Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

cavab  qane  edə  bilməz.  Məsələ  ondadır  ki,  koqnitologiya  üçün  biliklərə  sadələşdirilmiş, 
texnoloji  mühəndis  yanaşması  xarakterikdir.  Ekspertlərdən  biliklərin  toplanması  ilə  bilik, 
məlumat üzrə mühəndis (koqnitoloq, analitik) məşğul olur. 
 
Bəs  ―bilik‖  nədir?  Bilik  mühəndisliyi  üzrə  mütəxəssislərin  nöqteyi-nəzərinə  görə 
belə  bir  tərif  yetərlidir:  bilik  –  hansı  ki,  əyani  bir  sahənin  əsas  qanunauyğunluqlarıdır, 
insana  konkret  istehsal,  elmi  və  digər  məsələləri  –  yəni,  faktları,  anlayışları,  qarşılıqlı 
əlaqələri, qaydaları, evristikanı (başqa sözlə, faktiki bilikləri), eləcə də bu sahədə qərarların 
qəbulu strategiyasını, (başqa sözlə, strateji bilikləri) – həll etməyə imkan verirlər‖ (5, s.9). 
 
Biliklərin deklarativ (bilik – nədir?) və prosedur (bilik – necədir?) bilik kimi iki yerə 
bölünməsi daha geniş yayılmışdır. Deklarativ bilik nəzəri tipli biliklərə aiddir və nəyin isə 
nəyə  görə  baş  verdiyini  izah  etmək  bacarığını  nəzərdə  tutur.  Prosedur  bilik  praktik  bilik 
hesab olunur və hər hansı bir bacarığı, səriştəni nəzərdə tutur.  
 
Məsələn,  yaxşı  velosiped  sürmək  olar  və  bununla  yanaşı  bu  işi  birinə  ötürməyi 
bacarmamaq və velosipedin quruluşunu bilməmək də olar. Deklarativ bilik elə görünür ki, 
praktiki  bacarıqlara  sahib  olmağı  da  nəzərdə  tutur.  Bunun  heç  də  həmişə  doğru  olmadığı 
amerikan kornitoloqlarının çox xoşladıqları bir misaldan da irəli gəlir: məşhur iqtisadiyyat 
professorları  bazarda  praktik  fəaliyyətə  başlayanda  bir  anda  müflisləşirlər,  çox 
müvəffəqiyyətlər  qazanmış  biznesmenlər  isə  öz  təcrübələrini  gənclərə  izah  etmək 
istəyərkən fikirləri çatdırmaq üçün əməlli başlı bir mühazirə oxuya bilmirlər. 
 
Prosedur  biliklər  öz  növbəsində  ola  bilərlər:  instruktiv  (yemək  hazırlamaq  üçün 
reseptlər,  məişət  cihazlarına  verilən  təlimatları  bilmək  və  s.);  situasion  (konkret 
situasiyalarda hərəkət etmək bacarığı). 
 
Son  illərdə  alimlərin  diqqətini  cəlb  edən  Şotterin  ―içəridən‖  bilik  tipidir  –  yəni 
verilmiş  sosial  sistemin  mədəniyyətinə  aid  bilgilərdir.  Bu  tip  biliklər  ―nabələdlər‖  üçün 
əlçatmaz olan gizli xarakter daşıya bilərlər. 
 
Bəs  bu  biliklər  insanların  başında  necə  qalır?  Koqnitoloqlar  biliyin  təqdimatı 
sistemini  üç  əsas  tipə  bölürlər:  qaydalar  sistemi,  semantik  şəbəkələr  və  münasibətlərin 
strukturu. 
 
Birinci  tip  biliklərin  reprezentasiya  modellərinə  şərait  –  fəaliyyət  tipli  qaydalar 
şəklində  kodlaşdırılmış  anlayış  və  prosedurlar  daxildir.  Qaydalar  obyektlərin  hansı 
kateqoriyalara  aid  olduğunu  müəyyən  etmək  üçün  və  hər  hansı  bir  təsirlərinə  qarşı  cavab 
olaraq  kateqoriya  üzvlərinin  necə  dəyişəcəklərini  qabaqcadan  bilib  demək  üçün  istifadə 
oluna bilər. Bu tip modellər çox vaxt sənaye ekspert sistemlərində tətbiq olunur. 
 
Biliklətin  semantik  təşkili  modellərində  fərz  olunur  ki,  anlayışlar  yaddaşda 
mürəkkəb əlaqələr şəbəkəsi (say – növ, hissə - tam, məntiqi və funksional əlaqə) ilə bağlı 
olan müstəqil vahidlər şəklində mövcuddurlar. 
 
Biliklərin təqdimatının üçüncü tipi olan münasibətlərin strukturları arasında ən çox 
populyar  olanı  M.Minskinin  freym  nəzəriyyəsidir,  nəzəriyyədə  nəzərdə  tutulur  ki,  ―insan 
özü  üçün  yeni  olan  situasiyanı  dərk  etmək  üçün  və  ya  artıq  adət  edilmiş  şeylərə  yeni 
baxışdan  baxmağa  çalışarkən  öz  yaddaşından  müəyyən  məlumatların  freym  adlandırılan 
strukturunu seçib tapır ki, onda olan ayrı-ayrı detalları (slotları) dəyişmək yolu ilə onu daha 
geniş çaplı hadisələr və ya prosesləri başa düşmək üçün münasib etsin‖ (21, s.8). Insanlar 
tərəfindən  tipik  situasiyalarda  yaradılan  stereotip  informasiyaların  təşkil  olunmuş 
vahidlərini  işarə  etmək  üçün  R.Şenk  skript  anlayışını  elmi  dilə  daxil  edir.  Hadisələrin 
standart  ardıcıllığı,  eləcə  də  səbəbiyyət  əlaqələrinin  ―hamı  tərəfindən  qəbul  olunmuş‖ 
ardıcıllığı yaddaşda skriptlər şəklində saxlanılır (13, 37, 38). 
 
3.2. Koqnitiv xəritələr 
Koqnitiv  xəritələr  freymlər  kimi  biliklərin  təqdimat  sistemi  sinfinə  aiddirlər. 
Maraqlıdır  ki,  bu  termin  koqnitologiyanın  yaranmasından  xeyli  əvvəl  görkəmli  amerikan 
psixoloqu,  neobiheviorizmi  təmsil  edən  E.Tolmenin  ―İnsanda  və  siçanlarda  koqnitiv 


xəritələr‖  (1948)  əsərində  ilk  dəfə  istifadə  edilmişdir.  Siçanların  labirintdə  davranışını 
analiz edən Tolmen belə bir nəticəyə gəlmişdir ki, labirintdə qaçmaq nəticəsində siçanda 
xüsusi bir struktur yaranır ki, onu ətraf şəraitin koqnitiv xəritəsi adlandırmaq olar. ―Yolları 
(marşrutları və davranış xərttlərini, eləcə də ətraf mühit elementlərinin qarşılıqlı əlaqəsini 
göstərən  məhz  bu  xəritə  heyvanın  sonucda  məhz  hansı  cavab  reaksiyalarını  verəcəyini  - 
əgər onlar ümumiyyətlə mövcuddurlarsa – qəti olaraq müəyyən edir‖ (31, s.67). 
 
Tolmen fərz edirdi ki, koqnitiv xəritələr insanların davranışını da müəyyən edir və 
buna görə də o, həddindən ziyadə aqressivliklə mübarizə vasitəsi kimi koqnitiv xəritələri 
―genişləndirməyə‖ çağırırdı – onun fikrincə, insanları həyati problemlərin həllində uyğun 
olaraq istiqamətlənməyi ancaq belə öyrətmək olar. 
 
Beləliklə,  koqnitiv  xəritəni  fərdin  dünyasının  mənzərəsinin  sxematik 
sadələşdirilmiş təsviri kimi, daha doğrusu bu problemli situasiyaya aid olan fraqmenti kimi 
başa düşmək olar. 
 
Psixoloqlar son dövrdə bu termini dar mənada ancaq məkan münasibətlərini təsvir 
etmək  üçün  istifadə  edirlər.  Belə  görünür  ki,  ―koqnitiv  xəritə‖  termini  hamı  tərəfindən 
qəbul  edilmiş  dünyanın  mənzərəsi  termini  linqvistlər  tərəfindən  yaradılmış  ―freym‖  və 
―skript‖  anlayışlarından  daha  çox  sıx  bağlıdır.  Buna  görə  də  gələcəkdə  ―koqnitiv  xəritə‖ 
terminini  Tolmenin  nəzərdə  tutduğu  kimi  və  tətbiqi  tədqiqatlarda  qəbul  olunduğu  kimi 
geniş  mənada  istifadə  edəcəyik.  Buradan  belə  nəticə  çıxır  ki,  biz  koqnitiv  yanaşmanın 
yaranma  tarixini  1948-ci  ildən  hesablamalıyıq?  Xeyr,  iş  ondadır  ki,  Tolmenin 
yaradıcılığına  geştaltpsixoloqların  ideyaları  xeyli  təsir  göstəriblər  və  məhz  onların 
əsərlərində koqnitivizmin başlanğıcını axtarmaq lazımdır. 
 
Geştaltpsixologiyanın  əsasını  qoyanlardan  biri  olan  görkəmli  alman  psixoloqu 
M.Vertheymer öz dövrü üçün inqilabı sayılan bir sıra ideyalar irəli sürmüşdür, hansılar ki, 
digər  tədqiqatçılar  tərəfindən  onlarla  il  sonra  dərk  edildilər,  bəzi  ideyalar  isə  elmi 
dövriyyəyə  ancaq  son  illər  daxil  olublar.  Vertheymerin  klassik  monoqrafiyaya  giriş 
məqaləsi  yazan  V.P.Zinçenko  qeyd  edir:  ―Məhsuldar  təfəkkürün  Vertheymer  tərəfindən 
edilən  təsvirindən  anlaşılır  ki,  bu  prosesdə  artıq  formalaşdırılmış  məsələnin  həllinə 
yönəldilmiş  texniki  əməliyyat  prosedurlarından  daha  çox  məsələnin  formalaşdırılmasının 
özü, problemin qoyuluşu daha əsasdır. Tədqiqatçıların diqqəti təfəkkür prosesinin məhz bu 
tərəfində cəmlənməlidir. Informatika və süni intellekt sahəsi üzrə mütəxəssislər ancaq indi 
buna  doğru  gəlirlər.  Onlardan  ən  bəsirətliləri  dərk  etməyə  başlayırlar  ki,  süni  intellektin 
gələcək  sistemləri  hər  bir  problemi  həll  edə  bilərlər,  amma  problemləri  qoya  bilməzlər. 
Problemin qoyuluşu – bu ancaq insana məxsus müstəsna hüquqdur... Vertheymerin kitabı 
sözsüz ki, psixologiyada kompyuter məcazlarını və informatikada koqnitiv məcazları tam 
aradan  qaldıra  bilməsə  də,  hər  halda  onların  məzmununu  əhəmiyyətli  dərəcədə 
zənginləşdirməyə yardım göstərə bilər‖ (4, s.25). 
 
M.Vertheymer  öz  monoqrafiyasının  sonunda  onun  keçdiyi  səmərəli  təfəkkür 
tədqiqatlarını  yaxınlaşdıran  bir  sıra  ümumiləşdirici  müddəalar  irəli  sürmüşdür. 
Vertheymerin  fikrinə  görə  problemlərin,  situasiyaların  analizi  sadəcə  olaraq  natamam  və 
qırıntılar  halında  həqiqəti  tələb  etmir,  strukturlu  həqiqət  zəruidir.  Buna  uyğun  olaraq 
səmərəli  təfəkkür  ...‖struktur  xüsusiyyətlərinin  və  struktur  tələblərinin  görülməsindən, 
onun strukturunun yaxşılaşdırılması istiqamətində dərk fəaliyyətindən ibarətdir (4, s. 270). 
Burada  vurğulanan  məsələ  odur  ki,  aydın  olmayan  yerlər,  qüsurlar,  pozulmalar 
onların  problemli  situasiyanın  strukturunda  yeri  və  funksiyasına  uyğun  nəzərdən 
keçirilməlidir.  Səmərəli  təfəkkürdə  əsas  əməliyyatlar  strukturu  qruplaşmalar,  təcrid 
mərkəzləşdirmədən  ibarətdir,  bu  zaman  dinamik  strukturda  olan  dəyişmələri  dəqiq 
fiksasiya  etmək  lazımdır.  Bundan  başqa,  struktur  yer  dəyişmlərin  və  struktur 
iyerarxiyasının rolu da qəbul olunur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə