Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə71/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   67   68   69   70   71   72   73   74   ...   197

 

 

 



242 

 

müxtəlif  səviyyələrində  yerləĢən  «süzgəcə»  bənzədirlər  və  bu 



funksiyanı  əsasən  retikulyar  formasiyanın-yəni  törəməli 

Ģaxənin həyata keçirdiyi təsdiq olunmuĢdur. 

Hələ  vaxtilə  akademik  Ġ.P.Pavlov  diqqətin  fizioloji 

əsasını  birinci  növbədə  bələdləşmə  refleksi  ilə  izah  etmiĢdir. 

Adətən, qarĢılaĢdığımız hər bir yeni cisim və ya hadisə, yenilik 

bizi  maraqlandırır,  onunla  tanıĢ  olmağa,  bələdləĢməyə  sövq 

edir. Ona görə də diqqətimizi özünə cəlb edir. 

Diqqətin  fizioloji  əsaslarını  baĢa  düĢməyə  Ġ.P.Pavlovun 

kəĢf etdiyi «optimal oyanma ocağı» haqqında təlim də xüsusi 

rol oynayır. Bu təlimə görə baĢ beyin  yarımkürələrində hər  an 

oyanma  üçün  optimal  Ģəraitin  olması  ilə  xarakterizə  olunan 

yüksək  oyanma  ocağı  mövcud  olur.  Sinir  proseslərinin 

induksiyası  qanununa  görə  isə  beynin  bir  sahəsində  yaranan 

oyanma  prosesləri  baĢ  beynin  digər  sahələrində  ləngimə 

yaradır  və  əksinə.  Diqqətimiz  məhz  həmin  oyanma  sahəsilə 

bağlı  olur.  Oyanma  nə  qədər    güclü  olursa  onun  ətrafındakı 

ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı 

bir maraqlı kitabı oxuduğumuz zaman ona o qədər aludə oluruq 

ki, bizi çağırdıqlarını hiss etmirik.  

Bundan 


baĢqa 

diqqətin 

fizioloji 

əsaslarının 

aydınlaĢdırılması  üçün  A.A.Uxtomskinin  irəli  sürdüyü 

dominantlıq prinsipi də böyük rol oynayır. Dominant oyanma 

sahəsi  optimal  oyanma  sahəsindən  yüksək  davamlılığı  ilə 

fərqlənir.  Belə  dominant  oyanma  ocağı  nəinki  yeni  yaranan 

oyanma  ocaqlarını  ləngdir,  həm  də  onların  hesabına  güclənir. 

Məsələn,  gərgin  zehni  fəaliyyətlə  məĢğul  olan  Ģəxslərə  kənar 

qıcıqlandırıcı  təsir  etdikdə  onların  əvvəlki  problem  üzərinə 

yönəlməsi  daha  da  güclənir.  Bu  halda  sanki  bütün  qüvvələr 

səfərbərliyə alınır, diqqətin mərkəzləĢməsi artır. 

Ġstər  optamal  oyanma  sahəsi,  istərsə  də  dominantlıq 

haqqında  təlim  ixtiyarı  diqqətin  mexanizmlərini  kifayət  qədər 

aydınlaĢdırmağa  imkan  vermir.  Çünki  ixtiyarı  diqqət  zamanı 

insan qarĢısına məqsəd qoyur, öz diqqətini tənzim edir, istədiyi 




 

 

 



243 

 

obyektə keçirir. 



Müxtəlif neyrofizioloji tədqiqatlar göstərir ki, diqqətin fi-

zioloji əsasını passiv oyanıqlıqdan fəal oyanıqlığa keçidi təmin 

edən ümumi fəallaĢma təĢkil edir. Bu isə müxtəlif  bələdləĢmə 

reaksiyalarında  təzahür  edir.  BələdləĢmə  refleksi    orqanizmin 

əksər üzvlərinin fəaliyyətində dəyiĢikliklərə səbəb olur (baĢın, 

gözün  qıcıqlandırıcıya  tərəf  çevrilməsi,  maddələr  mübadiləsi, 

ürək-damar sisteminin və s-nin fəaliyyətində). 

Bir  çox  klinik  tədqiqatlar  göstərir  ki,  ixtiyarı  diqqət 

mexanizmlərinin  idarə  olunmasında  beynin  alın  payı  xüsusilə 

böyük  rol  oynayır.  Beynin  alın  payı  zədələnmiĢ  xəstələrdə 

davamlı  gərgin  ixtiyarı  diqqətin  yaradılması  əslində  mümkin 

deyildir. 

 

IV. 7. 3. Diqqətin növləri 

 

Psixoloji  ədəbiyyatda  yönəliĢlik  və  mərkəzləĢmənin 

xarakterindən asılı olaraq diqqətin 3 növünü qeyd edirlər: qey-

ri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri-ixtiyari 

diqqət  diqqətin  daha  sadə  növüdür,  o  heç  bir  iradi  cəhdlə, 

məqsədlə bağlı olmayan diqqətdir. 

QarĢıya  məqsəd  qoymadan  psixi  fəaliyyətimizin 

müəyyən  obyekt  üzərinə  yönəlməsi  qeyri-ixtyari  diqqət  üçün 

xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr 

diqqətin seçiciliyini təmin edir. 

Qeyri-ixtiyari  diqqətin  yaranması  üçün  qıcıqlandırıcılar 

bir 

sıra 


xüsusiyyətlərə 

malik 


olmalıdırlar. 

Bura 


qıcıqlandırıcıların  intensivliyini,  gözlənilmədən  təsirini,  onlar 

arasındakı  kontrastı,  təsir  etmə  müddətini,  həmçinin 

qıcıqlandırıcıların  yeniliyi  və  qeyri-adiliyini,  Ģəraitin  kəskin 

dəyiĢməsini və s. aid etmək olar. 

Qeyri-ixtiyari  diqqətə  səbəb  olan  digər  amillərə  isə  biz 

insanın  maraq  və  tələbatlarına,  onun  daxili  vəziyyətinə  üyğun 

gələn  qıcıqlandırıcıları  aid  edə  bilərik.  Qeyri-ixtiyari  diqqətin 



 

 

 



244 

 

fizioloji  mexanizmi  Ġ.P.Pavlovun  qeyd  etdiyi  bələdləĢmə  ref-



leksidir.  O  hər  bir  yeni  stimula  qarĢı  insanın  reaksiyası  kimi 

təzahür  edərək,  hiss  üzvlərini  yeni  obyektin  qavranılmasına 

hazırlayır. 

Qeyri-ixtiyari  diqqətdən  fərqli  olaraq  ixtiyari  diqqət 

insanın  Ģüurlu  məqsədi  ilə  bağlıdır.  Onu  bəzən  iradi,  aktiv 

diqqət  də  adlandırırlar.  L.S.Vıqotski  qeyd  edirdi  ki,  ixtiyari 

diqqət vasitəli prosesdir, yəni o  müxtəlif vasitələrin: iĢarə, nit-

qin və qarĢıya qoyulmuĢ məqsədin vasitəsilə həyata keçirilir. 

Ontoqenezdə  də  ixtiyari  diqqətin  inkiĢafını  izləsək, 

görərik  ki,  bu  proses  tədricən  baĢ  vermiĢdir.  YaĢlılar  uĢağın 

diqqətini  sözlü  təlimat  vasitəsilə    lazım  olan  obyektə 

yönəldirlər,  onun  qarĢısında  məqsəd  qoyaraq  uĢağın 

fəaliyyətini  təĢkil  edirlər.  Sonra  isə  uĢaq  özü  müstəqil  Ģəkildə 

qarĢısına  məqsəd  qoymaq  bacarığına  yiyələnir.  Fizioloji 

səviyyədə  ixtiyari  diqqətin  tənzim  olunmasında  beynin  alın 

payı iĢtirak edir. 

Diqqətin  digər  növü  isə  N.F.Dobrinin  tərəfindən  ixtii  

yaridən  sonrakı  diqqət  adlandırılmıĢdır.  Diqqətin  bu  növü  ix-

tiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter daĢıyır və ira-

di cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu  insan üçün 

o  qədər  böyük maraq  kəsb edir ki,  artıq iradi  cəhd tələb  olun-

mur. 

Məhz  buna  görə  də  həmin  diqqəti  ixtiyari  diqqət 



adlandırmaq  olmur.  Çünki  bu  zaman  psixi  fəaliyyət  iradi 

cəhdlə baĢlasa da sonradan bu cür iradi cəhd göstərilmədən da-

vam  etdirilir.  Onu  qeyri-ixtiyari  diqqət  adlandırmaq  da 

mümkün  deyildir.  Çünki  bu  iĢə  iradi  cəhdlə  baĢlanılmıĢdır. 

Məhz  buna  görə  də  diqqətin  həmin  növünü  N.F.Dobrinin 

ixtiyaridən  sonrakı  diqqət  adlandırmıĢdır.  Adətən,  ixtiyaridən 

sonrakı  diqqətə  keçid  insanın  artıq  iradi  güc  sərf  etməsinin 

qarĢısını alır. 

 





Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə