Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

proqramlaşdırma  kimi  fənlərdə  belə  formal  şəkildə  izahı  qarşısında  çoxlu  üstünlüklərə 
malikdir. 
Metaforalar  tələbələrə  tanış  olmayan,  abstrakt  konsepsiyaları  düşünmək,  materialı 
dərindən anlamaq imkanını verir. Metaforalardan sərbəst istifadə edən tələblər məsələlərin 
həllində  çox  vaxt  qeyri  –  standart  yollar  tapırlar,  yeni  məsələləri  müstəqil  şəkildə 
formalaşdırmaq iqtidarında olurlar. 
Metaforalar  stereotiplərin  dəyişməsi  üçün  effektiv  koqnitiv  alət  kimi  tətbiqi  sistem 
tədqiqatlarında  geniş  istifadə  olunurlar.  ―Yumşaq‖  sistem  metodologiyasının  tətbiqindən 
əldə edilən çoxillik təcrübə göstərmişdir ki, təcrübəli işçilər bir qayda olaraq kifayət qədər 
mühafizəkar olurlar və sistem analitikləri tərəfindən işlənib hazırlanmış abstrakt, konseptual 
midellərə  etibar  etmirlər  (40).  Belə  şərtlər  altında  metaforalar  atributları  hamı  tərəfindən 
yaxşı tanınan və etibar qazanan analogiyaların köməyi ilə yeni nəzəri yanaşmaları anlamaq 
üçün çox effektiv vasitədir. 
Flad  və  Ceksonun  metodologiyasında  (bax.  §  2.1.)  metaforalara  kreativliyi  təmin 
edən  vasitə  -  problemli  situasiyaya  yaradıcı  yanaşma  –  kimi  xüsusi  diqqət  verilmişdir. 
Tədqiqatçılara  təklif  olunur  ki,  problemi  beş  əsas  sistem  metaforası:  maşın,  orqanizm, 
beyin, mədəniyyət və siyasət – prizmasından keçirərək analiz etsinlər (44). 
Cədvəl 3.2. 
metafora
 
Atributlar (əlamətlər)
 
maşın
 
 Standartlaşdırlımış 
hissələr
 
 Səmərəlilik
 
 
 
 
 
 
 
 
 
 Yorucu əməliyyatlar
 
 Rasiolnal yanaşma
 
 Təkrarlanan 
əməliyyatlar
 
 Daxili nəzarət
 
 Məqsədlər 
təyin 
edilmişdir
 
 Qapalı sistem
 
 Hərəkət 
variantları 
verilib
 
 
 
orqanizm
 
 Tələbatlar
 
 əksəlaqə
 
 
 
 
 
 
 
 Sağ qalmaq
 
 Özünütənzimləmə
 
 adaptasiya
 
 Passiv idarəolunma
 
 Təşkilat
 
 Açıq sistem
 
Beyin, 
neyrokibernetik 
model
 
Orqanizm üçün göstərlən atributlar, həm də:
 
 Fəal təlim
 
 Davamlı yaşamaq 
 
 Məlumatın 
toplanılması
 
 Bütövün 
hissələrə 
bölünməsi
 
Mədəniyyət
 
 
 
 
 
 
 
 koalisiya
 
 Dil birliyi
 
 əməkdaşlıq
 
 moda
 
Ümumi  dəyərlər  və 
normalar 
 
 
 Sosial təcrübə
 
 tarix
 
Siyasət
 
 
 
 
 
 Münaqişə
 
Hakimiyyət bögüsü
 
 Məcburetmə
 
 karyera
 
 Üstün olmaq
 
 maraqlar
 
 
 
 dezinteqrasiya
 
 
 
 
Birinci  mərhələdə  öyrənilən  sosial  sistemin  maşın  orqanizm  və  beyin  ilə  -  bu 
metaforalar  ənənəvi  olaraq  idarəçilər  tərəfindən  işlədilir  -  səthi  analogiyaları  nəzərdən 
keçirilir. Menecment nəzəriyyəsi üzrə mütəxəssislərə təşkil etmə mədəniyyətinin metaforası 
öz diqqətini təşkilatda hakim səlahiyyətlərin bölüşdürülməsinə, məcburetmə problemlərinə, 
mövcud konfliktlərə verir. 


Birinci mərhələdə uyğun metaforanı seçən tədqiqatçılar sistem metaforasının (cədvəl 
3.2.) atributlarını, onların bu situasiyada yeni, aşkar olunmuş çatışmazlıqlardan azad sosial 
sistemin qurulması imkanını daha detallı və dərindən analiz edirlər. 
Qeyd  edək  ki,  Flad  və  Ceksonun  təklif  etdikləri  metaforalar  məhz  həmin  metafora 
dəstənin  kifayət  qədər  əsaslı  olunmasına  aid  olan  çoxlu  tənqidi  iradlara  səbəb  oldu. 
Xüsusilə  beşinci  sosial  –  siyasi  metaforanın  payına  çox  tənqid  düşdü  –  burada  metafora 
kimi  ilkin  olaraq  həbsxana  nəzərdə  tutulurdu.  Yəqin  ki,  həbsxana  metaforası  problemli 
situasiyaya birtərəfli baxışın yaranmasına səbəb olur və daha sonra yazdığı əsərlərində (43). 
Flad yanaşmanın metodologiyasını aşağıdakı qaydada dəqiqləşdirdi: 
  İlk üç metafora əsasən sistemin layihələşdirilməsi üçün nəzərdə tutulmuşdur: sosial 
–  mədəni  metafora  müxtəlif  layihələrin  müzakirəsi  fazasında  faydalıdır,  belə  ki,  fərz 
edildiyinə görə müzakirə prosesində öyrədilmə baş verir və qarşılıqlı anlaşmaya nail olunur; 
  Sosial-siyasi  metafora  təklif  olunan  yeniliklər  kimin  maraqlarına  xidmət  edirsə, 
onun  azad  olunması  (disemprisoning)  -  aşkar  edilməsi  üçün,  sonra  isə  məcburiyyət 
dərəcəsini azaltmaq üçün nəzərdə tutulmuşdur. 
 
3.5.Sosial tədqiqatlarda koqnitiv yanaşma 
 
Əgər  koqnitiv  yanaşmanı  geniş  mənada  –  təfəkkür,  anlama  və  izahetmə 
proseslərinin ənənəvi elmi metodologiyaların strukturuna daxil edilməsi kimi başa düşsək, 
onda  heç  çəkinmədən  demək  olar  ki,  hər  bir  sosioloji  tədqiqat  açıq  və  ya  gizli  şəkildə 
koqnitiv faktorları nəzərə alır və nəticədə elmdəki koqnitiv istiqamətə aid oluna bilər. 
Koqnitiv aspektlərə xüsusi diqqət ayıran alimlərin sosiologiyaya aid  əsərlərini qısa 
və  bilərəkdən  fraqmentar  şəkildə  sadalanmağı  sınayaq.  Çox  güman  ki,  cəmiyyətin 
dinamikasını  formalaşdıran  koqnitiv  faktorların  reylefli  şəkildə  nəzərdən  keçirildiyi  ilk 
kitab P.Sorokinin dördcildlik ―Sosial və mədəni dinamika‖ (1937-1941) əsəridir. Sorokinin 
nəzəriyyəsində  tarixi  proses  mədəniyyətlərin  ardıcıl  dəyişməsi  kimi  təqdim  olunur  (hakim 
dünyagörüşü,  gerçəkliyin  dərk  edilməsi  və  qavranmasının  əsas  üsulları).  Mədəniyyətlərin 
dəyişmə  mexanizminin  özü  də  koqnitiv  xarakter  daşıyır  və  §8.1.-də  daha  ətraflı  şəkildə 
gözdən keçiriləcək. 
60-70-ci  illərdə  fenomenoloqlar  və  etnometoloqlar  koqnitiv  aspektlərə  daha  çox 
diqqət  verirlər.  A.Şyuts  koqnitiv  yanaşmaya  yaxın  ideyalar  inkişaf  etdirirdi,  onun  fikrinə 
görə ―bizim adi gerçəkliyimiz sadəcə olaraq müxtəlif təfəkkür sxem və tiplərindən – hansı 
ki,  bizi  əhatə  edən  aləmin  identifikasiyasını  və  tanınmasını  mümkün  edirlər  -  əmələ  gəlir 
(sitat: 22, s. 80). 
İdrakın sosiologiyası yaranır, hansının ki, tematikasını koqnitologiyanın bir bölməsi 
kimi  qəbul  etmək  olar.  Amma,  burada  biz  ―düzgün  adlandırılmamış  fənnlər‖  (A.Şyuts) 
sahəsində qədəm qoyuruq, buranın sərhədlərinin müəyyən olunmasında ―tarixi təsadüflərin‖ 
rolu böyükdür. Həqiqətən də, başa düşmək çətindir ki, nəyə görə koqnitiv elmlər birliyində 
fəxri  yeri  sosiologiya  deyil,  antropologiya  tutur  (bax  şəkil  3.1.)  Antropologiyanın  xüsusi 
vəziyyəti  T.Parsonsu  da  təcrübələndirirdi,  o,  hesab  edirdi  ki,  ―antropologiya  müəyyən 
cəhətlərdə  sosiologiyanın  sahəsindən  daha  geniş  sahə  ələ  keçirmişdir,  halbuki  başqa 
cəhətlərdə  o,  öz  diqqətini  yazıya  malik  olmayan  mədəniyyətlərə  və  cəmiyyətlərə 
vermişdir‖
7
. Amma antropologiyanın müəyyən olunmuş maraq dairəsinin analitik cəhətdən 
hansı  səviyyədə  cızılmasından  asılı  olaraq  ona  yəqin  ki,  mədəniyyət  hadisələrinin 
strukturlaşdırılmış simvolik əhəmiyyətli sistemlərin – hansılarda ki, və hansılarının yardımı 
ilə  sosial  sistemlər  və  şəxsiyyətlər  formalaşırlar  –  analitik  cəhətdən  öyənilməsi  daxildir. 
Ənənəyə  görə  antropoloqlar  ―sadə‖  cəmiyyətlər  və  ekzotik  mədəniyyətlər  ilə 
                                                 
7
Парсонс Т. Общий обзор//Американская социология. М., 1972. 76 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə