kəlməsi, daha əvvəl bil-
dirdiyimiz kimi, zəkat ilə sinonimdir və müsəlmanlardan alınan hər
cürə vergi deməkdir. Qeyri-müslüm vətəndaşdan alınan xərac, cizyə,
qənimət kimi vergilər zəkata daxil deyildir. Hər iki vergi gəlirindən
193
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə