Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

maraqlanırdılar  –  məhz  bu  sahədə  koqnitiv  istrumentarilər,  o  cümlədən  koqnitiv  xəritlər 
xüsusilə geniş istifadə olunmuşdur.   
60-cı  illərdə  məşhur  amerikan  sosioloqu  C.Lumis  (C.Loomis)  Pensilvaniyada 
yaşayan  Amişlərdini  sektasının  üzvlərinin  dünya  xəritələrinin  analizi  üçün  koqnitiv 
xəritələri  tətbiq  etmişdir  (47).  Daha  doğrusu,  Lumis  koqnitiv  strukturlaşma  (cognitive 
mapping) prosesini nəzərdən keçmişdir, yəni bunu dedikdə tanış olmayan hadisələri analiz 
etmək üçün koqnitiv xəritələrin quraşdırılmasını və istifadə edilməsini nəzərdə tuturdu. 
Lumis şüurlu şəkildə özünü xarici dünyanın təsirindən ayıran sekta üzvlərinin elmi-
texniki  tərəqqinin  məhsullarına  adaptasiya  olunması  proseslərinin  təfsilatı  ilə  analiz 
etmişdir. 
İşlənib  hazırlanmış  metod  amerikan  cəmiyyətini  təşkil  edən  irqi,  milli  və  dini 
qrupların  nümayəndələrinin  stereotiplərinin  analizi  üçün  effektiv  vasitə  oldu.  Lumis  qeyd 
edir ki, üstünlük təşkil edən etnik qruplar və irqi azlıqların nümayəndələrinə kifayət qədər 
sərt stereotip pərdəsindən baxırlar. Əgər X qrupunun stereotipləri mənfidirsə (onun üzvləri 
tənbəl,  aciz,  pinti,  öyrənmək  qabiliyyəti  olmayanlardılar),  onda  çoxluq  nümayəndələri  X 
qrupunun  üzvləri  arasında  eynilə  belə  xarakteristikalar  axtarmağa  meyllidirlər,  bu  zaman 
artıq  mövcud  stereotiplərə  zidd  olan  xarakteristikalara  çox  vaxt  əhəmiyyət  verilmir.  Çox 
vaxt bu cür xurafatlar qabaqcadan əmələ gələn mənfi rəyləri daha da gücləndirir – neqativ 
gözləmələr həmişə təsdiq olunur. Əgər üstün qrup bu cür stereotipləri qəbul edibsə, onda o, 
azlıqda  qalan  qrup  üzvlərinə  qarşı  ən  pis  məxluqlara  qarşı  olan  münasibəti  bəsləyirlər  – 
onları  prestijli  məktəblərə  qəbul  etmirlər,  yüksək  maaşlı  vəzifələrə  və  ixtisaslara  yaxın 
qoymurlar,  yaxşı  rayonlarda  yaşamağa  icazə  vermirlər  və  s.  Belə  münasibət  azlıqların 
nümayəndələrində belə  bir fikir  yaradır ki, onlar doğrudan da  yaxşı  təhsilə,  yüksəkmaaşlı 
işə, yaxşı mənzilə malik ola bilməzlər. Bu da öz növbəsində yenidən əvvəlcədən yaranmış 
mənfi  rəyləri  gücləndirir  və  azlıqların  nümayəndələrinə  qarşı  bundan  sonra  da  ―aşağı‖ 
səviyyəli məxluq kimi münasibət ehtimalını gücləndirir – məntiqsizlik çevrəsi bağlanır (47, 
s. 91). 
Beləliklə,  koqnitiv  strukturlaşdırma  təkcə  primitiv  mədəniyyətlərin  tədqiqi  üçün 
faydalı alət deyildir, o cümlədən Lumis ondan həm də amerikan cəmiyyətinin müxtəlif qrup 
nümayəndələrinin  və  aparıcı  siyasətçilərin  siyasi  təsəvvürlərinin  analizi  üçün  istifadə 
etmişdir. Lumisin yanaşmasının ən böyük çatışmamazlığı dünya xəritələrinin fraqmentlərini 
vizuallaşdırmağa  cəhd  etmədən  koqnitiv  xəritələrdən  ancaq  şifahi  formada  istifadə 
etməsidir. 
Növbəti  addım  məşhur  amerikan  sosioloqu  və  politoloqu  R.Akselrod  (R.Axelrod) 
tərəfindən  atılmışdır,  o,  siyasətçilər  tərəfindən  qəbul  edilən  qərarların  analizi  və 
proqnozlaşdırılması  üçün  koqnitiv  xəritələr  aparatını  inkişaf  etdirmişdir  (bax.  Şəkil  3.4.) 
(50). 
1973-cü  ildə  amerikan  etnometodoloqu  A.V.Sikurel  (A.V.Cicourel)  ―Koqnitiv 
sosiologiya‖ adı ilə kitab nəşr etdirmişdir (36) (qeyd edək ki, ―Koqnitiv psixologiya‖ adlı 
ilk kitab 1967-ci ildə işıq üzü görmüşdür). Sikurelin bu əsərində etnometodoloji yanaşmanı 
60-cı  illərin  sonundakı  koqnitologiyanın  naliyyətləri ilə zənginləşdirməyə  cəhd edilmişdir. 
Kitab əsasən gündəlik danışığın başa düşülməsi, eləcə də gündəlik ünsiyyətdə qeyri-verbal 
kommunikasiyaların  rolu  problemlərinə  həsr  edilmişdir.  Sikurelin  kitabının  nəşri 
koqnitoloqların  diqqətini  özünə  çəkdi.  Sikurel  bu  mövzunun  tədqiqini  davam  etdirərək 
koqnitiv 
linqvistikanın 
metodlarından 
süni 
intellekt 
nəzəriyyəsindən, 
riyazi 
modelləşdirmədən  geniş  istifadə  etmişdir.  1989-cu  ilin  payızından  o,  yeni  yaradılmış 
koqnitiv  elmlər  kafedrasının  rəhbərlərindən  biri  olmuşdur.  Elmlərin  kəsişdiyi  kafedra 
ictimaiyyatşünasların,  humanitar  və  təbiət  elmləri  ilə  məşğul  olan  alimlərin  görüş  yeridir 
(22, s. 95). 
Amma,  Sikurelin  gətirdiyi  nümunə  etnometodoloqlar  üçün  sirayətedici  olmadı  və 
koqnitiv  sosiologiya  mövcud  olsa  da,  nüfuzlu  elmi  istiqamət  hesab  oluna  bilməz.  Sosial 


psixologiyada vəziyyət  tamamilə başqa cürdür  – koqnitiv bayrağı  fərasətlə qaldıran sosial 
psixologiya bununla da öz psixoloji tələbatına üstünlük vermiş oldu. 
Sosial  psixologiyanın  inkişafında  S.Fiske  və  Ş.Teylorun  ―Social  cognition‖  (42) 
monoqrafiyası  əhəmiyyətli  bir  hadisə  oldu.  Koqnitologiya  üçün  hakim  termin  olan 
―cognition‖ təfəkkür, anlama, tanıma mənasında olub rus dilinə çox çətin  tərcümə olunur, 
buna  görə  də  filoloqların  təklif  etdiyi  transliter  formasından  –  koqnisiya  –  istifadə  olunur 
(17).  Adı  çəkilən  monoqrafiya  çox  böyük  biblioqrafiyaya  –  150  səhifədən  çox  (!)  – 
malikdir,  burada  sosial  psixologiyanın  və  koqnitologiyanın  qarşılıqlı  əlaqələrinin  tarixi 
müfəssəl  şəkildə  şərh  olunur.  Müəlliflər  qürurla  elan  edirlər  ki,  sosial  psixologiya  sözün 
geniş  mənasında  hələ  50-ci  illərdə  qeştalt  –  psixologiyaya  səmərəli  peyvənd  olunaraq 
koqnitiv oldu, yəni koqnitiv psixologiyanın yaranmasından çox-çox əvvəl. 
Koqnitiv  sosial  psixologiyanın  mərkəzi  mövzularından  biri  –  kateqoriyalaşdırma, 
biliklərin yaddaşda saxlanılması, kodların açılması və yeni biliyin yaranması problemlərini 
həll etmək üçün müxtəlif sxem tiplərindən (koqnitiv xəritələrdən) istifadənin analizidir. Bu 
zaman  adi  təfəkkürün  sxemləri  ilə  ekspertlərin  sxemlərinin  müqayisəsinə  xüsusi  diqqət 
verilir.  Konkret  fənn  sahəsində  böyük  təcrübəsi  olan  yüksək  ixtisaslı  mütəxəssisi  adətən 
ekspert adlandırırlar. Başqa təriflər də mövcuddur (5): 
Ekspert – bu fənn haqqında lazım olduğundan çox şey bilən adamdır; 
Ekspert – elə həmin cür adamdır, amma başqa şəhərdəndir
Ekspert – sabah nə alacağını bu gün qabaqcadan deyən, sabah isə bunun nə üçün baç 
verdiyini izah edən adamdır. 
Ekspert ilə siravi adamın koqnitiv kartları nə ilə fərqlənirlər? Hər ikisi sxemlərdən 
istifadə  edirlər,  amma  ekspert  daha  çox  faktor  və  qarşılıqlı  əlaqəni  hesaba  alır.  Ekspertin 
istifadə  etdiyi  kateqoriyalar  daha  abstrakt  xarakter  daşıyır.  ―Ekspertin  paradoksu‖  ondan 
ibarətdir ki, onun bilikləri bir tərəfdən daha mürəkkəb və komplekslidir, digər tərəfdən isə 
lazım olan nəticələr çox asanlıqla və sürətlə əldə olunur. Ekspertin sxemləri koqnitiv olaraq 
―yığcamdır‖  (42,  s.148).  Praktik  fəaliyyətdə  istifadəsi  çox  vaxt  səmərəli  olan  sxemlər 
tədricən vahid konstruksiyada birləşirlər (unitized). Çox vaxt sxemlər inkişafın dərəcəsinə 
görə daha dəqiq olurlar – səhv cavab almaq ehtimalı azalır. 
Ekspert  çox  vaxt  evristikalardan  -  qərar  qəbulu  prosesini  kəskin  şəkildə 
sürətləndirən, amma hamı tərəfindən qəbul edilmiş nəzəri cəhətdən qüsursuz bilik statusuna 
malik olmayan praktiki üsullardan istifadə edirlər. 
Adi təfəkkürün (eləcə də sistemsiz düşünən ekspertlərin) tipik səhvlərindən biri hər 
bir nəticənin yeganə bir səbəbi olduğuna inanmaqlarıdır. Nəticədə fikirlər bir düz xətt üzrə 
sıralanır:  A-dan  B  nəticəsi  B>C,  C>D  və  s.  nəticələr  çıxır,  necə  deyərlər,  qədim  ingilis 
şeirində olduğu kimi – dəmirçixanada mıx yox idi, ona görə də nal düşüb itdi, bu da atın, 
sonra  çaparın,  təcili  məktubun  itməsinə,  döyüşdə  məğlubiyyətə,  krallığın  əldən  getməsinə 
səbəb  oldu.  Səbəbiyyət  münasibətlərinin  daxilində  müsbət  və  mənfi  əks-əlaqə  konturları 
olan  qarşılıqlı  əlaqə  şəbəkəsini  yaratdığını  başa  düşməmək  çox  vaxt  faciəvi  nəticələrə 
aparan gözlənilməz əlavə effektlərin əmələ gəlməsinə səbəb olur (25). Sosial psixologiyada 
koqnitiv istiqamətin inkişafı koqnitivizmin iki versiyasının – amerikan və Avropa (30, 34) – 
yaranmasına  səbəb  olur.  Amerikan  məktəbi  üçün  fərdi  təmayül  xarakterik  olduğu  halda, 
Avropa  ənənəsində  əsas  diqqət  kollektiv  sosial  təsəvvürlərin  analizinə  verilir.  Avropa 
psixoloji  ənənəsində  sosial  təsəvvürlərin  öyrənilməsi  amerikan  alimləri  üçün  xarakterik 
olan mexanizmə və asosiallığa qarşı qoyulur. 
Avropa  məktəbinin  görməkli  nümayəndələrindən  biri  fransız  alimi  S.Moskoviçidir 
(S.  Moskovici),  o,  sosial  təsəvvürlər  nəzəriyyəsinin  işlənib  hazırlanmasına  otuz  ildən  çox 
vaxt  sərf etmişdir. O, hesab edir ki,  ―sosial  təsəvvürlər  – koqnitiv  sistemlərdir, hansılarda 
ki, müəyyən obyektə münasibətdə sadəcə olaraq fikirlər, obraz və ya istiqamətlənmə təqdim 
olunmayıb,  həm  də  nəzəriyyə  və  ya  hətta  elmin  bir  sahəsi  onun  xüsusi  bir  anlamında  – 
reallığın  identifikasiyası  və  təşkili  üsulu  kimi  -  əks  olunmuşdur.  Dünya  obrazını  qaydaya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə