Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

Analoji  olaraq  iki  müharibə  edən  dövlət  də  sistem  ola  bilməz,  amma  onlar  dünya 
sisteminin  elementi  kimi  nəzərdən  keçirilə  bilərlər.  Böyük  sosial  sistemlər    milyonlarla 
insanlardan  ibarətdir,  hansılar  ki,  milyardlarla  qarşlılıqlı  fəaliyyətdə  iştirak  edə  bilərlər. 
Aydındır ki, tədqiqatçı bu qədər geniş aqlomeratın nizamlı təsvir üçün konseptual vasitələrə 
malik  olmalıdır.  Bu  məqsədlə    sosial  sistemlərin  klassik  nəzəriyyələrində  struktur 
anlayışından istifadə olunur. Struktur anlayışının istifadəsi aşağıdakıları nəzərdə tutur: 
-
 
sistemin elementlər çoxluğunu  xırdalayıb çoxluqaltı çoxluqlara (sistemaltı sistemlərə)  
ayırmaq; 
-
 
sistemin  fəaliyyətini  xarakterizə  edən  çoxluqaltı    çoxluqların  ən  əhəmiyyətli  və  sabit 
əlaqələrini seçib göstərmək. 
  Klassik  struktur-funksional  analizində    hər  bir  sistemaltı  üçün  onun  məqsəd  və 
funksiyalarını  müıyyən etmək,onları sistemin bütövlükdə məqsəd və funksiyalarına uyğun 
olaraq  qiymətləndirmək  nəzərdə  tutilmuşdur.  Biz  struktur  haqqında  danışanda  çox  vaxt 
sistemin davranışını çox şeydə izah edən, nə isə stabil və dayanıqlı bir şey (skelet, bünövrə) 
nəzərdə  tuturuq.  Belə  traktovka  üçün  parlaq  misal  kimi  müəssisənin  idarə  olumasının 
təşkilati strukturunu göstərə bilərik. 
   Sosial  sistemlərin  klassik  modelləri  kifayət  qədər  stabil  ətraf  mühitdə  adət  halını 
almış,  rutin  sosial  qarşılıqlı  təsirlərin  təsviri  və  analizi  zamanı  faydalı  ola  bilərlər.  Belə 
sistemlərdə individlərin hərəkətləri bir növ avtomatik, qeyri-ixtiyari olaraq həyata keçirilir, 
çünki onlar dəqiq təlimatlar ilə müəyyən olunublar.  
Müasir şəraitdə sosial sistemlərin elementləri və sistemaltıları kifayət qədər yüksək 
müstəqillik  səviyyəsinə  malikdirlər.  Buna  görə  də  belə  sistemlərin  təsviri  və  analizi  öz 
diqqətlərini  birinci  növbədə  tədqiq  olunan  qarşılıqlı  təsirlərin  tabe  olduğu  qaydalar 
məcmusunun  öyrənilməsinə  yönəltməlidirlər.  Sosial  sistemin  bir  qaydalar  sistemi  kimi 
nəzərdən  keçirilməsi  ayrı-ayrı  elementlərin  davranış  xüsusiyyətlərindən  fikrən  ayırmaqla 
analizi əhəmiyyətli dərəcədə sadələşdirir
13
. Belə yanaşma zamanı insanlar sistemin elementi 
olmurlar--  onlar  ətraf  mühitin    bir  hissəsi  olurlar.  Sosial  sistemlərin  belə  modellərdən 
istifadə  etməyin  məqsədəuyğunluğunu  və  effektivliyni  Nortun,  Hyubnerin  və  başqa 
alimlərin  tədqiqatları təsdiq edir. 
   Həqiqətən  də,  formal  nöqteyi—nəzərdən  insanların  ətraf  mühitə  aid  edilməsinə 
heç  bir  şey  mane  olmur.Bir  çox  simvolik  sistemlər  üçün  bu  əməliyyat  sözsüz  ki.çox 
faydalıdır.Belə  ki,dili  sistem  kimi  nəzərdən  keçirərkən  tədqiqatçı  bir  çox  məsələrin  həlli 
üçün bu dilin daşıyıcılarından fikrən ayrıla bilər. 
Sadalanmış sosial sistem modelləri öz diqqətlərini  individlərin şüurlu davranışına, 
qərarların  qəbulu  proseslərinə,  strategiyaların  seçiminə  praktiki  olaraq  yönəltmirlər.  Qeyd 
olunmuş  proseslərin  tədqiqi  üçün  koqnitiv  yanaşmadan  istifadə  etmək  zəruridir.  Sürətli 
dəyişikliklər,  innovasiyaların    tətbiqi  dövründə  sosial  sistemi  dəyişiklikləri  müəyyən  edə 
bilən  və  düşünülmüş  qərarları  qəbul  edən  bir  koqnitiv  sistem  kimi  nəzərdən  keçirmək 
məqsədəuyğundur. Aydındır ki, individ koqnitiv sistemdir. Amma firmanı, siyasi partiyanı, 
dövləti  koqnitiv  sistem  kimi  nəzərdən  keçirməyin  mənası  varmı?  Sosial  birlik  ―düşünə― 
bilirmi? 
Bəlli  sosial  sistemin  davranışını  uzun müddət  ərzində  tədqiq  edən müşahidəçi  ―dünya 
mənzərələrini―  təsvir  edən  modelləri  hətta  öyrənilən  sosial  birlikdə  qərarların  qəbulunun 
real prosesləri haqqında səhih məlumatlara malik olmadan belə qurmağa  haqqı var. 
Beləliklə,  tədqiqat  məqsədlərindən  asılı  olaraq  sosial  sistemlər  müxtəlif  koqnitiv 
―linzaların‖  köməyi  ilə  tədqiq  oluna  bilər.  Sosial    birlik    bir  sosial  sistem  kimi;  qaydalar 
sistemi  kimi;  koqnitiv  sistem  kimi  nəzərdən  keçirilə  bilər.  Sosioloqlar  nəzəri  və  tətbiqi 
                                                 
13
Ədəbiyyatda bəzən ― qaydalar sistemi― termini əvəzində  ― mədəniyyət sistemi― termini  elə həmin mənada 
işlənir. Qeyd edək ki,çoxmənalı və yayğın ― mədəniyyət‖ anlayışından bu kontekstdə istifadə yanlışlığa səbəb 
ola bilər.
 


tədqiqatlarında  çox  vaxt  inteqrasiya  olunmuş  yanaşmaları  tətbiq  edir,  sosial-mədəni  və  ya 
sosial-koqnitiv sistemləri öyrənirlər [13]. 
Ancaq  tədqiqat  məqsədləri,  həll  olunan  məsələlərin  növləri,  konkret  situasiyanın 
xüsusiyyətləri  daha faydalı və effektiv sosial sistem modelinin seçimini şərtləndirir. Amma 
sistem  təfəkkürü  texnikasına  tam  sahib  olmaq  təkcə  müxtəlif  sistem  modellərini  bilmək 
demək  deyil,  bu  həm  də  lazım  gəldikdə    sistem  əngəllərindən  tam  azad  ola  bilmək 
bacarığıdır. 
  Beləliklə,  eyni  olan  sosial  hadisələri  müxtəlif  koqnitiv  ―  prizmalardan‖  baxaraq 
nəzərdən keçirmək, bu zaman  konkret  situasiyada elə  yanaşmadan istifadə etmək lazımdır 
ki, zəruri olan nəticəni tez bir zamanda əldə etməyə imkan versin. 
Sosial  proseslərin  modelləşdirilməsi  texnikasının  təkmilləşdirilməsi  sosioloqun 
professional hazırlanmağında zəruri element olmalıdır. Amma nəzərdə tutmaq lazımdır ki, 
qeyri-tənqidi  düşüncəli    tədqiqatçılar  bəzən  reallığın  həddindən  çox  sadələşdirilməsinə 
meylli olurlar, ―ipə-sapa yatmayan‖ gerçəkliyi  qabaqcadan hazırlanmış çərçivə və sxemlərə 
zorla  yerləşdirməyə  çalışırlar.  Modelə  üzərində  təcrübə  keçirilən  materialların  qaydaya 
salınması  və  strukturlaşdırılması  üçün  nəzərdə  tutulmuş  bir  alət  kimi  baxmaq 
məqsədəuyğundur.  Modellər  konkret    məsələlərin  həlli  üçün  qurulurlar,  buna  görə  də  bir-
birini əvəz edə bilən və tamamlayan  kifayət qədər geniş alətlər  dəsti ilə işləməyi bacarmaq 
zəruridir. 
Yadda  saxlamaq  lazımdır  ki,  bəzi  hallarda  müvəffəqiyyətlə  tətbiq  olunan  model 
digər hallarda faydasız ola bilər. Modelləşdirmə mədəniyyəti hər bir modelin  yanına onun 
doğru olması  üçün vacib olan şərtlər siyahısının verilməsini tələb edir. Modeldən həqiqilik 
tələb olunmur. Model adekvat, iş qabiliyyətli olmalıdır, yəni qoyulmuş suallara qənaətbəxş 
cavablar verməlidir.   
 
Suallar və tapşırıqlar 
1.
 
Başqa modelin modelini qurmaq olarmı? 
2.
 
Obyektin  fəaliyyət  obyekti  -  bu  obyektin  bir  hissəsi  hesab  olunur  və  ya  onun 
modelinin? 
3.
 
 Məhdudiyyətləri  meyarlara  çevirmək  olarmı?  ―Məhdudiyyətlərin  tətbiq  edilməsi 
sistemin azadlıq səviyyələrinin sayını azaldır‖ müddəası doğrudurmu? 
4.
 
Formul edilməsində həm təbii, həm də süni dillərdən eyni zamanda istifadə olunmuş 
modellər mövcuddurlarmı? 
5.
 
Sosioloqun koqnitiv üslubu onun koqnitiv modelinə necə təsir göstərir? 
6.
 
Kollektiv modelləşdirməni sosial proses kimi nəzərdən keçirmək olarmı? 
7.
 
Koqnitiv sistem ətraf mühiti necə qavrayır - bir sistem kimi və ya model kimi? 
8.
 
Model obyektin bütün  xarakteristikalarını kompleks şəkildə və ətraflı olaraq təsvir 
etməlidirmi? 
9.
 
 Sosial sistemin tam birmənalı təsvirini quraşdirmaq olarmı? 
10.
 
 Sosial sistemlərin təsvirinin formallaşdırılması nəyə görə lazımdır?  
11.
 
 Sosial  reallığın tədqiqinə  model yanaşmasının əsas qüsurlarını sadalayın. 
12.
 
 Sosial  sistemin  müxtəlif  təriflərini  (bax.fəsil  1)  eyni  bir  obyektin  sadəcə  olaraq 
müxtəlif modelləri kimi nəzərdən keçirmək olarmı? 
13.
 
 Elə  sosial  proseslər  varmı  ki,  onları  a)  təbii  dildə;  b)  süni  dildə  təsvir  etmək 
mümkün olmasın? 
14.
 
 Sosial sistem öz modelini bəyənmədiyinə görə dəyişə bilərmi ? 
Ədəbiyyat 
1. Будон Р. Место беспорядка. Критика теорий социального изменения. М.: Аспект 
пресс. 1998. 
2.  Бургин  М.С.,  Кузнецов  В.И. Введение  в  современную  точную  методологию 
науки. М.: Аспект Пресс, 1994. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə