Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

Sistemlərin tədqiqi zamanı məsələlərin qoyuluşunun əsas mərhələləri            § 1.2 –
də nəzərdən keçirilmişdir, burada onu da qeyd etmək lazımdır ki, məsələlərin qoyuluşundan 
sonra fəaliyyətin iki variantı mümkündür  –  modelin məzmun  səviyyəsində öyrənilməsi  və 
ya obyektin təsvirinin sonrakı formalaşdirlması və tədqiqatın formal metodlarına keçid. 
  Məsələlərin  qoyuluşunun  ən  vacib  hissəsi  tədqiq  olunan  obyektin    yönəlməli 
olduğu məqsədlərin formul edilməsi, eləcə də model və məhdudiyyətlərin əsas faktorlarının 
müəyyən  edilməsidir.  Məhdudiyyətləri  müəyyən  etmək  –  obyektin    yolverilən  və  
yolverilməz  vəziyyətlərinin  mümkün  hərəkətlərinin  siyahısını  müəyyən  etmək  deməkdir. 
Məhdudiyyətlər düşünülmüş məqsədlərə nail olmağa mane ola bilərlər. 
Nəzərdə  tutmaq  lazımdır  ki,  fəaliyyətdə  olan  obyektin  bir  neçə  məqsədi  və  ya 
meyarı ola bilər. Bir qayda olaraq məsələnin qoyuluşu prosesində əsas olan bir meyarı seçib 
ayırmağa çalışırlar, amma, əslində təcrübədə buna heç də həmişə nail olmaq olmur. Qeyd 
edək ki, bir neçə meyarın olması qərarın seçilməsi işini çətinləşdirir [7]. 
Əgər  meyar  və  məhdudiyyət  anlayışlarını  formal  analizdən  keçirsək,  onda  məlum 
olar ki, bir çox halda meyarları məhdudiyyətlərə çevirmək olar. Həqiqətən də, əgər obyektin 
funksiya etməsinin məqsədi hər hansı bir G göstəricisinin ən böyük (maksimal) qiymətinə 
çatmaqdırsa,  onda  təcrübədə  F  plankasını  -  hansını  ki  bu  göstərici  aşıb  keçməlidir  — 
müəyyən  edib  qoymaq  kifayətdir.  Bu  şəkildə  G  göstəricisinin  maksimallaşdırılması 
meyarından G > F  təmin edən həllin axtarışına keçmək mümkün olur. 
R.Akoffun  həll  etdiyi  məsələlərə  qayıdaq  (bax  səh.49).  Birinci  məsələni  yenidən 
nəzərdən  keçirək,  hansında  ki,  istehsalatın  əsas  problemi  tələbatda  baş  verən  kəskin 
tərəddüdlər və bunun səbəbindən yaranan kadr axıcılığı olmuşdur.   Problemi bir fəaliyyət 
meyarının  (maksimal  gəlir  əldə  etmək)  digər  meyarla  (avadanlığın  işlə  müntəzəm 
yüklənməsi) əvəz edilməsi sayəsində həll etmək mümkün olmuşdu. Elə görünür ki, ortada 
mürəkkəb  olan  bir  şey  yoxdur.  Ancaq  onu  nəzərə  almaq  lazımdır  ki,  gəlirin 
maksimallaşdırılmasından  imtina  etmək  heç  bir  normal  amerikalının  ağlına  heç  vaxt  gələ 
bilməz. 
Avtobus korporasiyasında  yaranmış konflikt haqqında misal  daha ibrətamizdir. Bu 
halda  problemi  daşınmalar  prosesi  təşkilinin  yeni  sxemi  həll  etmişdir,  yeni    sxemə  görə 
konduktorlar pik saatlarında avtobuslarda deyil, dayanacaqlarda işləyirdilər. 
Bu misalda biz daşınma prosesinin  gedişi ilə bağlı məhdudiyyətlərin vacib  şəkildə 
yenidən  gözdən  keçirilməsi  ilə  üzləşirik.  Mümkün  iş  variantlarının  sahəsi  kökündən 
dəyişdirilməlidir.  Burada  tədqiq  olunan  sosial  proseslərin  bir  xüsusiyyətini  qeyd  etmək 
zəruridir  –  meyar  və  məhdudiyyətlərin  dəyişdirilməsi  bütün  maraqlı  tərəflərin  razılığını 
tələb edir. Yəqin ki, tələb olunan razılıq uzun müzakirələr, diskussiyalar nəticəsində ərsəyə 
gəlmişdir, bu prosesdə iştirakçıların  məqsədlər və mümkün sərhədlər haqqında təsəvvürləri 
kökündən  dəyişmişdir.  Beləliklə,  modelləşdirmə  prosesi  kollektiv,  dialoq  xarakteri 
daşımışdır ki, bu da ―yumşaq‖ sistem metodologiyasının ən vacib prinsiplərindən biri hesab 
olunur (bax: fəsil 2). 
E.Qiddens  sosioloji  tədqiqatların  nəticə  etibarı  ilə  səmərəliliyinin  artması  üçün  bu 
prinsipin  aktuallığını  qeyd  edərək  sosioloqlar,  sifarişçilər  və  problemli  situasiyanın  digər 
iştirakçıları 
arasında 
kommunikasiya 
prosesini 
təmin edən dialoq modelindən 
istifadənin  zəruri  olduğunu 
deyir  [26,  səh.47].Kollektiv  
modelləşdirmə  prosesini  şərti 
olaraq  şəkil  4.2-də  verilmiş 
sxem  şəklində  təsvir  etmək 
olar. 
 


Şəkil 4.2. Kollektiv modelləşdirmə sxemi 
Görəsən  elə  qaydalar  komplekti  varmı  ki,  onlara  riayət    etmək  yaxşı  modelin 
qurulmasına  zəmanət  vermiş  olsun?  Bu  cür  suala  cavab  verərkən  məşhur  amerikan  alimi 
R.Şennon qeyd edir ki, ―modellərin işlənib hazırlanması üçün istənilən qaydalar kompleksi 
ən  yaxşı  halda  məhdud  faydalılığa  malikdir  və  gələcək  modelin  karkası  qismində  və  ya 
onun  qurulmasının  başlanğıc  nöqtəsi  qismində    təxmini  olaraq  xidmət  edə  bilər‖  [21, 
səh.33].‖Modelləşdirmə  sənətinə  dərin  biliklər  ilə  yanaşı  orijinal  təfəkkür,  ixtiraçılıq 
qabiliyyəti və fərasətə malik adamlar sahib ola bilərlər... 
Sistemin  davranışını  təsvir  edən  dəyişənlərin,  parametrlərin,  münasibətlərin,  eləcə 
də modelin effektliliyinin meyarlarının seçimi üçün sehirli  formullar yoxdur― [21, səh.35]. 
Reallığın hansı aspektlərinin modeldə əks olunmasının vacib olması haqqında dəqiq 
tövsiyyələr  hələlik  məlum  deyil,  bu  da  ki,  bir  o  qədər  də    əhəmiyyətli  deyil  [9].  Yaxşı 
məzmun   modelin  qurulması  üçün təcrübə, intuisiya tələb olunur, hansının  ki,   inkişafına 
bu kitabda sosial proseslərin müvəffəqiyyətli  modelləşdirilməsinə aid verilmiş nümunələri 
öyrənmək yardım göstərə bilər.      
Obyektin formal modelinin öyrənilməsi məzmun modelinin işlənib hazırlanmasında 
əhəmiyyətli  dərəcədə  yardımçı  ola  bilər.  Obyektin    formal  model  prizmasından  baxaraq 
nəzərdən  keçirilməsi  formullaşdırmanı  dəqiqləşdirməyə,  əskik  olan  elementləri  aşkara 
çıxartmağa,  artıq  olan  hər  şeyi  kənarlaşdırmağa    yardım  edir.  Amma,  modelin  qurulması 
modelləşdirmə  prosesinin  ancaq  birinci    hissəsidir,  ikinci  –  modelin  öyrənilməsi 
(əməliyyatlar,  eksperimentlərin  həyata  keçirilməsi  )  hissəsi    də  heç  az  əhəmiyyət  kəsb 
etmir. 
 
4.3.Vizuallaşdırma və modelləşdirmənin keyfiyyət metodları 
 
Rəqəmli  informasiyanın  kəmiyyət  metodlarından  fərqli  olaraq  keyfiyyət  metodları 
söz  formasında  verilmiş  informasiyanın  analizi  üçün  nəzərdə  tutulmuşdur.  Məzmun 
modelində  informasiya  bir  qayda  olaraq  mətn  şəklində  verildiyi  üçün  məhz  kəmiyyət 
metodları  sosial  proseslərin  modelləşdirilməsinin      bütün      mərhələlərində  əhəmiyyətli 
yardım göstərə bilər. 
İnsan zəif strukturlaşdırılmış, qeyri-formal sosial problemləri həll edərkən keyfiyyət 
mülahizələrindən istifadə etməyə sadəcə olaraq məcburdur. Amma, keyfiyyət təfəkkürünün 
də köməkçi vasitələrə istinad etməyə ehtiyacı var, hansılar ki, mürəkkəb konseptual analizi 
asanlaşdırır,  fəaliyyətin  mümkün  olan  sərhədlərini  aşkara  çıxarmağa  imkan  verir  və  ən 
başlıcası  olaraq,  problemin  həlli  axtarışının  perspektivli  istiqamətlərini  tapmağa  kömək 
edirlər. 
  Problemli situasiyanı başımızda götür-qoy edərkən ancaq öz intellektimizin gücünə 
arxalanmağımızı  düzgün  hesab  etmək  olmaz.  Psixoloqlar  iddia  edirlər  ki,  insanın 
qısamüddətli  yaddaşı eyni zamanda nə az, nə çox - 7±2 faktordan  istifadə etməyə imkan 
verir.  Əgər  bu  faktorların  qiyməti  qarşılıqlı  əlaqəli  olaraq  dəyişirsə,  onda    onların 
dinamikasını  izləmək  daha  çətindir.  Bu  situasiyada  yeganə  çıxış  yolu    təsəvvürlərin 
vizuallaşdırılması və sonra onların keyfiyyət səviyyəsində analizinin keçirilməsidir. 
XX əsrin ikinci yarısında informasiyanın ənənəvi təqdimat formalarına və analizinə 
elmi-texniki tərəqqi getdikcə daha çox təsir göstərir. Yeni informasiya texnologiyaları adət 
etdiyimiz  koqnitiv  vərdişləri  tədricən,  amma  getdikcə  daha  açiq  şəkildə  dəyişdirir.  Bəzi 
sahələrdə  koqnitiv  deqradasiya  gözə  dəyir.  Belə  ki,  karkulyatorların  geniş  yayılması 
uşaqlarda  şifahi  hesab  vərdişlərinin  zəif  olmasına  səbəb  olmuşdur.  İnsanın  yaxşı  yaddaşa 
tələbatı  getdikcə  azalır,  kompyuter  məlumat  bazalarından  istifadə  etmək  bacarığı  tezliklə 
yaddaşı  əvəz  edəcəkdir.  Amma  vizuallaşma  sferasında  insanın  mətn  və  qrafik 
informasiyanın  işlənməsi  və  saxlanması  sahəsində  informasiya  texnologiyalarının 
tərəqqisinə əsaslanan koqnitiv qabilyyətlərinin inkişafının qeyri-məhdud imkanları vardır.       


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə