Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

I  tip  hesab  edir  ki,  bilik  hər  bir  fəaliyyət  növü  üçün  zəruri  olan  konkret 
informasiyadan ibarətdir. 
S və G tipləri hadisələrə müxtəlif nöqteyi-nəzərlərdən baxmağa meyllidirlər və hesab 
edirlər ki, hərtərəfli analiz problemin daha dərindən anlanmasına səbəb olur. 
3.Şəxsiyyətin sosial-psixoloji cizgiləri. 
H tipi verilmiş dəyərlər iyerarxiyasının universallığına, mövcud institutlara, sosial rol 
və  statuslara  inanır:  bu  tipdən  olan  insanlar  qəbul  olunmuş  sosial  konvensiyalara 
sadiqdirlər, etnosentirzmə meyllidirlər. 
I tip müstəqilliyi  qiymətləndirir, ancaq özünün verdiyi  qiymətləri doğru hesab edir, 
hakimiyyətə etibar etmir, qəbul olunmuş sosial norma və sərəncamlara qarşı çıxır, rejimlərə 
və ənənələrə etibar etməməyə meyllidir. S və G tipləri əməkdaşlığı qarşılıqlı faydaya səbəb 
olan  kollektiv  formalarını  qiymətləndirir.  Bu  zaman  G  tipi  adətən  lider,  yeni  ideyaların, 
dəyərlərin, fikirlərin generatoru olur. O, yeni qarşılıqlı fəaliyyət formalarını tapmağa, yeni 
situasiyalar və kontekstləri yaratmağa nail olur. 
G  tipi  elastikliyə  və  kreativliyə  malik  olduğu  üçün  bu  ona  yeni  norma  və  qaydalar 
yaratmaqla bəzən fəaliyyətdə alan standartlardan uzaqlaşmağa imkan verir.  
Bundan sonra adı çəkilən xarakteristikalar M.Maruyamaya və O.Harveyə aiddir. 
Maruyama  hesab  edir  ki,  koqnitiv  üslubların  onun  tərəfindən  müəyyən  edilmiş 
xüsusiyyətləri  mövcud  menecment  məktəblərində  tamamilə  kifayət  qədər  nəzərə  alınmır. 
Amerika formalarında personalın öyrədilməsi dəqiq strukturlaşdırılmış proqramlar əsasında 
kurslarda  aparılır.  Materiallar  verballaşdırılmış  şəkildə  şərh  olunur,  audiovizual  müşayət 
köməkçi  rol  oynayır.  Öyrədilmə  informasiyanın  ötürülməsi  və  təlimatların  yadda 
saxlanılmasından ibarətdir. 
Belə təlim konsepsiyası əsasən H tipli koqnitiv üsluba istiqamətlənmişdir. 
Yapon  firmaları  personalı  öyrədən  zaman  təlimatlara  deyil,  fərdin  müxtəlif 
situasiyalarda şəxsi fəaliyyət təcrübəsi qazanmasına istiqamətlənir. Ehtimal olunur ki, belə 
metodika personala qəflətən deyişən halların öhdəsindən daha yaxşı gəlməyə imkan verir. 
İri Avropa kooperasiyaları əsas əhəmiyyəti təlimə deyil, zəruri namizədlərin seçiminə 
verirlər.  Menecmentdə  ənənəvi  yanaşmalar  işçi  qrupların  və  kollektivlərin  formalaşması 
prosesini zəruri ixtisaslara malik kadrların seçilib toplanması kimi nəzərdən keçirirlər. Bu 
zaman  müxtəlif  koqnitiv  üslubların  harmonik  uyğunluğuna  qətiyyən  kifayət  qədər  diqqət 
verilmir.  Koqnitiv  üslubların  uyğunluğu  transmilli  korporasiyalar  üçün  xüsusilə  böyük 
əhəmiyyətə malikdir (50). 
Amerika  alimi  Doysona  görə  öz  koqnitiv  stilini  bilmək  qərarların  inamla  qəbuluna 
yardım  edir.  O,  problemin  qəbulu  üçün  dörd  üslubu  seçib  göstərir,  onlardan  hər  biri 
faunanın  bir  nümayəndəsi  ilə:  öküz,  qartal,  arı,  it  ilə  bağlıdır.  Üslubların  təsnifatı  cədvəl 
3.1.-də təqdim olunmuşdur (8, s.201). 
cədvəl 3.1. 
ətraf ələmin dərk edilməsi 
Problemin həlli üslubu 
Düşünərək 
Intuisiya yolu ilə 
Biliklər 
öküz 
qartal 
Müşahidə 
Axtarıcı it 
arı 
 
Öküz  üslubu  üçün  məntiqə  istinad  etmək,  başqalarının  rəylərini  nəzərə  almadan 
sürətlə qərar qəbul etmək xarakterikdir. Öküz rəqbiləri ilə aktiv mübarizəyə hazırdır. 
Qartal inadırılıqda və məqsədyönlülükdə öküzə bənzəyir, amma riskdən  qorxmadan 
intuitiv  olaraq  qərar  qəbul  etməyə  meyllidir.  Müşahidəçilər  –  axtarıcı  it  və  arı  vəziyyətin 
diqqətlə, tələsmədən öyrənilməsinə, faktların diqqətlə toplanmasına üstünlük verirlər. 
Bununla  belə  arı  qərarları  intuitiv  olaraq  qəbul  edir,  ehtiyatlı  və  gözləyici 
strategiyalara  üstünlük  verir.  Arı  hər  hansı  problemi  işçi  qrupların  yaradılması  və  uzun-
uzadı müzakirələrin aparılması vasitəsilə həll etməyə hazırdır. 


Axtarıcı it dərindən dərk etməyə, öyrənməyə, situasiyanı  analiz etməyə,  son dərəcə 
dəqiq  hesablanma  aparmağa  istiqamətlənmişdir.  O,  qərarı  ancaq  bütün  zəruri  məlumatları 
topladıqdan  sonra  qəbul  edir  və  ―yeddi  dəfə  ölç,  bir  dəfə  biç‖  prinsipi  ilə  fəaliyyət 
göstərməyə hazırdır. 
Əlbəttə,  qərarların  qəbulunda  öz  üslubunu  bilmək  zəruridir.  Amma,  dəyərlər 
tərəfindən  qəbul  olunmuş  qərarlara  düzgün  qiymət  vermək  heç  də  bundan  az  əhəmiyyətli 
deyildir, amma bu qədər ciddi işdə metaforaların olması münasibdirmi? 
 
3.4. Metaforaların istifadə olunmasının koqnitiv aspektləri 
 
Metafora  adətən  bir  obyektin  başqa  obyektdən  görüntüsü  kimi  nəzərdən  keçirilir. 
Koqnitiv proseslərdə mürəkkəb, bilavasitə müşahidə olunmayan təfəkkür məkanı daha sadə
yaxşı  tanış  olan  təfəkkür  məkanları  ilə  metafora  vasitəsilə  əlaqələndirilirlər  (məsələn, 
iqtisadi  və  siyasi  hadisələri  oyunlarla,  idman  yarışları  ilə;  istehsal  konfliktlərini  müharibə 
ilə və s.). 
  Bir  sıra  universal  izahedici  sxem  koqnitiv  metaforlarda  əks  olunur.  Çoxsaylı 
tədqiqatların  nəticələri  koqnitoloqlara  belə  hesab  etməyə  əsas  verirlər  ki,  metafora  yeni 
biliyin  yaranmasında  əsas  vasitələrdən  biridir  (28,  20).  C.Lakoffun  fikrinə  görə  təcrübəni 
anlamaq  üçün  metaforanı  cəlb  etmək  –  insan  təfəkkürünün  ən  vacib  zəfərlərindən  biridir. 
Rasional  təfəkkür  əhəmiyyətli  dərəcədə  metaforik  modellərə  əsaslanır.  Rasionallığa 
istənilən  adekvat  yanaşma  təsəvvürdən  istifadəni  tələb  edir,  təsəvvür  isə  metaforik 
düşüncədən ayrılmazdır (18, s.182). 
Metaforanın  koqnitiv  nəzəriyyə  üzrə  əsas  nəticələri  (53)-də  nəşr  olunmuşdur.  Bu 
məcmuədə  sosioloqlar  üçün  ən  çox  maraq  doğuran  Donald  Şonun  generativ  metaforalar 
nəzəriyyəsinin  inkişafına  və  onun  sosial  siyasətin  analizində  tətbiqinə  həsr  olunmuş 
əsəridir. Şon hesab edir ki, konkret sosial problemin görüntüsü – hansı ki, koqnitiv xəritə və 
ya  freym  şəklində  təsəvvür  etmək  olar  –  özündə  koqnitiv  modelin  bütün  qalan  əsas 
cəhətlərini müəyyən edən generativ metaforanı bir növ açar kimi ehtiva edir. 
  O, buna misal kimi sanki sınmış güldanın tikələrindən ibarət, çox adama fraqmenlər 
şəklində,  parçalanmış  kimi  görünən  sosial  xidmət  sahətin  göstərir.  Problemi  belə  görmək 
koordinasiya və inteqrasiyanın güclənməsinə əsaslanan qərarların seçimini tələb edir. 
  Dünya  xəritələrində,  nöqteyi  –  nəzərlərdə  olan  fərqlər  insanlara  konfliktli 
situasiyalardan  çıxmağa  imkan  vermir.  Adətən  fərz  edilir  ki,  madam  problem  göstərilib, 
məqsədlər aydındır, məhduiyyətlər aşkar olunub, qərarlar qəbul olunmuşdur, onda ən yaxşı 
qərarı  qəbul  etmək  qalır.  Belə  yanaşmanı  Son  kökündən  doğru  hesab  etmir  –  sosial 
problemlər  üçün  əsas  olan  məsələnin  düzgün  qoyuluşu,  onun  formalaşdırılmasıdır. 
Problemi  düzgün  adlandırmaq  (naming)  və  sonra  situasiyanın  yeni  generativ  metafora 
əsasında dünya xəritələrində əvvəllər mövcud olmuş ziddiyyətləri aradan qaldıran koqnitiv 
xəritəni qurmaq zəruridir. Akoff kimi Şon da hesab edir ki, sosial problemlərin həlli üçün 
ən yaxşı metod onların aradan qaldırılmasıdır. 
  Stereotiplərin  dəyişməsi  rəqabətdən  əməkdaşlığa  keçməyə  yardım  göstərir, 
M.Vertheymer  buna  yaxşı  misal  göstərir.  O,  badminton  oynayan  iki  gəncin  oynunu 
müşahidə edir. Bir oğlan yaşca böyük idi və azyaşlı partnyorunu asanlıqla udurdu, nəticədə 
azyaşlı  partnyor  tədricən  oyuna  olan  marağını  itirirdi  və  getdikcə  pis  oynayırdı.  Nəhayət 
gənclərdən  biri  yeni  oyun  qaydalarını  təklif  edir,  hansının  ki,  məqsədi  volanın  yerə 
dəyməsinə mümkün qədər imkan verməmək idi. Yeni oyun uşaqları özünə cəlb etdi, azyaşlı 
oyunçu hətta daha yaxşı oynamağa başladı. 
  Kornitoloqlar təhsildə metaforaların rolunun təsdiqinə xeyli diqqət ayırırlar, burada 
mərkəzi yeri metaforaların kommunikativ funksiyaları – tədris materialının asanlıqla yadda 
qalan yeni formada təsviri və izahı – tutur. Məlum oldu ki, təlimat xarakterli metaforalara 
əsaslanan  analogiya  üzrə  mülahizələrdən  istifadə  edilməsi  materialın,  hətta  fizika  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə