Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə52/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   48   49   50   51   52   53   54   55   ...   110

falararası, millətlərarası, dinlərarası vuruşlardan xəbərdar idi, kifayət
qədər təcrübəli idi, xüsusən də ərəblərlə müqayisədə. Ərəblərin
Səlmani Farisi adlandırdıqları bu şəxsin bir neçə adı var idi. Bəlkə
də bu zamanın, şəraitin diqtəsi ilə yaranmışdı. Səlmani (Salman)
əslən Azərbaycanın Zəngəzur – Yuxarı Qarabağ bölgəsinin Dündüllər
deyilən yaşayış məskənindən olmaqla Dündüloğulları nəslindən idi.
Bu nəsil sonralar Baharlılar, Novruzlular adı ilə də məşhur olmuşlar,
özlərini Nuh Nəbinin törəmələri kimi saymışlar. Araşdırmalar göstərir
ki, Dündül yaşayış məskəni indiki Laçın bölgəsinin hazırkı Yalkənd
– Araflı, Kişpəyəsi, Kimsəməbəd aralarında olmuşdur. Hətta Laçının
Alıqulu, Hambal, Bülövlük, Beşbulaq yaşayış məntəqələri arasında
Dündül yer adı, dağ adı, dərə adı, su adı, tala adlarında günümüzə
qədər özünün qədim adı ilə yaşamışdır. Adı çəkilən yaşayış yerlərinin
və ətraf digər yaşayış məskənlərinin insanları da bu adları gündəlik
həyatlarında bol-bol dilə gətirərdilər.
Səlmani (Salman) Farsi Ərəb ölkələrində olarkən özünü Buddist
dininin daşıyıcısı kimi təqdim edərdi. Əks təqdirdə həmin dövrdə
başqa dindaşıyıcılarının arasında salamat yaşamağın çətinliyi mövcud
idi. Əslində Məcusiliyin (Buddizmin) mənasızlığını başa
düşdüyündən Xristianlığa qəlbində daha çox üstünlük verirdi. Digər
tərəfdən onun tərk etdiyi vilayət Zərdüştilikdən sonra xristianlıq dini-
mənəvi dəyəri ilə yaşayan Alban dövləti idi və onun vətəninin əhalisi
Atəşpərəstliyə üstünlük versələr də, Xristianlığa məcbur edilmişlər
idilər. Elə bu səbəbdən də böyük din xadimləri olan Atəşpərəstlərin
bir qismi bu torpaqları tərk etmək məcburiyyətində qalmışdılar. Digər
tərəfdən də onlar din xadimi olmaqla yanaşı, həm də kəndin,
qəsəbənin, vilayətin rəhbəri vəzifəsini də paralel olaraq tuturdular.
Səlmani də əslində uca həqiqəti axtarırdı. Vətənini buraxaraq
Şama gəlmişdi. Orada oxuyaraq elm, təhsil almışdı, ancaq aradığını
hələ də tapa bilməmiş, iç dünyasını ovudacaq həqiqətə qovuşma-
mışdı. Ərəbistanda son Peyğəmbərin zühur etdiyini eşidərək, bir qrup
163
Ziyadxan NƏBİBƏYLİ


adamlarla oraya üz tutmuşdu. Yol yoldaşları ona xəyanət etmiş, kölə
kimi yəhudilərə satmışdılar. Kölə Səlmani fürsət tapanda qaçaraq,
çox axtarışdan, əziyyətlərdən sonra Peyğəmbərin hüzuruna çata bil-
miş, İslamı qəbul etməyə hazır olduğunu bəyan etmişdi. Ona elə
gəlirdi ki, artıq o, axtardığını tapmışdı. O, yenidən yəhudilərin əlinə
keçmiş, lakin satın alınaraq azad ola bilmişdi. Azad edilmiş Səlmani
indi, islamiyyətin müqəddəratını həll edə bilmək qədər əhəmiyyətli
fikir söyləyənlər arasında Peyğəmbərin hüzurunda idi. Növbə
Səlmaniyə (Salmana) çatanda o, çox mühüm bir ideya söyləyə bildi
ki, o da islamiyyətin ilk günlərində məhv olmaqdan xilas etməklə –
özünü tarixi bir şəxsə çevirdi və bizim tək laçınlımız yox,
Azərbaycanlımıza çevirməklə həm də şöhrətlənirdi.
Təklif belə idi: “Mühasirə döyüşündə ən əmin vasitə, şəhərin
ətrafına dəyirmi xəndəklər qazaraq düşmənin keçməsinə mane ol-
maqdır. Bu vasitə ilə qüvvələr hərb meydanında dağıdılmadan bir
yerə toplanır, içəridən müdafiə asanlaşır”.
Ərəbistanda isə belə bir müdafiə üsulundan ömründə istifadə
olunmamışdı, belə bir təcrübəyə malik deyildilər. Səlmani bu üsuldan
İranda (Azərbaycanda) müvəffəqiyyətlə istifadə olunduğundan, çox
yaxşı nəticələr əldə edilməsindən izahat verdi. Təklif qəbul edildi,
xəndək qazmaq üçün lazım olan külüng, bel qazma (düsər), kürək və
s. alətlər əldə etməyə başlandı. Hətta bunların bir qismi o zaman
müsəlmanlarla müttəfiq olan Bəni Kurayza yəhudilərindən alınırdı.
Hz.Peyğəmbər başda olmaqla hamı can-başla işləyirdilər. Hərənin bir
arşın yer qazma öhdəliyi var idi. Həvəslə çalışan bu insanlar “Bizlər,
ömrümüz boyu Məhəmmədlə birlikdə mübarizəyə davam etmək üçün
ona beyət etmişik” sözləri təkrar-təkrar deyilirdi. Hz.Peyğəmbər də
bu insanlardan geri qalmır – həvəslə işləyirdi və söyləyirdi: “Allahın
lütfü və hidayəti olmasaydı, biz nə hidayətə çatar, nə sədəqələr verər,
nə də ibadət edərdik. Ya Rəbb! Bizi mənəvi dincliyə və rahatlığa qo-
vuşdur, düşmənlərlə qarşılaşmalı olsaq, bizə səbat və mətanət ver.
Bizə təcavüz edənlər fitnə çıxararaq fəsad dalınca qaçırlar. Biz isə
164
Əxlaqa aparan yol


yalnız onlara müqavimət göstəririk”.
Hz.Peyğəmbərin bu kəlamı Azərbaycan üçün də hazırda aktual
olub, hamı bu fikirdən bəhrələnməlidir.
Gecə-gündüz çalışdıqları üçün xəndək altı günə hazır oldu. Qü-
reyş ordusu buraya çatdıqda, ağıllarına gəlməyən bir mənzərə ilə
üzləşdilər. Qüreyş qoşunları xəndəyi keçə bilmədi, kənarda
qərargahlar qurdular. On mindən artıq olan bu qoşunun qarşısında
müsəlmanlar üç min döyüşçüsü ilə müdafiəyə başlamağa məcbur ol-
dular. Amma, bir  müddətdən sonra Qüreyşin yəhudilərlə birləşmiş
qoşunları pis vəziyyətə düşdü. Yəhudi Huyey ibn Əxtab artıq hansı
kələyə əl atırdısa da, bir nəticə əldə edə bilmirdi. Səlmanın fikri özünü
doğrultmuşdu, İslam məhv olmaqdan xilas olmuşdu. Böyük türk oğ-
lunun dövrünün böyük fikri bəşəriyyətə qiymətsiz bir xidmət oldu.
165
Ziyadxan NƏBİBƏYLİ


VIII FƏSİL
İslamda insandan tələb
1. İSLAMDA CƏMİYYƏT
1. İSLAMDA CƏMİYYƏT
İNSANLARINDAN TƏLƏB
İNSANLARINDAN TƏLƏB
İ
İ
nsan cəmiyyətləri Yer kürəsində çoxdur və bir-birindən
fərqli tərzdə yaşayır, dünyaya baxışları da müxtəlifdir.
İslam dini insanın həm özü, həm də ətrafındakı insanlar ilə
ahəngdarlıq içərisində olmasını istəyir. Ahəngdarlığı təmin etmək
üçün insanın bir çox dəyərləri, xüsusən də insanlığın uzun illər boyu
təcrübədən çıxaraq formalaşdırdığı qaydalar və dini fikirlərdir. Odur
ki, bu dəyərlərə əxlaqi fəzilətlər kimi baxılır. Belə bir qaydanı
bilənlər, cəmiyyətdə ona riayət edənlər, ahəngdarlığı qura bilən in-
sanlar adəti üzrə “yaxşı adamlar”, “gözəl əxlaq sahibli” insanlar ad-
lanaraq, digərlərindən fərqlənirlər.
Əxlaqi fəzilətlərdən danışıb onları hərəkətə gətirə bilməyən in-
sanlar özləri ilə olduğu kimi, ətrafındakı insanlarla da çəkişmədə, dar-
tışmada, qalmaqalda olan adamlardır. Bu cür insanların sözləri ilə
işləri bir-birinə uyğun gəlməz. Belə insanlar cəmiyyətdə əxlaqi
fəzilətlərdən kəm olan insanlar kimi tanınırlar.
Əxlaqi yanlışlıq adlanan, bu yanlış iman və ibadət əsasları ilə
əxlaqi həyat arasındakı yaxın əlaqəni nəzərdən qaçırmaq heç zaman
düzgün olmaz.
İman və ibadət əsasları ilə əlaqəli ayə və hədislər diqqətlə araş-
166
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə