Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə58/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   54   55   56   57   58   59   60   61   ...   197

 

 

 



195 

 

asılı olaraq qarĢılıqlı münasibətlərin xarakteri.  



Qruplarda  Ģəxsyyətlərarası  seçmə.  ġəxsiyyətlərarası  seçmə 

və onun sosiometrik baxımdan təhlili. Sosiometrik matrisa və sosio-

qram. 

Qruplarda 



Ģəxsiyyətlərarası  münasibətlərdə  seçmənin 

motivləĢməsi. ġəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə 

öyrənilməsi.     

 

                              



III. 6. 1.  Qruplar haqqında anlayıĢ 

 

Ġnsan  cəmiyyət  daxilində  doğulub  yaĢayır.  Hər  bir  fərd 

nəinki  bioloji,  eyni  zamanda  sosial  irsə  sahib  olub,  konkret 

mühitdə və cəmiyyətdə mövcud yaĢayıĢ tərzini, görüĢləri, adət 

və  ənənələri  təkrar  edir.  Bu  baxımdan  hər  bir  Ģəxs  konkret 

cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan bir-

liyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaĢasaydı nə onun 

bir Ģəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi 

iĢi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəĢər 

tarixində  insanlar  daima  müəyyən  qruplarda  birləĢir  və 

fəaliyyət göstərirlər. 

Bəs  hər  cür  insan  birliyini  qrup  adlandırmaq  olarmı? 

Qrupları səciyyələndirən əsas amillər nədən ibarətdir? Bu kimi 

suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını 

da düzgün dərk etmək mümkün deyildir. 

Hər  Ģeydən  əvvəl  hər  cür  insan  birliyini,  məsələn, 

təsadüfən  avtobusda,  metroda,  küçədə  birgə  gedən  adamları 

qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən 

birləĢmiĢ  fərdlər  olmaqla,  bir-birlərinə  qarĢılıqlı  təsir 

göstərmirlər.  Hər  hansı  bir  insan  birliyini  qrup  adlandırmaq 

üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə 

giriĢməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət 

olmadıqda insanların birliyinin  son məqsədi də  məlum olmur. 

Bu cür təsadüfi birləĢmədə insanların bir-birinə qarĢılıqlı təsiri, 

onların  bir-birini  qavraması  halları  da  aradan  çıxır.  Bu 



 

 

 



196 

 

baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa ver-



diyi  tərif  diqqəti  cəlb  edir.  «Qrup  bir-birinə  qarşılıqlı  təsir 

göstərən,  bir-birinə  uzun  müddət  təsir  göstərməklə  özlərini 

«biz» kimi qavrayan iki və daha artıq insan birliyidir»

1

. Məhz 



buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və 

ünsiyyətin  xarakterinə  görə  birləĢən  insan  birliyi  kimi 

səciyyələndirmək lazım gəlir. 

Tarixən  müəyyən  cəmiyyət  çərçivəsində  yaranmış, 

ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan 

adamların nisbətən sabit birliyi qrup adlanır. 

Adamların  qeyri-mütəĢəkkil  yığımından,  təsadüfü 

birliyindən  fərqli  olaraq  qrup  üzvləri  qrup  üçün  tipik  olan 

fəaliyyət  növlərinə  daxil  olurlar.  Məsələn,  ali  məktəbin  tələbə 

qruplarında  gələcəyin  mütəxəssisi  kimi  formalaĢmalı  olan  in-

sanlar  birləĢirlər.  Onlar  üçün  tipik  fəaliyyət  növü  təlim  fəaliy-

yəti  olub,  bu  prosesdə  müvafiq  peĢə  bilik,  bacarıq  və 

vərdiĢlərinin formalaĢması baĢ verir. 

Adətən  hər  bir  adam  müxtəlif  qrupların  üzvü  ola  bilir. 

Lakin  hər  hansı  adam  bütün  qruplarda  eyni  statusa  malik  ol-

mur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn, 

uĢaq ailədə övlad (oğul və  ya qız), məktəbdə Ģagird, voleybol 

komandasında idmançı rolunu; yaĢlı adam ailədə valideyn, iĢdə 

müdir və ya adi iĢçi və s. rolunu yerinə yetirə bilər. 



Sosial  qruplar.  Qeyd  olunduğu  kimi,  adi  insan 

biriliklərində    adamlar  ümumi  mənafe,  sərvət  və  davranıĢ 

normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür so-

sial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul 

etdiyi,  özünün  məqsəd  və  vəzifələri  onun  xeyrinə  olan 

qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, 

təĢkilat  və  idarələrdə  toplanmıĢ  insan  qruplarını,  hərbi  və  id-

man qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu, 

normaları  cəmiyyətin  mövcud  tələblərinə  uyğun  olmaqla,  bir 

                                                 

1

 Майерс Д. Соüиальная психология. – Питер, 1997, с.356 




 

 

 



197 

 

növ  cəmiyyət  tərəfindən  idarə  olunur.  Təsadüfü  insan 



biliklərində  isə  çox  vaxt  bu  cür  idarə  olunma  mövcud  olmur. 

Bu  cür  insan  birlikləri  bir  növ  kütlə  xarakteri  daĢıyır.  Kütlə 



aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin bir-

biri  ilə  öz  emosional  vəziyyətinin  oxşarlığı  və  ümumi  diqqət 

obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan top-

lusudur.  Sosial  qruplarda  isə  aydın  dərk  olunmuĢ  ümumi 

məqsədlər  mövcud  olur.  Qrup  üzvlərinin  hamısı  həmin 

məqsədin  həyata  keçirilməsinə  çalıĢırlar.  Burada  qarĢılıqlı  an-

lama,  əvvəlcədən  düĢünülmüĢ  struktura  uyğunluq,  müvafiq 

funksiyalar  həyata  keçirilir.  Bu  cəhəti  nəzərə  alaraq 

Ə.Bayramov  və  Ə.Əlizadə  yazır:  «Sosial  qrup  mədəniyyət 

meyarları,  sərvət  meylləri,  həyat  fəaliyyəti  vasitələri  və  ya 

Ģəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabit birliyi-

dir»

1



Psixoloji  ədəbiyyatda  (Ə.Bayramov,  Ə.Əlizadə)  sosial 

qrupların aĢağıdakı funksiyaları qeyd olunur: 

 

sosializasiya funksiyası; 



 

instrumental funksiya;  



 

ekspressiv funksiya; 



 

müdafiəedici funksiya; 



Qrupun  sosializasiya  funksiyası-burada  qrup  üzvlərinin 

sosiallaĢması, sosial təcrübəni mənimsəməsi, bir Ģəxsiyyət kimi 

formalaĢmasını  nəzərdə  tutur.  Ġnsanın  sosiallaĢması  onun 

düĢdüyü ilkin sosial qrupdan baĢlayır. Ailənin ilkin sosial qrup 

kimi  uĢağın  sosiallaĢmasında  oynadığı  rol  hamıya  məlumdur. 

Ġnsanın  daxil  olduğu  sonrakı  sosial  qruplar  da  onun  sosial 

təcrübəni mənimsəmək məktəbi rolunu oynayır.  

Sosial  qrupların  instrumental  funksiyasına  gəldikdə  bu, 

qrupda  insanların  birgə  fəaliyyətinin  bu  və  ya  digər  Ģəkildə 

həyata  keçirilməsini  nəzərdə  tutur.  Bu,  xüsusilə  kollektiv 

Ģəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın 

                                                 

1

 Байрамов Я.С., Ялизадя Я.Я. Сосиал психолоэийа. – Бакы, 2003, с.115 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə