Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

YSM-də  subyektiv  faktorun  əhəmiyyəti  onunla  bağlıdır  ki,  ―yaşamaq‖  sistemlərdə 
aktiv  element  rolunu  adamlar  oynayırlar,  onların  fərdi  və  kollektiv  davranışları  sonucda 
bütövlükdə  sistemin  davranışının  vacib  aspektlərini  müəyyən  edir.  Problemli  situasiyanın 
xarakteri  insanların  davranışı  ilə  sıx  bağlı  olduğuna  görə,  o,  həm  də  bu  problemli 
situasiyanın  onun  iştirakçıları  tərəfindən  öz  dünyalarının  mənzərəsinə  (məqsədlərinə, 
təsəvvürlərinə,  zövqlərinə,  dəyər  sistemlərinə)  uyğun  olan  subyektiv  qavrayışından  da 
asılıdır. 
YSM-nı düzgün təsvir etməməlidir, o, həm də sistemə daxil olmuş insan faktorunun 
mövqeyini qabaqcadan tapıb deməlidir. 
―Yumşaq‖  sistem  metodologiyası  hətta  tədqiqatçının  istifadə  etdiyi  dildə  əməli 
dəyişikliklərin  olmasını nəzərdə tutur, belə ki,  bəzi  sabitləşmiş terminlərdən istifadə istər-
istəməz,  qeyri-şüuri  olaraq  bu  anlayışlar  ilə  daha  ―sərt‖  elmi  təfəkkürün  strukturları 
arasında assosiasiyar yaradır. Belə ki, ―problem‖ sözü artıq cavabdehlik və strukturlaşdıran 
anlamına gəlir, buna görə də Çeklend onu daha azad yayğın termin – problemli situasiya isə 
əvəz edir. 
Çeklend  YSM-ın  tətbiqi  təcrübəsini  analiz  edərək  (18,19)  göstərir  ki,  onun 
yanaşması ikili sistemliliyə malikdir – bu sistem modellərinin istifadə olunduğu siklik təlim 
sistemidir.  Modellərdən  həqiqilik  və  adekvatlıq  tələb  olunmur  –  onlar  ―qorunmalıdırlar‖, 
belə  ki,  bu  nəzərdən  keçirilən  problem  haqqında  debatların  təşkili  üçün  vasitə  rolunu 
oynayır. 
1-7  mərhələlərin  sikli  yuxarıda  qeyd  etdiyimiz  kimi,  müvəffəqiyyətli  nəticə  əldə 
edilənə  kimi  dəfələrlə  təkrar  oluna  bilər,  amma  bu  mərhələlərin  keçirilmə  ardıcıllığı  sərt 
deyil. Bəzən əvvəlki mərhələlərə doğru geri qayıtmaq, eləcə də növbəti mərhələləri fikirdə 
tutaraq  hesablamaq  məqsədə  uyğundur.  Çeklendin  göstərdiyi  kimi,  YSM  istifadəçisinin 
təcrübəsi artdıqca o, ―bu mərhələlərin bir hissəsini minnətdarlıqla kənara qoya bilər‖ (18, s. 
53). 
Çox  vaxt  Çeklendin  yanaşmasını  real  dünyanı  (1,2,5,6,7-ci  mərhələlər)  sistemli 
təsəvvürlər dünyasından (3 və 4-cü mərhələlər) ayıran demokrasiya xəttinin olmasına görə 
tənqid edirlər. Çeklend yazır ki, sistemli dünyanın ayrılması prinsipial olaraq nəzəri deyil, 
evristik  xarakter  daşıyır.  Bütün  mərhələlər  bir  tamın  –  qərarların  qəbulu  prosesinin 
hissəsidir. 
 Çeklendin  metodologiyası  əsasən  problemlərin  mikrosəviyyədə  həlli  üçün  nəzərdə 
tutulmuşdur  və  ona  əsaslanır  ki,  maraqlı  tərəflər  gec  və  ya  tez  qarşılıqlı  anlaşmaya  nail 
olacaqlar.  Amma,  hissələri  razılığa  gələ  bilməyən  sosial  sistemlərin  tədqiqi  üçün  yeni 
yanaşmalar tələb olunur. 1996-cı ilin əsərində (25) YSM ancaq dörd əsas mərhələ (1,4,5,7) 
qalmışdır. 
 
2.4. V.Ulrixin tənqidi sistemlər metodologiyası 
 
 
Çerçmenin, Akkofun və  Çeklendin əsərlərində  ―yumşaq‖ ssitemlər nəzəriyyəsinin inkişafı 
sərt sistem analizinin məhdudiyyətlərindən getdikcə daha çox azad olmaq istiqamətində baş 
verirdi.  Yuxarıda  şərh  olunmuş  yanaşmalar  elə  situasiyalarda  problemin  məqbul  həllini 
tapma imkanı verirdilər ki, bu zaman sistemin ayrı-ayrı hissələri bir-birinə uyğun gəlməyən 
məqsədlərə  malik  olmasalar  da,  razılaşmalar  ümumi  mövqenin  işlənib  hazırlanması 
mümkün  olur.  Amma,  daha  əvvəl  nəzərdən  keçirdiyimiz  metodologiyalar  sistemin 
hissələrini  arasında  dərin  münaqişə  situasiyasında  və  ya  sosial  sistemdə  məcburetmənin 
rolu  böyük  olduqda  işləmirlər.  Məhz  məcbuetmə  problemi  isveçrə  alimi  V.Ulrixin  (26) 
metodologiyasının mərkəzində durur. 
 
V.Ulrix  öz  metodologiyasının  işlənib  hazırlanmasında  Y.Habermasın  ideyalarına 
istinad  etmiş,  sistem  zorakılığı  konsepsiyasına  xüsusilə  böyük  diqqət  ayırmışdır.  ―Kritik‖ 
sistem  konsepsiyası  da  vacib  rol  oynayır,  burada  kritiklik  mövcud  sosial  sistemi 


yeniləşdirən  və  ya  yenisini  yaratmağı  dini,  etik,  ideoloji  və  siyasi  istiqamətlər  də  daxil 
olmaqla  öz  normativ  dəyərlərini  dərk  etməyi  və  onların  planlaşdırma  prosesinə  mümkün 
təsvirini özünütənqid baxımından qiymətləndirməyə layihələşdirənlərə qarşı (bundan sonra 
layihələr) qoyulan tələblərdir. 
 
Bundan  başqa,  bütün  maraqlı  tərəflərin  normativ  dəyərləri  aşkara  çıxarılmalıdır. 
Normativ  tərtibatın  analizi  mütləq  sosial  yeniliklər  planlaşdırılmasının  ayrılmaz  elementi 
olmalıdır.  Ulrix  hesab  edir  ki,  ancaq  belə  olduqda  tətbiq  olunan  sosial  yeniliklərin 
nəticələrini və əlavə effektlərini düzgün qiymətləndirmək olar. Tənqidi  yanaşma çox vaxt 
maraqlı tərəflərin doqmatik yanaşmasına və bəzən də ekspertlərin arsızcasına yanaşmasına 
bir növ qarşı qoyulur. 
Ulrix  hesab  edir  ki,  sistemli  yanaşma  nəzəri  konstruksiya  kimi  deyil,  konkret 
situasiyada məhz nəyi necə etmək lazım olduğuna qərar verən praktik üsuldur. Ulrixə görə 
sistemlər  nəzəriyyəsinin  prinsip  və  anlayışları  mütəxəssis  olmayanalara  öz  arzularını 
dərindən  ifadə  etməyə  və  başqalarının  tələblərini  dərk  etməyə  yardım  göstərərək  –  yəni 
məcburiyyətlə  təhrif  olunmamış  ―mötəbər  kommunikasiyanı‖  həyata  keçirmək  üçün 
evristik vasitəsidir. 
 
Kommunikasiyaların  məhsuldarlığı  diskussiyaların  ideoloji  əngəllərdən  institusion 
məhdudiyyətlərindən  azad  etmək  hesabına  əldə  olunmur,  onun  üçün  ki,  maraqlı  tərəflərin 
nümayəndələrinə öz mövqeyini daha yaxşı arqumentləşdirmək imkanı olsun. 
 
Ulrixin  metodologiyası  iki  mərhələdən  ibarətdir.  Birinci  mərhələdə  layihəcilər  12 
sualdan  ibarət  anketi  doldururlar.  Suallara  verilən  cavablarda  həm  layihəçilərin  mövqeyi, 
həm də bütün qalan maraqlı tərəflərin nümayəndələrinin baxışları öz əksini tapmalıdır. Hər 
bir suala cavab ―təsdiq olunmuş sərhəddir‖ – Ulrixin bu termini onu dəqiq olaraq qeyd edir 
ki, cavab verənin diqqəti sistemin və mühitin sərhədlərini müəyyən etməyə yönəlmiş olur. 
Ulrix  hesab  edir  ki,  tədqiq  olunan  problemə  cəlb  olunmuş  müxtəlif  qrupların  baxışlarının 
üst-üstə düşməməsi məhz belə daha yaxşı və daha çox qabarıq şəkildə nəzərə çarpdırılır. 
 
Bu  yanaşmanın  reallaşdırılmasının  ikinci  mərhələsində  layihəçilərə  irəli  sürülmüş 
təkliflərin  müzakirəsi  təşkil  olunur.  Birinci  mərhələdə  yaranmış  anketlər  ―səlahiyyətli 
kommunikasiyalar‖  –  iki  tip  təfəkkür:  ekspert,  sistem  təfəkkürü  ilə  praktik,  adi  təfəkkür 
arasında dialoq təşkil etməyə yardım göstərirlər. Belə qabildən olan müzakirələr proyektin 
sistem  tamlığını,  onun  hərtərəfli  nəzərdən  keçirilməsini  və  ən  başlıcası  olaraq  maraqlı 
tərəflərin  arasında  qarşılıqlı  anlaşılmanın  zəruri  səviyyəsinin  olmasını  –  hansı  ki,  bunsuz 
proyektin reallaşmasının yolları praktiki olaraq yoxdur – təmin etməlidirlər. 
 
Onu da yada salaq ki, Flad və Ceksonun təsnifatına görə bu metodlogiyanı az sayda 
elementi,  daha  doğrusu  element  tipi  olan  sadə  sistemlər  üçün  tətbiq  etmək  daha 
məqsədəuyğundur
5
. Ulrixin metodologiyasında iştirakçıların dörd tipi nəzərdən keçirilir: 
1)
 
Sifarişçilər, motivasiya mənbələri və aşkara çıxarılması zəruri olan təməl dəyərlər
2)
 
Qərarları  qəbul  edən  şəxslər,  hansılar  üçün  ki,  hakimiyyət  səlahiyyətləri,  nəzarət 
vasitələri və informasiya mənbələrinin paylanması nəzərdə tutulur; 
3)
 
Layihəçilərin özləri; 
4)
 
―şahidlər‖  –  bunlar  problemlərin  həllində  marağı  olan  və  sonucda  dəyişikliklərin 
legitimliyini müəyyən edən qruplardır. 
Iştirakçıların hər bir tipi üçün üç sual tərtib olunur. 
Ulrixin metodologiyasının işini (24)-dən götürülmüş konkret misalda nəzərdən keçirək. 
80-ci  illərin  ortalarında  Londonun  şəhərətrafı  qəsəblərinin  birində  gənclər  arasında 
cinayətkarlığın səviyyəsi – xüsusi ilə də soyuq silahdan istifadə etməklə - nəzərə çarpacaq 
dərəcədə artmağa başladı. 
 Polis  cinayətkarlığın  bu  növünün  yayılmasına  qarşı  profilaktikanın  köməyi  ilə  -  gənc 
adamlar  arasında  önləyici  axtarışlar  aparmaq  və  onların  bıçaqlarını  müsadirə  etməklə  - 
mübarizə aparmağa cəhd edirdi. Problemin ilkin analizi  nəzərdən keçirilən problemə olan 
                                                 
5
Daha mürəkkəb sistemlər üçün (cədvəl 2.1., dama 6) effektiv metodologiya hələ yaradılmayıb.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə