Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə69/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   65   66   67   68   69   70   71   72   ...   110

(Müddəssir surəsi, 1-5).
Artıq bu deyilənlər İslamı təbliğ etmək əmri idi. Məhəmmədə
peyğəmbərlik verilmişdi. O, İslamı təbliğ etməyə başladı. Xanımı
Xədicə, əmisi oğlu Əli, Xədicənin Məhəmmədə bağışladığı, onun
isə azad etdiyi kölə Zeyd və Əbu Bəkr İslamı ilk qəbul edənlər
oldular.
Bütlərə pərəstiş edən və Kəbədə 360 bütü əzizləyən ərəblər
Məhəmmədin peyğəmbərliyinə inanmır, onu məcnun, şair, cinli ad-
landırır, üstünə çirkab atır, ardıcıllarını incidirdilər. Məhəmmədin
peyğəmbərliyinin beşinci ilində – yəni 614-cü ildə Məhəmməd ardı-
cılllarından bir qisminə təqiblərdən yaxa qurtarmaq üçün Həbəşistana
hicrət etməyə icazə verdi. Lakin, qüreyşilər  Məhəmmədi incitməkdə
israrlı idilər. Bir neçə ildən sonra Xədicə, daha sonra Məhəmmədi
himayə edən əmisi Əbu Talib vəfat etdilər. Müsəlmanlara qarşı hü-
cumlar bundan sonra bir az da gücləndi.
Məhəmməd Kəbədə ikən merac edir, Buraq adlı atın belində
Qüdsə seyr etdirilərək oradan göylərə qaldırılır, özündən əvvəlki
peyğəmbərlərlə görüşür, Allahın nurunu görür, müsəlmanların gündə
beş vaxt namaz qılmaları barədə ilahi əmr alır. Elə həmin vaxtlarda
Məkkəyə ziyarətə gələn bir xeyli yəsribli Məhəmmədin
peyğəmbərliyini qəbul edir və onu himayə edəcəklərinə söz verirlər.
622-ci ildə Məhəmməd peyğəmbər Yəsribə hicrət edir. Şəhər
“Mədinət – ən-Nəbi” (Peyğəmbərin şəhəri) adını alır və sadəlik
xatirinə Mədinə kimi çağrılır. Hicrətdən sonra Məhəmməd Mədinədə
Əvs və Xəzrəc qəbilələrindən çıxmış ənsar müsəlmanlar, Məkkədən
köçüb gəlmiş mühacirlər, Mədinə yəhudiləri və bütpərəstləri ilə
“Mədinə konstitusiyası” deyilən sənəd imzalayır. Müsəlman icması
getdikcə güclənir və öz dövlətini qurur. Mədinə İslam dövlətinin
mərkəzinə çevrilir. Mədinədə müsəlman icmasının gücləndiyini
görən məkkəlilər buna son qoymağa rəvac verirlər. Bütün cəhdlərə
baxmayaraq Allah Bədr döyüşündə müsəlmanlara kömək durur.
Ühüd döyüşündə isə qələbəyə yaxın olan müsəlmanlar qənimət da-
lınca qaçıb ehtiyatı əldən verdikləri üçün məğlubiyyətə uğrayırlar.
216
Əxlaqa aparan yol


Sonralar daha bir neçə döyüşdə müsəlmanlar qalib gəlirlər.
630-cu ildə Məkkə müsəlmanlar tərəfindən fəth edilir, Kəbə
bütlərdən təmizlənir, burada yeni ab-hava yaşanmağa başlayır.
Tədricən ətraf qəbilələr də İslamı qəbul edirlər. Bundan sonra
Məhəmməd peyğəmbər Mədinəyə qayıdır. 632-ci ildə Məhəmməd
Peyğəmbər Məkkəyə “vida həcci”nə yollanır. O, həccin qaydalarını
öz davamçılarına, tərəfdarlarına öyrədir. Həcdən qayıdarkən o özünün
məşhur “vida həcci xütbəsi”ni söyləyir, müsəlmanları Allahı bir tut-
mağa, Ona şərik qoşmamağa, Ona sığınmağa, Ona bəndəlik etməyə
çağırır. O, bildirir ki, insanların canları və malları toxunulmazdır,
əmanətə xəyanət edilməməlidir, qan intiqamı və faizlə borc vermək
haramdır, kişi və qadınların qarşılıqlı olaraq bir-biri üzərində haqları
və məsuliyyətləri vardır, müsəlmanlar Qurani-Kərimin hökmlərinə
riayət etsələr, heç vaxt yoldan çıxmazlar, bütün insanlar bərabərdir,
insanlar arasında fərq yalnız təqvaya – ürəklərdəki Allah qorxusuna
görədir. Elə həmin dövrlərdə də  Quranın son ayəsi  nazil olur. “Bu
gün dinimizi Sizin üçün tamamladım və sizin üçün bir din olaraq
İslamı bəyənib seçdim” (Maidə surəsi, 3).
Məhəmməd peyğəmbər öhdəsinə qoyulmuş işi başa çatdırmışdı
– İslamı insanlara çatdıra bilmişdi, təbliğ etmişdi. Ziyarətdən qayıt-
dıqdan bir müddət sonra Məhəmməd peyğəmbər 63 yaşında vəfat et-
mişdir.
3. İSLAMDA FİQH VƏ YA 
3. İSLAMDA FİQH VƏ YA 
HÜQUQ MƏSƏLƏLƏRİ
HÜQUQ MƏSƏLƏLƏRİ
İslamda insan hüququ fiqh adlanır. İslam yaranışının ilk
əsrlərində fiqh məzhəbləri təşəkkül tapmışdır. Bunlardan beşi –
hənəfi, maliki, şafii, hənbəli və cəfəri fiqh məzhəbləri daha geniş
vüsət almışdı.
Deyilənlərdən beşinci olaraq hənəfiliyin banisi Əbu Hənifə
(767-ci ildə vəfat etmişdir) sayılır. Əbu Hənifə “əl-Fiqh əl-Əkbər”
217
Ziyadxan NƏBİBƏYLİ


kitabını yazmışdır. Hənəfilik məktəbi İraqda yaranmışdır. Hənəfilik
Quran və Sünnəni hüququn başlıca mənbələri kimi qəbul edir. Bu-
nunla yanaşı hənəfilik hesab edir ki, hədislər yalnız ciddi şəkildə
tədqiq edildikdən sonra mötəbər sayıla bilər. Hənəfilər fiqh
məsələlərində iltihada, fəqihin rəyinə geniş yer verirlər. Hənəfilər ilk
dəfə olaraq dövlət sistemi ilə bağlı məsələlərə - xərac və digər vergi
və maliyyə məsələlərinə ciddi maraq göstərmişlər. Hənəfilik
Türkiyədə, Balkanlarda, Şimali Qafqazda, Orta Asiyada,
Əfqanıstanda, İndoneziyada, Volqaboyu ərazilərdə və qismən
Azərbaycanda yayılmışdır.
Malikilik Mədinə hüquq məktəbidir. Malikiliyin banisi Malik
bin ənəsdir (vəfatı  – 795-ci il). Onun fiqhə dair əsas əsəri “əl-
Müvəttə”dir. Bu məzhəb Mərakeş, Əlcəzair, Tunis, Liviya, Küveyt
və Bəhreyndə hakim məzhəbdir. Misirdə və Sudanda maliki icmaları
mövcuddur.
Şafiilik əsası “əl-Umm” kitabının müəllifi Məhəmməd əş-
Şafii (820-ci ildə vəfat etmişdir) tərəfindən qoyulmuş məzhəbdir. Şa-
fiilik məzhəbi Suriya, Livan, Fələstin, İordaniya, İraq, Pakistan,
Hindistan, Malayziya və İndoneziya müsəlmanları arasında geniş ya-
yılmışdır. Şafiiliyin Yəmən, İran və Azərbaycanda da icmaları var-
dır.
Dördüncü Fiqh – hüquq məzhəbinin əsası Əhməd ibn Hənbəl
tərəfindən qoyulmuşdur. O, 855-ci ildə dünyasını dəyişmişdir. İbn
Hənbəl əl-Müsnəd “fiqh və hədis” kitabının müəllifidir. Bu məzhəb
Səudiyyə Ərəbistanında rəsmi məzhəbdir və altıncı şiə imamı Cəfər
əs-Sadiq (vəfatı 765-ci il) tərəfindən işlənib hazırlanmışdır. Bu
məzhəbin əsas prinsipləri “əs-Safi” kitabında şərh edilmişdir. Bu
münasibətlə Külleyni, Qummi, Tusi, Hilli kimi şiə alimlərinin əsərləri
cəfəri fiqhinə dair əsas və mühüm mənbələr hesab edilir.
Cəfərilərə görə, iltihad qapıları həmişə açıq olmalıdır.
Cəfərilik fiqh məzhəbi İran (Cənubi Azərbaycan) və Şimali
Azərbaycanda özünə daha böyük vüsət qazandırmışdır.
218
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə