Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

salan bu cür koqnitiv sistemlərin sosiallığı təkcə onunla şərtləndirilmişdir ki, onlarda məhz 
sosial reallıq təmsil olunmuşdur, o şərtlə şərtlənmişdir ki, bu sistemlər və ya təsəvvürlər bir 
çox  fərdlər  üçün  ümumi  əhəmiyyətə  malikdirlər,  onların  köməyi  ilə  onların  sosial 
qruplarının reallığı konstruksiya edilir, bu da öz növbəsində sosial davranışı determinasiya 
edir‖ (3, s. 5). 
Avropa  məktəbinin  nümayəndələri  hesab  edirlər  ki,  sosial  təfəkkür  sosiokoqnitiv 
proseslərə  əsaslanır  və  fərdi  koqnitiv  proseslərə  müncər  etmək  olmaz,  belə  ki,  o,  öz 
təbiətinə görə sırf sosial olan bir sıra parametrlərə malikdir. 
Bəzi  alimlər  Moskoviçi  təqsirləndirirlər  ki,  o,  ―düşünən‖  cəmiyyət  ideyasını 
reanimasiya etməyə cəhd edir. Bununla belə, Moskoviçi hesab edir ki, cəmiyyəti siyasi və 
iqtisadi  sosial  sistemə  analoji  olan  düşünən  sistem  kimi  nəzərdən  keçirmək 
məqsədəuyğundur:  ―Əgər  ümumi  psixologiyanın  əsas  məsələsi  düşünən  fərdin  təbiətinə 
aiddirsə, onda sosial psixologiya düşünən cəmiyyətin təbiətini başa düşməlidir (30, s. 54). 
Bunun üçün sosial sistemə koqnitiv atribut verilmişdir. 
Moskoviçi  bu  və  ya  digər  ideya  və  obrazlar  sisteminin  ―mental‖  coğrafiyasının, 
onun  müxtəlif  ölkələrdə  yayılmasının  xarakterinin,  onun  cəmiyyətin  bu  və  ya  digər 
seqmentlərində  fəaliyyətinin  spesifikasının  öyrənilməsini  mühüm  məsələ  hesab  edir.  O, 
qeyd  edir  ki,  fərdi  koqnitiv  modelləri  deyil,  sosial  təsəvvürlərin  konvension  (yəni  sosial 
olaraq verilmiş) strukturlarını öyrənmək lazımdır. 
Fransız  sosioloq  J.Podyolo  (J.Padiolean)  ən  çətin  sosial  problemlərdən  biri  olan 
sosial nizam – intizam problemini koqnitiv yanaşmanın yardımı ilə həll etməyə çalışmışdır. 
Onun  rəyinə  görə  sosial  hadisələrin  təbiəti  koqnitivdir.  Sosial xadim  isə özü  ilə  sosioloji, 
koqnitiv insanı təmsil edir. Hansı ki, öz sosial təsəvvürlərini simvol və mənaların köməyi 
ilə  hazırlayır.  Simvol  dedikdə  o,  başqa  bir  şeyi  təmsil  edən  bir  şeyi  başa  düşür:  simvol 
başqa predmetin yerini tutur, onu əvəz edir və ya yaddaşında canlandırır‖ (24,  s.97). 
Podolonun  fikrinə  görə  insanların  fəaliyyətlərinin  qarşılıqlı  asılılığı  qarşılıqlı 
gözləmələrlə  şərtlənmişdir.  O,  şahmatı  bir  nümunə  kimi  göstərir.  Oyun  qaydalarını  qəbul 
etmədən iştirakçılar heç bir partiya oynaya bilməzlər. 
Hər  bir  partiya  –  bu  kollektiv  əsərdir.  Kollektiv  fəaliyyət  partnyorların  qərarların 
qəbulu  qaydaları  barəsində  razılıq  əldə  etməsini  nəzərdə  tutur.  Amma  koqnitiv  nöqteyi-
nəzərdən  konsensus  fərdlərin  sadəcə  olaraq  razılaşması  demək  deyildir.  O,  konkret 
predmetə  münasibətdə  sosial  xidmətlərin  qarşılıqlı  qavramalarının  uzlaşması  zamanı 
yaranır (24,  s.107). 
 
Fransız  alimi  sosial  sistemlərdə  hakimiyyət  və  nüfuz  problemini  nəzərdən 
keçirərək hakimiyyət mənbəyi olan dörd əsas faktoru göstərir: 1) təşkiatın strukturunda olan 
mövqe; 2) xadimin xarakterində liderlik xüsusiyyətləri; 3) ekspert biliklərinə malik olmaq; 
4) informasiyanın keçdiyi əsas nöqtələrə aid təlimat. 
Bu zaman sosial xadimlər həmrəylik və kooperasiya fenomenləri ilə manipulyasiya 
edərək təkrarlamağa çalışırlar (24,  s.108). 
B.Berns (B.Barnes) növbəti addım ataraq iddia edir ki, sosial nizam-intizam bu bu 
koqnitiv nizam – intizamdır (35). 
Fərz olunur ki, biliklər sosial sistemlər arasında bölüşdürülüb və sosial sistemin hər 
bir  üzvü  müəyyən  sosial  sistemdə  qəbul  olunmuş  qaydalar,  normalar,  dəyərlər  haqqında 
bilirlər.  Bernsin  rəyinə  görə,  insanlar  heç  də  həmişə  normaların  təzyiqini  hiss  etmirlər, 
amma  onlar  həmişə  onlar  haqqında  bilirlər  və  imkan  daxilində  onları  nəzərə  alırlar. 
Beləliklə,  normativ  nizam-intizam  biliyin  bölüşdürülməsi  demək  olur  və  sosial  sistemin 
üzvləri qəbul edilmiş normalara riayət edənə qədər bu mövqedə qalacaqdı. 
1997-ci  ildə  məşhur  amerikan  sosioloqu  E.Zerubavel  (62)  tərəfindən  koqnitiv 
sosiologiyaya  ilk  dəfə  olaraq  müqəddimə  yazıldı.  Onun  fikrinə  görə  koqnitiv  elmlər 
birliyində nüfuz sahələri aşağıdakı qayda ilə bölüşdürülməlidir: 
Koqnitologiya təfəkkürün universal qanunauyğunluqları ilə məşğul olur


Koqnitiv psixologiya intellektin fərdi xüsusiyyətlərini tədqiq edir
Koqnitiv  sosiologiya  təfəkkürün  sosial  cəhətdən  şərtlənmiş  xüsusiyyətlərini 
öyrənməlidir. 
Təfəkkürün  sosial  cəhətdən  ölçülməsi  tarixi  dövrlərin  və  sosial  qrupların  müxtəlif 
mədəni, ideoloji xüsusiyyətləri ilə müəyyən olunur. Koqnitiv sosiologiyanın əsas məsələləri 
bunlardır:  fərdlərin  təfəkküründə  olan  oxşar  və  fərqli  cəhətlərin  izah  edilməsi,  sosial 
konvensiyaların analizi; informasiyanın qavranılması, ayrı-ayrı problemlərə diqqətin seçici 
olaraq cəmlənməsi kimi sosialcasına şərtlənmiş proseslərin analizi. 
Təsnifatların – hansı ki, çox vaxt sadəcə olaraq tipologiyalardan ibarət olunur, məna 
və əhəmiyyətin konstruksiya edilməsinin bu vasitəsi olurlar – sosial təbiətini öyrənilməsi
Əhəmiyyətli hadisələr, proseslər haqqında sosial yaddaşın tədqiq edilməsi. 
E.  Zerubel  sosial  zaman  nəzəriyyəsi  üzrə  məşhur  mütəxəssidir,  buna  görə  də  o, 
məhz  bu  problematikaya  xüsusi  diqqət  verir.  Amma,  onun  kitabında  sosial  sistemlərdə 
biliklərin saxlanması və bölüşdürülməsi, qərarların qəbulunun sosial aspektləri və koqnitiv 
linqvistika  problemləri  nəzərdən  keçirilmir,  amma  bizim  fikrimizcə  bunlarla  da  koqnitiv 
sosiologiya məşğul olmalıdır. 
Sadalanmalardan  məlum  oldu  ki,  koqnitiv  sosiologiyanın  problematikası  bir  sıra 
elmi istiqamətlərlə kəsişir. Belə ki, sosial psixologiyanın koqnitiv sahəsi (Social cognition) 
Zerubavelin  fikrinə  görə  əsasən  sosial  obyektlərin  qavrayışı  ilə  məşğul  olur  ki,  bu  da 
koqnitiv sosioogiya fənninin ancaq bir hissəsidir. 
Koqnitiv sosiologiya və biliklərin sosiologiyası arasında olan qarşılıqlı əlaqələr daha 
çox  dolaşıq  vəziyyətdir  (1).  Görünür  ki,  A.Buvenin  təklifi  ilə  razılaşmaq  və  biliklərin 
sosiologiyasını koqnitiv sosiologiyanın bir hissəsi hesab etmək daha məqsədə uyğundur (2). 
Bizim  fikrimizcə,  elmdə  nüfuz  sahələrinin  yenidən  bölüşdürülməsi  haqqında 
diskusiuyalar  aktual  deyil,  buna  görə  də  bu  kitabda  ―koqnitiv  yanaşma‖  anlayışının  geniş 
traktovkası  –  hansı  ki,  koqnitiv  sistem  və  proseslərin  öyrənilməsinin  müxtəlif  aspektlərin 
inteqrasiya edir – istifadə olunur. 
Koqnitiv  analizin  nəzərdən  keçirlmiş  metodları  tədqiqatçını  bu  sosial  prosesə  cəlb 
olunmuş  şəxslərin  rəylərini,  baxışlarını  xarakterizə  edən  təsəvvürlərin  aşkara  çıxarılması, 
analizi və uzlaşdırılması üçün sadə və faydalı instrumentarilərlə təmin edir və bundan başqa 
tədqjqatçıya  problemi  özəl  olaraq  dərindən  anlamağa,  məsələnin  qoyuluşunu 
dəqiqləşdirməyə və sonrakı tədqiqatlara tam hazır vəziyyətdə görüşməyə imkan verir. 
Bu sxemin çərçivəsində formalaşdırılması mümkün olmayan faktorları analiz etmək, 
ekspertlərin  rəyini,  təcrübəsini,  biliklərini,  intuisiyasını  nəzərə  almaq,  sağlam  düşüncəyə 
zidd olmayan fikirlərdən istifadə etmək mümkündür.  
Koqnitiv  xəritə  təsəvvürlərin  vizuallaşmasının  rahat  sxemi  kimi  tədqiqatçıya 
subyekt və obyektin qarşı qarşıya qoyulmasını aradan qaldırmaq, keçirilən tədqiqatın tədqiq 
olunan sosial obyektə təsirini hesaba almaq və sosial prosesin ona qoşulmuş sosioloqa əks-
təsirini kontral etməyə imkan verir. 
  Koqnitiv  instrumentarilərin  bu  fəsildə  nəzərdən  keçirilmiş  kommunikativ 
imkanlarının öyrənilməsinin perspektivliyini xüsusi olaraq qeyd etmək lazımdır. Məhz bu 
kommunikativ sahədə bir çox sosial problemlərin effektiv həllinin yüksəldilməsi üçün daha 
çox aşkar resurslar vardır. 
 
Məsələlər və tapşırıqlar
  1.  P.Berqer  tipik  bürokratın  koqnitiv  stilinin  dərin  xarakteristikasını  vermişdir  (27,  
s.211-212).  Berqerin  özünün,  eləcə  də  digər  aparıcı  sosioloqların:  nəzəriyyəçilərin, 
praktiklərin, müəllimlərin koqnitiv stilini xarakterizə etməyə cəhd edir. 
  2.  R.Donson  öz  təsnifatını  ABŞ  prezidentlərinin  və  aparıcı  menecerlərin  koqnitiv 
stillərinin analizi üçün tətbiq etmişdir. Bunu yerli material üzərində etməyə cəhd edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə