Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə60/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   56   57   58   59   60   61   62   63   ...   197

 

 

 



201 

 

üzvlərinin  bir-birinə  qarĢı  emosional-psixoloji  münasibətləri 



qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da 

özünün müvafiq strukturu və qarĢılıqlı münasibət normalarına 

malik  olur.  Lakin  bu  münasibətlər  ilk  növbədə  yazılmamıĢ 

qaydalar  və  insanların  Ģəxsi  keyfiyyətlərindən  doğan 

münasibətlərdən  ibarət  olur.  Bu  cür  qruplara  öz  maraqlarına 

görə  birləĢən  həyət  kompaniyalarını,  yaxın  iĢ  və  təhsil 

dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də 

bu  cür  qeyri-rəsmi  qruplar  yarana  bilir.  Belə  ki,  rəsmi  qrupun 

üzvləri  bir-birinə  yaxınlıq,  dostluq  münasibətlərinə  görə 

qruplaĢa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi 

bütövlükdə  rəsmi  qrupun  mövqe,  norma  və  məqsədinə  uygun 

gəldikdə  qrupun  fəaliyyətinin  müvəffəqiyyətlə  həyata 

keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik 

qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və 

qeyri-rəsmi  strukturlarının  bir-birinə  uyğun  gəlməsindən  asılı 

olduğunu qeyd edirlər.   

   Referent 

qruplar

Psixoloji 

ədəbiyyatda  kiçik 

qrupların  bir  növü  kimi  referent  qrupları  da  qeyd  edirlər 

(latınca referens sözündən  götürülmüĢdür). Özünün  normaları, 

fikirləri,  qiymətləri  fərdin  davranıĢ  motivlərinə  çevrilən  sosial 

birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci 

ildə Q.Xaymen tərəfindən irəli sürülmüĢ və sonralar R. Merton, 

Q. Nunkom, M.ġerif və b. tərəfindən istifadə olunmuĢdur.  

  Məlum  olduğu  kimi  hər  bir  adam  müxtəlif  qrupların 

üzvü  olur.  Ayrı-  ayrı  adamlar  üçün  daxil  olduğu  həmin 

qrupların  sırası  özünəməxsus  Ģəkildə,  müxtəlif  olur.  Lakin 

bütün hallarda həmin sıranın müəyyənləĢdirilməsi eyni prinsipə 

əsaslanır:  birinci  yerdə  mütləq  o  qruplar  dayanacaqdır  ki, 

həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun ol-

sun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi 

olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün 

bir  növ  daxili  forum  təĢkil  edir  (Q.Midin  obrazlı  ifadəsinə 

görə), fərd öz davranıĢını həmin normalarla tutuĢdurur, tənzim 



 

 

 



202 

 

edir.  



Qaydaları və normaları Ģəxsiyyətin qayda və normalarına 

çevrilən,  fərdin  statusunun  artması  üçün  daimi  imkanları  olan 

bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.  

V.B.OlĢanskinin  verdiyi  tərifə  görə  etalon  qrup  real  və 



ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət həmin qrupa cəhd 

göstərir və onun standartlarını öz davrvnışı üçün etalon qəbul 

edir.  Bu  baxımdan  etalon  qruplar  real  və  təsəvvür  olunan  xa-

rakter daĢıya bilər.  

 

                             



III.6.3.  Kiçik qrupların fenomenologiyası və struktu-

ru 

 

Kiçik  qrupların  fenomenologiyası  haqqında  anlayıĢ. 

Psixologiyada  fenomenologiya  anlayıĢı  altında  hər  hansı  bir 

konkret  obyekt  üçün  xarakterik  olan  əsas  hadisələr  barədə 

təsəvvür  və  izahatlar  nəzərdə  tutulur.  Bu  baxımdan  kiçik 

qrupların da özünəməxsus fenomenologiyası vardır. Ġndi kiçik 

qruplar  üçün  xarakterik  olan  fenomenləri  və  əsas  elmi 

anlayıĢları qısaca olaraq nəzərdən keçirək.  

Sosial-psixoloji  tədqiqatlardan  məlum  olduğu  kimi,  eyni 

bir  qrup  üzvü  onlar  üçün  xarakterik  olan  münasibətlər 

sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi 

kimi,  kiçik  qrupların  üzvləri  qrupdaxili  münasibətlər  struktu-

runda  özlərinin  mövqeləri,  statusları,  daxili  yönəliĢlikləri, 

rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın 

qrupdaxili 

münasibətlər 

strukturundakı 

yerini 

müəyyənləĢdirmək üçün həmin anlayıĢlardan istifadə edildiyini 



qeyd edir.  

Bütün  bunlarla 

yanaĢı  olaraq  kiçik  qrupların 

fenomenologiyasında aĢağıdakı anlayıĢlar da özünəməxsus yer 

tutur:  kiçik  qrupların  həcmi,  strukturu,  psixoloji  uyuşma,  qrup 

təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və 



 

 

 



203 

 

liderlik və s.  

Qrup  üzvlərinin  mövqeləri  anlayıĢı  altında  insanın  hər 

hansı  bir  münasibətlər  sistemində  tutduğu  yer  baĢa  düĢülür. 

Həmin  mövqe  insanın  qrupun  digər  üzvləri  ilə  əlaqəsi  ilə 

müəyyənləĢdirilir.  Ġnsanın  qrupun  digər  üzvlərinin  hərəkət  və 

davranıĢına  potensial  təsiri  həmin  adamın  qrupdakı 

mövqeyindən  asılıdır.  Mövqeyin  hansı  səviyyədə  olması  bu 

təsirin səviyyəsini müəyyənləĢdirmək imkanı verir.  

Qrup  üzvlərinin  statusuna  gəldikdə  o,  qrup  üzvlərinin 

mövqelərindən  fərqli  anlayıĢdır.  Qrup  üzvünün  statusundan 

danıĢarkən  onun  qrupdaxili  münasibətlər  sistemində  qrupun 

digər  üzvlərinə  nisbətən  əldə  etdiyi  həqiqi  nüfuz  dairəsi 

nəzərdə  tutulur.  Məsələn,  hər  hansı  qrupun  üzvlərindən  biri 

qrupda  yüksək  rəsmi  bir  vəzifəni  tuta bilər.  Bu  onun  qrupdakı 

mövqeyini nəzərə çarpdırır. Qrup üzvünün yüksək statusundan 

danıĢarkən isə onun qrup üzvləri tərəfindən qəbul olunması və 

yüksək nüfuza, ona qayğı, inamın yaranması və qrup üzvlərinə 

əsaslı  psixoloji  təsir  göstərmək  bacarığına  malik  olması 

nəzərdə  tutulur.  ġübhəsiz  qrupda  yüksək  statusa  malik  olan 

Ģəxsiyyətlərin  olması  qrup  fəaliyyətinin  səmərəliliyi  üçün  ən 

vacib Ģərtlərdən biridir.  

Fərdin  kiçik  qrupdakı  vəziyyətini  səciyyələndirən 

anlayıĢlardan  biri  də  daxili  yönəlişlik  (ustanovka)  anlayıĢıdır. 

Bu 

fərdin  öz  statusunu  Ģəxsən,  subyektiv  Ģəkildə 



qavramasından  ibarətdir.  Burada  fərdin  öz  real  vəziyyətini, 

nüfuzunu  və  qrupun  digər  üzvlərinə  təsir  dərəcəsini  necə 

qiymətləndirməsi nəzərdə tutulur.  

Fərdin  qrupdakı  vəziyyətini  səciyyələndirməkdə  rol 

anlayıĢı  da  xüsusi  yer  tutur.  Sosial  psixologiyada  rol  qrupda 

müvafiq  mövqe  tutan  insanın  müəyyən  normalarla  bağlı,  kol-

lektiv  Ģəkildə  bəyənilmiĢ,  icrası  gözlənilən  davranıĢ  tərzi  kimi 

nəzərdə tutulur. Rol rəsmi vəzifə kimi müəyyənləĢdirilə, yaxud 

qrup  üzvləri  tərəfindən  seçilə  bilər.  Müəyyən  qrupda  müvafiq 

rola girən insan tədricən həmin rola alıĢır və qrup üzvləri ondan 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə