Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

aşkara  çıxarılmasında  qrup  üzvləri  arasında  yekdilliyə  nail  olmaq  oynayır.  Çox  vaxt 
aspektlərin təcrübə və intuisiyasına əsaslanan rəy, məntiqi fikirləri fiksasiya və analiz etmək 
üçün bir alət vacibdir. Bu zaman aspektlərin ziddiyyətli nöqteyi – nəzərlərini onların heç bir 
arqumentini  itirmədən  qeyd  etmək  çox  mühümdür.  Koqnitiv  xəritə  öyrənilən  prosesin 
gələcəyi, indisi və keçmişi arasında qarşılıqlı əlaqəni izləməyə imkan verir. 
  Aydındır  ki,  koqnitiv  xəritələrin  təşkilatda  planlaşdırma  üçün  istifadə  olunması 
minlərlə qarşılıqlı əlaqə müddəasının fiksasiya olunmasını tələb edə bilər. Belə nəticə çıxır 
ki, informasiyanın qeyd olunması, qorunması, axtarışı və analizi üçün EHM-dan və xüsusi 
proqram təminatından istifadə etmək zəruridir. Hal-hazırda koqnitiv xəritələrin analizi üçün 
bir sıra kommersiya paketləri (NİPPER, Cope, GİSMO) hazırlanmışdır.  
  EHM aşağıdakı məqsədlər üçün istifadə oluna bilər: 
-
 
Tərkibində müəyyən açar sözlərdən ibarət dəstin olduğu konsepsiyalardan istifadə
-
 
Xəritədə klasterlərin axtarışı – yəni bir-birinə yaxın olan qarşılıqlı şəkildə bir-biriləri 
ilə bağlı konsepsiyaların; 
-
 
Xəritələrin çıxış nöqtələrinin (nəticəsiz müddəaların) tapılması; 
-
 
Çox saylı arqumentlər üçün mərkəzdə duran müddəaların axtarışı; 
-
 
Ən çox arqumentasiyası olan müddəaların müəyyən edilməsi
-
 
Təşkilatın strukturu ilə söylənən rəylərin əlaqəsinin analizi. 
Koqnitiv xəritə təşkilatın kollektivinin ―sintetik müdrikliyini‖ təcəssüm etdirir və çox 
zaman  bir-biri  ilə  heç  vaxt  qarşılaşmamış  insanların  baxışlarını  toplayır.  Prosesin  hər  bir 
iştirakçısı əmin olmalıdır ki, onun rəyi hesaba alınıb və təşkilatın strategiyasına təsir göstərə 
bilər.  Buna  görə  də,  yaxşı  olar  ki,  təşkilatın  əməkdaşları  bu  prosesə  mütəmadi  olaraq 
qoşulsunlar,  həm  də  onlar  bildirməlidirlər  ki,  strategiyasının  formalaşdırılması  prosesinə 
digər əməkdaşlar da qoşulublar. Müxtəlif işçi qrupların  və komitələrin  yardımı ilə strateji 
planın ayrı-ayrı hissələrinin işlənib hazırlanması həyata keçirilir və ən vacibi də odur ki, əks 
əlaqələrin effektləri izlənə bilir. 
Bu  yanaşma  effektiv  qərarların  qəbuluna  mane  olan  bir  sıra  hallardan  (adət  halını 
almış  təcrübənin  təsiri  altında  gerçəkliyə  olan  baxışların  daralması,  maraqsızlıq  və 
planlaşdırmanın  ritual  təbiəti,  təşkilati  strukturların  durğunluğu,  stereotiplərin  təsiri, 
amibisiyalar) xilas olmağa imkan verir. 
 
3.3. Koqnitiv üslub 
 
Sosial  problemlərin  tədqiqində  koqnitiv  üslub  anlayışı  əməli  yardım  göstərə  bilər. 
Koqnitiv  üslub  dedikdə  məsələlərin  həlli  və  dünyanın  dərk  edilməsi  zamanı  üstünlük 
verilən kriterilərin məcmusunun hər bir insan üçün spesifik olan seçimi nəzərdə tutulur. Bu 
insanın öz dərk etmə fəaliyyətinin təşkili üçün istifadə etdiyi vasitələrin və fərdi üsulların 
sistemidir. 
  Koqnitiv psixologiyada koqnitiv üslubu öyrənmək üçün hələ vahid yanaşma işlənib 
hazırlanmayıb  (15).  Müxtəlif  müəlliflərdə  koqnitiv  üslub  xarakteristikaları  kimi 
aşağıdakılar göstərilir: böyük və ya kiçik həcmdə informasiyanın axtarışı və istifadəsi, hələ 
işlənməmiş  və  ya  hissələrə  bölünməmiş  məlumatlara  üstünlük  vermək,  informasiyanın 
inteqrasiyasında  istifadə  olunan  qaydaların  sayı,  generasiya  edən  alternativlərin  sayı, 
qərarların qəbulu üçün ayrılmış vaxt keyfiyyətli və ya kəmiyyətli informasiyadan istifadə. 
Çox  vaxt  təsnifatlaşdırmaq  üçün  əsas  kimi  koqnitiv  üslubun  yarım  müstəqil  –  yarı  qeyri-
müstəqil kimi xarakteristikaları seçilir. 
Yarım  müstəqillik  –  obyekti  kontekstdən  seçib  ayırmaq  bacarığıdır,  insanın  öz 
diqqətini  problemin  ancaq  konkret  məsələsinin  həlli  üçün  zəruri  olan  aspektlərində 
cəmləmək,  artıq olan hər şeyi  kənara atmaq qabiliyyətini,  yəni,  məsələni  əhatə  edən  ətraf 
səs fonundan asılı olmamaq qabiliyyətini əks etdirir (15). 


Koqnitiv  üslubi  vacib  xarakteristikası  qavrayışın  koqnitiv  mürəkkəbliyi  –  onun 
çoxölçülülüyünün  dərəcəsidir,  problemi  koordinatın  müxtəlif  sistemlərində  görməkdədir. 
Koqnitiv stilin impulsivlik – refleksivlilik (mühakiməməliyə meyllilik); riqidlik – elastiklik 
(insanların stereotiplərdən imtina etmək, başqa fəaliyyət növlərinə keçmək qabiliyyəti) kimi 
psixoloji xarakteristikaları nəzərdən keçirilir.  
Sadalanmış  xarakteristikalar  koqnitiv  üslubun  tərəflərindən  ancaq  birini  müəyyən 
edir.  
Koqnitiv stilin tətbiqi sistemli analizdə və menecment nəzəriyyəsində istifadə olunan 
inteqral, kompleks xarakteristikaları da əhəmiyyətli praktiki maraq təmsil edirlər. Belə ki, 
Akoff praktiki problemlərin üslubundan asılı olaraq insanları dörd tipə bölür: 
1)
 
Reaktivist  – ―qızıl  əsrə‖, geri qayıtmağa can  atan insandır. Bu tipdən olan insanlar 
adətən problemi sistemli şəkildə deyil, hissə - hissə nəzərdən keçirirlər
2)
 
Inaktivist – indiki zamana həddindən çox bağlı insandır, real dəyişmələrdən qaçınır, 
mərhələ - mərhələ qəbul olunan, qənaətbəxş qərarlara üstünlük verir. Belə insanlar üçün ən 
vacib məqsəd – sosial sistemin yaşamasıdır;  
3)
 
Preaktivist 
–  gələcəyə  istiqamətləndir,  dəyişiklikləri  alqışlayır,  dəqiq 
proqnozlaşdırma metodlarına və optimal qərarların tapılması imkanına inanır. 
4)
 
İnteraktivist - keçmişə qayıtmaq istəməyən insandır, bu günü olduğu kimi qoruyub 
saxlamaq istəmir. Kimsə tərəfindən hesablanmış qaçılmaz gələcəyi qəbul etməyə razı deyil 
və interaktiv planlaşdırma metodları tətbiq etməyə hazırdır (bax. § 2.2.). 
M.Maruyama 
qərarların 
anlanması, 
qavrayışı, 
konseptuallaşdırılması, 
layihələşdirilməsi,  planlaşdırlması  və  qəbul  edilməsinin  fərdi  üslubunun  xüsusiyyətlərini 
öyrənərək dörd əsas optimoloji tipi (mindcape type) aşkara çıxarmışdır. Hər bir epistemo – 
məntiqi tipi koqnitiv üslub hesab etmək olar, amma bu termin koqnitiv psixologiyada qəbul 
olunduğundan daha geniş şəkildə şərh etmək olar. Maruyamanın təsnifatında üç əsas üslub 
var: iyerarxik (H – tip), fərdi (I – tip) və iki tipdən (S – tip ə G – tip) ibarət morfogenetik 
(50). 
Maruyamadan  asılı  olmayaraq  O.Harvey  özünün  epistemoloji  tiplər  üzrə  təsnifatını 
yaratdı,  həm  də  ki,  hər  iki  təsnifatdakı  dörd  tipdən  üçü,  demək  olar  ki,  bir-birinə  uyğun 
gəldilər
6

Maruyamanın tipologiyasını daha müfəssəl şəkildə nəzərdən keçirək. 
1.Anlamanın və yadda saxlamanın xüsusiyyətləri: 
H  –  tipi  əhəmiyyətinə  görə  sıralanmağa  və  təsnif  olunmağa,  ardıcıl  olaraq 
qavranılmağa və anlanmağına, müntəzəmlik və təsnifatsızlıq axtarışına meyllidir, ağac 
şəkilli dəqiq kateqoriyalı sxemlərə üstünlük verir. 
I-tip  ayrı-ayrı  hadisələri  və  təzahürləri  –  onlardan  hər  biri  başqaları  ilə  bağlı 
olmayan unikal kimi nəzərdən keçirilir – fərqləndirməyə və ayırmağa çalışır. 
S  tipi  qarşılıqlı  şəkildə  bir-biri  ilə  bağlı  olan  hadisələri  bütövlüklə  əhatə  etməyə 
çalışır,  elementlər  arasındakı  əlaqələr  ilə  şərtlənmiş  sistemlərin  emencent  xüsusiyyətlərini 
müəyyən  edir,  eləcə  də  hesab  edir  ki,  hadisələrin  mənası  və  əhəmiyyəti  kontekstindən 
asılıdır. 
G  tipi  çox  şeydə  S  tipinə  yaxındır,  amma  daha  böyük  yaradıcı  potensiala  malikdir, 
yeni  modellər  icad  edir,  yeni  kontekstlər  və  yeni  mənalar  axtarıb  tapır,  çoxlu 
interpretasiyalar vermək iqtidarındadır. 
2.Biliyin konsepsiyaları. 
H tipi hesab edir ki, müşahidəçidən asılı olmayan obyektiv biliklər mövcuddur: 
Ümumi  qaydaları  situasiya  ilə  əlaqədar  biliklərdən  üstün  tutur;  hesab  edir  ki, 
hadisələrin  qavranılmasındakı  fərqlər  səhvlərlə  şərtlənmişdir:  ancaq  kəmiyət  analizinin 
nəticələrinə etibar edir. 
                                                 
6
Nəzərdə tutmaq lazımdır ki, aşağıda sadalanan tipologiyalar ümumi şəkildə qəbul olunmamışdır
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə