Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

 
Mürəkkəb sosial problemlərin həlli üçün koqnitiv instrumentarilərin zəruri olduğunu 
başa  düşmək  üçün  bizə  koqnitiv  yanaşmanın  və  onun  əsas  prinsiplərinin  tarixinə  qısa  bir 
ekskursdan başlamaq lazım gələcəkdir.  
 
Koqnitiv  problemlər  –  gerçəkliyin  qavranılması,  anlanması  və  dərk  edilməsi  – 
filosofları  və  psixoloqları  bütün  zamanlarda  maraqlandırmışdır.  Amma,  ikinci  dünya 
müharibəsindən  sonra  kibernetika  və  hesablayıcı  texnikanın  gur  inkişafı  50-ci  illərdə 
məntiqi  məsələləri  həll  etməyə,  şahmat  oynamağa,  şifahi  və  yazılı  nitqləri  başa  düşməyə, 
onu  başqa  dillərə  tərcümə  etməyə  cəhd  edən  ilk  ―düşünən‖  maşınların  meydana  gəlməsi 
təfəkkür, anlama və dərk etmə proseslərinə  yeni gözlə baxmağa məcbur  etdi. 50-ci  illərin 
ortalarında  bilik  fenomeni  və  onunla  bağlı  olan  problemin  –  həm  insan  beynində,  həm  də 
kompyuter  sistemində  biliklərin  əldə  edilməsi,  saxlanması,  emalı  və  reprezantiyası  diqqət 
mərkəzində  durdu.  Psixoloqlar  qavrayışa,  yaddaşa,  təxəyyülə  münasibətlərini  dəyişərək 
onlara  böyük  fəaliyyətinin  kompyuter  informasiyasının  emalı  və  saxlanması  qurğusu  – 
metaforası prizmasından baxmağa başladılar.  
 
Tarixçilər hesab edirlər ki, 50-60-cı illərdə elmdə koqnitiv inqilab – T.Kunun elmi 
paradiqmasının devrilməsi baş verdi. Suni intellekt və koqnitiv linqivistika nəzəriyyəsi üzrə 
məşhur  mütəxəssis  N.Xomski  1991-ci  ildə  yazırdı:  ―Koqnitiv  inqilab  ağıl/beyin 
vəziyyətlərinə,  həm  də  bunların  insanın  davranışını,  xüsusilə  də  koqnitiv  vəziyyətlərini: 
biliyin,  anlamının,  interpretasiyaların,  inancların  və  s.  vəziyyətlərini  necə  şərtləndirdiyinə 
aiddir. Bu terminlərdə insan təfəkkürünə və hərəkətlərinə  yanaşma psixologiyanı  və onun 
linqivistika  kimi  sahəsini  insanın  təbiəti  və  onun  təzahürləri  və  birinci  növbədə  beyni  ilə 
məşğul olan təbiət elmlərinin bir hissəsi olduğunu göstərir‖ (17. s.71). 
 
Koqnitiv tədqiqatların ilk mərkəzi 1960-cı ildə Harvardda yaradıldı. Koqnitiv elmin 
(koqnitologiyanın)  –  fəlsəfəni  (dərketmə  nəzəriyyəsi),  koqnitiv  psixologiyası, 
neyrofiziologiyanı, antropologiyanı, linqivistikanı və süni intellekt nəzəriyyəsini birləşdirən 
fənnlərarası  elmi  istiqamətin  yaranması  da  bu  tarixlə  bağlıdır.  Q.Qardner  şəkil  3.1.-də 
verilmiş  sxemdə  koqnitiv  elmin  daxilindəki  qarşılıqlı  əlaqələrin  sxemini  təklif  etmişdir 
(güclü əlaqələr – bütöv xəttlər zəif əlaqələr strixlənmiş xəttlər). 
 
Şəkil  3.1.  (Şəkildə: 
Koqnitologiyanın 
tərkibi: 
fəlsəfə, 
psixologiya,  linqvistika, 
süni 
intellekt, 
antropologiya, 
neyrofiziologiya). 
Koqnitiv 
birliyin 
lokomotivi,  əlbəttə  ki, 
süni 
intellekt 
nəzəriyyəsidir 
– 
axı 
onun 
arxasında 
kompyuterlərin 
və 
elektronikanın  istehsalı 
ilə, 
telekomunikasiya 
şəbəkəsinin  inkişafı  ilə 
bağlı  sürətlə  inkişaf  edən  sənaye  sahələri  durur.  Buna  görə  də  koqnitologiyada  biliklərin 
öyrənilməsinə  texnoloji  yanaşma  dominantlıq  edir,  koqnitiv  nəzəriyyələrin  keyfiyyətinin 
meyarı  kimi  praktiki  reallaşma  çıxış  edir.  Süni  intellekt  nəzəriyyəsi  koqnitologiyada  çox 
geniş  başa  düşülür  və  informasiya  nəzəriyyəsi,  qərarların  qəbulu  nəzəriyyəsi,  son 
zamanlarda  isə  -  nəzəri  informatika  onun  tərkibinə  daxildir.  Süni  intellekt  metodlarının 
inkişafı  EHM-in  beşinci  nəslinin  yaranmasının  şərtlərindən  biri  olmuşdur.  Amma,  süni 


intellektin müvəffəqiyyətlərindən praktik məsələlərin həllində insanı tam əvəz edən ekspert 
sistemlərinin  yaradılmasından  irəli  gələn  eyforiya  dövrü  əsasən  sona  çatdı  və  hal-hazırda 
insann  və  EHM-in  intellektual  imkanlarının  texnoloji  sintezinin  təmin  edilməsi, 
informasiyanın  vizuallaşmasının  interaktiv  sistemlərinin,  qərarlarının  qəbulunun 
dəstəklənməsi sisteminin işlənib hazırlanması kimi daha real məsələlər qarşıya qoyulur (39, 
51, 52). 
 
Süni  intellekt  nəzəriyyəsi  faydalı  təsirini  koqnitiv  ―çətir‖  altında  toplaşmış  bütün 
elmlər  hiss  ediblər,  amma  ən  çox  faydalanan  psixologiya  olmuşdur.  Psixoloq  Robert 
Solsonun  qeyd  etdiyi  kimi,  ―süni  intellekt  ilə  koqnitiv  psixologiya  arasında  yaranmış  bir 
növ  simbiotik  münasibətlər  nəticəsində  tərəflərdən  hər  biri  digərin  inkişafından  qazanmış 
olur‖.  Çünki,  insanın  qavrayışının,  yaddaşının,  dilinin  və  təfəkkürünün  dəqiq  kopiyasını 
süni  şəkildə  yaratmaq  üçün  bu  proseslərin  insanda  necə  getdiyini  bilmək  lazımdır.  Eyni 
zamanda süni intellektin inkişafı insan idrakının başa düşülməsi üçün  yeni  imkanlar açır‖ 
(29, s.496). 
 
R.Solsonun  1996-cı  ildə  rus  dilində  nəşr  olunmuş  dərs  vəsaiti  olan,  ―Koqnitiv 
psixologiya‖  bu  elmi  istiqamətin  nəzəri  və  tətbiqi  aspektlərini  tam  işıqlandırır,  bu  elmi 
istiqamətin yaranma tarixi 1967-ci ildən hesablanır, məhz bu ildə U.Naysser (U.Neisser) öz 
monoqrafiyasını  nəşr  edərək  kitabına  analoji  adı  verir  (54).  30  il  sürətlə  inkişaf  edən 
koqnitiv  psixologiya  psixologiyanın  aparıcı  istiqamətinə  çevrildi,  onun  tədqiqat 
metodologiyası  isə  neyrolinqivistikadan  tutmuş  psixi  proseslərin  və  şəxsiyyətlərin  klassik 
tədqiqinə kimi praktiki olaraq bütün fənn sahələrinə yayıldı (6). 
 
Son zamanlar psixoloqlar artıq ikinci koqnitiv inqilabdan danışırlar və hesab edirlər 
ki,  beynin  kompyuter  metaforası  kifayət  deyil  və  insan  fəaliyyətinin  kompleksli  analizi, 
emosiyaların, 
əhvali-ruhiyyələrin 
koqnitiv 
analizi 
zəruridir. 
70-80-ci 
illərdə 
koqnitologiyanın  izolyasiya  olunmuş  subyektlərin  reaksiyalarının  öyrənilməsi  kimi  əsas 
istiqaməti sosial faktorların rolunu lazımi qədər qiymətləndirmirdi. Ikinci koqnitiv inqilab 
psixologiyanın  ―aktiv  fərd  və  qrupların  –  hansılar  ki,  maddi  və  ya  simvolik  vəsaitlərin 
köməyi  ilə  nəzarətin  yerli  standartlarına  uyğun  olaraq  bütün  növ  məsələləri  həll  edirlər  – 
fəaliyyətini analiz etməyə geri qaytarır‖ (32, s.4). Koqnitiv paradiqma təkcə psixologiyanı 
deyil,  həm  də  linqivistikanı  da  ələ  keçirdi  (17).  Pedaqogikada,  tarixdə  də  sürətli 
ekspansiyalar həyata keçirilir (1,9). 
 
Onu da nəzərdə tutmaq lazımdır ki, koqnitiv yanaşmanın populyarlığı ideyanın təkcə 
dərinliyi  və  yeniliyi  səbəbindən  deyil,  həm  də  koqnitologiyanın  praktiki  uğurları  ilə 
şərtlənmişdir  -  sənayedə,  tibbdə,  iqtisadiyyatda  bir  neçə  min  ekspert  sistemi  real  olaraq 
fəaliyyət  göstərir,  süni  intellekt  elementləri  isə  praktik  olaraq  bütün  təhsil  sistemlərində 
müasir proqram komplekslərində istifadə olunur. 
 
Politoloq  tələbələrin  işi  ―gətirmədi‖.  Politologiya  sahəsində  də  bir  sıra  ekspert 
sistemlər  artıq  işlənib  hazırlanmışdır  və  fəaliyyət  göstərirlər  (bax  14-də  olan  icmal). 
Aydındır  ki,  elektron  orakulun  taleyüklü  qərarlarına  tam  etibar  etmək  olmaz.  Birdən  o, 
müharibəyə  -  hələ  üstəlik  atom  müharibəsinə  başlamaq  haqqında  təklif  də  verə  bilər. 
Politoloqlar ekspert sistemi vasitəsilə alınmış nəticələri düşünmə və əsaslandırma  yolu ilə 
yoxlamalı olacaqlar. Xoşbəxtlikdən rus dilində bu mövzuda kifayət qədər ədəbiyyat vardır 
(5, 19, 23). 
 
Sosioloq  tələblərin  işi  xeyli  yüngüldür.  Sosial  sahədə  ekspert  sistemləri  praktiki 
olaraq  tətbiq  olunmur.  Mütəxəssislər  işlərin  bu  vəziyyətdə  olmasının  vahid  bir  sahibini 
göstərməyə çətinlik çəkirlər: bəziləri hesab edirlər ki, praktikada belə sistemlər lazım deyil, 
digərləri  hesab  edirlər  ki,  ekspertlər  yoxdur,  rəqib  tərəf  isə  sosioloji  biliklərin  olmadığını 
iddia edir. Həqiqətən də, sosioloji bilik nədir? sualına cavab vermək heç də asan deyil. Ən 
çox rast gəlinən cavab təqribən belədir: 
 
O.Kontdan  başlayaraq  sosiologiyaya  aid  bütün  10000  kitab  və  üstəlik  sosioloji 
jurnallarda çap olunmuş bir neçə milyon məqalə sosioloji biliyə aiddir. Koqnitoloqları belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə