Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə51/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   47   48   49   50   51   52   53   54   ...   110

Əxtab, Səllam ibn Əbu Hukayk, Kinanə və digər adamlarla –
Qüreyşilərlə görüşlər keçirmişdir. “Bizimlə birləşsəniz, müsəlmanları
birlikdə məhv edərik” demişdir. Qüreyş də bu işdə maraqlı olduğun-
dan savadsızlıqdan, dünyagörüşlərinin azlığından bu təklifi qəbul et-
mişdi. Digər tərəfdən Qüreyş Hz.Məhəmmədin gündən-günə
yüksəldiyini, uğur qazandığını, Allahın yardımının  hər zaman onunla
bərabər olduğunu gördükləri üçün onun barəsində tərəddüd etməyə
başlamışdı. Yəhudilər isə kitab əhli idilər (yəni öz dinləri, insanları
var idi). Xeyli qədimdən Tövhid dininə qulluq edirdilər. Xristianlıq
isə ağlın almadığı təslis əqidəsinə dəvət etdiyi üçün ərəblər arasında
uğurlu olmamışdı. İndi Hz.Məhəmməd tövhidə dəvət edirdi. Tövhid
barəsində yəhudilərin məlumatları var idi. Peyğəmbər barəsində
məlumatları var idi, aralarında onun özünə, müsəlmanlığa meylli
olanları da var idi. Onun üçün də Qüreyş Hz.Məhəmmədin dini və
mübarizəsi barəsində yəhudilərdən aydınlıq əldə etmək istəyirdi.
“...Siz Kitab əhlisiniz. Bu barədə məlumatınız var, bizə bizimki
(bütpərəstlik nəzərdə tutulur) xeyirlidir, yoxsa Məhəmmədin dini?”
Qüreyş bu sualı boş-boşuna vermirdi. Əgər yəhudilər insafla doğ-
runu, Tövhidin bütpərəstlikdən hər zaman xeyirli olduğunu
bildirsəydilər, Qüreyşin islamiyyətə qarşı münasibəti dəyişərdi.
Qüreyşlə müsəlmanlar arasında başqa ixtilaf yox idi. Lakin yəhudilər,
Tövhid dininə, tarixinə ən böyük ləkəni yaxdılar, yalan söylədilər,
böyük bir cinayət işləyərək bütpərəstliyi ən səmimi və kamil bir din
olan Tövhid dininə –  islamiyyətə tərcih edərək Qüreyşə – “Sizin di-
niniz onların dinindən daha xeyirlidir, siz haqla bərabərsiniz” –
dedilər.
Sonralar, yəni hadisədən çox-çox sonra yəhudi yazıçısı İsrail Vel-
fenson “Yəhudilərin Ərəbistandakı tarixi” adlı əsərində yazacaqdı:
“Bu yəhudilər bu qədər çirkin bir xətaya düşməməli və Qüreyş
böyükləri qarşısında bütlərə inamın Allahın birliyinə daha yaxşı ol-
duğunu söyləməməli idilər. İstəkləri rədd olunsa da, bunu etməli
160
Əxlaqa aparan yol


idilər. Çünki İsrail oğulları peyğəmbərləri adına əsrlərdən bəri Tövhid
bayrağını daşıyırdılar. Və Allahın birliyinə inandıqları üçün, tarixin
müxtəlif dövrlərində cürbəcür təzyiq və soyqırımlara uğramışdır.
Onun üçün yəhudlərin üzərinə düşən vəzifə bütpərəstliyin aradan qal-
dırılması üçün  həyatlarını belə fəda etməkdən çəkinməmək idi. Hal-
buki, yəhudilər bütpərəstlərə sığınmaqla, özlərinə qarşı müharibə elan
edirdilər. Tövratın hökmlərinə qarşı çıxırdılar. Çünki Tövrat onlara,
bütpərəstlərə qarşı çıxmağı və düşməni olmağı tövsiyyə etməkdə idi”.
Yəhudi aliminin  dediyi kimi – yəhudilər Qüreyşi qızışdıraraq
onlarla ittifaq bağladıqdan sonra qəbilələrlə danışıqlara getməyə baş-
ladılar. Xeybərin varidatının yarısını vəd edərək Qatafan ərəbləri ilə
birləşdilər. Qəbilə-qəbilə dolanaraq onlara eyni şeyləri söyləməyə
davam etdilər. Bütpərəstliyin Tövhid dini olan İslamiyyətdən xeyirli
olduğunu hər tərəfə yayaraq, ərəbləri müsəlmanların əleyhinə ayağa
qaldırdılar.
Fəzarə, Süleym, Səd və Əsəd oğulları qəbilələri və digər
qəbilələrdən ibarət mütəşəkkil böyük bir ordu meydana gəldi. Qüreyş
Əbu Süfyanın komandasına 4 000 əsgər, 300 atlı, 1500 dəvəli verdi.
Bayrağı Osman ibn Talha daşıyacaqdı. Fəzarə oğulları bir çox piyada
və 1 000 dəvəli döyüşçü ilə hazır gəlmişdi.
Eşca ilə Mürrə hərəsi 400 muharib ilə hazır idilər. Biri Maunənin
səbəbkarı Süleym 700 döyüşçü ilə meydana atılmışdı. Səd və Əsəd
oğulları da bunlardan idi. Ümumiyyətlə, toplanmış qüvvənin sayı,
əsgi tarixçilərə görə on mini ötmüşdü. Fəthül-Bari mübaliğəli qəbul
etdiyimiz bir bəyanatla bu sayın 22 000 olduğunu söyləyir. Bu vaxta
qədər müsəlmanlara qarşı bu qədər böyük, hərtərəfli hazırlanmış bir
ordu meydana çıxmamışdı. Bu ordu Əbu Süfyanın baş komandirliyi
ilə Mədinədə islamiyyəti boğmaq, Yer üzündən Tövhid dinini silmək
üçün Mədinəyə doğru istiqamət götürdü. Bu xəbər hicrətin 5-ci ili
olan Zülqədə ayında Hz.Peyğəmbərə Mədinədə çatdırıldı. Vəziyyət
çox ciddi hal almışdı. Yəhudilər də müşriklərlə birləşərək, bütün
161
Ziyadxan NƏBİBƏYLİ


qüvvələrini meydana çıxararaq islamiyyəti öz yuvasında boğmağa üz
tutmuşdu. Bədr və Ühüd müharibələrindəki düşmən sayından çox-
çox artıq olan ordu Mədinə üçün böyük təhlükə idi. Müsəlmanların
hamılıqla narahatlığa əsasları var idi.
Öz xasiyyətinə uyğun olaraq Hz.Peyğəmbər hər zaman mühüm
məsələləri məşvərət etmək üçün, dərhal əshabın tanınmış, düşüncəli
adamların fikrindən, rəyindən faydalanmaq məqsədi ilə mümkün olan
adamları çağırtdırdı. Əvvəllər bu insanların bir qismi Ühüd
müharibəsində söylədikləri kimi, Mədinənin içərisində qalaraq
müdafiə olunmaq ideyasını irəli sürdülər. O zaman Mədinədən çıxa-
raq düşmənlərlə vuruş tərəfdarları üstünlük qazanmışdılar. Nəticə
müsəlmanların əleyhinə olmuşdu, ancaq indi vəziyyət o vaxtkından
çox-çox ağır idi. Bu halda Mədinədən kənara çıxaraq düşməni qarşı-
lamağa qüvvələr kifayətedici deyildi. Belə olan halda Mədinə
müdafiəsi üsulu özünü doğruldacaqmı – sualı hamını narahat edirdi.
Hz.Peyğəmbərin qoyduğu qaydaya görə, belə bir toplantıda hər
kəsin söz söyləmək hüququ var idi. Toplantıya dəvət olunan insanlar
arasında köləlikdən azad olmuş bir şəxs də var idi. Bu adamı fars
kimi tanıyırdılar. Amma, əslində o, fars, ərəb, türk və s. dillərini
mükəmməl bilən bir adam idi. Uzun müddət səyyahlıq etmiş,
müxtəlif dövlətlər, ölkələr, xalqlar haqqında özü üçün maraqlı olan
bütün məlumatları, elmi yenilikləri toplamışdı, sxemləşdirmişdi. Bi-
likli adamlarla görüşmüş, el bilicilərini dinləmiş, dövlət xadimlərinin
qonağı olmuşdu. Qədim Türkün tanrıçılığını, zərdüştlüyü, buddizmi
və s. yaxşı bilirdi. Müxtəlif xalqların, millətlərin adət-ənənəsini
mənimsəmişdi. O, hər şeydən özü üçün bir nəticə çıxarmağı xoşla-
yarmış. Amma, bu nəticə indiki məfhumla desək, bəşəri olmalı idi.
Hər şey, hər kəs onu qane edə bilməzdi, nə qədər çox bilsə də,
öyrənmək həvəsi, dünyanı dərk etmək həvəsi bu insanda sonsuz idi,
hər şeyi axıracan bilmək istəyi onu səyyahlığa məcbur etmişdi. O,
müharibələr tarixindən də məlumatlı idi. Vətəni Azərbaycanda tay-
162
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə