Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

Məzmun  modellər  funsional  əlamətə  görə  təsviri,  izahedici  və  proqnozlaşdırıcı 
olaraq üç hissəyə bölünür. 
  Obyektin  istənilən  təsvirini  təsviri  model  adlandırmaq  olar.  İzahedici    modellərin 
vəzifəsi  nəyin  nəyə  görə  baş  verməsinə  cavab  verməkdir.  Proqnozlaşdırıcı  modellər 
obyektin  gələcək davranışını təsvir etməlidir,  yəni  tədqiq  olunan obyektə  bu və  digər təsir 
hansı  dəyişikliklərə  səbəb  olacaq  sualına  cavab  verməlidirlər.  Qeyd  edək  ki, 
proqnozlaşdırıcı  modellər  heç  də  izahedici  modelləri  özlərinə  qoşmaq  məcburiyyətində 
deyildirlər.  Bəzən  empirik  ümumiləşdirmələr  əsasında,  yəni  ancaq  təsviredici  modellərin 
məlumatları əsasında kifayətləndirici  proqnoz əldə etmək olur. 
Formul  edilməsində  verilmiş  olan  elmi  predmet  sahəsinin  nəzəri  konseptləri    və 
konstrukları istifadə olunan məzmun modeli konseptual model adlanır. Daha  geniş mənada 
konseptual  model  dedikdə  müəyyən  konsepsiyaya  və  ya    nöqteyi  –nəzərə  əsaslanan 
məzmun model başa düşülür. Konseptual modelin formul edilməsi çox vaxt obyektin ilkin 
təsvirindən  onun  formal  modelinə  doğru  aparan  yolda  mücərrədləşmənin  müəyyən 
səviyyəsinə çatmaqdan ibarətdir. 
Konseptual  modellər  ya  sırf  verbal  formada  olur,  ya  da  qarışıq,  verbal  -vizual 
şəkildə  ifadə  olunurlar.  Konseptual  modellərin  üç  əsas  növü  var:  məntiqi-  semantik, 
struktur-funksional və səbəb –nəticə. 
Struktur-funksional  modelin  tipik  nümunəsi  marketinq  sisteminin  konseptual 
modelidir  (bax:  §  2.3.,  şəkil  2.3).Yada  salaq  ki,  Çeklendin  metodologiyasında  hər  bir 
konseptual modelin arxasında problemli situasiyanın müəyyən cür davranışı durur, hansı ki, 
əsas tərifdə lakonik şəkildə ifadə olunur. 
3-cü  fəsildə  təsvir  olunmuş  koqnitiv  xəritələr  koqnitiv  modellər  kimi  nəzərdən 
keçirilə  bilərlər,  amma  vizuallaşandan  sonra  onlar  səbəb–nəticə  modelləri    sinfinin  tipik 
təmsilçisinə çevrilirlər. 
Məzmunlu  modelin  qurulması,  öyrənilməsi  və  təkmilləşməsi  prosesində  koqnitiv 
model  aramsız  olaraq  modifikasiya  olunur  və    mürəkkəbləşir.  Humanitar  elmlərdə 
modelləşmə  dövrü  adətən  bununla  da  sona  çatır,  amma  bəzi  hallarda  modeli  o  qədər 
formallaşdırmaq  olur  ki,  bu  zaman  obyektin  formal  modelinin  qurulması  və  öyrənilməsi 
mümkün olur. 
Sosial  elmlərdə  formal  modellər  sxemin  aşağı  hissəsində  layiqli,  amma  nisbətən 
kiçik bir yer tuturlar. Şəkil  4.1-də göründüyü kimi formal modellər öz növbəsində iki qrupa 
bölünür: riyazi və kompyuter. 
Sosioloqlar  tətbiqi  sosioloji  tədqiqatlar  keçirərkən  ölçmələr,  seçmələr,  toplanmış 
materialların  analizi  ilə  məşğul  olur  və  istəmədən  formal  riyazi  metodlara  və    modellərə 
dalırlar. Amma, təqdim etdiyimiz vəsaitdə bu məsələlər   nəzərdən keçirilmir, oxucuya bu 
barədə ixtisaslaşdırılmış dərsliklərə [16.18.19] müraciət etmək məsləhət görülür.    
Formal  modelin  yaradılması  tədqiq  olunan  sosial  hadisələrin  mahiyyətini  dərk 
etmək,  əsas  qarşılıqlı  əlaqələri  və  qanunauyğunluqları  aşkara  çıxarmaq    imkanını  verir. 
Analizin  formal vasitələrindən istifadə  etmək modelin davranışını öyrənməyə,  yeni, aşkar 
olmayan  nəticələr  əldə  etməyə  imkan  verir.  Hər  bir  halda  formal  modelləşdirilmənin 
nəticələri  məzmun  modelin,  ən  vacibi  isə  koqnitiv  modelin  dəqiqləşdirilməsində  istifadə 
olunur. 
Formal  və  məzmunlu  modellərin  fərqləndirilməsi  kifayət  qədər  ənənəvidir,  amma 
nəyə  görə  həmişə  koqnitiv  model  yada salınır? Məgər modelləşdirmə  prosesinin  müəyyən 
zehni fəaliyyətlə müşayət olunması kifayət qədər aydın deyildirmi? 
Koqnitiv  səviyyəni  nəzərə  almaq  zəruridir,  çünki  qızğın  konseptual  mübahisələr 
zamanı  və  yüksək  mücərrədləşdirmələrin  pərdəsi  arxasında  çox  vaxt    ən  vacib  olanı 
unudurlar  —  qərar  məhz  koqnitiv  model  əsasında  qəbul  olunur  (əlbəttə  ki,  qərarların 
qəbuluna həm də koqnitiv stil, fərdin maraqları və motivasiyaları da təsir göstərir). Amma 
sosial elmlərdə  koqnitiv faktorların aparıcı rolda olmasının şərti odur ki, koqnitiv modellər 


sosial  reallığın  ayrılmaz  hissəsidir,  bundan  başqa,  onlar  bir  çox  halda  reallığın  özünü 
formalaşdırır və qururlar (bax § 3.5). 
Modelin  elementləri.  Obyektin  verbal  təsvirinə  daxil  olan  bütün  müddəalar          və 
faktlar məntiqi semantik modelin elementləri hesab olunur. Belə modelin analizi   adı gedən 
elm sahəsində toplanmış bilikləri cəlb etməklə, məntiqi vasitələrlə  həyata keçirilir. 
Struktur-funksional  modelləri  quran  zaman  adətən  obyekt  tərkib  hissələrinə, 
komponentlərə, elementlərə, yarımsistemlərə bölünməsi nəzərdə tutulan tam bir sistem kimi 
nəzərdən  keçirilir.  Sistemin  hissələri  ayrı-ayrı  məsələlərin  həllinin    məntiqi  və  zaman 
ardıcıllığını,  tabeliliyini  təsvir  edən  struktur  münasibətlər  vasitəsilə  bir-biri  ilə  bağlanır. 
Struktur-funksional  əlaqələri  müxtəlif  növ  sxemlər,  xəritələr  və  diaqramlar  şəklində 
vizuallaşdırmaq  məqsədə  uyğundur.  Belə  sxemlərin  yardımı  ilə  tam  sistemə  münasibətdə 
ayrı-ayrı yarımsistemlərin işçi rolunu və vəzifəsini analiz etmək asandır. 
Səbəb-nəticə modelləri çox vaxt obyektin davranışının izahı və proqnozlaşdırılması 
üçün  istifadə  olunur.  Struktur-funksional  modellərdən  fərqli  olaraq  onlar  əsasən  tədqiq 
olunan proseslərin dinamikasının təsvirinə istiqamətləniblər, həm də ki, bu işdə zaman heç 
də həmişə aşkar şəkildə nəzərə alınmır. Məsələ ondadır ki, modelin elementlərini bir-birinə 
bağlayan  səbəb  –nəticə  münasibətləri  hadisə  və  proseslərin  inkişafını  zaman  daxilində 
nəzərdə  tutur.  Belə  modellərin  elementləri  tədqiq  olunan  obyektin  davranışını  təsvir  edən 
anlayışlar, kateqoriyalar, konseptlər, konstruktlargöstəricilər, indikatorlar və dəyişənlər ola 
bilərlər.  Məzmunlu  səbəb-nəticə  modellərinin  elementini  ―  faktor‖  (latınca  –  faktor  – 
istehsal  edən,  yaradan)  —  yəni  tədqiq  olunan  proses  və  hadisələrin  hərəkətverici  qüvvəsi, 
səbəbi -adlandırmaq daha yaxşıdır. 
   ―Faktor― termini  tədqiqatçının  yadına salır ki,  obyekt  hissələrə və  komponentlərə 
bölündükdən sonra aşağıdakı əməliyyatların olması zəruridir:  
-
 
əsas qarşılıqlı əlaqələrin üzə şıxarılması; 
-
 
bəzi  faktorların  dəyişməsinin  modelin  digər  komponentlərinə  təsirini                müəyyən 
etmək;      
-
 
yığılmış  mexanizmin  tam  halda  necə  işlədiyi  və  onun  tədqiqatçını    maraqlandıran 
parametrlərin dinamikasını adekvat olaraq təsvir edib-  etməyəcəyini anlamaq. 
  Hadisənin  səbəb  –nəticə  mexanizminin  öyrənilməsindən  danışan  zaman  çox  vaxt 
minimal miqdarda faktorları saxlayaraq artıq olan hər şeyi kənarlaşdırırlar,  halbuki onların 
qarşılıqlı təsiri öyrənilən obyektin quruluşunu anlamağa və davranışını proqnozlaşdırmağa  
imkan verir. 
Hadisənin  mexanizmindən  danışarkən  biz  diqqətimizi  işin  mahiyyətinə  yönəldərək 
nəzərdən keçirilən hadisənin  üst  qabığından özəyinə, ürəyinə  keçirik.‖Mexanizm‖  anlayışı 
çox vaxt yaxşı tanış olan və anlanılan bir şeyə (məsələn, mexaniki analoqlara – o cümlədən 
sadələrinə - çarx, yelləncək, ling, prujin və s.) müraciət edərək metafora kimi işlədirik. 
İstənilən  halda  mexanizm—öyrənilən  obyektin  modelidir,  buna  görə  də  akademik 
T.İ.Zaslavskaya  rus  cəmiyyətinin  transformasiyasının  sosial  mexanizmini  analiz  edərək 
hesab  edir  ki,  ‖bu  mexanizmin  öyrənilməsi  rus  cəmiyyətinin  transformasiyasının 
hərəkətverici    qüvvələrini,  qanunauyğunluqlarını,        mərhələlərini,  əldə  olunmuş  və 
mümkün olan nəticələrini daha dərindən və sistemli şəkildə izah etməyə imkan verə bilər‖ 
[4, səh.7]. 
Məsələnin  qoyuluşu.  Məzmun  modelin  formul  edilməsinin  son  mərhələsini 
məsələnin 
qoyuluşu
8
adlandırırlar.  Məsələni  qoyduqdan  sonra  modelin  tədqiqi, 
eksperimentlərin  keçirilməsi,  zəruri  informasiyanın  axtarışı  mərhələsinin  və  nəhayət, 
mümkün  alternativlərin,  həllərin  işlənib  hazırlanmasına  və  qəti  fəaliyyət    variantının 
seçiminə keçmək olar.  
                                                 
8
Nəzərdə  tutmaq  lazımdır  ki,  bəzən  məsələnin    qoyuluşunu  model  qurulması  işinin  başlanğıc  mərhələsi  
adlandırırlar, bu mərhələdə  tədqiqatın əsas mərhələsinin ilkin olaraq dəqiqləşdirilməsi və detallaşdırılması baş 
verir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə