Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə64/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   60   61   62   63   64   65   66   67   ...   110

olar. Amma, müsəlman bu işdə sərbəstdir. O, zəkatı başqa-başqa
yerlərdə olan insanlara da paylamaqda özü vacib saydığı insanlara
verə bilər. Zəkatı təkcə müsəlmana, qonşuya, qohuma deyil – digər
dinlərə xidmət edən ehtiyaclı insanlara da verməkdə özü bilən yax-
şıdır. Əsas odur ki, görülən hər bir iş, hər bir əməl təmiz qəlblə Allah
xatirinə verilsin.
Verilən zəkat heç də onu yoxsullaşdırmır, əksinə, onun malının
bərəkətini artırır, nəfsini təmizləyir. “Zəkat” sözü də buradan əmələ
gəlmişdir və “təmizlik” mənasını özündə daşıyır. Lakin, zəkat mal
ilə edilən ibadətdir. Yetkinlik yaşına çatmış, ağlı başında olan, zəkatı
çıxarılası malın ən azına malik olan hər bir müsəlmana zəkat ibadətini
etmək vacibdir.
Mal zəkatından başqa, fitrə zəkatı deyilən zəkat növü də var-
dır. Fitrə zəkatı orucluq – fitr bayramında çıxarılır və təqribən üç ki-
loqram buğda həcmində və ya onun dəyəri miqdarında olmalıdır.
Fitrə də, Zəkat da hər şeydən əvvəl insanın İlahi qarşısında, Allah
qarşısında və özü-öz iç dünyasında bir yüngüllük qazanmaqda da hər
bir imkanlı müsəlmana vacibdir. Digər tərəfdən söylənilən bu
ibadətlər bütün müsəlmanları toplayaraq birləşdirir və Allaha, onun
birliyinə inancı daha da artırır, insanları insaflı, ədalətli olmağa cəlb
edir.
1 3 .   İ S L A M D A  O R U C  T U T M A
1 3 .   İ S L A M D A  O R U C  T U T M A
İslamda oruc tutmağın xüsusi şərtləri vardır. Belə ki, həddi-bu-
luğa çatmış, ağlı başında olan, sağlam insanlar oruc tutmalıdırlar.
Müəyyən xəstəlikləri olan, hamilə olan və səfərdə olan insanlar oruc-
dan azaddırlar. Deyilən şərtlər daxilində hər bir müsəlman Ramazan
ayında Qurani-Kərimin nazil edilməsi şərəfinə oruc tutmalıdır. Bunun
üçün səhər sübhdən gün batana qədər özünü yeməkdən-içməkdən,
ciyərə tüstü almaqdan, cinsi əlaqəyə girməkdən, söyüş söyməkdən,
yalan danışmaqdan, iftiradan və qeyri-insani hərəkətlərdən saxlama-
200
Əxlaqa aparan yol


lıdır. Oruc tutduqda müsəlmanlar Ay təqvimindən istifadə etdikləri
üçün Ramazan orucu hər il on gün qabağa keçir. Bunun səbəbi Ay ili-
nin Günəş ilindən on gün qısa olmasındadır. Hər bir müsəlmanın tut-
duğu oruc nəfsin istəklərini boğmağı, səbrli, dözümlü olmağı onlara
öyrədir. Oruc insanın canından kin-küdurəti çıxarır, insanda gözütox-
luq tərbiyə edir. Hamı bilməlidir ki, oruc Uca Allah üçün tututlur, Uca
Allah ilə insan arasında olan bir işdir. Odur ki, onun savabını da Allah
verir və burada yalan, aldatma, zor ola bilməz. Söylənənlərə əməl
etməyənlər Uca Allah qarşısında günah etmiş olurlar.
1 4 .   O R U C L U Q D A  Q Ə D R   G E C Ə S İ
1 4 .   O R U C L U Q D A  Q Ə D R   G E C Ə S İ
İslam tarixindən bəllidir ki, Qurani-Kərim Ramazan ayında Qədr
gecəsi nazil olmuşdur. Bu mübarək gecənin hansı gecə olduğu bilin-
mir. Məlum olan odur ki, Qədr gecəsi Ramazanın son on
gecəsindən biri və ayın tək gününün gecəsidir. Odur ki,
müsəlmanlar Ramazanın 19, 21, 23, 25  və 27-ci gecələrini oyaq qal-
mağa, ibadətdə keçirməyə çalışırlar. Elə buna görə də həmin gecələrə
“ihya gecələri” deyilir. Çünki, oyaq qalmaqla, Rəbbinlə danışmaqla,
dualar etməklə gecələrə sanki can verirsən, onları dirildirsən. Qədr
gecəsini oyaq və ibadətdə keçirən hər bir müsəlman səmimi-qəlbdən
inanır ki, gələn ilin Qədr gecəsinədək nəsibi, alın yazısı, başına
gələcək qəzavü-qədər bu gecədə müəyyən edilir. Ona görə də hər bir
müsəlmanın Qədr gecəsi ilə əlaqəli tələblərə doğru-düzgün əməl
etməsi ilk öncə onun özü üçün vacibdir.
15. İSLAMDA KƏLMEYİ-ŞƏHADƏT
15. İSLAMDA KƏLMEYİ-ŞƏHADƏT
İslam dini-mənəvi dəyərinə görə, insan özünü tanıyırsa, kim ol-
duğunu dərk edə bilirsə, Allahı da tanıyacaq, Onun birliyinə də iman
gətirəcəkdir. Belə olduğu halda o, imanını təsdiq etmiş olacaq və
201
Ziyadxan NƏBİBƏYLİ


“tövhid” sözünün – La ilahə illəllah, Mühəmmədən Rəsulullah (“Al-
lahdan başqa heç bir məbud yoxdur, Məhəmməd Onun
rəsuludur”) sözünün mənasını dərk edəcəkdir. Bu isə öz növbəsində
o deməkdir ki, iman onun qəlbinə daxil olmuş, hakim olmuşdur.
Bunun ardınca o, imanını dilə gətirməlidir, yəni kəlmeyi-şəhadətini
belə ifadə etməlidir: “Əşhədi ən la ilahə illəllah və əşhədi ənnə
Mühəmmədən Rəsulullah”. Yəni, “Şəhadət gətirirəm ki, Allahdan
başqa heç bir məbud yoxdur və şəhadət gətirirəm ki, Məhəmməd
Onun rəsuludur”.  Deyilən qaydada şəhadət Allaha, Onun kitablarına,
mələklərinə və peyğəmbərlərinə, Allahın ədalətli olduğuna, axirət
həyatının haqq olduğuna imanın olması ilə şərtlənir və bunu qısaca
olaraq Amənəti billah – “Allaha iman gətirdim” kəlməsi ilə də ifadə
etmək olur.
16.  PEYĞƏMBƏR HƏDİSLƏRİNDƏ 
16.  PEYĞƏMBƏR HƏDİSLƏRİNDƏ 
SINAQ MƏSƏLƏSİ
SINAQ MƏSƏLƏSİ
Qurani-Kərim sınaq barədə danışdığı kimi, Pak Sünnə də bu
məsələ barədə danışır. Rəsulallah bu sözləri demişdir: “Əgər Allah
qövmü sevərsə, onları sınaqdan keçirər, səbr edənlə Allah da səbr
edir, dözməyənlə isə Allah da dözməyir” (əl-Munziri “Dirçəltmək və
hədələmək” əsəri).
Ənəs demişdir: “Rəsulullahın bu sözləri dediyini eşitmişəm. Uca
Allah buyurur: “Əgər Mən bəndəmi onun məhbubələri ilə (yəni
gözləri ilə) sınaqdan keçirmiş olsam və o, səbr edərsə, onların əvəzinə
cənnəti bəxş edərəm” (əl-Buxarinin rəvayəti).
Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) kimin daha
çox sınağa çəkilməsi barədə soruşanda o, demişdir: “Əvvəla
peyğəmbərlər, sonra ən layiqli olanlar və yenə də ən layiqli olanlar.
İnsan öz dininə görə sınağa çəkilir. Əgər o, öz dinində mətanətlidirsə,
onun sınağı da ağır olur. Əgər o, öz dinində zəif olarsa, onun sınağı
da bu qədər olacaqdır. Bəndənin sınağı, yalnız o, yer üzündə hər hansı
202
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə