Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə59/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   55   56   57   58   59   60   61   62   ...   197

 

 

 



198 

 

Ģəkildə göstərir.  Buna voleybol, futbol komandasının və birgə 



fəaliyyətə  əməl  olunmadan  həyata  keçirilməsi  mümkün 

olmayan digər fəaliyyət növlərində birləĢən insan qruplarını aid 

etmək olar. 

  Sosial  qrupların  ekspressiv  funksiyasına  gəldikdə  buna 

psixoloqlar  qrupda  insanın  rəğbətləndirmə,  hörmət  və  etimada 

tələbatının  təmin  olunmasında  ifadə  olunmasını  aid  edirlər. 

BaĢqa sözlə sosial qruplar insanların qeyd olunan tələbatlarını 

ödəmək vəzifəsini də yerinə yetirirlər.  

  Sosial  qrupun  müdafiəedici  funksiyasına  gəldikdə    elə 

həmin funksiyanın adı onun mahiyyətini baĢa düĢməyə imkan 

verir. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı 

Ģərait yaradan bir birlik kimi fəaliyyət göstərir.  

 

 III. 6. 2. Qrupların  təsnifatı  

 

Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər Ģeydən 

əvvəl  qrup  üzvlərinin  miqdarına,  tanıĢlıq  və  yaxınlıq 

səviyyəsinə  görə  qrupları  böyük  və  kiçik  olmaqla  iki  yerə 

bölürlər.  

  Böyük  qrup  30-40-  dan  artıq  insan  birliyidir.  Böyük 

qrupun  üzvləri  bir-birini  tanımaya,  bir-biri  ilə  görüĢməyə 

bilirlər.  Bu  cür  qruplara  çoxsaylı  tələbə  və  müəllim  kollektivi 

olan Universitetləri, böyük Ģirkətləri, dövlətləri, millətləri və s. 

aid etmək olar. Ən böyük insan birliyi bəĢəriyyətdir.  

  Kiçik  qrupa  gəldikdə  bu  2-dən  30-40  qədər  insan  bir-

liyidir.  Kiçik  sosial  qruplarda  insanların  bir-birilə  təması  daha 

yaxın  və  daimi  xarakter  daĢıyır.  Kiçik  sosial  qrupun  üzvləri 

ümumi  bir  iĢlə  məĢğul  olur  və  bir-birilə  birbaĢa  qarĢılıqlı 

əlaqədə  olurlar.  Ġnsan  öz  həyatının  çox  hissəsini  bu  qrupun 

daxilində keçirir. Ona görə də bir-birlərini yaxĢı tanıyırlar.  

  Kiçik  qrupların  üzvlərinin  sayı  7  nəfərdən  artıq 

olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, 

yeni  yaranmıĢ  ailəni  ilkin  qrup  adlandırırlar.  Ġnsan  adətən  bir 



 

 

 



199 

 

ilkin qrupun iĢtirakçısı olur. Hər  hansı mikro sosial qrup onun 



iĢtirakçıları  üçün  ilkin  qrupa  çevrilə  bilər.  Bütün  ilkin  qruplar 

eyni  zamanda  kiçik  qrup  olub  uzun  müddət,  bəzən  insanın 

ömrü  boyu  davam  edən  qruplar  olaraq  qalır.  Ġlkin  qrupun 

iĢtirakçıları daimi təmas nəticəsində bir-birini yaxĢı tanıyır, bir-

birinə bələd olurlar.  

  Ġlkin qrupun iĢtirakçıları arasında məhrəmlik və ümumi  

məxvilik  mövcud  olduğundan,  onların  dünyaya  «özlərinə» 

məxsus  baxıĢları  və  xüsusi  qiymətləndirmə  sistemləri  yaranır. 

QarĢılıqlı maraqların anlaĢılması və eyni qrupa mənsub olmaq 

hissi  ilkin  qrupun  iĢtirakçılarını  daha  həmrəy  hərəkət  etməyə 

məcbur  edir.  Ġlkin  qrupda  sosial  nəzarət  olub,  iĢtirakçılar  öz 

hüquq və vəzifələrini  könülllü anlayır və yerinə yetirirlər.  

  Qeyd  etmək  lazımdır  ki,  ilkin  qruplarda  baxıĢlar, 

təsəvvür  və  motivlər  birgə  yaĢayıĢ  və  fəaliyyət  Ģəraitində 

tədricən  formalaĢır  və  təkrar  nəticəsində  müxtəlif  stereotiplər 

yaranır.  Ġlkin  qrupun  yaĢayıĢ  tərzi,  adət  və  ənənələri  mövcud 

olur  ki,  onlar  tədricən  formalaĢır  və  sosial  ünsiyyət  Ģəklində 

yeni iĢtirakçılara keçir.  

Ġlkin  qruplar  özləri  eyni  zamanda  kiçik  qrup  olmaqla, 

kiçik  qrupda  olan  ilkin  qruplardan  birinə  çevrilə  bilir.  BaĢqa 

sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola bi-

lir.  


Kiçik  qrupların  növləri.  Sosial  psixologiyada  kiçik 

qrupların  mövcudluq dərəcəsinə  görə  iki növünü: real və  şərti 

qrupları qeyd edirlər.  

Şərti  qruplar,  adından  məlum  olduğu  kimi  müəyyən 

Ģərtlər,  adamların  müəyyən  xüsusiyyətlərə  (cins,  yaĢ, 

həmkarlıq  və  s.)  əsasən  müəyyən  qrupa  daxil  edilməsi 

nəticəsində  yaranır.  Məsələn,  Universitetin  tələbələrini  oğlan 

və  qız  olmalarına,  idman  və  musiqi  ilə  maraqlanmalarına, 

yaĢlarına görə qruplaĢdırmagı buna misal göstərmək olar. ġərti 

qrup  bəzən  statik  qrup  da  adlandırılır.  ġərti  qrup  iĢtirakçıları 

eyni  zaman  və  məkan  daxilində  yaĢamaya  və  bir-biri  ilə 




 

 

 



200 

 

rabitədə,  təmasda  olmaya  da  bilirlər.  Bununla  yanaĢı  olaraq 



Ģərti  qrupların  yaradılmasından  müvafiq  eksperimentlərin 

nəticələrini  təhlil  edərkən  də  istifadə  olunur.  Bu  zaman 

tədqiqatçı  üzərində  tədqiqat  apardığı  yoxlananları  bu  yolla 

qruplaĢdıra  bilir.  Məsələn,  prof.  Ə.Bayramov  müxtəlif 

məktəblərdə 

və 


siniflərdə 

apardığı 

müəyyənedici 

eksperimentlərə  əsasən  aglın  tənqidiliyinin  səviyyəsinə  görə 

Ģagirdləri  4  qrupa  bölmüĢdür:  təhriksiz  olaraq  tənqidi 

düĢünənlər;  qismən  təhriklə  tənqidi  düĢünənlər;  tam  təhriklə 

tənqidi düĢünənlər; heç cür tənqidi düĢünə bilməyənlər.  

Real  qruplara  gəldikdə  bunlara  müəyyən  zaman  və 

məkan  daxilində  real  münasibətlərlə  birləĢmiĢ  insan  birliyini 

aid edirlər.  Məsələn, ailə,  bir  sinfin  Ģagirdləri,  məktəbin peda-

qoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə 

təmasda olurlar.  

Sosial  psixologiyada  kiçik  qrupların  məqsəd  və 

xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal) 

və qeyri – rəsmi  (qeyri formal).  



Rəsmi  qruplar  rəsmi  sənədlər  əsasında  yaradılmıĢ 

qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla 

müəyyən  olunur  və  tənzim  edilir.  Rəsmi  qruplarda  qrup 

üzvlərinin 

mövqeyi 

və 


davranıĢı 

ciddi 


qaydalarla 

reqlamentləĢdirilir. Bu cür qruplar daima mütəĢəkkil qrup olub, 

onun  üzvlərinin  hüquq  və  vəzifələri  müvafiq  təlimat  və 

sənədlərdə  öz  əksini  tapır.  Özünün  Ģəxsi  töhfəsi  və  özünün 

xidməti  və  ictimai  funksiyalarını  yerinə  yetirməsindəki 

məsuliyyət  dərəcəsindən  asılı  olaraq    rəsmi  qrupun  bütün 

üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi qrup-

lara  orta  məktəbdəki  sinifləri,  ali  məktəb  tələbə  qruplarını, 

kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.  

Qeyri-rəsmi qruplara  gəldikdə, adından göründüyü kimi, 

rəsmi  sənədlər  əsasında  yaradılmayan  insan  birliyidir.  Bu  cür 

qrupun  üzvlərinin  dəqiq  qeyd  edilmiĢ  məqsədi  olmur.  Bu  cür 

qruplar  ünsiyyət  prosesində  təbii  yolla  yaranır.  Burada  qrup 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə