Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə64/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   60   61   62   63   64   65   66   67   ...   197

 

 

 



213 

 

əks  etdirir.  Hər  hansı  qrupda  kim  isə  hökm  verir,  müəyyən 



tələblərin  yerinə  yetirilməsinə  nəzarət  edir,  onun  tələb  və 

tapĢırıqları  isə  baĢqaları  tərəfindən  danıĢıqsız  yerinə  yetirilir. 

BaĢqa  sözlə  hər  bir  qrupda  ona  rəhbərlik  edən  «rəhbər  iĢçi», 

«lider» və onun tapĢırıqlarına əməl edən adamlar: «tabe iĢçilər» 

mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün 

rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və 

liderinin həmin sahədəki peĢəkarlığı, baĢqa sözlə qrupa düzgün 

rəübərlik etmək məsələsi ortaya çıxır.  

Sosial 

psixologiyada 



«rəhbərlik» 

və 


«liderlik» 

anlayıĢlarının  oxĢar  və  fərqli  cəhətləri  qeyd  olunur.  Həm 

«rəhbər»,  həm  də  «lider»  qrupa  baĢçılıq  edən  adam  kimi 

nəzərdə  tutulur.  Adətən,  rəhbər  nisbətən  yüksək  səviyyəli, 

səlahiyyətli  təĢkilatlar  tərəfindən  qrupun  idarə  olunmasının 

təĢkilini təmin edəcək rəsmi adam kimi nəzərdə  tutulur. Lider 

isə  qrupun  Ģəxsi  nüfuzu  sayəsində  bir  çox  və  ya  bütün 

üzvlərinin  davranıĢına  qeyri-rəsimi  ölçülərlə  təsir  göstərməyi 

bacaran üzvlərindən biri kimi qeyd olunur.  

Qeyd olunanlardan  göründüyü  kimi,  «rəhbər»  və  «lider» 

anlayıĢının  oxĢarlığı  hər  iki  anlayıĢda  qrup  fəaliyyətinin 

təĢkilini  həyata  keçirməklə  bağlılığında  ifadə  olunur.  Fərqli 

cəhətlərinə  gəldikdə,  «rəhbər»  rəsmi  Ģəkildə  təyin  olunduğu 

halda,  lider  çox  vaxt  rəsmi  Ģəkildə  deyil,  qrup  üzvlərinin 

yüksək  nüfuzunu  qazanmaq  ilə  yaranır.  Bir  çox  hallarda  qru-

pun  rəsmi  rəhbəri  qrup  üzvlərinin  nüfuzunu  qazandığına  görə 

eyni  zamanda  onun  liderinə  çevrilir.  Belə  olduqda  həmin 

rəhbər  rəsmi  lider  rolunu  oynamaqla  qrupun  fəaliyyətini  daha 

səmərəli Ģəkildə idarə etmək imkanına malik olur.  

Bütün bunlara baxmayaraq rəhbərlik və liderlik müxtəlif 

sosial-psixoloji  fenomenlər  kimi  xarakterizə  olunur.  Mü-

təxəssislərin  fikrincə  onların  eyniləĢdirilməsi  elmi  cəhətdən 

səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir.  

  Sosial  psixologiyada  rəhbər  iĢçi  və  lider  arasındakı 

aĢağıdakı fərqlər qeyd olunur (Ġ.V.Parıqin):  



 

 

 



214 

 

1.



 

Rəhbərlik rəsmi əsasda meydana çıxan müxtəlif sosial 

təĢkilat  və  qurumlarda  məqsədyönlü  xarakter  daĢıyan  sosial 

prosesdir.  Liderliyə  gəldikdə,  o,  qrupdaxili,  Ģəxsiyyətlərarası 

münasibətlər  əsasında  spontan  Ģəkildə  əmələ  gələn  prosesdir. 

O,  təĢkilatın  əsasən  psixoloji  səviyyəsini  əks  etdirir.  Rəhbər 

iĢçi  rəsmi  Ģəkildə  təyin  olunduğu  halda,  lider  qeyri-rəsmi 

Ģəkildə irəli sürülür.  

2.

 

Rəhbərlik  adətən  makromühitin  baĢlıca  tələbatlarına 



və mənafeyinə uyğun Ģəkildə formalaĢdırılır və həyata keçirilir. 

O,  qrupda  yerinə  yetirilən  iĢlərin  vəziyyəti  və  qrup 

fəaliyyətinin  nəticələri  üçün  qanun  qarĢısında  məsuliyyət 

daĢıyır.  Liderlik  isə  spontan  bir  proses  kimi  qrup  və  onun 

üzvlərinin  tələbat  və  mənafelərinə  müvafiq  olaraq  meydana 

çıxır  və  mövcud  olur.  Lider  qrupun  fəaliyyəti  üçün  heç  bir 

Ģəxsi məsuliyyət daĢımır.  

3.

 



Rəhbərlik  daha  çox  stabil  xarakter  daĢımaqla  daha 

geniĢ  sahəyə  malikdir.  Müəyyən  reqlament  daxilində 

makromühitlə əlaqə saxlayır. Rəhbər iĢçi baĢqa təĢkilatlarda öz 

qrupunu  təmsil  edir.  Liderlik  isə  daha  çox  dinamik  xarakter 

daĢıyır, 

Ģəxsiyyətlərarası 

münasibətlərin 

formalaĢması 

xüsusiyyətlərindən  köklü  surətdə  asılıdır.  Liderin  təsir  sahəsi 

əsasən qrupdaxili münasibətlərlə məhdudlaĢır.  

4.

 

Rəhbər iĢçiyə qanunla tənzim olunan müəyyən hüquq 



və  səlahiyyət  verilir.  Lider  isə  qanunla  müəyyən  edilmiĢ 

hüquqlara malik deyildir.  

5.

 

Rəhbər  iĢçi  tərəfindən  hər  hansı  bir  məsələyə  qərar 



qəbulu əsasən vasitəli xarakter daĢıyır. Onun geniĢ informasiya 

kanalları vardır. O, qərar qəbulu zamanı öz səlahiyyətini aĢağı 

pillə  iĢçilərinə  həvalə  edə  bilər.  Lider  isə  qrup  tərəfindən 

qərarın  qəbul  edilməsinə  təsir  göstərir  və  həmin  qərarın 

çıxarılmasında  bilavasitə  iĢtirak  edir.  O,  müəyyən  bir 

informasiyanı qeyri-rabitə kanalları sistemi ilə əldə edir.  



Rəhbərlik  üslubu.  Təcrübə  göstərir  ki,  qrup 

fəaliyyətinin  səmərəliliyi  rəhbərlik  üslubundan  əsaslı  Ģəkildə 




 

 

 



215 

 

asılıdır. Ġdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beĢ cür 



rəhbərlik üslubu qeyd olunur avtokratik, avtoritardemokra-

tik,  laqeyd  (etinasız,  liberal)  və  qeyri-sabit  (ardıcıl  olmayan) 

rəhbərlik üslubu.  



Avtokratik  rəhbərlik  üslubuna  malik  olan  liderlər 

(rəhbərlər) bir növ müstəbid olur. Adətən avtokratik və avtori-

tar  rəhbərlik  üslubuna  malik olan liderlər qrup üzvlərinin  fikir 

və  ideyalarını  nəzərə  almadan,  müstəqil  hərəkət  edirlər.  Əmr, 

göstəriĢ, təlimat, töhmət, təĢəkkür onların qrup üzvləri ilə əsas 

əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə gizlədir, 

heç kəsin bundan xəbəri olmur, ona  görə də ona tabe olanlar, 

adətən güman və Ģayiə aləmində olurlar.  



Avtoritar  lider  qrup  üzvlərinin  imkan  və  qabiliyyətlərini 

aĢağı  qiymətləndirir.  Bu  cür  rəhbərlər  qrup  üzvlərinin 

təĢəbbüslərini  boğur,    ya  da  sadəcə  olaraq  onlardan  istifadə 

etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, onlar «hər Ģeyi 

özləri bilirlər», onsuz da heç kim bu iĢi onun kimi yaxĢı yerinə 

yetirə  bilməz.  Məhz  buna  görə  də  bu  cür  qruplarda  qrup 

üzvlərinin  hamısında  ümumi  iĢə  qarĢı  məsuliyyət  hissi 

zəifləmiĢ olur, əmək onlar üçün sanki formal bir iĢə, vəziyyətə 

çevrilir. 

Adətən  avtoritar  lider  rəhbərlik  etdiyi  qrup  üzvlərindən 

kiminsə  müəyyən  səhvə  yol  verdiyini  gördükdə  onu  necə 

düzəltməyi  məsləhət  görmək  əvəzinə  ona  gülür,  onu  ələ  salır. 

Avtoritar  lider  iĢtirak  etmədikdə  onun  qrupunda  aparılan  iĢ 

ləngiyir, bəzən dayandırılır. K.Levinin təcrübələri göstərmiĢdir 

ki,  avtoritar  lider  otaqdan  çıxan  kimi  qrup  üzvləri  iĢi  kənara 

qoymuĢ,  onu  davam  etdirməmiĢ,  ya  da  fəaliyyətin  səviyyəsi 

kəskin  Ģəkildə  aĢağı  düĢmüĢdür.  Bu  cür  lider  uzun  müddət 

qrupdan uzaq düĢdükdə qrup öz iĢini müstəqil yerinə yetirmək 

və ya onu səmərəli təĢkil etmək imkanından məhrum olmuĢdur.  

Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik 

olan  lider  qrup  üzvləri  tərəfindən  rəğbətlə  qarĢılanır.  Bu  cür 

rəhbərlik  üslubuna  malik  olan  lider  daima  qrup  üzvləri  ilə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə