Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

tipologiya əlbəttə ki, tam deyildir. Dəyişikliklər səviyyəsini E.Vallerstaynın dünya sistemi 
konsepsiyası ilə tamamlamaq lazımdır. 
Cədvəl 5.1. 
 
miqyas 
Xırda dəyişikliklər  Marginal 
dəyişiklik
lər 
Qlobal 
dəyişikliklər 
Inqilabi 
dəyişiklik
lər 
Dəyişikliklərin 
istiqaməti 
Tənəzzül 
Tərəqqi 
Müvəqqəti 
dəyişiklik 
Ildən  az  olan 
qısamüddətli 
dəyişikliklər 
1-5  illik  ortamüddətli 
dəyişikliklər 
5  ildən 
artıq  olan 
uzunmüd
dətli 
dəyişiklik
lər 
Dəyişiklik dərəcəsi  Fərd, qrup, təşkilat, institut, cəmiyyət 
 
  Sosioloji tədqiqatlarda zorakı və könüllü, ilk vəziyyətinə dönmə qabiliyyəti olan və 
olmayan  dəyişikliklər  nəzərdən  keçirilir.  Dəyişikliklər  planlaşdırılmış  və  ya 
planlaşdırılmamış,  anlanan  və  ya  anlanmayan  ola  bilərlər.  Təşkil  olunmuş  dəyişiklikləri 
kortəbii özünütəşkiletmə proseslərinin təsiri altında yaranan dəyişikliklərdən fərqləndirmək 
daha məqsədəuyğundur. 
  Qlobal nəzəriyyələri yaradan zaman sosioloqlar sosial dəyişikliklərin bir-iki aparıcı 
(əsas)  səbəbini  aşkara  çıxartmağa  çalışırlar.  Amma,  sosial  proseslərin  realistik 
mpodellərinin qurulması bir qayda olaraq multi-kazual  yanaşmanı və qarşılıqlı olaraq bir-
biri  ilə  bağlı  olan  səbəblər  şəbəkəsinin  uçotunu  tələb  edir.  Sosial  dəyişikliklərin 
səbəblərinin əsas tiplərini sadalayaq: 
1. Təbii səbəblər – resursların tükənməsi, ətraf mühitin çirklənməsi, kataklizmlər; 
2.  Demoqrafik  səbəblər  -  əhalinin  sayının  enib-qalxması,  əhali  artıqlığı,  miqrasiya, 
nəsillərin bir-birini əvəz etməsi prosesi
3. Mədəniyyət, iqtisadiyyat sahəsində dəyişikliklər, elmi-texniki proses. 
4. Sosial – siyasi səbəblər – münaqişələr, müharibələr, inqilablar, islahatlar. 
5.  Sosial  –  psixoloji  səbəblər  –  öyrəşmək,  doyub  bezmək,  yenilik  həvəsi, 
aqressivliyin artması və s. 
  Sosial dəyişikliklərin sadaladığımız səbəbləri  adı  gedən sosial sistemə münasibətdə 
həm  daxili,  həm  də  xarici  səbəblər  ola  bilərlər.  P.Sorokin  hesab  edirdi  ki,  sosial 
dəyişikliklərin  əsas  səbəbləri  məhz  daxili,  immanent  dəyişikliklər  prinsipində  deyilir: 
―Sosial-mədəni sistem yarandıqdan sonra onun təbii ―normal‖ inkişafı, həyat yolunun forma 
və  fazaları  əsasən  sistemin  özü  tərəfindən  müəyyən  olunur...‖(10,  vol.  4.  p.  602).  Xarici 
cəhətlər sistem daxili  prosesləri  yavaşıda və  ya  sürətləndirə bilərlər və nəhayət  tam məhv 
edə bilərlər,  amma sistemə qoyulmuş inkişaf proqramını  dəyişmək iqtidarında deyildirlər. 
Sistem öz təkamülünü öz –özünə determinasiya edir ki, bu da Sorokinin rəyinə görə azad 
inkişafa ekvivalentdir. Xarici qüvvələrin təsirini hesaba almaq zəruridir, amma onların təsiri 
sistemin inkişaf fazalarının ardıcıllığını dəyişdirmək iqtidarında deyil. 
  Beləliklə, hər bir sosial-mədəni sistem öz həyat siklinə malikdir, hansı ki, inkişafın 
bir neçə mərhələsinə, dövrəsinə, fazasına bölünə bilər. Sistemin inkişaf fazlarının bir-birini 
əvəzetməsini  bəzən  sistem  vaxtı  adlandırırlar.  Aydındır  ki,  faza  zamanın  ölçülməsi  üçün 
keyfiyyət vahiddir. Fazaların miqdarı, onların sürəkliliyi tədqiqatçının seçdiyi tipologiyadan 
və məsələlərdən asılıdır. Amma, hətta kəmiyyət dəyişəni – təqvim vaxtı – sosial proseslərdə 
keyfiyyət xarakteristikaları əldə edir. 
  Sosial zaman adlandırılan şey sosial təcrübənin təşkili formasıdır, o, həm sürətlənə, 
həm  də  yavaşıya,  gələcəyə  və  ya  keçmişə  istiqamətdən  asılı  ola  bilər.  Bəzi  vaxt  qızıl 
qiymətindədir, bəzi vaxt isə sadəcə ―öldürmək‖ lazım gəlir.  


  Sosial  dəyişikliklərə  zəruri  olan  tempin  seçimi  az  tədqiq  olunmuş  problemdir, 
dəyişikliklərin  tempini  sürətləndirmək  və  yavaşıtmaq,  qeyri-bərabər  və  konsentrasiya 
olunmuş  şəklə  salmaq  olar.  Dəyişikliklərin  tempi  anlayışı  ilə  sosial  sistemlərin  və  sosial 
toqquşmaların intertlilik kateqoriyaları bağlıdır,  
 
5.2. Sosial proseslərin əsas formaları 
  Sosioloq  konkret  sosial  prosesin  onu  maraqlandıran  xarakteristikalarını  müşahidə 
edərək prosesin gedişini əyani olaraq qrafik şəklində təsəvvür edə bilər. Adətən bu hallarda 
ikiölçülü qrafiklərdən istifadə olunur, həm də ki, absis oxu üzrə vaxtı, ordinat oxu üzrə isə 
dəyişənin  qiymətini,  xarakteristikaları,  bu  sistemin  davranışını  təsvir  edən  dəyişənin, 
xarakteristikanın, göstəricilərin, indikatorun və ya faktorun qiyməti qeyd olunmalıdır. Şəkil 
5.1.-də S göstəricisinin t-vaxtından xətti asılılığı L1 trayektoriyası göstərilmişdir. Şəkil 5.1.-
də  verilmiş  qrafikdə  t  –  vaxtının  artması  ilə  S  göstəricisinin  qiymətinin  xətti,  bərabər 
şəkildə nümayiş olunur. 
  Qeyd  edək  ki,  Sorokinin  göstərilmiş  ideyaları 
U.Maturanın indi dəbdə olan baxışlarına çox yaxındır. 
  L  2  düz  xəttinin  trayektoriyası  S  göstəricisinin 
bərabər  şəkildə  azalması  prosesini  göstərir.  Asan  olsun 
deyə növbəti şəkillərdə  ancaq  yüksəliş  proseslərini  təsvir 
edəcəyik,  çünki  tənəzzül  trayektoriyalarını  analoji  olaraq 
qurmaq çox asandır. 
  Aydındır  ki,  hər  hansı  bir  göstəricinin  xətti 
yüksəlişi və ya qiymətinin aşağı düşməsi əbədi davam edə 
bilməz  (məsələn,  bir  çox  indikatorlar  üçün  mənfi 
qiymətlərin heç bir mənası yoxdur). 
  Buradan belə nəticə çıxır ki, nəzərdən keçirdiyimiz 
zaman intervalının hüdudlarından kənarda prosesin sürəti 
yavaşımalı  və  ya  sürətlənməlidir  və  trayektoriya  artıq  xətti  olmamalı,  daha  mürəkkəb, 
qeyri-xətti xarakter olmalıdır. Xətti modellərdə qalır, amma qeyri-xətti proseslərin gedişinin 
sürəti isə dəyişir. 
  Sosial  –  mədəni  proseslərin  dərin  analizi  təkcə 
verilmiş  göstəricinin  mütləq  qiymətlərinin  dəyişməsinin 
öyrənilməsini  deyil,  həm  də  dəyişmələrin  sürətini 
izlənməsini də nəzərdə tutur. (şəkil 5.2.) 
   (Təkcə  S(t)  –  nin  deyil,  onun  törəməsinin  də 
funksiyalarını tədqiq etmək zəruridir). 
  Biz  gizlində  hesab  edirdik  ki,  S  göstəricisi 
kəmiyyət dəyişənidir, amma bu heç  
də  mütləq  deyildir.  Sosial  proseslərin  gedişini 
xarakterizə  edən  bir  çox  dəyişənlər  keyfiyyət 
dəyişənləridir,  amma  onların  da  trayektoriyaları  qrafik 
şəkildə təsvir oluna bilər. Bundan başqa, bir çox kəmiyyət 
dəyişənləri  keyfiyyət  tərkibinə  malikdirlər.  Hətta  rəsmi 
statistikanın  məlumatlarında  ekspert  rəyləri  əsasında 
alınmış  informasiya  da  ola 
bilər. 
  Sosial 
sistemin 
inkişafının 
müxtəlif 
mərhələlərinin, 
dövrlərinin, 
frazalarının  bir-birini  əvəz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə