Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

İnformasiya  təqdimi  formaların  təkamülü  ibtidai  insanın  qayaüstü  rəsmlərindən 
başlanmışdır.  Sonra  piktoqrafik  yazı  meydana  gəldi.  Sadə  xəritələr  və  planlar  artıq  b.e. 
əvvəl üçüncü minillikdə istifadə olunmağa başlandı. Mesopotamiyanın sxematik təsvirinin 
verildiyi lövhə təqribən b.e.əvvəl 2400-2200-cü illərə aiddir. 
Statistik    qrafiklər  və  diaqramlar  meydana  ancaq  XVIII  əsrin  sonunda  çıxdılar. 
İnformasiya  təqdimatının  beynəlxalq  standartlarının  hazırlanması  haqqında  məsələ  XX 
əsrdə  dəfələrlə  qaldırıldı.  Dil  maneələrinin  aradan  qaldırılmasına  olan  zərurət 
piktoqramların  geniş  yayılmasına  (məişət  texnikasının  işlədilməsinə  aid  verilən 
təlimatlarda,  kompyuter  menyularında)  səbəb  oldu,  M.Maruyama  isə  piktoqrafik  dilin  88 
feli olan mümkün variantlarından birini artıq işləyib hazırlamışdır [27]. 
 İnformasiya  təqdiminin  ən  geniş  yayılmış  forması  olan  mətn  də  modernizasiya 
olunur.  Mətnin  kommunikasiyaların  xətti  vasitələrinə  xas  olan      bir  istiqamətli,  nəqli 
struktura malik olmasını onun getdikcə daha çox qınanmasına səbəb olur. Son illər mətnin 
qeyri-xətti, şəbəkə şəklində təşkilini təmin edən  hipermətn  texnologiyalarından  getdikcə  
daha  geniş  istifadə  olunur,  bunu  dedikdə    mətndə  böyük  miqdarda  qarşılıqlı  sitatların 
gətirilməsi  (məsələn,  ensiklopedik  lüğətlərdə  olduğu  kimi)  nəzərdə  tutulur.  Hipermətnin 
oxucusu  verilmiş    materialı  müxtəlif  cür  strukturlaşdıran  bir  neçə  başlıqla  eyni  zamanda 
işləmək  imkanı  qazanır.  Oxucu  nəinki  təkcə  mətn  üzrə  ―naviqasiya―  vasitələrini  seçmək, 
həm də şəxsi başlıqlar yaradaraq  mətnə əlavələr etmək kimi imkanlara da malikdir [12].                   
Hipermətn 
texnologiyasının 
əsas 
məziyyəti 
informasiya 
təqdimatının  
strukturlaşdırılması  imkanıdır,  hansı  ki,  məlumatların  keyfiyyət  analizinin  müxtəlif 
metodlarında aktiv istifadə olunur. İnformasiya təqdimatının şəkil, qrafik, xəritə, diaqram, 
çertyojlar  şəklində  olan  qrafik  forması  keyfiyyət  analizində  heç  də  az  rol  oynamır.  Sırf 
verbal  forma  problemin  intuitiv  olaraq  anlanmasını  kifayət  qədər  tam  şəkildə  əks  etməyə 
heç  də  həmişə  imkan  vermir.  Burada  əsas  rol  obrazlı  təfəkkürə  məxsusdur.  Bununla 
əlaqədar  olaraq  problemli  situasiyanın  bütün  zənginliyi  və  rəngarəngliyi  mümkün  olduğu 
qədər  əks  etdirən  obrazlı  diaqramlardan  istifadə  etmək  haqqında  Çeklendin  ideyası  çox 
perspektivli görünür (bax: şəkil 2.2). 
    Flad və Karson belə diaqramları sosial, iqtisadi və istehsalat problemlərinin geniş 
sinfinin həlli üçün istifadə etməyi tövsiyyə edirlər. Onların fikrinə görə şəkillərin karikatura 
üslubunda  olması  nəzərdən  keçirilən  modelin  ən  çox  əhəmiyyətli  elementlərini  gözə 
çarpdırır, bu da diqqəti problemin düyün nöqtələrində toplanmasına yardım göstərir. Məlum 
oldu  ki,  hər  hansı  bir  standartlaşdırılmanın  olmaması  belə  şəkil  elementlərinin  müzakirə 
iştirakçıları  üçün  heç  bir  kommunikativ  çətinlik  yaratmır  (bax:  §  2.4).  Bundan  belə  bir 
nəticə çıxmır ki, bütün qrafik təsəvvürlər ekvivalentdir‖. Bir şəkil 10 000 sözdən yaxşıdır― 
kimi  qədim  şərq  kəlamını  heç  də  bütün  şəkillərə  və  çertyojlara    aid  etmək  olmaz. 
Kompyuter  qrafik  modellərinin  qanunvericilərindən  biri  olan  E.Taft  1983  və  1991-ci  
illərdə iki albom nəşr etdirdi, müəlifin fikrinə görə albomlar ―Koqnitiv sənət muzeyinin― bir 
növ kataloqu  olmalı idilər [30, 31]. Albomlarda informasiya analizinin effektivliyini xeyli 
yüksəldən  koqnitiv  instrumentlər  qismində  nəzərdən  keçirilən  qrafiklərin,  xəritələrin, 
cədvəllərin ən yaxşı nümunələri  toplanmışdır. 
 
İnformasiya təqdimatının cədvəl forması.  
Rəqəmli  və  mətnli    informasiyanın  strukturlaşdırılmasının  ən  rahat  formalarından 
biri  cədvəllərdir.  Cədvəllərin  konstruksiyası  bir-biriləri  ilə  bağlı  olan  bir  sıra  elementləri 
kompakt  şəkildə    cəmləməyə  imkan  verir.  Cədvəllərin  bitişik  olan  xanalarında 
yerləşdirilmiş    informasiyanı  həm  üfqi  sətirlər,  həm  də    şaquli  sütunlar  üzrə  hərəkət 
etdirərək  müqayisə  etmək,  tutuşdurmaq,qarşılaşdırmaq  çox  rahatdır.  Cədvəl  forması 
məlumatların  təsnifatı  üçün  də  çox  münasibdir,  zəruri  imformasiyanın  yoxluğu  cədvəldə 
asanlıqla  gözə  dəyir.  Məlumatların  sistem  analizi  metodlarının    əksəriyyətində  cədvəl 
forması  informasiya  təqdimatının  əsas  və  ya  köməkçi  vasitəsi  qismində  istifadə  olunur. 


Ulrixin metodologiyası (bax: § 2.4) cədvəllərin  strukturlaşdırıcı və intizamlayıcı roluna ən 
yaxşı  nümunədir. 
Keyfiyyət  analizi  metodları  üzrə  mütəxəssislər  olan  M.Mayle  və  A.Quberman  öz 
metodikalarında  planlaşdırılan  yeniliklərin  nəticələrini    qiymətləndirmək  üçün  nəzərdə 
tutulmuş  ―effeklər―  cədvəlindən  istifadə  edirlər  [28].  Burada  yeniliklərin  sosial  struktura, 
onun funksiya etməsinə, eləcə də əməkdaşların davranışına (cədvəl sətirləri) təsiri nəzərdən 
keçirilir. Cədvəlin sütunları üç effekt tipinə uyğungur: 
-
 
yeniliklərin bilavasitə, ilkin nəticələrinə;  
-
 
uzunmüddətli nəticələrə
-
 
yeniliklərin əlavə, yan effektlərinə.    
   Cədvəldə  hər  bir  effekt  tipi  üçün  iki  sütun  ayrılıb,  hansılarda  ki,  yeniliklərin 
pozitiv  və  neqativ  nəticələri  uçota  alınır.  Ekspert  ayrıca  götürülmüş  cədvəldə  verdiyi 
qiymətlərin  qısa  izahını  verir,  hansılar  ki,  müəllifin  fikrinə  görə    sübutlar  zəncirini 
formalaşdırmağa  yardım  göstərir  və  müxtəlif  nöqteyi-nəzərləri  müqayisə  etməyə  imkan 
verir. 
Amma, heç də bütün konseptual əlaqələri ikiölçülü cədvəl formasında təqdim etmək 
olmur.*  Daha  mürəkkəb  hallarda  məlumatların  təqdimatı  və  analizinin  çoxölçülü  üsulu 
zəruridir, hansı ki, müstıvi üzırində şəbəkə şəklində təsvir olunur
9

 
Səbəb-nəticə əlaqələri şəbəkələri.  
Vizuallaşmanın  yaradıcı  qüvvəsi  səbəb-nəticə  modellərinin  şəbəkələr  şəklində 
quraşdırılması  zamanı  özünü  ən  böyük  dərəcədə    biruzə  verir.  Şəbəkənin  zirvəsində  olan 
informasiya  blokları  kağız  vərəq  və  ya  monitorda  elə  yerləşdirilir  ki,  zirvələrin  qarşılıqlı 
münasibətləri bir tərəfdən tamı əhatə etməyə, digər tərəfdən isə model elementlərinin lokal 
qarşılıqlı münasibətlərinin strukturunu əyani şəkildə  göstərməyə imkan versin. 
Şəbəkənin  quraşdırılması  prosesinin  özü  tədqiqatçını  məcbur  edir  ki,  modelin  əsas 
elementlərini  dəqiq  müəyyən  edib  göstərsin.  Şəbəkə  modelinin  qurulması  mərkəzçilik, 
əlaqəlilik,  nizamlılıq,  ierarxiya  və  yenidən  strukturlaşdırma  ideyalarına  əsaslanır.  Şəbəkə 
formasında ssenariləri — hadisələrin ardıcıllığının səbəb analizinin geniş yayılmış forması 
— təqdim etmək rahatdır. 
Təcrübə göstərir ki, səbəb-nəticə əlaqəsinin qurulmuş şəbəkəsi heç də həmişə fərdin 
koqnitiv  modelini  əks  etdirmir  [13,  24].Amma  vizuallaşma  prosesində  koqnitiv    model  
daha dəqiq, sistemli, ölçülüb-biçilmiş olur. Koqnitiv  xəritənin analizi modelin girişlərini və 
çıxışlarını qiymətləndirməyə, kontrol olunan faktorların siyahısını tutmağa  imkan verir.  
Modelin qurulmasının yekun mərhələsində səbəb-nəticə əlaqələrinin  işarələri (+ və 
ya -) müəyyən olunur, işarələr sosial hadisənin mexanizmi haqqında individin təsəvvürlərini 
əks etdirir. 
Modelləşdirmənin  ən  vacib  və  məsuliyyətli  mərhələsi  qurulmuş  modelin  keyfiyyət 
analizidir.  Çox  vaxt  səbəb-nəticə  əlaqələrinin  zənciri  gözdən  keçirilir,  az  hallarda  isə 
müsbət və mənfi əks -əlaqə siklləri aşkara çıxarılır
10

Bəs  modelin  analizi  ,onun  zaman  daxilində  ―axıdılması―,  proqnozun  alınması  və 
müxtəlif  mümkün nəticələri qiymətləndirmək üçün hansı koqnitiv strategiyalardan istifadə 
olunur? Koqnitoloqlar belə hesab edirlər ki, insanlar səbəb-nəticə əlaqələrinin analizi üçün 
                                                 
9
Çox vaxt cədvəldə rəqəmli informasiya verilir ,amma onun analizi  üçün də keyfiyyət metodlarından istifadə 
etmək məqsədəuyğundur.Müasir proqram təminatı bir cədvəl əsasında bir sıra diaqramlar qurmağa imkan 
verir.Bu halda ―bir baxışla ‖ böyük imformasiya kütləsində  olan ―xüsusiyyətləri aşkar 
etmək,qanunauyğunluqları üzə çıxarmaq mümkün olur. Qrafiklərin EHM köməyi ilə  asanlıqla qurulması 
tədqiqatçının koqnitiv vərdişlərinin getdikcə daha aşkar şəkildə  dəyişdirir. Kompyuter qrafikası sistemləri də 
öz növbəsində getdikcə daha intellektual və koqnitiv olur [5]. 
10
Bu mövzuda seminarların keçirilməsinin demək olar ki, on illik təcrübəsinin göstərdiyi kimi koqnitiv 
xəritılırin tərtibi tələbələr üçün  xüsusi bir çətinlik yaratmır.Model analizinin ikinci mərhələsi—sikl və 
zəncirlərin müəyyən olunması -daha çətindir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə