kimi, həmin bu
stolun üstündəcə çürüdüyü kimi, sağlığındakı kin-küdurətindən bir
az da qatı, kinli ölümüylə, içinə pambıq tıxanmış şişkin, ipək əlcəklərdə, sinəsi,
abırsız əlaltılarının düzüb-qoşduğu əldəqayırma müharibələrdəki uydurma
qalibiyyətlərinə görə qazandığı saysız-hesabsız orden-medallarla dolu,
tovuzquşuna bənzər, al-əlvan parad mundirində, uzunboğazının sol tayındakı qızıl
mahmızıyla, çinlərindəki on ədəd Kainat Generalının qəmli günəşiylə (bu rütbəni
ona lap ölümqabağı vermişdilər) hamının görə biləcəyi elə yaxın bir yerdə
uzanmışdı ki, ilk dəfə onun real varlığına bizdə bircə damla belə şübhə yeri
qalmadı; hərçənd ki, əslinə qalsa, ictimaiyyətin nümayişinə çıxarılan, bizim
müşavirə zalında hələ də axıracan inana bilmədiyimiz rəsmi xəbərin hər sözünü
götür-qoy
elədiyimiz vaxt, qonşu zalda şamların aram odunda elə bil get-gedə
pörtüb qızaran bu meyit qədər bu dünyada ona az oxşayan, hər ədasıyla ondan
seçilən ikinci bir adam yəqin ki, tapılmazdı. – «Məni hərbi yük maşınlarının boğuq
uğultusu oyatdı: silah-sursatın, boyunlarından asılı avtomatların ağırlığından beli
bükülən yaşıl dəbilqəli əsgərlər dəstə-dəstə, hələ də adamsız səkilərlə addımlayır,
girişlərdə gizlənir, yol ayrıclarında dayanır, dövlət binalarının darvazaları önündə
ayaq saxlayırdılar; onlardan bəziləri günün altında bərq vuran lülələrini böyürlərinə
qoyub, alış-veriş küçəsindəki piştaxtaların altına uzanmışdılar, o birilər, ağır
pulemyotlarını vitse-kralın məhəlləsindəki evlərin damına çıxartmışdılar; butun
bunları mən öz gözlərimlə gördüm; patioadan yığdığım tər qərənfil dəstəsini
qoymağa yer axtara-axtara, eyvanın qapısını açanda isə əsgərlərin çəkmələrinin küt
tappıltısını və kobud danışıqlarını eşitdim; leytenantın başçılığı altında
bir dəstə
patrul onun-bunun qapısını döyəcləyib, alverə başlamaq istəyən dükanları
bağlamağı tələb edirdi. – «Əmri yuxarılar verib! Bu gün milli bayramdı!»
Qərənfilin birini leytananta tullayıb soruşdum ki, bu nə hay-həşirdi, niyə küçələrdə
bu qədər əsgər var?!.. Leytenant gülü havadaca tutub əvvəl çiyinlərini çəkdi: «Biz
də heç nə bilmirik, əzizim.» – dedi, sonra mənə göz vurub uzun-uzadı qəhqəhə
çəkdi, – «Bəlkə rəhmətlik dirilib, hə?» Bu sözlərdə qəribə heç bir şey yox idi,
əksinə, bizlərə, onun bu dünyadakı varlığının sona yetməsi, dərkolunmaz və
təəccüblü gəlirdi və biz onun, dövlət işləriylə maraqlanmadığı uzun illərdən sonra
ölüm yatağından qalxıb hakimiyyət cilovlarını yenidən əlinə yığdığına, tanış
çıraqların, əvvəlki vaxtlardakı kimi yandırıldığı ecazkar Hökumət İqamətgahının,
ucu-bucağı görünməyən, döşəməsi xalılı dəhlizləriylə enli, yastı dabanlarını
həmişəki qaydasıyla, hələ əvvəlkindən bir qədər də şövqlə sürüdüyünə daha
asanlıqla inanırdıq; biz asanca inanırdıq ki, inəkləri qovan, ayrı bir kəs yox,
məhz o
özüdür; – de Armas meydanının çatlaq plitələri arasından çırtlayan otu qırpıb yeyə-
yeyə aramla yeriyən, həmin o plitələrin üstündə, palma kölgəsinin altında otura-
otura, inəklərin yerişini əsgər çəkməsinin səsiylə qarışıq salan korun yanındaca
otlayan inəkləri də o qovmuşdu, küçələrdən hələ də inəklərin ayaq səsləri eşidilirdi
və o, ölümə sinə gərərək, evinə qələbəylə dönən xoşbəxt cəngavər haqqında şer
söyləməyə başladı; şeri, əllərini, yarımçıq tikililərin böyür-başında qıvrılan şitilləri
laqeyd üzləriylə gövşəyən inəklərə açaraq, birnəfəsə dedi – onlar üçün - yem üçün
saray pillələrini qalxıb-enməyə öyrəşmiş inəklər üçün oxudu; buralar inəklərin
ürəyin yatırdı, odu ki, heyvanlar burda – çöl kameliyalarından çələng taxmış
musiqi ilahələrinin və Milli teatrın uçuq-sökük binasını bəzədiyi, liralarından
137
meymunlar sallandığı yerlərdə yem axtarmağa öyrəşmişdilər; susuzluqdan üzülən
inəklər,
vitse-kral məhəlləsinin, yarıqaranlıq, sərin girişlərinə elə səs-küylə
cumurdular, elə bil girişlərdə bir yığın gül dibçəyi yerə dəyib çilik-çilik olurdu,
sonra da, susuzluqdan yana-yana başlarını patiodakı nohura soxurdular; heyvanlar
nə qədər su içsələr də, onları buralardan qovan olmurdu, çünki inəklərin hər birinin
boynunda prezident möhürünün izləri gözə dəyirdi; hamı bu heyvanlara, müqəddəs
canlılar kimi baxırdı,
hətta əsgərlər belə, ən dar, qızğın alver gedən küçələrdə
onlara yol verirdilər.
Küçə, həmişəki şən karnaval ovqatını, öz iblisanə cəlbediciliyini çoxdannan
itirmiş, buşpritlər dövründən bu yana zaman-zaman gəmirilərək, sınıq qabırğaya
bənzəməyə başlayan şpanqout və dorların, bir vaxtlar, dənizimiz olanda, gəmilərin,
az qala alver piştaxtaları arasında lövbər saldığı, təzə balıq və tərəvəz satılan
ərazilərdə yaranmış üfunətli bataqlıqlarda çürüməkdə olan lazımsız avadanlıqların
zibilliyinə çevrilmişdi; onun prezidentliyinin ilk illəri, hind bazarının, çevik alış-
veriş aparıldığı boş pavilyonlardan axan qatı üfunəti havadan asılı qalmışdı; sonra
hindlilər də buralardan çıxıb getdilər, ona heç «sağ ol» da demədilər; – «Bunlara
bir bax!» - deyə o, onların ardınca, qocasayağı, səbrsiz hikkəylə çığırdı: - «İtilin,
ingilislərin yanına, onların zir-zibilini təmizləməyə!»
Hindlilər onun sözlərini
eşitmədilər, onlardan sonra bazarda, birdən-birə hardansa - tilsimli boyunbağılar,
ilan zəhərinə qarşı təmrinlər satan alverçilər peyda oldu, çürüntüdən, zir-zibildən
münbitləşmiş yaxın torpaqlarda isə, bir-birinin ardınca – isi, nazik arakəsmələrlə
bölünən, gecə-gündüz yeyilmiş patefon vallarının zəhlətökən xırıltısı altında eşq
macəraları altında cırıldayan çarpayıların səsi eşidilən xırda komalar bitməyə
başladı; bu çarpayılar, kilsə zəngləri milli matəmin başlanmasını elan edənəcən,
əsgər qundaqları altında darmadağın olub getdi. Bəli, kim nə deyir-desin, bu, əsl
matəm idi… və kədər də saxta deyildi,
çünki onun, uzun müddətdən bəri həsrətlə
gözlədiyimiz ölümü, bizim özümüzdə də çox şeyi aşkar eləmişdi və hər şeydən
əvvəl, onun tutulduğu hansısa monarx mərəzindən gəbərəcəyini, dəfələrlə ağızdan-
ağıza gəzən, hər dəfə də yalan çıxan ölüm xəbərinin, nəhayət ki, həqiqət olacağını
ümidsizliklə gözləyirdik ki, bunu gözləyə-gözləyə, özümüz az qala öldük, quruyub
qaxaca döndük və indi biz, onun son gedişinə, bunun, yenə həqiqət olmadığına
görə yox, ona görə inanmırdıq ki, daha buna,
özümüz inanmaq istəmirdik, çünki
artıq qəlbimizin dərinliyində onun ölümünü istəmirdik; biz artıq təsəvvürümüzə
belə gətirmirdik ki, ondan sonra necə yaşayacağıq, ümumiyyətlə, onun əsaslı yer
tutduğu həyatımız, onsuz necə davam edəcək. - «O, mənim üçün hər şey idi… bu
adam mənə, heç bir kişinin verə bilmədiyi, on iki illik xoşbəxtlik bəxş etmişdi!
Onu lap çoxdannan – fermanın xırda pəncərəsindən şorgöz-şorgöz bizlərə – saat
beşdə məktəbdən qayıdan mavi paltarlı qızlara baxıb: «Ah, anam mənim,
Bendisyon Alvarado, bu sütül bədənlər necə də gözəldi!?» - dediyi vaxtlardan
yadımda saxlamışam. Biz onun ac gözlərini, səfir Fourbisin göndərdiyi nabatların
cingiltisini qızlara eşitdirmək üçün, içi nabatla dolu yaraşıqlı bankanı cındır əlcəkli
əlində oynada-oynada atıb-tutduğunu görürdük və çönüb qaça-qaça, ordan
uzaqlaşırdıq; tək bircə dəfə - heç kəsin görmədiyini dəqiqləşdirib, oğrun-oğrun
pəncərəyə yaxınlaşdım, əlimi güllü bankaya uzatdım, nabatların
səsi çox cəlbedici
idi; o, mənim əllərimi möhkəmcə, eyni zamanda incə-incə sıxdı, məni, yumşaq
138