Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

 
66 
 
Artsruni  elə  də  savadlı  adam  deyildi,   erməni  həqiqətinin  nədən  ibarət  olmasını  , 
onun   konkret  Ģərtlərini  yaxĢı  bilmirdi;  Türkiyə  erməniləri   məsələsində  tutduğu 
məvqe də aydın deyildi , bulanıq bir təsəvvürə sahib idi, yazılarında çox kobud bir 
dil  iĢlədirdi,  lakin  bu  "xüsusiyyətlərinə"  baxmayaraq  Artsruni  1880-90-cı  illərin 
erməni "mədəni" cəmiyyətinin "rəhbəri", "qəhrəmanı" və " yönləndiricisi" olmağı 
bacardı.  19  dekabr  1892-ci  ildə  Tiflisdə  ölən  Artsruni'nin  dəfn  mərasimi,  Tbilisi 
Ģəhərinin  bütün  ermənilərin  və  erməni  xalq   kütlələrinin  geniĢ  iĢtirakı  milli  bir 
matəm gününə çevrildi. 
 Ona  bu  sevgi  hardan  qaynaqlanmıĢdı,  Artsrunini   geniĢ  kütlələri  arxasınca 
sürükləyəcək  və  erməni  millətçiliyinin  təməllərini  atan  fikirləri  nə  idi,  erməniləri 
―xilasetmə‖ nələrdən ibarət idi? 
Artsruni  1876-ci  ildə  Tiflisdə  "ġərq  Problemi"  baĢlığı  ilə  çıxan  bir  broĢurasında 
ona  qədər  olan  və  həmin  dövrə  xas  olan   erməni  millətçi  ziyalılarının  fanatik  və 
irqçi  istiqamətini  bir  daha  dəqiq  bir  Ģəkildə  ortaya  qoyur.  Mxitaristlərin 
Venesiyada baĢlatdıqları təlimi davam etdirərək kitabalar və qəzetlər nəĢr etdirərək 
erməniləri bu ideyalarla yükləmək əsas məqsəd hesab edərək bu iĢin də memarına 
çevrilir.   Qərb  ölkələri   Osmanlı  dövlətini  parçalamaq  üçün  ortaya  bir  ―ġərq 
məsələsi deyilən qondarma problem atmıĢdılar. Artsruni, ġərq probleminin mədəni 
və  mədəni  irqlərin  barbar  irqlərə  qarĢı  mübarizəsi,  arı  və  semit  boyların  turan 
nəsillərinə  qarĢı  döyüĢü  kimi  qələmə  verərək   ermənilərlə  türklərin,  kürdlərin 
bölgədə  problemi olduğunu ifadə etməkdədir.  Bu xətti davam etdirməklə erməni 
millətinin  azad  olunması  məsələsini  gündəmə  gətirməyi  hədəfləmiĢdir.  O  ġərq 
Problemi  dedikdə  burada  yaĢayan   slavyanlarin,  ermənilərin,  yunanların, 
aysorlular, gürcülərin  və  yəhudilərin  haqq  və  hüquqlarının  müdafiəçisi  kimi  çıxıĢ 
edərək  onları  da  öz  ideolojisinə  ortaq  etmək  istəyir.Onları  əzənlərə  Monqol 
hökmranlığına (Türk anlamında) qarĢı mübarizəsinin qaçılmaz olduğunu meydana 
atır. Bu Avropaya bir anlamda mesaj olaraq verilir və ermənilərin yerli imperiyaya 
qarĢı olayan bir qarĢıdurmasınadan bəhs edərək onları buna inandırmağa çalıĢır ki, 
ermənilər  bu  imperiyasnın  parçalanmasına  gücləri  çatacak  səviyyədə  bir 
millətdirlər  və  onlar  bu  iĢi  bacaracaqlar.  Qərbə  də  lazım  olan  budur.  O  yazır 


 
67 
 
ki,"Türkiyə  iqtidarı  altındakı  ari  və  semit  mənĢəli  boylar,  Osmanlı 
Ġmperatorluğunda  əhalinin  böyük  əksəriyyətini  təĢkil  edir.  Avropanı  bu  cəfəng 
təbliğata inandırmaq üçün hətta  Azərbaycan əhalisini də bu cərgəya aid edir. Onlar 
zorla  müsəlman  edilmiĢlər.  Monqolların(  türklərin)  barbar  təzyiqləri  altında 
müsəlmanlığı  qəbul  etmiĢ  olan  müsəlman  slavlar,  müsəlman  yanalar  (rumlar), 
müsəlman  ermənilər  ,  müsəlman  gürcülər  və  hətta  kürdlər  və  semit  irqlər  hesab 
edilməlidir:   O  cümlədən  müsəlman  yəhudilər  və  müsəlman  aysorlar.  Bu  boylar, 
bir  ovuc  Türk-Səlcuq   boylarıyla  müqayisə  Türkiyədə  çox  böyük   bir  əksəriyyət 
təĢkil edir‖.  
 BaĢqa bir yazısında "Əgər Avropa, inkiĢafa açıq və mədəniyyətə sahib bu mədəni 
irqləri...yenidən mədəniyyətə qovuĢdurmaq, yenidən insanlığa qaytarmaq istəyirsə, 
turan olmayan bütün irqləri turan hökmranlığından xilas etməsi lazımdır." (M.  Y. 
Alaverdyants,  İdeoloq  Osvobojdeniya  Turetskix  armyan,  Petrograd,  1915,  s. 
19 vd  ) 
  
Türkləri  Avropadan  Anadoluya  qovmaq!  Osmanlının  gec-tez  bu  qitəni  nəzarəti 
altına  alacağından  qorxan  Avropada  belə  bir  tendensiya  mövcud 
idi.    Avropadakı   belə  bir  siaysətin  yanlıĢ  olduğunu  deyən   erməni  ideoloq     bu 
siyasətin  ġərq  problemini  əsla  həll  etməyəsəyini  iddia  edərək  diqqəti   Kiçik 
Asiyada yaĢayan milyonlarla Hind-Avropa irqinin məhv olacağından narahatlığını 
gizlətmir.   Avropanı   ittiham  edir  ki,   onları  Monqol  irqinin  əlinə  verir,  ifadəyə 
fikir verin: ‖ onları   Kiçik Asiya çəyirtkə sürüsü türklərəmi tərk edəcəksiniz?‖ O 
silahlanmağı  və  türk  hakimiyyətinə  qarĢı  vuruĢmağı  yeganə  yol  hesab  edir.    Və 
türkləri  Avropadan qovmaqla kifayətlənmək olmaz. 
Çünki dövlətçilik ,  idarəçilik  bacarığı olan ari və semit irqlər bacarıqsız türklərin 
hakimiyyəti altında inildəyirlər. Bu baxımdan slavyan irqlərlə Kiçik Asiya tayfaları 
arasında  Avropa  mədəniyyətinin  yayılmasına  mane  olan  türk  iqtidarı  ortadan 
qaldırılmalıdır. 
 Artsruni Türkləri və kürdləri hər addımda təhqir edir. 
11 May 1879-da Tiflisdə  iĢ adamları klubunda çıxıĢında 


 
68 
 
―O qədər geniĢ mədəni qabiliyyətləri olan ermənilər nə üçün özündən min qat geri 
barbar boylar üzərində hakimiyyətinə nail olmamıĢdır?" sualıyla baĢlayır və   sonra 
deyir  ki,  ermənilər,   qonĢu  millətlərin  hamısından  ,  hətta  xristian  olan 
millətlərdən  tamamilə fərqlidir və mədəni qabiliyyətləriylə seçilməkdədir. ―Digər 
millətlər sonda o qənaətə gələrək erməniləri özlərinə rəhbər seçəcəklər. Çünki 
erməni ağlı və qabiliyyəti ilə onların hamısından üstündür”. 
Ermənilərin  xarici  güclər  tərəfindən  Türk  hökmranlığından  qurtarılması  lazımdır. 
Avropa bunu anlamalıdır. 
 Türkləri  və  kürdləri  qiymətləndirərkən  Artsruni  yazır  ki,  “...nə  türklərin  nə  də 
vəhşi  kürdlərin  keçmişi,  tarixi,  ədəbiyyatı,  məktəbləri,  iqtisadi  istehsal  ruhu 
və  iş  qabiliyyəti   vardır.  Təbiət,  bütün  xalqlara  eyni  cür  qabiliyyətlərə  sahib 
beyin  verməmişdir.  Türklərin  və  kürdlərin  mədəniyyətə  və  sənətə  meylləri 
yoxdur.  Dilləri  vardır,  ancaq  çox  geri  və  primitivdir.  Bu  dillərdə  ən  yaxşı 
ehtimalla orta məktəb təhsili verilə bilər”. 
Artsruninin   "mədəni  ari  və  semit  irqləri"  sırasında  olan  ermənilər   Kiçik 
Asiyada   bu  xüsusiyyətlərinə  görə  qəsdən  barbarların  yönətimi  altına  verilmiĢdir. 
Avropa səhvini düzəltməlidir. 
Artsruni, 
erməni 
millətçiliyinin 
ideoloji 
təməllərini  
qoyduğu 
kitablarında   kürdlərin  ən  əhəmiyyətli  məĢğuliyyətlərinin   oğurluq,  talançılıq 
olduğunu  ifadə  edir.  Ermənilərlə   birlikdə  yaĢayan  kürdlər,  hər  zaman  onların 
xidmətində çalıĢmıĢ, hətta birlikdə erməni kilsəsində ermənilərlə müsəlman olsalar 
da  anlamazlıqlarından   dualar  etmiĢlər.  Kürdlər  üçün  din  anlayıĢı  yoxdur  deyir 
Artsruni  .  Kürdlər,  ermənilərin  ən  etibarlı   əlaltısı  olmuĢdur,  ancaq   əllərinə 
fürsət   düĢən  kimi   xidmət  elədiyi  ağasının  ,  sahibinin  evini  yağmalamıĢ,  onu 
öldürmüĢ, həyat yoldaĢına, qızlarına təcavüz etmiĢ, mallarını oğurlamıĢ, evini yerlə 
bir etmiĢ,  mal- mülkünü yandırmıĢdır.  
Türklərə  gəlincə,   Artsruniyə  görə,   onlar  tənbəl,  kütbeyindirlər,  ermənilərin 
hesabına  ayaqda  dururlar,   həyatlarını  davam  etdirməkdədirlər. Kasıb  və  ya  varlı- 
fərqi  yoxdur,  türk  qadını  kiĢilərinin  ehtiraslarını  təmin  etmək  və   hərəmlərini 
bəzəmək  üçün  doğulmuĢlar.  Müsəlmanlar  arasında  nə  bir  usta  var,  nə  də  seçilən 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə