Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

keyfiyyət  mülahizələrindən  istifadə  etməyə  üstünlük  verirlər.  Keyfiyyət  mülahizələri 
qarşılıqlı əlaqələrin rəqəmlə qiymətləndirilməsini deyil — daha böyük, daha az, bərabərdir 
kimi  tipli  qiymətləndirmələrdən  istifadə  olunur.  L.Zadə  belə  hallar  üçün  qiyməti  rəqəmlə 
deyil, sözlə ifadə olunan ‖linqvistik dəyişən― anlayışını tətbiq etmişdir. 
Qeyd edək ki,  sosiologiyada belə  dəyişənləri sıralanan adlandırırlar. Koqnitoloqlar 
iddia  edirlər  ki,  insan  rəqəmlə  ifadə  olunmuş  məlumatlara  malik  olmasına  baxmayaraq 
yenə də  həmin  rəqəmləri ―azdır‖ və  ―çoxdur‖ qiymətlərindən istifadə    etməklə müqayisə 
etməyə çalışırlar. 
Məşhur  iqtisadçı  P.Samuelson  [29]  hələ  1947-ci  ildə  keyfiyyət  və  kəmiyyət 
hesablamaları arasındakı fundamental fərqlər haqqında tezis hazırlamışdır. O, iddia edirdi 
ki,  hətta  iqtisadiyyatda  kəmiyyət    hesablamalarını  həmişə  tətbiq  etmək  olmur.  Bunun 
əvəzinə  keyfiyyət  analizini  keçirmək—yəni    dəyişmələrin  cəbri  işarəsini  (+,-)  müəyyən 
etmək tamamilə mümkündür. 
Öz koqnitiv modellərini zehnində, kağız üzərində və ya displeydə  analiz edən  fərd  
müxtəlif səbəb-nəticə zəncirlərini keyfiyyət  səviyyəsində (daha çox, daha az,  gücləndirir, 
zəiflədir) nəzərdən keçirir və çox vaxt ancaq xətti zəncirlərlə  kifayətlənir. Daha mürəkkəb 
situasiyalarda – səbəb-nəticə əlaqələrinin şəbəkəsini analiz etmək zərurəti meydana çıxanda 
–  fərd  A  və  B  faktorlarını  bağlayan  iki  zəncir  aşkar  edə  bilər.  Əgər  bir  zəncirin 
fəaliyyətinin  nəticəsi  digər  zəncirin  fəaliyyətinin  nəticəsinə  ziddirsə,  yəni    yolun  biri  A 
faktorunun  B  faktoruna    təsirini  bir  növ  gücləndirir  (+),  digəri  isə  zəiflədirsə  (-),  onda 
mülahizələrin  keyfiyyət  səviyyəsində  qalaraq  yekunlaşdırıcı  təsir  haqqında  müəyyən  bir 
nəticəyə gəlmək  kifayət qədər  çətindir. Koqnitiv xəritələrdə  çox vaxt  elə olur ki, bir zirvə 
(faktor) əks əlaqənin  biri mənfi, digəri isə müsbət olan iki konturuna eyni zamanda daxil 
olur. Belə situasiyalarda üç koqnitiv strategiyanın olması mümkündür: 
1)
 
 intuitiv  qiymətlındirmə  əsasında  istədiyimiz  sıralama  ilə  konkret  səbəb-nəticə 
zəncirinin və ya siklin dominantlığını elan etmək, qalanlara isə etina etməmək;  
 2) uzun-uzadı  səbəb-nəticə əlaqələri zəncirlərinin hesablanmasını tələb etməyən qarşılıqlı  
təsirinin  lokal analizi ilə kifayətlənmək
3) kəmiyyət qiymətləndirmələrinə və uyğun olan formal modellərin analizinə keçmək. 
Son  illərdə  daha  bir  imkan 
yaranmışdır  -  koqnitoloqlar  keyfiyyət 
modelləşdirilməsi işinə də girişiblər. Koqnitologiyanın gur inkişaf edən yeni, inkişaf edən 
sahəsi  olan  keyyfiyyət  modelləşdirilməsi    üçün  müxtəlif  vasitələrin  təqdim  olunduğu 
kitabların və kompyuter sistemlərinin  sayı getdikcə çoxalır [23]. 
Proqnozlaşdırmanın  mürəkkəbliyinə  baxmayaraq  səbəb-nəticə  modelləri  çox 
effektiv kommunikativ  vasitə  olaraq qalırlar. Sosial  problemlərin həlli  bir qayda  olaraq 
bir çox insanların maraqlarına toxunur.Təbiidir ki, məsələnin   qrup tərəfindən həlli heç 
də  ən  yaxşı  variant  hesab  oluna  bilməz,  diskussiya  prosesi  zamanı  düzgün  ideyalar  və 
təkliflər  kənarlaşdırıla bilər (necə deyərlər -təfəkürün qruplaşması effekti). Bununla belə, 
iştirak  prinsipi  (participation)    müzakirələrin  nə  qapalığını,  nə  də  pərdə  arxasında 
olmasını deyil, qərarların qəbulu metodlarının təkmilləşdirilməsini, kommunikasiyaların 
kompetentliyinin  yüksəldilməsini  nəzərdə  tutur.  Məhz  kollektiv  modelləşdirilmə 
istiqamətində  sistem  analizi  metodları,  sosioloji  informasiyanın  keyfiyyət  analizinin 
dialoji sxemləri, qrup qərarları qəbulunun dəstəklənməsi sistemləri inkişaf edir. 
  Keyfiyyət  analizinin  metodikalarında  və  o  cümlədən  koqnitiv  xəritələrin  
qurulmasında  hipermətn  texnologiyalarına  əsaslanan  kompyuter    proqramlarından  -Hyper 
RESEARCH,  ATLAS/ti,  KANT,  NUDIST,  Meta  Design,  Hiperdok  istifadə  olunur. 
Koqnitiv  xəritələri  bilavasitə  intervünün,  məqalənin  mətninin  analizi  əsasında  qurmağa 
imkan verən sistemlər -MEGA, Sem Net işlənib hazırlanmışdır. 
4.4. Modellər və sistemlər 
 


Sistemin  tərifini  kifayət  qədər  ümumi  şəkildə  ifadə  etmək  üçün  aşağıdakı  
müddəaları  qəbul  edək:  sistem  öz  aralarında  bir-biriləri  ilə  bağlı  olan  elementlər 
çoxluğudur, hansı ki, bir tam, yəni ətraf mühitdən nisbətən asılı olmayan kimi nəzərdən 
keçirilir. 
Verilən tərifdən belə bir nəticə çıxır ki, tədqiq olunan obyekti: 
a) elementlər çoxluğu; b) bir-biriləri ilə bağlı olan elementlərin cəmi; c) tam, yəni 
bir sistem kimi tədqiq etmək olar. 
 Beləliklə,  sosial  birliyi  çoxluq  hesab  etmək  olar,  bir  şərtlə  ki,  onu  təşkil  edən 
elementlər (insanlar, insan qrupları) bir-biriləri ilə bağlı olmasınlar. 
Sosial birlik bir-biriləri ilə bağlı olmayan çoxlu elementlərdən ibarət ola bilər, amma 
bu çoxluq tam (sistem) sayılmlr, buna görə də onu sosial  şəbəkə  kimi  nəzərdən keçirmək 
məqsədəuyğun  deyil.  Sosial  şəbəkədə  bir  qayda  olaraq  vahid  mərkəz,  sərt  şəkildə 
mərkəzləşdirilmiş  idarəetmə  strukturu  yoxdur.  Belə  şəbəkədə  ösünütəşkilatlandırma 
qüvvələri üstünlük təşkil edir. Şəbəkənin sərhədləri göstərilmir, hər bir element ancaq yaxın 
qonşuları haqqında məlumata malikdir. Şəbəkənin elementlərinin davranış qaydaları əsasən 
qeyri-formal xarakter daşıyır. 
Bir  çox  nəzəriyyəçilər  (R.Kollinz,  E.Hiddens,  M.Mann,  M.Qrannovetter)    müasir 
cəmiyyətin  fəaliyyətində  sosial  şəbəkələrin  getdikcə  artan  rolunu  qeyd  edirlər.  Şəbəkə 
iqtisadiyyatı yaranır - bu gün hətta rəqib firmalar bahalı-bahalı    elmi-tədqiqat işləri həyata 
keçirmək  üçün  şəbəkədə  birləşməyə  məcbur  qalırlar.  İnformasiya  texnologiyalarının 
inkişafı  M.Kastelsə  belə  bir  fikri  irəli  sürməyə  imkan  verir  ki,  şəbəkə  strukturları 
cəmiyyətinin yeni sosial quruluş kimi bərqərar olmuşdur, hansında ki, bu və digər şəbəkəyə 
aid olmaq mühüm hakimiyyət mənbəyi rolunu oynayır
11
.                      
Dəyişkən  mütəşəkkillik  səviyyəsinə  malik  olan  sosial  birliyə  bir  nümunə  kimi 
ictimai  hərəkatın  təkamülünü  təqdim  edək.  Birinci  mərhələdə  mövcud    quruluşdan  narazı 
olan  vətəndaşların   qeyri-mütəşəkkil qrupu meydana çıxır. Bu qrupu  individlərin çoxluğu 
kimi nəzərdən keçirmək məqsədə uyğundur. İkinci mərhələdə hərəkat kortəbii olaraq özünü 
təşkilatlandırır,  aktivistlər  qrupu    meydana  çıxır,  ideologiya  hazırlanır.  Bu  mərhələdə 
hərəkatı sosial  şəbəkə  kimi  tədqiq  etmək məqsədə  uyğundur. Üçüncü mərhələdə    hərəkat 
kütləvi xarakter alır. Mərkəzləşdirilmiş təşkilati struktur, qaydalar, nizam -intizam yaranır. 
Hərəkat institutlaşır, partiyaya çevrilir, yəni sosial sistem olur. 
Əgər  sosial  birlik  tamlığa  malikdirsə,  onda  biz  onu  sosial  sistem  kimi    öyrənə 
bilərik.  Sosioloji  nəzəriyyədə  ―sosial  sistem‖  anlayışından  daha  çoxplanlı,  çoxmənalı  və 
qeyri-müəyyən  bir  anlayış  tapmaq  çətindir.  Ədəbiyyatda  ona  aid  olan  onlarla  tərifə  rast 
gəlmək  olar,  müxtəlif  çalarların  və  traktovkaların  olması  isə  variasiyaların  sayını  xeyli 
artırır.  Alimlər  bu  fənn  sahəsini  dəfələrlə  qaydaya  salmaq  istəyiblər,amma  tipologiyaların 
heç biri ümumi şəkildə qəbul olunmadı
12
 
  Sosial  birliyi  bir  sistem  kimi    nəzərdən  keçirərkən  biz  tam  olan  və  tərtibedici 
elementləri  fərqləndiririk.  İndivid  və  ya  individlər  çoxluğu  sosial    sistemin    elementi  ola 
bilər.  Məsələn,  dünya  sisteminin  elementi  ölkədir,  bazarın  elementi  –  firmadır.  Bəzi 
nəzəriyyəçilər  hesab  edirlər  ki,  sistemdə  ən  azı  iki  element  ola  bilər.  Bu  kitabda  individ 
sosial sistemin tipik olmayan hadisə hasab olunur (individi  xarici mühitlə əlaqəsi olan tam 
kimi nəzərdən keçirmək olar). 
İki qarşılıqlı fəaliyyədə olan elementi  heç də həmişə sistem kimi nəzərdən keçirmək 
məqsədəuyğun  deyil.  Məsələn,  iki  rəqib  firma  sistem  hesab  olunmur,  amma  onları  bazar 
sisteminin elementi kimi tədqiq etmək olar. 
                                                 
11
Bax.:Kastelye M. Становление обшества сетевых  структур // Новая постиндустриалная волна на 
западе.М.,1999.с.494-505. 
12
Bax . Radayev. V.V., Şkaratan O.İ. Социальная стратификация.М.:Аспект Пресс.1996.; Reznik Y.M.  
Введение в социальную  теорию.М.,1999; Kultıqin V.P.Современные зарубежные     социологические 
тенденции.М., 2000. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə