Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

-
 
nəzəriyyə ilə sosial aləm arasındakı uyğunluğu. 
Elmi nəzəriyyəyə bir hipotetik  – deduktiv sistem kimi  standart  yanaşmanı Prinston 
universitetinin professoru, elmi nəzəriyyəni düşüncə strukturlarının bir ailəsi kimi şərh edən 
strukturalist, model konsepsiyasının  tərəfdarı olan B. van Franssenin konstruktiv empirizmi 
ilə  tamamlamaq  daha  məqsədə  uyğundur.  O,  hesab  edir  ki,  ―strukturalist  yanaşma  zamanı 
nəzəriyyə müşahidə edilən hadisələrin bir növ ―şertyoj‖ ierarxiyası və ya ―coğrafi xəritəsi‖ 
kimi bir şey olması aşkar olur, həm də  ki, birinci səviyyənin ―çertyojları‖ və  ―xəritələri‖ 
bu hadisələri bilavasitə təkrarlayırlar. 
O,  yazır:  ―Mən,  elmi  fəaliyyətin  hadisələrə  adekvat  olmalı  olan  modellərin 
qurulmasından ibarət olmasını göstərən mövqeyimi bildirmək üçün ―konstruktiv‖ sifətindən 
istifadə  edirəm‖  [15,  səh.345].  Onun  fikrinə  görə,  nəzəriyyələr  və  xüsusən  də  modellər 
yararlı olmaq üçün heç də həqiqi olmağa məcbur deyildirlər.   
Modelləşdirmə  artıq  çoxdan  təfəkkürün  iqtisadi  obrazının  ayrılmaz  elementinə 
çevrilmişdir. İqtisadçılar modelləri müxtəlif iqtisadi indikatorlar arasında qarşılıqlı əlaqələri 
öyrənməyə  imkan  verən  sadələşdirilmiş  nəzəriyyə  kimi  nəzərdən  keçirirlər  [10].  ―İqtisadi 
model adətən izah etmək istədiyi dəyişənlərə təsir edən çox az sayda faktorları nəzərə alır; 
o,  insanların  davranışı  və  insanların  aralarında  seçim  etməyə  məcbur  qaldığı 
məhdudiyyətlər  haqqında  müəyyən  ehtimallar  edərək  bu  dəyişənləri  bir-biri  ilə 
əlaqələndirir.  İqtisadi  model  mürəkkəb    bir  mexanizmin  sxematik  şəklinə  bənzəyir, 
hansında  ki,  müəyyən  düymələr  basıldığı  və  linğin  dartıldığı  zaman  nəyin  baş  verəcəyini 
göstərməyə çalışırlar‖ [20, səh.12]. 
Sosioloji  tədqiqatların  ümumi  şəkildə  qəbul  olunmuş  metodologiyasında 
modelləşdirmə  hansı  rol  oynayır?  V.A.Yadovun  [22]  dərs  vəsaitində  göstərildiyi  kimi, 
sosioloji  tədqiqatın  nəzəri-tətbiqi  proqramı  aşağıdakı  metodoloji  elementləri  əhatə 
etməlidir: 
1)
 
 problemin formul edilməsi, tədqiqat obyektinin və predmetinin müəyyən edilməsi
2)
 
Tədqiqat məqsədinin və məsələlərinin qoyuluşunun müəyyən edilməsi
3)
 
 Əsas anlayışların dəqiqləşdirilməsi və  interpretasiyası; 
4)
 
Tədqiqat obyektinin ilkin sistem analizi
5)
 
İşçi  fərziyyələrin  inkişaf etdirilməsi. 
Proqramın  dördüncü  mərhələsi  ―predmetin  obrazını  aşkara  çıxartmalı,  onu    aydın 
izahlı  (eksplikasiya  olunmuş),  daha  dəqiq  və  müəyyən  etməlidir.  Predmeti  bir  növ  sistem 
analizdən  keçirmək  lazımdır‖,  hansı  ki,  bu  halda  obyektə  hərtərəfli  yanaşmanın  sinonimi 
kimi  başa  düşülür  [22,  səh.56].  ‖Tədqiqat  predmetinin  ilkin  sistem  analizi  -  bu,  əslində 
tədqiqat probleminin modelləşdirilməsidir‖[22, səh.59]. 
Nəticədə  tədqiqat  obyekti  ―keyfiyyətcə  müxtəlif  elementlərə  ayrılmış,  müəyyən 
hipotetik  sistemdə  vahid  şəkildə  birləşdirilmiş  kimi  təqdim  oluna  bilər‖.  İlkin  analizin 
nəticəsi qrafik sxem şəklində  təqdim oluna bilər. 
Beləliklə, bu fəslin terminlərində sosioloji tədqiqatın hamı tərəfindən qəbul olunmuş 
proqramının  dördüncü  mərhələsi  olan  modelin  qurulması  prosesi-―modelləşdirmə‖  
adlandırıla bilər.  
Müasir sosioloji nəzəriyyədə getdikcə genişlənən böhranı nəzərə alaraq  demək olar 
ki, məhz model yanaşması nəzəri və tətbiqi sosioloji tədqiqatları birləşdirə bilər. Ayrı-ayrı 
dəyişənlərin  fraqmentar  analizinin  əvəzinə  onların  qarşılıqlı  əlaqəsinin,  yəni  modelin 
nəzərdən  keçirilməsi  -  yanaşmanın  tamlığını  təmin  edə  bilər,  belə  ki,  model  şərtsiz  olaraq 
müəyyən tamlıq dərəcəsinə malikdir və o, bu mənada sistemdir. 
 
4.2. Modellərin tipologiyası və onların qarşılıqlı əlaqəsinin sxemi 
 
Modellərin  təsnifatı  üçün  bir  əsas  olaraq  çox  vaxt  onların  formul  edildiyi  dil  növü  
götürülür: 


-
 
məzmunlu model təbii dildə formul edilir
-
 
formal  model  bir  və  ya  bir  neçə  formal  dildə  (məsələn,  riyazi  nəzəriyyə  və  ya 
proqramlaşdırma dillərində) ifadə olunur. 
Təbiət elmləri sahəsində çox vaxt ancaq riyazi modelləşdirməni qəbul edirlər, ancaq  
humanitar  sahədə  daha  çox  məzmunlu  modellərdən  istifadə  olunur—bizim  bu  tədris 
vəsaitimizin əsas hissəsi məhz onlara həsr olunmuşdur. Müxtəlif tiplərdən olan modellərin 
qarşılıqlı münasibətini əsaslandırmaq üçün şəkil 4.1 nəzərdən keçirək. 
Hər bir model sonucda reallığın fraqmenti olan obyektin modelidir (verilmiş sxemdə 
yuxarı səviyyə). Obyekti müşahidə edən individ* fikrində onun müəyyən bir xəyali obrazını  
yaradır  -  biz  onu    koqnitiv  model  adlandıracayıq.  Hazırki  halda  koqnitoloqlar  koqnitiv 
model dedikdə obyekt  ilə  qarşılıqlı təsir modelini  nəzərdə  tutaraq həm  də ―mental― model 
terminindən istifadə edirlər. Bir sıra elmi işlərdə ―mental model‖ termini individə aid edilir, 
‖koqnitiv model‖ termini isə koqnitiv sistemlərin digər modellərinin təsviri zamanı istifadə 
olunur. ‖Koqnitiv‖ və ―mental‖ model terminləri hələlik sabit traktovkaya malik deyildirlər, 
bu da koqnitologiyanın həddindən çox gur inkişaf templəri və fənnlərarası xarakteri ilə  
izah olunur. 
Şəkil 
 
4.1. 
Model tipləri 
Ümumi 
halda 
individin  yerində  hər 
hansı 
bir 
koqnitiv 
sistemin adı çəkilə bilər. 
Obyektin 
koqnitiv 
modelini 
formalaşdırarkən 
individ bir qayda olaraq 
müəyyən, 
konkret 
suallara  cavab  verməyə 
çalışır,  buna  görə  də 
obyektin  daha  kompakt 
və 
lakonik 
təsvirini 
almaq məqsədilə sonsuz 
olan 
mürəkkəb 
reallıqdan 
 
lazım 
olmayan hər şeyi siyirib 
atır.  Obyektin  koqnitiv  modeli  fərdin  ―dünya  mənzərəsinin‖  —  onun  davranışının, 
istiqamətlənmələrinin, dəyərlərinin, maraqlarının xüsusiyyətləri əsasında formalaşır. § 3.2-
də verilmiş koqnitiv xəritələr koqnitiv modellərə nümunə ola bilərlər. 
Modelləşdirmənin  növbəti  mərhələsi  –  məzmun  modelin  qurulmasıdır.  Bu  zaman 
iddia etmək olmaz ki, bu model koqnitiv modelin sadəcə olaraq  verballaşmış kopiyasıdır. 
Məsələ ondadır ki, koqnitiv modeldə  elə elementlər  ola bilər ki, fərd onları formul etməyi 
bacarmasın  və  ya  bunu  etmək  istəməsin.  Bundan  başqa,  əks  situasiyanın  da  ola  bilməsi 
mümkündür. Əgər məzmunlu model bir başqası tərəfindən formul edilibsə və ya kollektiv 
yaradıcılıq  məhsuludursa,  onda  modelin  ayrı-ayrı  elementlərinə  münasibətdə  onun 
interpretasiyası, anlanma səviyyəsi əhəmiyyətli dərəcədə  müxtəlif variasiyalarda ola bilər. 
Məzmun  modelin  qurulması  obyektin  davranışı  haqqında  yeni  informasiya    əldə 
etməyə, digər analiz üsulları vasitəsilə aşkara çıxarılması mümkün olmayan qarşılıqlı əlaqə 
və  qanunauyğunluqları  aşkara  çıxarmağa  imkan  verir.  3-cü  fəsildə  verilmiş  koqnitiv 
xəritələr  əks  əlaqə  konturlarının  fəaliyyətini  qiymətləndirməyə  və  obyektə  müxtəlif 
təsirlərin nəticələrini proqnozlaşdırmağa imkan verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə