Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

  3. Çox vaxt münaqişənin analizi üçün müharibə metaforası və onun atributlarından – 
düşmənin  mühasirəyə  alınması,  artilleriya  hazırlığı,  kəşfiyyat  və  diversiyaların  təşkili, 
cəbhəboyu müdafiə və s. istifadə olunur. 
  Müharibə metaforasına aid daha 3-4 faydalı atributu misal gətirin. 
  Məlumdur  ki,  bütün  müharibələr  gec-tez  sona  çatır.  Müharibə  metaforasının  hansı 
atributları konfliktli situasiyanın sülh yolu ilə həll edilməsinə yardım göstərə bilər? 
  4.  İşçi  qruplarının  formalaşdırılması  zamanı  ekspertlərin  koqnitiv  stillərini  nəzərə 
almaq lazımdırmı? 
  5. İnsanın koqnitiv stili illər keçdikcə dəyişilirmi? 
  6. K.Saydn (56)  əsərində şəkil 3.5-də təsvir olunmuş koqnitiv  xəritənin köməyi  ilə 
inkişaf edən tipik ölkənin iqtisadi inkişafının dinamikası və hakimiyyət uğrunda hökümətin 
və  dissidentlərin  mübarizəsi  ilə  bağlı  siyasi  qeyri-sabitlik  tədqiq  olunur.  Qövslərdə  olan 
nişanların  əsaslı  olduğunu  müstəqil  olaraq  yoxlamağa,  müsbət  və  mənfi  əks-əlaqələrin 
konturlarını aşkara çıxarmağa cəhd edin. 
  Şəkil 3.5. İnkişaf edən ölkənin sosial-siyasi sisteminin koqnitiv xaritəsi: 
1- dissidentlərin təsiri; 2 – təhlükə dərəcəsi; 3 – idarəetmənin mərkəzləşdirilməsi; 4 – 
müdafiə üçün ayrılmış resurslar; 5 - məhrumiyyətlərin səviyyəsi; 6 – vətəndaş azadlıqları; 7 
– islahatların xeyrinə edilən təzyiqlər; 8 – resursların istifadəsinin tempi; 9 - əhalinin həyat 
səviyyəsi; 10 – iqtisadi aktivlik üçün resurslar; 11 – iqtisadi inkişafın tempi; 12 – ümumi 
resurslar. 
  7.  Riyaziyyatın  koqnitiv  xəritə  şəklində  öyrənilməsinə  öz  münasibətinizi 
vizuallaşdırmağa  cəhd  edin.  Alınmış  koqnitiv  xəritəni  analizdən  keçirin.  Tədrisin 
keyfiyyətini artırmaq üçün zəruri olaraq nə etmək lazımdır? 
  8. Növbəti seçkilərə münasibər məsələsi ilə əlaqədar olaraq qonşu qrupda tələbələr 
arasında sorğu keçirin. Anketdə cəmi üç sual olacaq: 
  a) sizin seçkilərə olan münasibətinizə hansı əsas faktorlar təsir göstərir? 
  b) faktorlar arasında hansı səbəb – nəticə əlaqələri daha çox mühümdür? 
  c) səbəb – nəticə əlaqələrinin nişanları hansılardır? 
  Toplanmış  məlumatlar  əsasında  hər  bir  sorğulanan  üçün  koqnitiv  xəritə  yaradın. 
Xəritələrin hansı fraqmentlərinə daha çox rast gəlinir? Koqnitiv xəritələrdə müsbət və mənfi 
əks-əlaqə çikllərinə nə qədər tez-tez rast gəlmək olur? 
  9.  Fokus  –  qrupların  keçirilməsi  zamanı  koqnitiv  xəritələrdən  hansı  informasiyanı 
əldə etmək olar? 
  10.  Koqnitiv  xəritələri  kommunikasiya  vasitəsi  kimi  nəzərdən  keçirək.  Hansı 
situasiyalarda onları istifadə etmək məqsədəuyğundur? 
 
Ədəbiyyat 
1. Будон Р. Место беспорядка. Критика теорий социального изменения. М.: Аспект 
пресс. 1998. 
2.  Бургин  М.С.,  Кузнецов  В.И. Введение  в  современную  точную  методологию 
науки. М.: Аспект Пресс, 1994. 
3. Вартофский М. Модели. Репрезентация и научное понимание. М., 1988. 
4. Заславская Т.И. Социальный механизм трансформации российского общества // 
Социологический журнал. 1995. № 3. С. 5-21. 
5. Зенкин А.А. Когнитивная компьютерная графика. М.: Наука, 1991. 
6.  Келле  В.В. Переосмысление  системной  методологии:  версия  П.  Чекленда  // 
Системные исследования 1995-1996. М., 1996. С. 376-389. 
7. Ларичев О.И. Теория и методы принятия решений. М.: Логос, 2000. 
8.  Моисеев  Н.Н. Математика  в  социальных  науках  //  Математические  методы  в 
социологическом исследовании. М., 1981. 
9. Мышкис А.Д. Элементы теории математических моделей. М.: Наука, 1994. 


10. Мэнкью Н.Г. Макроэкономика. М.: МГУ, 1994. 
11. Острейковский В.А. Теория систем. М.: Высшая школа, 1997. 
12. Плотинский Ю.М. Визуализация информации. М., 1994. 
13.  Плотинский  Ю.М. Модели  социальных  систем  и  современность  // Вестник 
МГУ. Сер. 18. № 4. 2000. С. 96-107. 
14. Смелзер Н. Социология. М.: Феникс, 1994. 
15. Современная философия науки. М.: Логос, 1996. 
16. Татарова Г.Г. Методология анализа данных в социологии. М., 1998. 
17. Тернер Дж. Аналитическое теоретизирование // THESIS. 1994. Т. 2. №4. С. 119-
157. 
18. Тихомиров Н.П. и др. Моделирование социальных процессов. М., 1993. 
19. Толстова Ю.Н. Измерение в социологии. М.: Инфра-М, 1998. 
20. Хайман Д.Н. Современная микроэкономика. М.: Финансы и статистка, 1992. 
21. Шэннон Р. Имитационное моделирование систем - искусство и наука. М.: Мир, 
1978. 
22. Ядов  В.А. Социологическое  исследование:  методология,  программа,  методы. 
Самара: Изд-воСамарскогоун-та, 1995. 
23. Collier F.E. Continuous Systems Modeling. N.Y.: Springer, 1991. 
24. Dey I. Qualitative Data Analysis. L.: Routledge, 1993. 
25. Games B. General Systems Research: Quo Vadis// General Systems Yearbook. 1979. 
Vol. 24. P. 1-9. 
26. Giddens A. Social Theory and Modern Sociology. Cambridge: Policy Press, 1987. 
 27.  Maruyama  M. Interwoven  and  Interactive  Heterogeneity  in  21st  Century  // 
Technological forecasting and social change. 1994. Vol. 45. №1. P. 93-102. 
28. Miles M.B., Huberman A.M. Qualitative Data Analysis. L.: Sage, 1994. 
29.  Samuelson  P. Foundations  of  Economic  Analysis.  Cambridge:  Camb.  Univ.  Press, 
1948. 
30. Tafte E.R. The Envision Information. N.Y., 1991. 
31. Tafte E.R. The Visual Display of Quantitative Information. N.Y., 1983. 
32. Zeigler B.P. Theory of Modeling and Simulation. N.Y.: Willey. 1976. 
 
Fəsil 4. Sosiologiyada modelləşdirmənin rolu 
 
4.1.Nəzəriyyələr və modellər 
 
Müasir elmi ədəbiyyatda ―model‖ və ―nəzəriyyə‖ anlayışları birmənalı şəkildə şərh 
edilmir, onların arasındakı sərhəd qeyri –müəyyəndir. Hal-hazırda elmi metodologiyada bu 
anlayışların aşağıdakı şərhi qəbul olunmuşdur: 
Model – bu ilk növbədə modelləşdirmə prosesinin və ya hadisənin idarə edilməsinə 
istiqamətlənmiş  konsepsual  alətdir.  Bu  zaman  gələcəyi  qabaqcadan  xəbər  vermə, 
proqnozlaşdırma  funksiyası idarəetmə məqsədlərinə xidmət edir. 
Nəzəriyyə - bu modelə nisbətən daha abstrakt  konseptual vasitədir, hansının ki, əsas 
məqsədi verilmiş prosesləri, hadisələri izah erməkdən ibarətdir. Gələcəyi qabaqcadan xəbər 
vermə funksiyası nəzəriyyədə hadisələri izah etmə məqsədlərinə  istiqamətlənmişdir. 
K. Tempelin fikrinə görə nəzəriyyə modellərdən ibarətdir, hansıların ki, elementləri 
və münasibətləri adətən uyğunlaşma qaydaları adlandırılan şey vasitəsilə aləm ilə bağlıdır. 
Modellər üç tip uyğunluğu özündə  ehtiva etməlidir: 
-
 
sosial  aləmi  təşkil  etmək  üsulu  ilə  modelin  bu  dünyanı  təsvir  etdiyi  üsul  arasındakı 
uyğunluğu
-
 
modelləşdirmə  prosesində  istifadə  olunan  aparat  ilə  modelləşdirilən  nəzəriyyənin  
konseptual aparatı arasında olan uyğunluğu; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə