Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

  Vertheymer  problemlərin,  situasiyaların  strukturlu  olaraq  başa  düşülməsini  zəruri 
hesab  edir.  ―Bu  zaman  strukturun  transformasiyası  çox  vaxt  partlayır  və  problemli 
situasiyanın  əvvəlki  görüntüsü  tamamilə  dəyişir.  Qısa  desək,  iş  ondadır  ki,  səmərəli 
proseslərdə struktur əsasları hərəkətverici səbəblərə çevrilirlər‖ (4, s. 270). Yeni nöqteyi-
nəzərə keçid ani olaraq - insayt, yəni aydınlanma nəticəsində baş verir. 
  M.Vertheymerin  monoqrafiyasında  strukturların  analizində  qraflar  nəzəriyyəsinin 
rolu  qeyd  olunur  (strukturun  elə  özü  də  qrafdır),  qrafların  yenidən  strukturlaşdırılması 
prosesinin  mühümlüyü  göstərilir, çünki  bu zaman informasiyanın  vizuallaşması  problemi 
qoyulur. 
  Koqnitiv  psixologiya  üzrə  mütəxəssislər  (10,12)  hesab  edirlər  ki,  kazual 
(səbəbiyyət)  sxem  alınan  nəticə  ilə  əlaqədar  olaraq  mümkün  səbəblər  haqqında  insanın 
düşüncələrinin  yolunu  cızıb  göstərir.  Bu,  insana  imkan  verir  ki,  məhdud  informasiya 
əsasında səbəbiyyət atribusiyalarını etmək üçün vəsaitlər verir. Həm də, fərz olunur ki, hər 
bir insan səbəblərin (çoxlu kazual sxemlərin) analizi üçün müəyyət düşüncə modellərindən 
ibarət repertuara malikdir. 
  Koqnitologiya  (28)  çərçivəsində  keçirilmiş  tədqiqatların  nəticələrinin  göstərdiyi 
kimi,  insan  ağlı  problemləri  başa  düşmək  üçün  ―universal  izahedici  sxemlərdən  və  ya 
koqnitiv  klişelərdən  istifadə  edir‖.  Universal  izahedici  sxemə  ən  parlaq  misal  –  şahmat 
oyununda olduğu kimi, partnyorla hər hansı bir qarşılıqlı təsirlərə göstərilən münasibətlərin 
geniş yayılmış üsuludur. Bu münasibətlərini konfrontasiya qəbul etməyə məcbur edək (biri 
udur, digəri uduzur və ya heç-heçə) situasiyanı dərk etmək üçün hazır sistemdir, bu zaman 
çoxları adətən unudurlar ki, digər davranış üsulları da mümkündür: kooperativ fəaliyyətlər, 
danışıqlar aparmaq – bu zaman hər iki tərəf faydalanmış olur. 
  V.M.  Sergeyev  qeyd  edir  ki,  Böyük  fransız  inqilabı  dövründə  inqilabi  siyasi 
mədəniyyətin mühüm elementi universal izahedici sxem olmuşdur, sxemə görə çətinliklər 
və müvəffəqiyyətsizliklər inqilab düşmənlərinin fitnələrinin nəticələridir (28). 
  Koqnitiv  klişe  –  sərt  bilikdir,  təfəkkürün  kollektiv  sosial  məhsuludur. 
Koqnitologiyanın  əsas  problemlərindən  biri  universal  izahedici  sxemlərin  hansı  şəkildə 
formalaşdığını  aydınlaşdırmaqdır.  Hal-hazırda  hesab  olunur  ki,  bu  proses  bilikləri  – 
hansıların  ki,  ən  vacib  olanı  metaforadır  (məsələn,  ―şahmat  metaforası‖)  –  təsdiq  edən 
xüsusi prosedurları ardıcıllıqla təsdiqi nəticəsində, eləcə də misallardan istifadə nəticəsində 
- belə ki, misallarla izah olunmamış metaforalar gücsüzdür – baş verir (28). 
  Koqnitiv xəritə çoxlu zirvələr şəklində də vizuallaşa bilər, burada onlardan hər biri 
fərdin dünyasının hər hansı bir faktoruna və ya elementinə uyğun olur. A və B zirvələrini 
birləşdirən qövs A – > B səbəb-nəticə əlaqəsinə uyğundur, burada A – səbəb, B – nəticədir. 
  Əgər  A-nın  böyüməsi  B-nin  də  böyüməsinə  (güclənməsinə)  aparırsa,  başqa  şərtlər 
altında isə A-nın kiçilməsi B-nin kiçilməsinə doğru aparırsa, onda A – > B əlaqəsi müsbət 
(<<+>>  nişanı)  adlanır.  A  –  >  B  qövsü  üzərində  <<  –  >>  nişanı  isə  əlaqənin  mənfi 
olduğunu  göstərir,  yəni  digər  bərabər  şərtlər  altında  A-nın  böyüməsi,  B-nin  kiçilməsinə 
(tormozlanmasına) və A-nın kiçilməsi isə B-nin böyüməsinə səbəb olur. 
  Koqnitiv  xəritəyə  bir  misal  kimi  depressiyada  olan  adamın  təsəvvürlərini  nəzərdən 
keçirək (şəkil 3.2.). 
 
Şəkil 3.2. 
özünüqiymətləndirmə  
 
 
acıqlanma,  özündən  narazılıq      
depressiya  həddi  adamlardan 
yardım 
 
həmin halların öhdəsindən müstəqil olaraq gəlmək 


 
Şəkil 3.2.-də göstərilmiş dünya mənzərəsi depressiyanın inkişaf dinamikasını analiz 
etməyə  imkan  verir.  Fərz  edək  ki,  xəstənin  özünüqiymətləndirmə  səviyyəsi  hansı  isə 
səbəblər üzündən aşağı düşüb. Bu isə depressiyanın güclənməsinə səbəb olur (əlaqə mənfi 
nişanlıdır).  Deprssiyanın  güclənməsi  situasiyanın  öhdəsindən  müstəqil  gəlmək  imkanını 
azaldır, nəticədə kənardan yardıma tələbat artır, bu isə öz növbəsində özünüqiymətləndirmə 
səviyyəsini  daha  da  aşağı  salır.  Proses  dəfələrlə  təkrarlanır.  Işlər  açıq-aşkar  arzuolunmaz 
istiqamətdə hərəkət edir. Çıxılmaz kimi görünən situasiyadan çıxış yolu tapmaq üçün dünya 
mənzərəsini  təshih  etmək  zəruridir.  Xəstəni  inandırmaq  lazımdır  ki,  başqalarının  yardımı 
dostların  və  qohumların  ona  qarşı  olan  məhəbbətini  göstərir  və  buna  görə  də  bu  yardım 
onun  özünüqiymətləndirmə  səviyyəsini  qaldırmalıdır,  səbəbiyyət  əlaqəsinin  uyğun  olan 
nişanı  müsbət  olur.  Bu  halda  yuxarıda  nəzərdən  keçirilmiş  halqa  ümid  verir  ki,  zamanla 
situasiya  düzələcək  –  özünüqiymətləndirmənin  səviyyəsinin  təsadüfən  aşağı  düşməsi 
halqanın fəaliyyəti nəticəsində kompensasiya olunacaqdır. 
  Koqnitiv  xəritələr  mürəkkəb  sistem  kimi  nəzərdən  keçirilən  tədqiqat  obyektinin 
fəaliyyəti  haqqında  hipotezlərin  formalaşması  və  dəqiqləşdirilməsi  üçün  faydalı  alət  ola 
bilərlər. Mürəkkəb sistemin davranışını anlamaq və analizdən keçirmək üçün səbəb-nəticə 
əlaqələrinin struktur sxemini qurmaq məqsədəuyğundur. 
  Regionda  elektrik  enerjisindən  istifadə  problemlərini  analiz  etmək  üçün  koqnitiv 
xəritədən istifadəyə dair misalı gözdən keçirək (şəkil 3.3.). 
şəkil 3.3. 
 
 
 
 

– 
elektrik 
enerjinin  dəyəri;  Q  - 
ətraf  mühitin  vəziyyəti; 
C  –  energetik  qurğular; 
U – enerjinin istehlakı; P 
-  əhalinin  sayı;  F  – 
müəssisələrin  sayı;  J  –iş 
yerlərinin 
sayı. 
Bu 
xəritədə 
elektrik 
enerjinin 
istehlakı 
problemi təhlil olunur.  
F.Roberto (26) hesab edir ki, tədqiq olunan problemi F, J, P, Q, R, C, U kimi yeddi 
faktor vasitəsilə kifayət qədər tam təsvir etmək olar. Şəkil 3.3 – də qövslər vasitəsilə əsas 
səbəb-nəticə  münasibətləri  qeyd  olunmuşdur,  qalanlarının  təsirinə  məhəl  qoymamaq  da 
olar. 
  (Q, P) qövsü << - >> nişanına malikdir, belə ki, ətraf mühitin yaxşılaşması əhalinin 
sayının  artmasına,  pisləşməsi  ilə  əhalinin  buradan  köçüb  getməsinə  səbəb  olur.  (U,  Q) 
qövsü  isə  <<  -  >>  nişanına  malikdir,  enerjidən  istifadənin  yüksəlməsi  ətraf  mühitin 
vəziyyətini pisləşdirir, azalması isə ətraf mühitin vəziyyətini yaxşılaşdırır. (P, U) qövsü << 
+  >>  nişanına  malikdir,  ona  görə  ki,  əhalinin  sayının  artması  elektrik  enerjisindən 
istifadənin  artmasına  səbəb  olur  və  əksinə,  əhalinin  azalması  enerjidən  istifadənin 
miqdarının azalmasına səbəb olur.  
  P, U, Q, R konturunda faktorların qarşılıqlı təsirini nəzərdən keçirək. Fərz edək ki, 
əhalinin  sayı  artmışdır.  Bu  enerji  istehlakının  artmasına  və  nəticədə  ətraf  mühitin 
vəziyyətinin  pisləşməsinə,  bu  da  öz  növbəsində  əhalinin  sayının  azalmasına  səbəb 
olacaqdır.  Beləliklə,  R  zirvəsinə  impulsun  təsiri  P,  U,  Q,  R  konturlarının  fəaliyyəti  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə